Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-195/2020 15.05.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı "İİ qrup əlil kimi sosial pensiyadan, İİ qrup kimi əmək pensiyasına çıxmağı üçün oxuduğu təhsil illərini və 2015-2019-cu illərdə sosial sığorta ödəyicisi olduğu nəzərə alaraq, İİ qrup sosial pensiyadan, İİ qrup kimi əmək pensiyasına keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 2013-cü ildən İİ qrup əlil kimi sosial müavinət almışıdr. İİ qrup əlil kimi pensiyaya çıxdıqda əmək pensiyasına çıxmaq üçün tələb olunan 11 il əmək stajına qarşı 10 il 4 ay əmək stajı olduğu üçün onu DSMF-nin Şəki şəhər Şöbəsi sosial pensiyaya çıxartmışdır. İddiaçı 1991-1994-cü illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Zaqatala X2 oxuduğu 2 il 10 ay təhsil müddətinin onun əmək stajına daxil edilməsi üçün Şəki şəhər DSMF-yə müraciət etdmişdir. Lakin DSMF-nin Şəki şəhər Şöbəsi iddiaçının oxuduğu təhsil illərini onun stajına daxil etməmişdir. İddiaçı sosial pensiyadan əmək pensiyasına keçirilməyi üçün oxuduğu təhsil illərinin iddiaçının əmək stajıma daxil edilməsi üçün Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 01 noyabr 2018-ci il tarixli, 2-1(84)4422/2018 saylı qərarla onun X2 təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyini DSMF-nin Şəki şəhər Şöbəsinin üzərinə qoyulmuşdur. Cavabdehin iddia qarşı münasibətindən görünür ki, İddiaçı əlilliyə görə əmək pensiysı təyin olunması üçün dəfələrlə şöbəyə yazılı və şifahi qaydada müracət etmişdir. Vətəndaşın təqdim etdiyi sənədlərə əsasən 01.07.2017-ci il tarixədək tələb olunan sosial sığorta stajı tamamlanmadığı üçün əlilliyə görə əmək pensiyası almaq hüququ yaranmamışdır. Məhkəmə qərarına əsasən iddiaçının təhsil aldığı dövr sosial sığorta stajına daxil edilmiş, lakin tələb olunan sosial sığorta stajı tamamlanmamışdır. 01.07.2017ci il tarixədək qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə istinadən tələb olunan sosial sığorta stajı olmadığı üçün iddiaçının əlilliyə görə əmək pensiyası almaq hüququ olmadığından iddianı əsassız hesab edirlər. İddiaçı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəsinin iddianın təmin edilməməsini xahiş etdi. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı, ******** nömrəli ş/v surəti, ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun 05.09.2019-cu il tarixli, **********4 nömrəli imtina məktubu, НТ-İ seriyalı 579700 nömrəli diplomun təsdiqlənmiş surəti, ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surəti, AЗ seriyalı 15225590 nömrəli, İİ-ЖГ seriyalı, AЗ seriyalı ******* nömrəli, İV- ЖГ seriyalı 331133 nömrəli doğum haqqında şəhadətnamələrin surətləri, DSMF-nin Şəki şəhər şöbəsinin 28.11.2019-cu il tarixli **********9 nömrəli məktubu, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika X6 Filialının 06.05.2013-cü il tarixli 626 nömrəli arxiv arayışı aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Həmçinin, iddia əsassızdır. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11.03.2020-ci il tarixli müayinə aktından çıxarışından görünür ki, X1 2-ci dərəcəli ümumi görmə üzrə əlillik təyin olunmuşdur. İş materiallarında olan Cavabdeh 28.11.2019-cu il tarixli **********9 nömrəli məktubundan görünür ki, vətəndaşın təqdim etdiyi sənədlərə əsasən 01.07.2017-ci il tarixədək tələb olunan sosial sığorta stajı tamamlanmadığı üçün əlilliyə görə əmək pensiyası almaq hüququ yaranmamışdır. Məhkəmə qərarına əsasən iddiaçının təhsil aldığı dövr sosial sığorta stajına daxil edilmiş, lakin tələb olunan sosial sığorta stajı tamamlanmamışdır. İPM-in 1.2-ci maddəsindən göndərişlə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsının 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 1.3-cü bəndində aşağıdakı kimi müəyyən edilmişdir: 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli qanunla 12.1-ci maddə yeni redaksiyada - “12.1. Əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir.” Əvvəlki redaksiyada deyilirdi: 12.1. Əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İş materiallarından müəyyən olunur ki, kapital tələb olunmadığı zaman iddiaçının stajı tamamlanmamış, 01.07.2017-ci ildən sonra nə stajı, nə də kapitalı tamamlanmadığı üçün onun əlilliyə görə pensiya almaq hüququ yaranmamışdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi iddiaçının tələb olunan sosial sığorta stajı tamamlanmadığı üçün təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdehnə qarşı "İİ qrup əlil kimi sosial pensiyadan, İİ qrup kimi əmək pensiyasına çıxmağı üçün oxuduğu təhsil illərini və 2015-2019-cu illərdə sosial sığorta ödəyicisi olduğu nəzərə alaraq, İİ qrup sosial pensiyadan, İİ qrup kimi əmək pensiyasına keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-195/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-195/2020
15.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver