Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-195/2021 29.01.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə Komissiyanın imtinası qeyri-qanuni hesab edilərək, “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina olunması barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə Komissiyanın xx.xx.2020-ci il tarixli cavab məktubunun rədd edilməsi və ona ”Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı N-ci ildə Ucar RHK tərəfindən hərbi xidmətə çağırılmış və Lənkəran şəhərində yerləşən N nömrəli hərbi hissədə xidmətə başlamışdır. Oradan döyüş bölgəsinə göndərilərək Füzuli, Laçın və Qubadlı rayonları uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Laçın rayonunun Səfiyan kəndində gedən döyüşlərdə yaralanmış, qəlpə yarası və kəlləbeyin travması almışdır. İddiaçı helikopterlə Bakı şəhərinə hərbi hospitala gətirilmişdir. Orada müalicə aldıqdan sonra həkimlər hərbi xidmətə yararsız kimi onu evə buraxmışlar. İddiaçı ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. İddiaçı keçirilən məhkəmə iclasında ərizə təqdim edərək, iddia tələbində dəqiqləşdirmə aparmış və “”Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdeh orqan etirazında qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: “1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin hərbi qulluqçulara 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idaretmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Əsasnamənin “Qeyd” hissəsində yazılır ki, Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə “Müharibə veteranı” adı verilə bilməz. Cavabdeh orqan bildirir ki, yuxarıda qeyd olunanlara əsasən iddiaçıya “Müharibə veteranı” adının verilməsi mümkün deyildir. Məhkəmə iclasında iddaçı iddia tələbinin təmin edilməsini xahiş etdi və bildirdi ki, yaralandıqdan sonra Bakı şəhərində bir ay hərbi hospitalda müalicə almışdır. Bir aydan sonra Ucar rayonuna qayıtmış və Ucar Rayon Xəstəxanasında qeydiyyata düşmüşdür. Bir ay da Ucar rayonunda qaldıqdan sonra Lənkərana sanitar hissəyə getmiş, orada baxımsızlıqdan əziyyət çəkdiyi üçün yenidən Ucar rayonuna qayıtmışdır. Hərbi hissəyə ümumiyyətlə qayıtmamışdır. Amnistiya olandan sonra Lənkərandakı hərbi hissəyə getmiş, orada ona əlillik kağızı vermişlər. Daha sonra Hərbi Prokurorluğa getmiş və ona barəsində cinayət işinin olmadığına dair kağız vermişlər. İş materiallarında olan MN X5 Arxivin xx.xx.2020-ci il tarixli 9/2-3081 nömrəli arxiv arayışında qeyd edilir ki, sıravi İsmayılov Mönübbət Dursun oğlu 820(704) nömrəli hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli 1 №-li əmrilə (əsas: §1, sıra-209, qeyd: əmrdə atasının adı Dursun yazılmışdır) şəxsi heyətin siyahısına bütün növ təminatlara salınaraq 9-cu motoatıcı bölüyün sürücü-mexaniki vəzifəsinə təyin olunmuşdur. 820(704) nömrəli hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli 25 №-li əmrində (əsas: səh.43, §1, sıra-249, qeyd: əmrdə atasının adı yazılmamışdır) İddiaçı döyüş əməliyyatı bölgəsinə Qarabağa göndərildiyi üçün xx.xx.N-ci il tarixdən qazan təminatından çıxarılması barədə məlumat vardır. 820(704) nömrəli hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli 56 №-li əmrində (əsas: §1, sıra-161, qeyd: əmrdə atasının adı yazılmamışdır) 3-cü mooatıcı batalyonun sıravisi İddiaçı Qarabağ döyüş əməliyyatı bölgəsindən gəlməsi qazan təminatına qoyulması barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin oktyabr, noyabr N-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı müalicə alması, hərbi hissənin N-ci il tarixli şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında xidməti barədə məlumat aşkar olunmamışdır. N nömrəli hərbi hissənin N-ci il tarixli müalicədə olanların qeydiyyatı kitabları Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Klinik Hospitalının xx.xx.2013-cü il tarixli 256 nömrəli arayışında qeyd edilir ki, N saylı hərbi hissənin sabiq əsgəri X2 xx.xx.N-ci il tarixdən xx.xx.N-ci il tarixədək SQ BKH-da stasionar müayinə və müalicə olunmuşdur. İş materiallarında olan iddiaçıya məxsus ******* nömrəli, xx.xx.2001-ci il tarixli hərbi biletin təsdiq edilmiş surətində iddiaçının müharibə dövründə məhdud yararlı, sülh dövründə yararsız olması göstərilsə də, iddiaçının ordudan qanuni əsaslarla tərxis olunmasına dair müvafiq qeydlər aşkarlanmamışdır. İş materiallarında olan Tərtər Hərbi Prokurorluğunun xx.xx.2020-ci il tarixli 22HP3644 nömrəli məktubunda qeyd edilir ki, 1973-cü il təvəllüdlü, N nömrəli hərbi hissədə xidmət etmiş İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməmiş, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməmiş, barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməmiş və ya amtistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməmişdir. İş materiallarında olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 751 nömrəli məktubuna əlavə edilmiş arxiv arayışının təsdiq edilmiş surətində qeyd edilir ki, 820(704) saylı hərbi hissə komandirinin noyabr N-ci il tarixə aid olan əmrlərində X1 hissədən xaric edilməsi barədə heç bir məlumat yoxdur. Məktuba əlavə edilmiş Lənkəran Hərbi Prokurorluğunun xx.xx.2014-cü il tarixli məktubunun təsdiq edilmiş surətində qeyd edilir ki, Ucar sayonu Bağman kənd sakini, 1973-cü il təvəllüdlü X2 barəsində Lənkəran Hərbi Prokurorluğunda cinayət işi istintaq edilməmiş və heç bir təqsirləndirici material olmamışdır. Dövlət Xidmətinin məktubuna əlavə edilmiş MN Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2014-cü il tarixli 543 nömrəli Qərarının təsdiq edilmiş surətində qeyd edilir ki, Ucar RHK tərəfindən N-ci ildə hərbi xidmətə çağırılmış, Lənkəran hərbi prokurorluğunun xx.xx.2014-cü il tarixli məktubuna əsasən qeydiyyata götürülmüş, vətəndaş İddiaçı Dursunəli oğlunun döyüş zonasında hərbi xidmət keçərkən N-ci ildə aldığı, xx.xx.N-ci ildən xx.xx.N-ci ilə kimi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə olunduğu travma - diaqnoz: «Zədələnmə əlaməti olmayan qapalı kəllə-beyin silkələnməsindən sonrakı vəziyyət» və xx.xx.N-ci ildən xx.xx.N-ci ilə kimi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə olunduğu travmanın nəticəsi - diaqnoz: «Üzvi zədələnmə əlamətlərinin olmaması ilə baş beyin silkələnməsinin nəticələri» (Ucar rayon şöbəsinin göndərişi, xx.xx.2013-cü il tarixli 256 nömrəli arayışı, xx.xx.2014-cü il tarixli 107 saylı arayışı, SQ BKH-dan verilmiş xx.xx.2013-cü il tarixli 256 saylı arayış, xəstəlik tarixindən çıxarışlar, MN MHHK-nın həkim-mütəxəssisinin rəyi ilə təsdiq edilir), «HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR». İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəki Şəhər (Rayon) Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli 189-23936-1220 nömrəli məktubuna əlavə edilmiş 9 nömrəli Əlavədən müəyyən edilir ki, iddiaçı barəsində AR DİN BƏSİİ Əməliyyatsorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan MN X5 Arxivinin xx.xx.2020-ci il tarixli 9/2-10059 nömrəli məktubuna əavə edilmiş əmrlərdən çıxarışlardan müəyyən edilir ki, iddiaçı xx.xx.N-ci il tarixdən N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına əlavə edilmiş, xx.xx.N-ci il tarixdən qazan təminatında çıxarılaraq Qarabağa döyüş bölgəsinə göndərilmiş, xx.xx.N-ci il tarixdə isə döyüş bölgəsindən geri qayıtmışdır. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia əsassızdır. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin qeyd hissəsində deyilir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991-ci il oktyabrın 9dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı xx.xx.N-ci il tarixdən xx.xx.N-ci ildədək Hospitalda müayinə və müalicə olunduqdan sonra xidmət yerinə qayıtmamışdır. Bu səbəblə də iddiaçının ordudan qanuni əsaslarla tərxis olunmasına dair müvafiq qeydlər aşkar edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı qanuni əsaslarla tərxis olunmamışdır. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bu normanın tələbləri baxımından iddiaçı müharibə veteranı statusunu almaq üçün hərbi xidmətdən qanuni əsaslarla tərxis olunduğunu sübut etməlidir. Çünki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (x xxxxxxx 1997-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri “hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən, hərbi qulluqçunun həqiqi hərbi xidmətinin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Məhkəmə hesab edir ki, iddiaçının hərbi hissədən qanuni əsaslarla tərxis olunması və siyahılardan çıxarılması barədə sübut olmadığından inzibati orqan tərəfindən iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-195/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-195/2021
29.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver