Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-196/2023 17.05.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi, iddiaçının nümayəndəsi X3 və cavabdehin nümayəndəsi X6 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “mərhum anası X5 məxsus İsmayıllı şəhəri, 16-cı kvartalda 16-cı və 15A, 21A kvartalında yerləşən 600 kv.m torpaq sahəsinin qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası X5 məxsus İsmayıllı şəhəri, 16-cı kvartalda 16-cı və 15A, 21A kvartalında yerləşən 600 kv.m torpaq sahəsinin qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, İsmayıllı rayon XDS İcraiyyə Komitəsinin 14 yanvar 1991-ci il tarixli qərarı ilə iddiaçının anası X5 600 kv.m torpaq sahəsi ayrılmışdır. İsmayıllı rayon XDS İcraiyyə Komitəsinin qeyd olunan qərarında göstərilmişdir ki, Azərbaycan SSR NS-nin xx.xx.1990-cı il tarixli, 342 nömrəli qərarına əsasən vətəndaşlara fərdi yaşayış evi tikilməsi üçün şəhərin 15a, 16a və 21-ci kvartallarından, İsmayıllı RİK-nın xx.xx.1989-cu il tarixli, 139 nömrəli qərarına əsasən şəhərin 15a və 21a nömrəli kvartallarından, Azərbaycan SSR NS-nin xx.xx.1982-ci il tarixli, 241 nömrəli qərarına əsasən şəhərin 30 və 16-cı kvartallarından və Azərbaycan SSR Dövlət Tikinti İşləri Komitəsinin xx.xx.1998-ci il tarixli 4-10-52 nömrəli məktubu ilə şəhərin 20-ci kvartallarından aşağıda adları qeyd olunan vətəndaşlara 30 və 30-cu kvartallarından 588 kv.m, 16-cı, 15a, 16a və 21a nömrəli kvartallarından 600 kv.m həyətyanı torpaq sahəsi verilsin.Qeyd olunan siyahıda iddiaçının mərhum anasının da adı qeyd olunmuş və ona torpaq sahəsi ayrılmışdır. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********82 nömrəli imtina məktubunda qeyd etmişdir ki, təqdim olunan sənədlərə əsaasən ərazidə müayinə işləri aparılmış və nəticə ərazi idarəsində mövcud olan elektron kadastr baza məlumatları ilə müqayisə olunarkən müəyyən olunmuşdur ki, torpaq sahəsi sənəd üzrə sahəyə uyğun deyil, faktiki torpaq sahəsi elektron baza xəritəsində başqa mülkiyyət sənədi ilə üst-üstə düşür. Bu səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-cı maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********72 nömrəli etiraz məktubunda iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənləri qeyd etmiş və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********49 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunur ki, iddiaçı X1 istifadəsində olan faktiki naturada ölçülmüş 0,0657 ha torpaq sahəsi İsmayıllı rayonu İsmayıllı şəhəri İnzibati Ərazi Dairəsinin sərhədləri daxilində, yaşayış məntəqəsi torpaqlarına aid olmaqla iddiaçı X4 tərəfindən həyətyanı sahə kimi istifadə olunur. İddiaçı X1 istifadəsində olan faktiki naturada ölçülmüş 0,0657 ha torpaq sahəsinin 0,0625 ha hissəsi JN-202 A nömrəli şəhadətnamə ilə mülkiyyətə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Məhkəmənin sorğusu əsasında mübahisəli torpaq sahəsi ilə üst-üstə düşən JN- 202A nömrəli şəhadətnamənin təsdiq olunmuş arxiv nüsxəsi cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuşdur. Müəyyən olunmuşdur ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli, 111 nömrəli qərarı ilə 0,06 ha həyətyanı torpaq sahəsi X11 ayrılmışdır. Qeyd olunan səbəbə görə məhkəmənin xx.xx.2023-cü il tarixli, 2- 1(116)-196/2023 nömrəli qərardadı ilə X13 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişdir. İddiaçıya xx.xx.2023-cü il tarixdə hüquqi yardım məktubu ünvanlanaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra - “İPM”) 13-cü maddəsinə müvafiq olaraq nəzərinə çatdırılmışdır ki, iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət verilməsi zərurəti yaranmışdır. Belə ki, məhkəmənin sorğusu əsasında cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə təqdim edilmiş xx.xx.2022-ci il tarixli **********49 saylı məktuba qoşma edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, iddiaçı X2 istifadəsində olan, faktiki naturada ölçülmüş 0,0657 ha torpaq sahəsi İsmayıllı rayonu İsmayıllı şəhəri İnzibati ərazi dairəsi sərhədləri daxilində, yaşayış məntəqəsi torpaqlarına aid olmaqla iddiaçı tərəfindən həyətyanı torpaq sahəsi kimi istifadə olunur, iddiaçının fakitiki naturada ölçülmüş 0,0657 ha torpaq sahəsinin 0,0625 ha hissəsi JN-202A nömrəli şəhadətnamə ilə mülkiyyətə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Bu səbəblə iddiaçı ilk növbədə JN-202A (kod ********) saylı “Topağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”ni mübahisələndirməli, daha sonra 600 kv.m həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı məhkəməyə müraciət etməlidir. Belə ki, fakitiki naturada ölçülmüş 0,0657 ha torpaq sahəsinin 0,0625 ha hissəsi JN-202A nömrəli şəhadətnamə ilə mülkiyyətə verilmiş torpaq sahəsi ilə üst-üstə düşdüyündən həmin sənəd ləğv edilmədən torpaq sahəsi üzərində yenidən qeydiyyatın aparılması yolverilməzdir. Yardım məktubunda qeyd olunanlara münasibət bildirilməsi üçün iddiaçıya vaxt verilməsinə baxlamayaraq, məktubda qeyd olunanlarla bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirməmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxs X13 məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə üçüncü şəxsin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, məhkəmənin yardım məktubunu aldıqlarını bildirmiş, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə dair cavabdehin etiraz məktubunun məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin hallarının araşdırılması zamanı, cavabdehin etiraz məktubu və mütəxəssis rəyinə əsasən müəyyən edilir ki, iddiaçının naturada göstərdiyi 0,0657 ha torpaq sahəsi üçüncü şəxs X10 mülkiyyətinə JN-202A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə verilmiş 0,06 ha torpaq sahəsi ilə üst-üstə düşür. Belə olduğu halda iddiaçı ilk növbədə X10 adına 0,06 ha torpaq sahəsinə dair tərtib olunmuş hüquqmüəyyənedici sənədləri mübahisələndirməli, daha sonra həyətyanı torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması ilə bağlı məhkəməyə müraciət etməlidir. Qeyd olunanlarla bağlı iddiaçıya İPM-in 13-cü maddəsinə əsasən hüquqi yardım edilmiş, həmçinin məhkəmə iclasında bir daha qanunvericiliyin tələbləri izah olunaraq dinlənilməsi təmin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Həmin Qərarın: 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir; 3.2-ci bəndinə görə, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir; 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir; 3.4-cü bəndinə görə, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər; 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir; 8.2-ci bəndinə görə bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir; 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçı arzuladığı məqsədə nail olmaq üçün ilk növbədə X10 adına 0,06 ha torpaq sahəsinə dair tərtib olunmuş hüquqmüəyyənedici sənədi mübahisələndirərək məhkəmədə iddia qaldırmalı, daha sonra torpaq sahəsinin adına rəsmiləşdirilməsini tələb etməlidir. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə məhkəmədə iddia qaldırmaq imkanını istisna etmir. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “mərhum anası X5 məxsus İsmayıllı şəhəri, 16-cı kvartalda 16-cı və 15A, 21A kvartalında yerləşən 600 kv.m torpaq sahəsinin qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2llegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə.
Məhkəmə qərarları › İş №2-1(116)-196/2023
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-196/2023
17.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver