Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-195/2024 03.05.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rəsulova Rahidə Qurban qızının katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Vəkil ilə, İddiaçı Cavabdehnə qarşı “üçüncü şəxslər X11 və X6 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “üçüncü şəxslər X7, X11 və X6 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-1829/2023 nömrəli qərardadı ilə adları qeyd edilən şəxslər üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişlər. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(116)-1829/2023 nömrəli qərardadı ilə iddia tələbi üçüncü şəxs X5 aid hissədə mümkün sayılmamışdır. İşin qısa mahiyyəti ondan ibarətdir ki, ünvan 1 ünvanındakı fərdi yaşayış evi tam xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. İddiaçı özünə məxsus fərdi yaşayış evindən həmin ünvanla bağlı heç bir əmlak hüququ olmayan və orada yaşamayan üçüncü şəxslərin qeydiyyatdan çıxarılması üçün cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. İddiaçı tələb hüququnu fərdi yaşayış evinin onun xüsusi mülkiyyətində olması, üçüncü şəxslərin həmin mənzildə faktiki olaraq yaşamaması və heç bir əmlak hüquqlarının olmaması ilə əsaslandırmışdır. Cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. Üçüncü şəxslər Gülşən Həşimova və Şəkər Rüstəmova iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışlar: - həmin sözügedən fərdi yaşayış evində, üçüncü şəxs X7 doğulmuş, orada böyümüşdür. İddiaçı onun atasıdır. Həmin həyətyanı torpaq sahəsi və torpaq sahəsi üzərində köhnə tikilmiş bir ev olub. Bu evi və 0,25 ha torpaq sahəsi babası Həşimov Cəfər tərəfindən alınmışdır. Babası həmin həyətdə özünə ev inşa etdirmişdir. Onlar üç bacı bir qardaş həmin fərdi yaşayış evində doğulmuş, orada böyümüşlər. Sonradan atası Nadir həyətdə 1983-cü ildə anası ilə birlikdə ev inşa ediblər. Hal-hazırda həmin evin mübahisəsi gedir. Atası evi satmaq istəyir. Qonşuluqda yaşayan adamdan, atasının 2-ci həyat yoldaşı 15000 manat beh almışdır. Atası ona bu yaxın günlərdə zəng edib, bildirmişdir ki, evi satır, gəlib razılıq ərizəsi versin. O, imtina etmiş və bildirmişdir ki, babasının evin satılanda razılıq ərizəsi versə də, onlara pul verməmişdir. İndi isə iddiaçı onlara aid evi satmaq istəyir. Atası ilə anası 1979-cu ildə nikaha daxil olmuşlar. X2 həmin ünvana 1979-cu ildə gəlin köçmüşdür. Bu nikahdan dörd uşaq doğulmuşdur. Bu nikah 1993-cü ildə məhkəmə tərəfindən pozulmuşdur. O, anası ilə qalmışdır. Göyçay Rayon məhkəməsində 1993-cü ildə nikah pozulmuş və həmin ev bir pay atasına, iki pay isə anasına verilmişdir. Halhazırda həmin ünvan 135 kimi göstərilir. Əvvəllər 129, 131, 133, 137, 135 və s nömrələnmişdir. O, həmin ünvanda doğulmuş və yaşamışdır. İndiyə kimidə həmin evə gedib gəlir. Yay aylarında qalır. Buna görə də iddianı qəbul etmir. Belə ki, iddiadan sonra onlara məlum olmuşdur ki, bu həyətdə olan üç evin ayrı ayrılıqda nömrələri vardır. Bu evlərin nömrələnməsi atasının babasına məxsus olan lakin vəsiyyətnamə ilə əmisi X6 adına olan evi 2013-cü ildə gəlib satmışdır. Əmisi ruhi xəstədir. Birinci qrup əlildir. Atası onu öz himayəsinə götürmüş və bundan istifadə edərək onun evini satmışdır. Həmin evin hal-hazırda nömrəsi 137 göstərilir. X3 həmin ünvanda qeydiyyatdadır. Atası Rusiya vətəndaşıdır. Uzun illərdir ki, orada yaşayır. X11 16 yanvar 2003 ildə, X17 oglu ilə nikaha daxil olmuşdur və həmin evə gəlin köçmüşdür. 2006-cı ildə aralarında bağlanmış nikah pozulmuşdur. Bu nikahdan bir övladı yəni 30.05,2003 təvəllüdlü oğlu X18 oglu doğulmuşdur. O, həmin ünvana gəlin köçərkən həmin üç evin bir dəmir qapısı var idi. Hamı o qapıdan istifadə edirdi. Göyçay Rayon Məhkəməsinin qətnaməsi ilə o və oğlu həmin evə köçürülmüşdür. Oğlunun qeydiyyatı 137ci nömrəli evdədir. X14 şöbəsi tərəfindən edilən səhvlər, ya da keçmiş qaynatası tərəfindən edilmişdir. Oğlu X18 oglu hal-hazırda hərbi xidmətdədir. O, bu səhvlərin düzəldilməsi ilə bağlı Polis şöbəsinə yazılı müraciət etmişdir. 2007-ci ildən həmin evin kommunal xərclərini o ödəyir. Məhkəmə qətnaməsinin surətini və İcra şöbəsinin AKT-nın surətini təqdim edir. Özünün və oğlunun bu evdə yaşayış hüququ vardır. 2013-cü ildə X6 adına olan fərdi yaşayış evi, iddiaçı tərəfindən satıldıqdan sonra bu qarışıqlıq yaranmışdır. Məhkəmə iclasında iddiaçının vəkili (nümayəndəsi), iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu, xx.xx.2022-ci il tarixli yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan çıxarış, AN-İ ******* nömrəli xx.xx.2012-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi, ********** qeydiyyat nömrəli, xx.xx.2012-ci il tarixli DƏDR-dən çıxarış, ********** qeydiyyat nömrəli, xx.xx.2012-ci il tarixli çıxarış, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu və olunmuş sənədlər, o cümlədən Göyçay şəhəri H.Z.Tağıyev küçəsi ev 137 ünvana dair mart 1987-ci ilə aid 864 inventar nömrəli texniki pasport və ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə dair 865 inventar nömrəli texniki pasport. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh və üçüncü şəxslər məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçı, cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası “öhdəliyin icrası haqqında” iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Belə ki, iddiaçı, ********** qeydiyyat nömrəli, xx.xx.2012-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında DƏDR-dən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. Üçüncü şəxslər hazırda həmin fərdi yaşayış evində pasport qeydiyyatındadırlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun hazırkı iş üzrə faktiki hallar əsasında digər üçüncü şəxslərin iddiaçının evindən qeydiyyatdan çıxarılmasını tənzimləmir. Lakin, Qanunda eyni zamanda bu vəziyyətdə qeydiyyatdan çıxarılmanı qadağan edən norma da yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2020-ci il tarixli Qərarında qərara almışdır ki: 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. 2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. 3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Müvafiq qərarın hazırkı işə tətbiqi ilə bağlı məhkəmə hesab edir ki, üçüncü şəxslərin iiddiaçının mülkiyyətində olan fərdi yaşayış evində hər hansı bir əmlak hüquqlarının olması və qeydiyyatda olduqları ünvanda yaşamaları müəyyən olunmur. İşin halları ilə müəyyən edilir ki, üçüncü şəxslərdən Eldar Həşimov iddiaçının qardaşıdır. Həmin şəxsin mülkiyyətində olan (********** qeydiyyat nömrəli, xx.xx.2012-ci il tarixli çıxarışa əsasən) evin ünvanı 137 olub. O, sözügedən ünvanda yerləşən fərdi yaşayış evini xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsi ilə X1. Digər üçüncü şəxs Gülşən Həşimova iddiaçının keçmiş gəlinidir. O, Göyçay Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-235/2007 nömrəli qətnaməsinə istinad edərək hazırda qeydiyyatda olduğu ünvana köçürüldüyünü bildirsə də, sözügedən qətnamədə iddiaçının köçürülməsi nəzərdə tutulduğu yaşayış sahəsinin ünvanı ünvan 3ətnamə ilə Gülşən Həşimovanın hazırda qeydiyyatda olduğu ünvana köçürülməsi nəzərdə tutulmamışdır. İş materiallarında olan, Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən təqdim edilmiş sənədlərlə müəyyən edilir ki, iddiaçıya məxsus ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi ilə X10 məxsus ünvan 4 ünvanlarda yerləşir. Məhkəmə tərəfindən hər iki ünvana dair arxiv qovluğunda mövcud olan sənədlər götürülərək yoxlanılmış, müəyyən edilmişdir ki, Göyçay şəhəri H.Z.Tağıyev küçəsi ev 137 ünvanda yerləşən 1985-ci ildə tikilmiş fərdi yaşayış evi əvvəllər (1983-1987-ci illərdə) K.Marks küçəsi -118, 115a, 129a və 131a olmuşdur. Həmin fərdi yaşayış evinə dair mart 1987-ci ilə aid 864 inventar nömrəli texniki pasport mövcuddur. ünvan 2 ünvanda yerləşən 1983-cü ildə tikilmiş fərdi yaşayış evinin isə əvvəllər (1961-ci ildə) K.Marks küçəsi -121, 117 a və 131 olmuşdur. Həmin fərdi yaşayış evinə dair 865 inventar nömrəli texniki pasport mövcuddur. Göründüyü kimi hər iki ünvana dair arxiv qovluğunda ayrı-ayrılıqda sənədlərin olması müəyyən edilir. Üçüncü şəxslərin isə iddiaçıya məxsus yaşayış sahəsində heç bir əmlak hüquqları olmadığından qeydiyyat tamamilə formal xarakter daşıyır. Bu o deməkdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna əsasən üçüncü şəxslərin iddiaçının evində qeydiyyatı üçün zəruri olan şərt (daimi və ya daha çox iddiaçının evində yaşaması) mövcud deyildir. Şəxsin bir ünvanda qeydiyyatda olub başqa yerdə faktiki olaraq yaşaması, qanunun yuxarıda göstərilən məqsədlərinin həyata keçirilməsini təmin etmir. Odur ki, məhkəmə hesab edir ki, üçüncü şəxslərin iddiaçının mənzilində qeydiyyatda qalması üçün qanuni əsaslar yoxdur. Bundan başqa, qeydiyyat məsələsi həm də iddiaçının mülkiyyət hüququnun tanınması və müdafiə olunması ilə əlaqəlidir. Belə ki, üçüncü şəxslərin iddiaçının evində qeydiyyatı iddiaçı üçün bəzi hallarda məhdudiyyətlər yaradır. Bu da mülkiyyət hüququnun konstitusion mahiyyətinə ziddir. Мülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci bəndinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi müikiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərlərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq qeyd edir ki, fiziki şəxslərin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Mülkiyyətçiyə hüquq verilir ki, özünə mənsub olan əmlak barəsində öz mülahizəsinə əsasən istənilən hərəkəti edə bilsin. Üçüncü şəxslərin mülkiyyətçiyə məxsus evdən qeydiyyatdan çıxarılması tələbi də mülkiyyətçinin məhz bu kimi hüquqlarından irəli gəlir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh üzərinə İddiaçı mülkiyyətində olan, ünvan 1 ünvanından üçüncü şəxslər X11 və X6 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-195/2024
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-195/2024
03.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver