Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-197/2021 11.02.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, İddiaçının nümayəndəsi X3, cavabdehin nümayəndəsi Hacı-X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X7rşı “cavabdehin xx.xx.2020-ci il tarixli **********20 nömrəli imtinasının qanunsuz hesab edilməsi və Şəki şəhəri, S.Mümtaz küçəsinin qərbində yerləşən qeyri-yaşayış sahəsinin (binasının) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X7rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2020-ci il tarixli **********20 nömrəli imtinasının qanunsuz hesab edilməsi və Şəki şəhəri, S.Mümtaz küçəsinin qərbində yerləşən qeyri-yaşayış sahəsinin (binasının) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı Şəki Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli, 1/66 nömrəli sərəncamı ilə aralarında bağlanmış xx.xx.2008-ci il tarixli 6 nömrəli müqaviləyə əsasən 20 il icarə müddəti olmaqla şəhərin S.Mümtaz küçəsinin qərbində yerləşən 80 kv.m ərazidə mağaza tikmişdir. İddiaçı cavabdeh orqana müraciət edərək, qeyri-yaşayış sahəsinin dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin cavabdeh tərəfindən onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqanın iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli **********20 nömrəli imtina məktubu və məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli **********72 nömrəli etiraz məktubundan müəyyən edilir ki, iddiaçı cavabdeh orqana müraciət etdikdə təqdim etdiyi sənədlər arasında Şəki Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli, 1/66 nömrəli sərəncamı və xx.xx.2008-ci il tarixli 6 nömrəli icarə müqaviləsi mövcud olsa da, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə əsasən 2013-cü il yanvarın 1-dək inşa edilmiş qeyri-yaşayış binalarına münasibətdə müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, istismara qəbul aktı aşkar edilməmişdir. Qeyd olunan sənədlər iddiaçı tərəfindən təqdim edilmədiyi üçün müraciətin təmin edilməsi mümkün olmamışdır. İddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X5 məhkəmə iclasında ərizə təqdim edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə ərizəni iş materialları ilə birgə araşdırıb hesab edir ki, iddia geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsinin məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, iddia tələbindən imtina etməməklə iddia ərizəsinin geri qaytarılması arzusundadır və iddia tələbinə baxılmasını arzu etmir. Məhkəmə qeyd edir ki, iddiaçı öz aktiv hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə də o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə iddianın geri qaytarılması barədə qərardad qəbul etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 55 və 80-cı maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X7rşı “cavabdehin xx.xx.2020-ci il tarixli **********20 nömrəli imtinasının qanunsuz hesab edilməsi və Şəki şəhəri, S.Mümtaz küçəsinin qərbində yerləşən qeyri-yaşayış sahəsinin (binasının) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-197/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-197/2021
11.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver