Məhkəmə qərarları › İş №2-1(116)-198/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-198/2021

17.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-198/2021 17.02.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun, Məhkəmə iclasının katibi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X2rşı “cavabdehin xx.xx.2020-ci il tarixli 2142 nömrəli imtinasının qanunsuz hesab edilməsi və JN-801 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” ilə ona və ailə üzvlərinə verilmiş Şəki rayonu, Kiçik Dəhnə kəndində yerləşən 3.18 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdehin xx.xx.2020-ci il tarixli 2142 nömrəli imtinasının qanunsuz hesab edilməsi və JN-801 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” ilə ona və ailə üzvlərinə verilmiş Şəki rayonu, Kiçik Dəhnə kəndində yerləşən 3.18 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, torpaq islahatı aparılan zaman AİK-nın qərarı ilə iddiaçı və ailə üzvlərinə 2.46 ha sulaq sahə, 0.72 ha dəmyə olmaqla cəmi 3.18 ha torpaq sahəsi verilmiş, torpaq sahəsi naturada iddiaçıya təqdim edilmiş və sahənin cizgiləri ona göstərilmişdir. Hal-hazıradək torpaq sahəsini iddiaçı və onun ailə üzvləri istifadə edir. Lakin torpaq sahəsinə dair tərtib edilmiş iddiaçıya məxsus JN-801 nömrəli dövlət aktı ona verilməmişdir. İddiaçı iddia ərizəsində qeyd edir ki, həmin torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan iddia tələbinə etiraz məktubunda bildirmişdir ki, ərazi idarəsinin arxiv materiallarında iddiaçı və ailə üzvlərinin adına kod 40400018, JN-801 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın verilməsi barədə məlumat aşkar edilməmişdir. Sözügedən ailəyə 0.1153 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə A seriyalı 448556 nömrəli, 0.2287 ha həyətyanı torpaq sahəsinə A seriyalı 447528 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi barədə məlumat mövcuddur. Elektron baza məlumatlarında, yəni xəritə materiallarında 801 nömrəsi ilə iki konturda 1.51 ha və 0.55 ha olmaqla cəmi 2.06 ha torpaq sahəsinin olduğu göstərilmişdir. Ailəyə aid məlumatlar ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsi tərəfindən təhvil verilmiş aqrar islahat zamanı pay torpaq sahəsi alacaq subyektlərin siyahısında 801-ci sıradadır, pay torpağından çıxılmış 0.03 ha zəbt torpaq sahəsinin, həyətyanı torpaq sahəsi alacaq subyektlərin siyahısında 544-cı sıradadır, pay torpğından çıxılmış 0.24 ha zəbt torpaq sahəsinin olduğu göstərilmişdir. Sözügedən təsərrüfatda torpaq islahatı zamanı vətəndaşlara adambaşına verilməli pay torpaq sahəsinin norması, zəbt torpaq sahələrinin hansı əmsalla pay torpağından çıxılması barədə ərazi idarəsində məlumat olmadığından və müraciətə təsdiqləyici sənədlər əlavə edilmədiyindən həmin 4 nəfərdən ibarət ailəyə aqrar islahat zamanı verilməli olan pay torpaq sahəsinin ölçüsünün müəyyənləşdirilməsi mümkün olmamışdır. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə aşağıdakı hallara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, hazırkı iddianın xüsusi mümkünlük şərtlərindən biri ondan ibarətdir ki, iddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etsin, inzibati orqan onun müraciətinin təmin edilməsindən imtina etsin və ya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində onun müraciətini cavablandırmasın. İş materiallarında olan iddia ərizəsi və cavabdeh inzibati orqanın iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli 2142 nömrəli məktubdan müəyyən edilir ki, iddiaçı istifadəsində olan 3.18 ha torpaq sahəsinə dair JN- 801 nömrəli Dövlət Aktının tərtib edildiyini bildirmiş, lakin həmin Aktın ona verilmədiyini qeyd etmişdir. Sözügedən aktın ona verilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan isə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN- 801 nömrəli Dövlət Aktının Xidmətin 12 saylı X5 təhvil verilmədiyini qeyd etmişdir. Cavabdehin iddiaçıya ünvanladığı məktubdan göründüyü kimi o, iddiaçının tələbindən imtina etməmiş, iddiaçı tərəfindən tələb edilən X3 müvafiq Komitə tərəfindən təhvil verilmədiyini bildirmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdehin iddiaçıya ünvanladığı məktub imtina xarakterli hesab edilə bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə iddianın mümkünlüyünə dair şərtlərə iddiaçı tərəfindən riayət edilmədiyindən, bununla da tərəflər arasında iddia predmeti barədə mübahisə hazırda mövcud olmadığından iddia mümkün sayıla bilməz. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İlk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun “yoxlanılmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il““tarixli 05 nömrəli Qərarı). İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni cavabdehə qarşı iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1, 35.3 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X2rşı “cavabdehin xx.xx.2020-ci il tarixli 2142 nömrəli imtinasının qanunsuz hesab edilməsi və JN-801 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” ilə ona və ailə üzvlərinə verilmiş Şəki rayonu, Kiçik Dəhnə kəndində yerləşən 3.18 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 3 vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar