Məhkəmə qərarları › İş №2-1(116)-196/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-196/2022

24.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-196/2022 24.05.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, cavabdehin nümayəndəsi X9, üçüncü şəxs X24, üçüncü şəxs X4 nümayəndəsi Nümayəndə iştirakı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Oğuz rayonunun Filfilli kəndində yerləşən 0,21 ha torpaq sahəsində X18 ilə bərabər X6 ümumibirgə mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçıların etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil1 cavabdehə qarşı məhkəməyə müraciət edərək, Oğuz rayon Aqrar İslahat Komissiyasının 26 may 1998-ci il tarixli 65 saylı qərarına əsasən JN-092F saylı torpağın mülkiyyətə verilməsinə dair X1 adının daxil edilməsi, Oğuz rayonu Filfilli kəndində yerləşən X6 təsərrüfatında olan 78 kv.m yaşayış sahəsinin X6 adına mülkiyyət hüquqları əsasında qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişlər. İddia ərizəsinin əsaslarına görə, İddiaçı1 xx.xx.1969-cu ildə X15 ilə ailə qurub onların yaşadığı Oğuz rayonu Filfilli kəndinə yerləşən evlərinə gəlin köçmüşdür. Həmin evdə iddiaçı, iddiaçının qayınatası Abdulhəşim Dursunov, onun ikinci qeyri-rəsmi arvadı Almarə Dursunova və iddiaçının qaynı Dursun Dursunovla birgə yaşamışdır. İddiaçının qayınanası İddiaçı4 03.03.1984-cü ildə vəfat etmişdir. Bu evlilikdən iddiaçının xx.xx.1990cı il təvəllüdlü Zahidə, xx.xx.1992-ci təvəllüdlü Orxan, xx.xx.2000-ci il təvəllüdlü Mərziyə, 22.12.2001-ci il təvəllüdlü İbrahim adlı uşaqları olmuşdur. İddiaçının qayınatası X16 10.01.2000-ci ildə, iddiaçının əri X15 isə 09.06.2015-ci ildə vəfat etmişdir. İddiaçının qayınatası ilə qayınanası arasında rəsmi nikah bağlanmışdır. Onların birgə evliliyindən 1955-ci il təvəllüdlü Yazgül, 1958-ci il təvəllüdlü Sadəgül, 1959-cu il təvəllüdlü Səməngül, 1963-cü il təvəllüdlü Məhəmməd, 1967-ci il təvəllüdlü Dursun adlı uşaqları olmuşdur. Sadəgül Dursunova 2018-ci ildə, Yazgül Dursunova 2015-ci ildə vəfat etdiyindən iddiaçı X28 və X30 onların vərəsələri olaraq iddia ərizəsində qeyd etmişdir. İddiaçının qayınatası X16 vəfat edənə qədər Oğuz rayonu Filfilli kəndində yaşamışdır. O, vəfat etdikdən sonra Filfilli kəndində yerləşən ümumibirgə mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı 0,51 ha torpaq sahəsi, fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi miras qalmışdır. İddiaçının qaynatası və qaynanasından miras qalmış əmlakı onun mərhum əri X15 qəbul etmiş, həmin kənd təsərrüfatı təyinatlı torpaq sahəsi hazırda iddiaçıların istifadəsindədir. İddiaçılara məlum olmuşdur ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının 26.05.1998-ci il tarixli 65 saylı qərarı ilə X16, X18 və X5 təsərrüfatı təyinatlı 0,51 ha torpaq sahəsi verilmişdir. Eyni tarixli qərar əsasında tərtib olunmuş JN-092F saylı torpağın mülkiyyətə verilməsinə dair X8 təsərrüfatı yalnız X12 adına qeydiyyata alınmışdır. X35 Komissiyasının qərarında X6 adı olmasına baxmayaraq baxmayaraq şəhadətnaməni tərtib etmiş DTXK-nın Oğuz rayon şöbəsi iddiaçılara məlum olmayan səbəbdən JN-092F saylı X1 adını daxil etməmiş, cavabdeh orqan isə 1958-ci ildə inşa edilmiş 78 kv.m yaşayış sahəsinə Daşdəmir Dursunovun hüquqlarını qeydiyyata almaqdan imtina etmişdir. İddiaçıların etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil1 cavabdehə ərizə ilə müraciət edərək JN-092F nömrəli X1 adının əlavə olunmasını xahiş etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh 01.10.2021-ci il tarixli etiraz məktubunda qeyd etmişdir ki, JN-092 F saylı Torpağın mülkiyyətə verilməsinə dair X1 adının daxil edilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ ərazi idarəsinin səlahiyyətləri daxilində deyil. Qeyd edilən torpaq sahəsində yerləşən fərdi yaşayış evi yaşayış üçün yararsız olduğundan qeydiyyata alınması mümkün olmamışdır. JN-092 F saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında 0,21 ha torpaq sahəsinə X12 adına 19.05.2020-ci il tarixdə ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. X18 03.06.2020-ci il rarixli, 4Ə 236 saylı alqı-satqı müqaviləsi əsasında 0,21 ha torpaq sahəsini X3. 03.06.2020-ci il rarixli, 4Ə 236 saylı alqısatqı müqaviləsi əsasında 0,21 ha torpaq sahəsinə X24 adına 23.06.2020-ci il tarixdə ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Eyni zamanda qeyd edilmişdir ki, ərazi idarəsinin mütəxəssisləri tərəfindən ərazidə texniki inventarlaşdırma işləri aparılmış və əldə olunan məlumatlar ərazi idarəsində mövcud olan elektron kadastr məlumat bazası ilə müqayisə olunmuşdur. Bu zaman məlum olmuşdur ki, torpaq sahəsi yaşayış məntəqəsi torpaqlarına aiddir. İddia edilən torpaq sahəsi X24 mülkiyyətində və istifadəsindədir. Torpaq sahəsində yaşayş üçün yararsız fərdi yaşayış evi və digər həyət tikililəri mövcuddur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ ərazi idarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İş üzrə üçüncü şəxs X31 məhkəməyə ünvanladığı 13.01.2022-ci il tarixli etiraz məktubunda qeyd etmişdir ki, o, həmin torpaq sahəsini notariat qaydada alqı-satqı olunaraq 12.000 manat məbləğə almışdır. Torpaq sahəsini aldığı zaman həmin ərazidə heç bir tikili mövcud olmamışdır və heç bir tikili Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmamışdır. Mübahisələndirilən torpaq sahəsi üzərində mülkiyyət hüququ yalnız X17 məxsusdur. İddiaçıların başqasının mülkiyyətində olan torpaq sahəsinə rəsmiləşdirilmiş şəhadətnaməyə və ya çıxarışa heç bir aidiyyatı və hüquqi əsası olmayan X6 adının qeyd edilməsi şəxsin mülkiyyət hüquqlarının kobud şəkildə pozulmasıdır. Torpaq sahəsi Oğuz rayon Aqrar İslahat Komissiyasının 26.05.1998-ci il tarixli 65 saylı qərarına əsasən birbaşa X12 adına sənədləşdirilmiş və həmin əsasla JN-092F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Eyni zamanda həmin şəhadətnaməyə əsasən **********54 reyestr nömrəsi ilə qeydiyyata alınmış Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Çıxarış verilmişdir. E.Cabbarov məktubunda qeyd etmişdir ki, X12 həmin torpaq sahəsi üzərindəki payı tamdır və atasından miras qalmamışdır. Qeyd olunan torpaq sahəsinə dair X6 ölümü ilə əlaqədar Oğuz rayon notariat ofisində heç bir vərəsəlik işi aparılmamış, torpaq sahəsi yüklü olmamışdır. E.Cabbarov məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçılara və onların nümayəndəsi və vəkilinə hüquqi yardım məktubu ünvanlanmış və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən nəzərlərinə çatdırılmışdır ki, qaldırdıqları iddia üzrə subyektiv hüquqa malik olub-olmadıqlarının araşdırılması zərurəti yaranmışdır. Belə ki, hazırkı iddia ərizəsi ilə Oğuz rayonunun Filfilli kəndində yerləşən 0,21 ha torpaq sahəsində X18 ilə bərabər X6 ümumibirgə mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edərək, X7 vərəsələri olmalarına dair sənədləri təqdim etsələr də, X10 münasibətdə onun vərəsələri olmalarını təsdiq edən heç bir sənəd təqdim etməmişlər. Odur ki, iddiaçılardan X10 münasibətdə iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olub-olmamaları məsələsinin araşdırılması zərurəti yarandığından, A.Dursunovun vərəsələri olmalarını təsdiq edən sənədləri məhkəməyə təqdim etmək xahiş olunmuş və müəyyən edilmiş müddətində qeyd olunanlara münasibət bildirilmələri təklif edilmişdir. İddiaçılar və onların nümayəndəsi və vəkili tərəfindən hüquqi yardım məktubunda qeyd olunlarla bağlı münasibət bildirilməmişdir. Hazırlıq icraatı çərçivəsində 25.01.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən iddiaçıların etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil1 “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə təqdim edərək “Oğuz rayonunun Filfilli kəndində yerləşən 0,21 ha torpaq sahəsində X18 ilə bərabər X6 ümumibirgə mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. İddiaçılar, iddiaçıların nümayəndəsi və vəkili, üçüncü şəxs X12 qəyyumu X13, digər üçüncü şəxslər X34 və X32 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçılar, iddiaçıların nümayəndəsi və vəkili, üçüncü şəxs X12 qəyyumu X13, digər üçüncü şəxslər X34 və X29 iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X31 iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında işirak edən üçüncü şəxs X4 nümayəndəsi Nümayəndə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan: JN-092F kod 40500028 nömrəli Şəhadətnamənin surətindən görünür ki, Oğuz rayon AİK-nın 26.05.1998-ci il tarixli 65 saylı qərarı ilə 0,21 ha həyətyanı torpaq sahəsi X17 verilmişdir. AA seriyalı 508957 nömrəli plan-ölçü sənədinin surətindən görünür ki, 0,21 ha həyətyanı torpaq sahəsi X17 verilmişdir. 19.05.2020-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, 0,21 ha həyətyanı torpaq sahəsi X12 xüsusi mülkiyyətində olmuşdur. Oğuz RİH başçısının 11.03.2020-ci il tarixli 14 nömrəli Sərəncamının surətindən görünür ki, X2 Rayon Məhkəməsinin 22 yanvar 2020-ci il tarixli 2(054)-13/2019 nömrəli qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş 13 avqust 1967-ci il təvəllüdlü qardaşı X18 üzərində qəyyum təyin edilmişdir. 02.06.2020-ci il tarixli ******* nömrəli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin surətindən görünür ki, X13 (qardaşı X12 əvəzinə) 0,21 ha torpaq sahəsini X3. 23.06.2020-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Oğuz rayonu Filfilli kəndində yerləşən 0,21 ha torpaq sahəsi X24 xüsusi mülkiyyətindədir. 334434 nömrəli “doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, etibarnamə əsasında səlahiyyətli Nümayəndə iş üzrə üçüncü şəxs Məmmədova (Dursunova) Səməngül Abdulhəşim qızının oğludur. 09.03.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı1, İddiaçı4 Məmməd qızı və İddiaçı2 09.06.2015-ci ildə vəfat etmiş X7 vərəsələridirlər. Miras əmlak 9 saylı Qəbələ ərazi idarəsi tərəfindən X11 29.09.2020-ci il tarixdə verilmiş **********18 və **********19 reyestr nömrəli çıxarışlara əsasən ümumi sahələri müvafiq olaraq 0,5443 ha və 0,2288 ha olan torpaq sahələrinin mərhuma məxsus hissəsindən ibarətdir. Məhkəmə bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz Göstərilən Plenum qərarından da göründüyü kimi, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı nəzərə alınmalıdır. İş materiallarına əlavə edilən sənədlərdən göründüyü kimi iddiaçılara hüquqi yardım məktubu ünvanlanaraq X10 münasibətdə onun vərəsələri olmalarını təsdiq edən müvafiq sənədlərin məhkəməyə təqdim olunması xahiş edilmiş, lakin iddiaçılar X7 vərəsələri olmalarına dair sənədi məhkəməyə təqdim etsələr də, X10 münasibətdə onun vərəsələri olmalarını təsdiq edən heç bir sənəd məhkəməyə təqdim olunmamışdır. Odur ki, qanunvericiliyin tələblərinin və yuxarıda göstərilənlərin işin faktiki hallarına tətbiqi baxımından məhkəmə hesab edir ki, hazırkı tələb üzrə iddia mümkün hesab edilməməlidir. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Oğuz rayonunun Filfilli kəndində yerləşən 0,21 ha torpaq sahəsində X18 ilə bərabər X6 ümumibirgə mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar