Məhkəmə qərarları › İş №2-1(116)-1979/2023

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1979/2023

17.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1979/2023 17.11.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “usta məharət dərəcəsinə görə vəzifə maaşına olan əlavəni nəzərə almaqla pensiyasının yenidən hesablanaraq, yenilənmiş məlumat vərəqəsinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə müraciət edərək “iddiaçının aktiv işlədiyi dövrdə təminat xərcliyinə daxil olmuş “müharibə veteranı”, “məharət” usta (ixtisas) dərəcəsinə görə vəzifə maaşına olan əlavəni nəzərə almaqla pensiyasının yenidən hesablanaraq, yenilənmiş məlumat vərəqəsinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat İdarəsinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmiş, iş 2- 1(116)-1382/2023 nömrə ilə qeydə alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-1629/2023 nömrəli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə vəsatət göndərərək, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı”, usta (ixtisas) dərəcəsinə görə vəzifə maaşına olan əlavəni nəzərə almaqla pensiyasının yenidən hesablanması, yenilənmiş məlumat vərəqəsinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat İdarəsinə göndərilməsi”nə dair iddia tələbində olan predmetləri ayrı-ayrı, müstəqil icraatlara ayrılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-1979/2023 nömrəli qərardadı ilə 2-1(116)-1979/2023 nömrəli inzibati iş üzrə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının verilməsi” tələbi ayrıca icraata ayrılmışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçı, məhkəmə iclasında izahat verərək bildirdi ki, 2017-ci ildə imtihana buraxılmadığım üçün usta məharət dərəcəsini təsdiq edə bilməsə də cavabdeh orqan əvvəlki, yəni birinci məharət dərəcəsinin olmasını nəzərə alaraq Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat İdarəsinə göndərdiyi məlumat vərəqində müvafiq qeydiyyat aparmalı idi. Cavabdeh orqana qarşı olan faktiki tələbi Müdafiə Nazirliyinin keçmiş baş qərargah rəisinin şifahi göstərişi əsasında 2016-cı ildə bütün məharət dərəcələrinin ləğv edilməsinin qanunsuz olması ilə bağlıdır. Belə ki, yuxarıda qeyd etdiyi kimi məharət dərəcələri ləğv olunduğundan məlumat vərəqinə əlavə edilmiş pul attestatında məharət dərəcəsinin ümumiyətlə olmaması qeyd edilmişdir. Cavabdeh orqana qarşı məharət dərəcələrinin ləğv olunmasının qanunsuz olması ilə bağlı müraciət etdikdən və həmin məsələ ilə bağlı müsbət nəticə əldə etdikdən sonra mövcud olan məharət dərəcəsinə uyğun vəzifə maaşıma əlavəni nəzərə alaraq pensiyasının yenidən hesablanaraq, yenilənmiş məlumat vərəqəsinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat İdarəsinə göndərilməsi üçün cavabdeh orqana, mraciəti təmin olunmadıqda (və ya cavabsız saxlandıqda) müvafiq öhdəliyinin cavabdehin üzərinə qoyulması üçün iddia ərizəsi ilə məhkəməyə müraciət edəcəyəm. Hazırkı iddia ərizəsində qeyd edilmiş məzmuna uyğun cavabdeh orqana qarşı hər hansı tələbi yoxdur. İddia ərizəsi tərtib edilərkən hüquqi marağı və nail olmaq istədiyi hüquqi nəticə düzgün ifadə edilməmişdir. Odur ki, məhkəmənin icraatında olan 2-1(116)-1979/2023 nömrəli inzibati iş üzrə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş edir. Məhkəmə, ərizəni iş materialları ilə birgə araşdırıb hesab edir ki, iddiaçı öz aktiv hərəkəti ilə, iradəsinə uyğun olaraq iddia ərizəsinin geri götürülməsini xahiş edir. İddiaçı hazırki mərhələdə iddia tələbinə məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini arzu etmir. Belə olan halda məhkəmə tərəfindən iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 55, 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “usta məharət dərəcəsinə görə vəzifə maaşına olan əlavəni nəzərə almaqla pensiyasının yenidən hesablanaraq, yenilənmiş məlumat vərəqəsinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası geri götürülmüş sayılır və iş üzrə icraata xitam verilir. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar