Məhkəmə qərarları › İş №2-1(116)-1968/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1968/2022

08.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1968/2022 08.09.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlu İddiaçı Xəlilova (Paçalova) Aynur Cindar qızının nümayəndəsi X3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “etibarnamə üzrə nümayəndəsi olduğu Xəlilova (Paçalova) Aynur Cindar qızına məxsus ünvan 1 ünvanında yerləşən, 0,0601 ha həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq Xəlilova (Paçalova) Aynur Cindar qızının adına Hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı etibarnamə üzrə nümayəndəsi olduğu Xəlilova (Paçalova) Aynur Cindar qızına məxsus ünvan 1 ünvanında yerləşən, 0,0601 ha həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq Xəlilova (Paçalova) Aynur Cindar qızının adına Hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi xx.xx.2022-ci il tarixdə Şəki İnzibati Məhkəməsinin icraatına daxil olmuşdir. İddiaçı və iddiaçının etibarnamə üzrə nümayəndəsi X2 02 sentyabr 2022-ci il tarixdə 2-1(116)-1968/2022 saylı hüquqi yardım məktubu təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin 13-cü maddəsinə müvafiq olaraq iddiaçının nəzərinizə çatdırılmışdır ki, X3 adına verilmiş, notarial qaydada təsdiq edilmiş ƏN-İ №894373 nömrəli etibarnamədə iddiaçı Xəlilova (Paçalova) Aynur Cindar qızının adından iddia qaldırmaq və onu məhkəmədə təmsil etmək səlahiyyətləri nəzərdə tutulmamışdır. Bundan sonra X3 xx.xx.2022-ci il tarixdə məhkəməyə teleqram göndərərək iddia ərizəsi və sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə, ərizəni iş materialları ilə birgə araşdırıb hesab edir ki, iddiaçı öz aktiv hərəkəti ilə, iradəsinə uyğun olaraq məhkəməyə “iddianın geri götürülmüş sayılması barədə” təqdim etdiyindən, o, hazırki iddia tələbinə məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini arzu etmir. Belə olan halda məhkəmə tərəfindən iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 16, 55, 80ci maddələrini rəhbər tutaraq, qərara aldı: Ərizə təmin edilir. İddiaçı Xəlilova (Paçalova) Aynur Cindar qızının nümayəndəsi X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “etibarnamə üzrə nümayəndəsi olduğu Xəlilova (Paçalova) Aynur Cindar qızına məxsus ünvan 1 ünvanında yerləşən, 0,0601 ha həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq Xəlilova (Paçalova) Aynur Cindar qızının adına Hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə iddiası geri götürülmüş sayılsın və inzibati iş üzrə icraata xitam verilir. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar