Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1967/2025 19.01.2026 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X9 Lətif oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs X3, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı «torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi» barədə iddia tələbinə dair iş materiallarına məhkəmənin binasında (ünvan: ünvan 1 etdi: Təsviri hissə : İddiaçı Tüntül bələdiyyəsinin ona 200 kv.m torpaq sahəsinin ayrılması barədə 31 oktyabr 2001-ci il tarixli 22 nömrəli qərarının surətini və bu qərara əsasən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumu tərəfindən verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədini əlavə etməklə ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin (bundan sonra – DƏDKR) 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmiş və müraciətində həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsini xahiş etmişdir. DƏDKR 9 saylı Qəbələ Ərazi İdarəsi məsələnin həllindən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, həmin torpaq sahəsi əvvəllər qeydiyyata alınmış, başqa vətəndaşa məxsus mülkiyyət sənədi ilə üst-üstə düşür. Bundan sonra İddiaçı cavabdeh DƏDKR 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırır ki, Qəbələ rayonu Tüntül bələdiyyəsi müraciəti əsasında ona 200 kv.m torpaq sahəsinin satılması barədə 31 oktyabr 2001-ci il tarixli 22 nömrəli qərar qəbul etmişdir. Torpaq sahəsinin alqı-satqısı üzrə bələdiyyənin bank hesabına 480.000 manat pul vəsaiti ödənilmişdir. Torpaq sahəsinin alqı-satqı aktı DTXK Qəbələ rayon şöbəsində 24 dekabr 2001-ci il tarixdə qeydiyyata da alınmışdır. O, həmin torpaq sahəsi üzərində hüququnun reyestrdə qeydiyyata alınması ilə bağlı cavabdeh DƏDKR 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etsə də, qurum məsələnin həllindən imtina etmişdir. Cavabdeh orqan müraciətdə qaldırılmış məsələyə obyektiv baxmamaqla qanunvericiliyin tələblərini pozmuşdur. İddiaçı cavabdehin imtinasını mübahisələndirir. DƏDKR 9 saylı Qəbələ Ərazi İdarəsi iddiaya etiraz edir və mövqeyini belə əsaslandırır ki, iddiaçı Kərimov X5 rayonu, Tüntül Bələdiyyəsindən əldə etdiyi 200 kv.m torpaq sahəsinə reyestrdən çıxarış və plan-ölçü sənədinin verilməsi ilə bağlı Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətlə bağlı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən ərazidə texniki inventarlaşdırma işləri aparılmış və əldə olunan məlumatlar İdarədə mövcud olan elektron kadastr məlumat bazası ilə müqayisə olunarkən məlum olmuşdur ki, faktiki torpaq sahəsi ərazi idarəsində mövcud olan elektron baza xəritəsinə əsasən əvvəllər qeydiyyata alınmış X6 məxsus mülkiyyət sənədi ilə üst-üstə düşür. Belə ki, iddiaçının iddia etdiyi faktiki torpaq sahəsi X3 adına tərtib edilmiş 21 noyabr 2023-cü il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışda göstərilən torpaq sahəsi ilə üst üstə düşür. Qəbələ Rayon Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli e-2(025)-398/2024 saylı qətnaməsi ilə iddiaçının iddia etdiyi torpaq sahəsinin başqa şəxsə məxsus olması öz əksini tapmışdır. Qeyd olunan səbəblərə görə də müraciətinin icrası İdarə tərəfindən mümkün olmamışdır. Məhkəmə icraatının gedişində DƏDKR 9 saylı Qəbələ Ərazi İdarəsindən 24 aprel 2025-ci il tarixli məktubla alınmış mütəxəssis rəyində aşağıdakılar qeyd olunmuşdur: - İddiaçı Qəbələ rayon Tüntül Bələdiyyəsinin 31 oktyabr 2001-ci il tarixli 22 saylı qərarı ilə ayrılmış DTXK Qəbələ rayon şöbəsi tərəfindən tərtib edilmiş 5 nart 2012-ci il tarixli, A 390222 nömrəli “torpaq sahəsinin plan və ölçüsü”ndə göstərilən 0,02 hektar torpaq sahəsi kateqoriyası yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikinti altında olan torpaqlar, **********90 nömrəli reyestrdən çıxarışa əsasən X3 xüsusi mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçı istifadəsində olan faktiki naturada ölçülmüş 0,0279 hektar torpaq sahəsinin iddiaçının adına tərtib edilmiş A 390222 nömrəli “torpaq sahəsinin plan və ölçüsü”nə və **********90 nömrəli reyestrdən çıxarışa əsasən X3 xüsusi mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşməyən, 0,0077 hektar hissəsi isə Qəbələ rayonu Tüntül kəndi ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DWG) əsasən kateqoriyası yaşayış məntəqələrinin torpaqları, uqodiyası küçə, keçid ümumi istifadədə olan torpaqlar, bələdiyyə mülkiyyətinə aid ərazidir. İddiaçının istifadəsində olan 0,0279 hektar torpaq sahəsi X1 X2 (TEKUİS) əsasən kateqoriyası yaşayış məntəqələrinin torpaqları , uqodiyası müəssisələrin, təşkilatların və idarələrin istifadəsində olan torpaqlar, iaşə obyekti, bələdiyyə mülkiyyəti göstərilmişdir. Faktiki istifadəsində olan torpaq sahəsi başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üstüstə düşmür. Torpaq sahəsinin koordinatları və yerləşmə vəziyyəti yerquruluşu planlarında göstərilmişdir. Sonradan məhkəmə icraatında DƏDKR 9 saylı Qəbələ Ərazi İdarəsindən 21 iyun 2025-ci il tarixli məktubla alınmış mütəxəssis rəyində isə aşağıdakılar qeyd olunmuşdur: - İşin araşdırılması məqsədilə DƏDKR 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisi tərəfindən 26 fevral 2025-ci il tarixdə Qəbələ rayonu Tüntül kəndində yerləşən əraziyə baxış keçirilmiş və GPS aləti vasitəsilə ölçü işləri aparılmışdır. Kameral qaydada Mərkəzin elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki, 1) İddiaçı istifadəsində olan faktiki naturada ölçülmüş 0,0279 hektar torpaq sahəsinin 0,0051 hektar hissəsinin TEKUİS-ə əsasən kateqoriyası yaşayış məntəqələrinin torpaqları, uqodiyası təhsil, səhiyyə, mədəniyyət, nəqliyyat, rabitə və digər sosial və ictimai tikinti altında olan torpaqlar, iaşə obyekti bələdiyyə mülkiyyəti, 0,0060 hektar hissəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqları, uqodiyası yollar və küçələr, ümumi istifadədə olan torpaqlar bələdiyyə mülkiyyəti göstərilmişdir. Qalan 0,0168 hektar hissəsi isə kateqoriyası yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikinti altında olan torpaqlar, **********90 nömrəli reyestrdən çıxarışa əsasən X3 xüsusi mülkiyyətinə aid ərazi kimi kimi göstərilmişdir. İddiaçının istifadəsində olan faktiki naturada ölçülmüş torpaq sahəsi başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür. Torpaq sahəsinin koordinatları və yerləşmə vəziyyəti yerquruluşu planlarında göstərilmişdir; 2) iddiaçının adına tərtib edilmiş A390222 nömrəli “torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilən torpaq sahəsi TEKUİSdə öz əksini tapmadığına görə faktiki istifadə olunan torpaq sahəsi ilə üst-üstə düşübdüşməməsini təyin etmək mümkün deyildir; 3) TEKUİS məlumat bazasına əsasən iddiaçının iddia etdiyi torpaq sahəsinin A390222 nömrəli “torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilən torpaq sahəsinin yerləşmə vəziyyətini özündə əks etdirən yerquruluşu planları, ərazinin izahlı ortofoto görüntüsü təqdim edilir. «Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında» 18 oktyabr 2024-cü il tarixli, 50-VİİQ nömrəli Qanunla Qəbələ rayonu üzrə Nohurqışlaq və Tüntül bələdiyyələrinin əhatə etdiyi Nohurqışlaq, Tüntül və Yengicə kəndlərində Nohurqışlaq bələdiyyəsi yaradılmışdır. Məhkəmə icraatının gedişində məhkəmənin 14 fevral 2025-ci il tarixli qərardadı ilə Qəbələ rayonu Nohurqışlaq bələdiyyəsi və 10 mart 2025-ci il tarixli qərardadı ilə X8 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşlar. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə inzibati məhkəmə icraatının iştirakçılarına bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçının nümayəndəsi (vəkili) və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs və onun nümayəndəsi gəlmişlər, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə icraatının gedişində Əmlak Məsələləri Dövlət Xidmətinin Ali Məhkəməyə ünvanlanmış 1 dekabr 2025-ci il tarixli məktubundan məlum olmuşdur ki, İqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli 3-21/3-1-F-110/2025 nömrəli əmri ilə Nazirlik yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Nizamnaməsi, strukturu və ştat cədvəli yeni redaksiyada təsdiq edilmiş, Nizamnamə yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının və balanslarındakı əmlakların Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə verilməsi qərara alınmışdır. Məhkəmə iş üzrə cavabdeh DƏDKR 9 saylı Qəbələ Ərazi İdarəsini DƏDKR ilə əvəz etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə etdi və bildirdi ki, bələdiyyə qərarı ilə ayrılmış 200 kv.m torpaq sahəsi həmin vaxtdan iddiaçının istifadəsindədir. Mülki məhkəmə mübahisəsi zamanı məlum olur ki, iddiaçının istifadəsində olan 279 kv.m torpaq sahəsinin 168 kv.m hissəsi hazırkı icraata cəlb olunmuş üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. Ona görə də iddianın dəyişdirilməsi barədə ərizə verilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs X8 iddiaya etiraz etdi və bildirdi ki, iddiaçının təqdim etdiyi sənədlər qanunsuzdur. Məhkəmə iclasında iştirak edən inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxsin nümayəndəsi Nümayəndə iddiaya etiraz etdi və bildirdi ki, üçüncü şəxsə torpaq sahəsi 1994-cü ildə ayrılmışdır, iddiaçı isə 2001-ci ildə qanunsuz yolla əldə etdiyi sənədi göstərir. İddiaçı bələdiyyədə işləyib, icra nümayəndəsi kimi işləyib. Əsaslandırma hissəsi : Məhkəmə İPM-in 35.1 və 68.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, hesab edir ki, iddia mümkün iddia sayıla bilməz. İlk növbədə qaldırılan iddia üzrə mübahisənin ərazi aidiyyəti barədə qeyd olunmalıdır ki, İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Qəbələ rayonu Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan və müvafiq daşınmaz əmlak Qəbələ rayonu ərazisində yerləşdiyindən, mübahisəyə həmin rayon üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına uyğundur. İddianın mümkünlüyünə gəldikdə isə, məhkəmə iddianı mümkün iddia kimi qiymətləndirmir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 2.3-cü maddəsinə görə daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə görə hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 8-ci maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.1) qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. «İnzibati icraat haqqında» Qanunun 65.1.2-ci maddəsinə görə müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır. Həmin Qanunun 65.2-ci maddəsinə görə etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Məhkəmə icraatında Qəbələ rayonu Nohurqışlaq bələdiyyəsi məhkəməyə ünvanlanmış 3 mart 2025-ci il tarixli məktubunda aşağıdakıları bildirmişdir: - DTXK Qəbələ rayon şöbəsinin rəyi, torpaq sahəsinin seçilməsinə dair akt, torpaq sahəsinin yerquruluşu planı, tərəflər arasında bağlanmış torpaqların alqı-satqısına dair akt və İddiaçı ayrılmış 0,02 ha torpaq sahəsinin əvəzinin ödənilib-ödənilməməsi barədə Nohurqışlaq bələdiyyəsində sənəd və məlumat mövcud deyil. Odur ki, bu sənədlər barədə DƏDKR 9 saylı Qəbələ Ərazi İdarəsindən məlumat əldə edilməlidir. İddiaçı torpaq sahəsinin ayrılmasına dair Qəbələ rayon Nohurqışlaq bələdiyyəsinin 26 fevral 2025-ci il tarixli 01 saylı məktubu əsasında Qəbələ rayon X7 bələdiyyəsinin 31 oktyabr 2001-ci il tarixli 22 saylı iclas protokolunun təsdiqlənmiş surəti məhkəməyə göndərilir. Qeyd olunmalıdır ki, Qəbələ rayonu Nohurqışlaq bələdiyyəsinin 3 mart 2025-ci il tarixli məktubuna əlavə edimiş Tüntül bələdiyyəsinin 31 oktyabr 2001-ci il tarixli 22 nömrəli iclas protokolundan görünür ki, İddiaçı torpaq sahəsi ayrılması barədə hissə həmin protokola sonradan (iclas başa çatdıqdan sonra) əlavə edilmişdir. Çünki, protokolda ona torpaq sahəsi ayrılması barədə hissədən əvvəl iclasın başa çatması barədə sədrin və katibin imzalarının və bələdiyyənin möhürünün mövcudluğu aydın şəkildə məlumdur. Göründüyü kimi, iddiaçının həm inzibati icraatda təqdim etdiyi, həm də məhkəmə icraatında əsaslandığı Tüntül bələdiyyəsinin 31 oktyabr 2001-ci il tarixli 22 saylı qərarı ona münasibətdə mötəbər sayıla bilməz. Həmin akt ona münasibətdə kollegial qaydada qəbul olunmalı olduğu halda, belə qaydaya riayət olunmamış, yəni səlahiyyətsiz inzibati orqan tərəfindən qəbul olunmuş kimi qiymətləndirilir. Odur ki, iddiaçının təqdim etdiyi hüquq müəyyən edici sənəd etibarsız inzibati akt kimi heç bir hüquqi nəticə yatarmır. Bu isə o nəticəyə gəlməyə əsas verir ki, iddiaçının iddia etdiyi torpaq sahəsinə subyektiv hüququ mövcud deyil. Bundan başqa, işdə olan mütəxəssis rəyi ilə müəyyən edilir ki, iddiaçının iddia etdiyi 200 kv.m torpaq sahəsinin bir hissəsi, yəni 168 kv.m hissəsi X3 mülkiyyəti kimi qeydiyyat alınmış torpaq sahəsinin hüdudları daxilində yerləşir. Məhkəmə qeyd edir ki, iddiaçı Qəbələ rayonunun Tüntül kəndində yerləşən torpaq sahəsinə hüquqa dair X3 adına aparılmış qeydiyyatı mübahisələndirməmiş və həmin qeydiyyat hazırda da qüvvədədir. Hazırkı məhkəmə icraatında iddiaçı iddianın dəyişdirilməsi ilə bağlı məhkəməyə ərizə təqdim etsə də, inzibati orqana müvafiq (qeydiyyatın ləğvi barədə) müraciəti olmadığından məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsinin qəbulundan imtina olunmuşdur. Məhkəmənin qənaətinə görə bu səbəbdən də iddiaya həmin torpaq sahələrinə aid hissədə baxıla bilməz. İddia olunan 200 kv.m torpaq sahəsinin 168 kv.m hissəsinin, yəni böyük hissəsinin mübahissələndirilməsi yolverilməz olduğu halda, qalan sahəyə hüququnun qeydiyyatı iddiaçının hüquqi marağına xidmət etmir. Bütün qeyd olunanların məcmusunda məhkəmə belə qənaətə gəlir ki, hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması mümkünsüzdür. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-in 108.1-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. İPM-in 109-cu maddəsinə görə prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. İPM-in 110-cu maddəsinə görə prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq inzibati məhkəmə icraatının iştirakçılarına aid edilir (maddə 110.1). Yalnız üçüncü şəxs qismində icraata cəlb olunması barədə ərizə verdiyi və ya hər hansı qərardan şikayət verdiyi, yaxud prosessual xərclər həmin şəxsin təqsiri üzündən meydana gəldiyi hallarda, məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxsin üzərinə prosessual xərcləri ödəmək vəzifəsi qoyula bilər (maddə 110.4). MPM-in 115.0.1-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. İş materiallarından görünür ki, hazırkı məhkəmə icraatında aidiyyəti suallar üzrə mütəxəssis rəyinin alınması üçün İddiaçı DƏDKR-in müvafiq bank hesabına 95 manat pul vəsaiti ödəmişdir. Məhkəmə qeyd edir ki, məhkəmə icraatında 95 manat məbləğində mütəxəssisə ödənilmiş prosessual xərc inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxsin təqsiri üzündən yaranmamışdır. Odur ki, məhkəmə icraatında məhkəmə məsrəfi kimi İddiaçı tərəfindən mütəxəssis rəyinin alınması üçün ödənilmiş 95 manat pul vəsaiti iddiaçının özünə aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 80, 83.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia mümkün sayılmır. Məhkəmə məsrəfi kimi İddiaçı tərəfindən mütəxəssis rəyinin alınması üçün ödənilmiş 95 manat pul vəsaiti iddiaçının özünə aid edilir. Qərardaddan onun tam formada təqdim olunduğu gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 4egiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi 318) şikayət verilə bilər. X10
Məhkəmə qərarları › İş №2-1(116)-1967/2025
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1967/2025
19.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver