Məhkəmə qərarları › İş №2-1(116)-1979/2024

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1979/2024

13.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1979/2024 13.06.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlu, İddiaçı Cavabdehnə qarşı "xx.xx.1976-cı ildə Füzuli rayonu Seyidəhmədli kəndində anadan olmuş, xx.xx.1993-cü il tarixdə könüllü olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Füzuli rayonu ərazisində gedən döyüşlərdə Ermənilərin işğalının qarşısını alan zaman düşmən gülləsindən xəsarət alaraq həlak olmuş mərhum oğlu X1 ölüm haqqında Şəhadətnamənin dəyişiklik edilərək verilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1976-cı ildə Füzuli rayonu Seyidəhmədli kəndində anadan olmuş, xx.xx.1993-cü il tarixdə könüllü olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Füzuli rayonu ərazisində gedən döyüşlərdə Ermənilərin işğalının qarşısını alan zaman düşmən gülləsindən xəsarət alaraq həlak olmuş mərhum oğlu X1 ölüm haqqında Şəhadətnamənin dəyişiklik edilərək verilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin № 2-1(116)-1593/2024 nömrəli xx.xx.2024-cu il tarixli qərardadına əsasən iddia mümkün sayılmamışdır. Həmin qərardad iddiaçıya göndərilmiş,iddiaçı tərəfindən qərardaddan apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 2-1(107)-332/2024-004 saylı Qərardadı ilə apellyasiya şikayəti təmin edilməmişdir. Məhkəmə hesab edir ki,eyni iddia tələbi ilə bağlı iddiaçıya əvvəllər hüquqi yardım edilmiş,dinlənilmə hüququ təmin edilmişdir.Hazırkı tələ üzrə hüquqi yardım edilməsi tələbin mümkünlük şərti baxımında faktiki halları dəyişməyəcəyindən prosessual qənaət prinsipi baxımından iddiaçıya yardım edilməsinə zərurət yoxdur. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır İddia ərizəsindən görünür ki,iddiaçının hüquqi marağı mərhum övladı X2 barəsində tərtib edilmiş “Ölüm haqqında Şəhadətnamə”də ölümün səbəbinin dəyişdirilərək yeni Şəhadətnamə verilməsindən ibarətdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-874/2019-cu il saylı xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən oğlu mərhum X1 ölüm faktı müəyyən edilmiş, ölümün səbəbi mülki mühakimə icraatı qaydasında baxılan qətnaməyə əsasən müəyyən edilmişdir. Mahiyyət etibarı ilə “Ölüm haqqında Şəhadətnamə”yə düzəliş edilməsi,yəni ölümün səbəbinin dəyişdirilməsi inzibati araşdırma predmeti deyildir. İddiaçı nail olmaq istədiyi hüquqi nəticəyə uyğun olaraq həmin sənədin ona məxsus olmasını məhkəmə qaydasında tələb edə bilər ki,bu da yuxarıda qeyd olunan qətnamə əsasında təmin edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi qaydasında xüsusi icraat qaydasına ərizə verə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Həmin qərarının 17-ci bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı "xx.xx.1976-cı ildə Füzuli rayonu Seyidəhmədli kəndində anadan olmuş, xx.xx.1993-cü il tarixdə mülki şəxs kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Füzuli rayonu ərazisində gedən döyüşlərdə Ermənilərin işğalının qarşısını alan zaman düşmən gülləsindən xəsarət alaraq həlak olmuş mərhum oğlunun X1 ölüm haqqında Şəhadətnamənin dəyişiklik edilərək verilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar