Məhkəmə qərarları › İş №2-1(116)-1983/2023

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1983/2023

02.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1983/2023 02.10.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Hüseyn qızının cavabdeh Balakən bələdiyyəsinə qarşı “Balakən bələdiyyəsi tərəfindən 2016-cı ildə Balakən şəhəri S.Gözəlov küçəsində yerləşən 0,03 ha çox torpaq sahəsinin üçüncü şəxsə satılması haqqında qərarın ləğv edilməsi və 0,13 ha kənd təsərrüfatı təyinatlı torpağa gedən gediş-gəliş və nəqliyyat yolunun (bələdiyyə yolu) bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə “prossesual müddətin bərpası barədə” ərizəyə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərardadı qəbul etdi: Təsviri hissə : İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Hüseyn qızı cavabdeh Balakən bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Balakən bələdiyyəsi tərəfindən 2016-cı ildə Balakən şəhəri S.Gözəlov küçəsində yerləşən 0,03 ha çox torpaq sahəsinin üçüncü şəxsə satılması haqqında qərarın ləğv edilməsi və 0,13 ha kənd təsərrüfatı təyinatlı torpağa gedən gediş-gəliş və nəqliyyat yolunun (bələdiyyə yolu) bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Balakən rayon Mahamalar kəndi Musabəyov adına kolxozun xx.xx.1974-cü il tarixli 2 nömrəli ümumi iclasının qərarı ilə 0,07 ha həyətyanı torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün (İndiki Balakən şəhər S. Gözəlov küçəsi) verilmişdir. İddiaçı, 1980-cı ildə kolxozdan götürdüyü 0,07 ha torpaq sahəsində yaşayış evi tikmişdir. Balakən rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 30 iyun tarixli 08 saylı qərarı ilə qanuni istifadəsində olan 0,07 ha həyətyanı torpaq sahəsi JN-377 A KOD 40108018 olan “Torpağın Mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə və 0,52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi pay olaraq JN-668 KOD 40108018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Dövlət Aktı ilə 4 nəfər ailə üzvlərinin ümumi mülkiyyətinə verilmişdir. Dövlət Aktı üzrə verilmiş 0,52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1340 kv.m hissəsi Səttar Gözəlov küçəsi istiqamətində 40 metrdən çox məsafədə küçədən 5 metr məsafədə həyətyanı torpaq sahəsinə bitişik ərazidən verilmişdir. Pay torpağının yol boyunca sərhədi mişar daşı ilə əhatə olunur. İddiaçı Bakı şəhərində ailəsi ilə birlikdə yaşayır. 2022-ci ilin sentyabr ayınadək torpağının yerləşdiyi ərazidə heç bir dəyşiklik olmamışdır. Təxminən 2022-ci il sentyabr ayının 25-də torpağa baxmağa gedərkən pay torpağının sərhəddindən S.Gözəlov küçəsinə 5 metr, bəzi yerlərdə 6 metr məsafədə olan təxminən 0.03 ha çox torpaq sahəsinin dəmir tor setka ilə hasara alındığını görmüşdür. Torpaq sahəsinə daxil olmaq üçün küçədən 7 metr uzunluğunda, eni 6 metr olan asvaltlanmış gediş-gəliş və nəqliyyat yolu, dəmirdən olan 5 metr enində giriş qapısı yoxa çıxmış, giriş qapısının yerində yaşayış evinin tikintisi başlanılmışdır. Həmin ərazidə işləyən ustalar X2 evini tikdiklərini bildirmişlər. Bundan sonra Balakən bələdiyyəsinə getmiş Bələdiyyənin sədri Şahruzat Musəllimova ilə görüşmüşdür. Ona torpağın 2016-cı ildə əvvəlki bələdiyyənin sədri Əfqan tərəfindən satıldığı bildirilmişdir. Torpağın satılması haqda bələdiyyənin qərarının verilməsini xahiş etsə də, imtina edilmişdir. Daha sonra ərizə ilə Balakən bələdiyyəsinə müraciət etmiş, Balakən bələdiyyəsi 14 oktyabr 2022-ci il tarixli 188 saylı məktubunda həmin ərazinin 2016-cı il tarixdə bələdiyyə tərəfindən Tülü kənd sakini X3 məxsus yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinə bitişik olduğuna görə ona satıldığı bildirilmişdir. Bələdiyyə ilə vətəndaş arasında alqı-satqı olunmuş və çıxarış da götürülmüşdür. İddia olunan həmin torpaq sahəsinə aid olan sənədlər ancaq məhkəmə yolu ilə ləğv edilə bilər. Bələdiyyənin bu məktubunu aldıqdan sonra ona məlum olmuşdur ki, həqiqətən Balakən bələdiyyəsi torpağına gedən yolu (bələdiyyə yolunu) 3-cü şəxs Sevda Quliyevaya satmışdır. Ona görə də xx.xx.2022-ci il tarixli ərizə ilə Balakən bələdiyyəsinə müraciət edərək həmin qərarın bələdiyyənin özü tərəfindən ləğv edilməsini təklif etmişdir. Balakən bələdiyəsi heç bir qanuni əsas olmadan həyətyanı və kənd təsərrüfatı təyinatlı torpağa gedən bələdiyyə yolunu, bələdiyyənin ərazisində daimi yaşamayan, qeydiyyatda olmayan Tülü kəndində qeydiyyatda olan 3-cü şəxs Quliyeva Sevdaya satmış və torpağı qanuna zidd olaraq torpaq hərracı və müsabiqə keçirmədən bilavasitə satmışdır. Torpağına bitişik olduğu halda 0.03 ha torpağı iddiaçılar da, birbaşa ala bilərdilər. Hərrac keçirilsə idi hərracda da iştirak edə bilərdilər. Qeyd edilən ərazinin satılması nəticəsində mülkiyyətinə gedən yol da satılmış, eyni zaman da kənd təsərrüfatı torpağının müəyyən hissəsi 3-cü şəxs tərəfindən zəbt edilmiş və fərdi yaşayış evinin tikintisi altına verilmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən iddiaçılara xx.xx.2023-cü il tarixli hüquqi yardım məktubu ünvanlanaraq izah edilmişdir ki, iddia tələbinin “Balakən bələdiyyəsi tərəfindən 2016-cı ildə Balakən şəhəri S.Gözəlov küçəsində yerləşən 0,03 ha çox torpaq sahəsinin üçüncü şəxsə satılması haqqında qərarın ləğv edilməsi” hissəsi mümkünlük şərtlərinə cavab vermir. Belə ki, Balakən bələdiyyəsinin xx.xx.2016-cı il tarixli 03 №-li iclas protokolunun ləğvi tələbi “mübahisələndirmə haqqında” iddia növünə aiddir. İnzibatı Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibatı aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibatı aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddia ərizəsindən görünür ki, mübahisələndirilən qərarla bağlı cavabdeh orqan sizi xx.xx.2022-ci il tarixli məktubla məlumatlandırmış və həmin qərarın ləğvi ilə bağlı xx.xx.2022-ci il tarixdə cavabdeh orqana müraciət etdiyinizi bildirirsiniz. Belə olan halda sözügedən qərarın mövcudluğundan ən geci xx.xx.2022-ci il tarixdə məlumatlı olmusunuz. İddia ərizəsi isə məhkəməyə xx.xx.2023-cü il tarixdə təqdim edilmiş, bununla da İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddət ötürülmüşdür. İPM-nin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Odur ki, iddiaçıya buraxılmış prosessual müddəti bərpa edilməsi barədə ərizə ilə müraciət etmək hüququnun olması izah edilmiş və müddətin buraxılmasına səbəb olmuş halların əsaslandırılması, həmçinin müvafiq sübutların təqdim edilməsi təklif edilmişdir. İddiaçılar xx.xx.2023-cü il tarixdə “müddətin bərpa edilməsi barədə” ərizə təqdim etmişlər. Ərizə aşağıdakı kimi əsaslandırılmışdır: - - iddiaçılar Balakən bələdiyyəsinin mübahisəli xx.xx.2016-cı il tarixli 03 nömrəli qərarı haqda məlumatlı olmuş və təkrar ərizə ilə Balakən bələdiyyəsinə müraciət edərək həmin qərarın bələdiyyənin özü tərəfindən ləğv edilməsinin mümkün olduğunu və ləğv etməsini xahiş etmişlər. Balakən bələdiyyəsi qeyd edilən qərarını ləğv etməkdən imtina etmişdir. Belə olduğu halda 29 dekabr 2022-ci il tarixli məktubla Azərbaycan Respublikası Ədliyyə nazirliyinə müraciət edərək Balakən bələdiyyəsinin mübahisə edilən qərarının iddiaçılara verilməsinin təmin edilməsində köməklik göstərməsi xahiş edilmişdir. Ədliyyə Nazirliyi cavab məktubunda məhkəməyə müraciət etmələrini təklif etmişdir. Əllərində heç bir sübutedici sənəd olmamış, ona görə də Şəki İnzibati Məhkəməsinə müraciət edərək bir sıra sənədləri torpaqla bağlı əvvəlki mübahisə qovluğundan əldə etmişlər.. İddia ərizəmizdə göstərilən və iddia tələbini tam şəkildə sübut edəcək mülkiyyətində olan torpaq sahəsinə (0.22 ha) daxil olacaq yolu və giriş qapısının olduğu yeri təsdiq edən xx.xx.2000-ci il tarixli, 475 inventar nömrəli texniki pasportun 18 saylı ərazi idarəsi tərəfindən verilməsini təmin etmək üçün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etmiş, lakin müraciətləri təmin olunmamışdır. Məhkəməyə iddia ərizəsi ilə müraciət etdikdən sonra, ƏMDX-nə ünvanlanan məktuba 18 saylı ərazi idarəsi 08 may 2023-cü il tarixli məktubu ilə cavab verərək sənədin surətini verməkdən imtina etmişdir. Göstərilənlər nəzərə alınaraq məhkəmədən müddətin bərpa edilməsi xahiş edilmişdir. Cavabdeh orqan iddia tələbinə münasibət bildirməmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, mübahisələndirilən qərarın qəbul edildiyi vaxtdan 6-7 ay sonra həmin qərardan məlumatı olmuşdur. Həmin dövrdə Şəki Apellyasiya Məhkəməsinin icraatındaolan işlə bağlı mübahisə davam etdiyindən və bələdiyyə ilə aralarında razılaşma olacağını güman etdiyindən qərarın ləğvi ilə bağlı məhkəməyə müraciət etməmişdir. Gediş gəliş yolunun, nəqliyyat yolunun bərpa olunmasını tələb etdiyi torpaq sahəsi Balakən şəhəri S.Gözəlov küçəsində yerləşən 0,03 ha torpaq sahəsidir. Yəni, Balakən bələdiyyəsinin xx.xx.2016-cı il tarixli 03№-li iclas protokolu əsasında X4 satılmış torpaq sahəsi ********** qeydiyyat nömrəli çıxarışa əsasən ümumibirgə mülkiyyətində olan Balakən şəhəri S.Gözəlov küçəsində yerləşən 0.1340 ha torpaq sahəsinə gediş-gəliş ilə üst-üstə düşür. O, məhz həmin torpaq sahəsindən keçən gediş-gəliş yolunun bərpa edilməsini bələdiyyədən tələb edir. Yolun eni 6 metr, uzunluğu 45-50 metrdir. Həmin yolunun bağlanması onun 0.1340 ha torpaq sahəsinə giriş-çıxışına, o cümlədən nəqliyyat vasitələrinin sərbəst giriş çıxışına imkan vermir. Sözügedən ərazidə bir darvazadan artıq yer var. Torpaq sahəsinə başqa yerdən giriş yoxdur və öz mülkiyyətimdə olan torpaq sahəsinə daxil ola bilmir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, mübahisələndirilən torpaq sahəsinin 2016-cı il tarixdə X3 satılması ilə bağlı iddiaçıya məlumat verilmişdir. - JN-668 kod 40108018 nömrəli “Torpağın mülkiyyətə hüququna dair” dövlət aktından görünür ki, Balakən rayon AİK-nın xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarına əsasən İddiaçı1 Bahaddin oğluna 3 nəfər ailə üzvü ilə birlikdə 0,52 ha torpaq sahəsi verilmişdir. Dövlət Aktının 668V planşetində ayrılmış torpaq sahəsinin ölçüsü 1340,68 kv.m qeyd edilmişdir. - xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Balakən şəhəri S.Gözəlov küçəsində yerləşən 0,1340 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində iddiaçıların ümumibirgə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. - Balakən bələdiyyəsinin xx.xx.2016-cı il tarixli 03 nömrəli iclas protokolundan görünür ki, Balakən şəhər sakini X3 Balakən Bələdiyyəsinin alqı-satqı predmeti olan, yaşayış məntəqələrinin torpaqları kateqoriyası, DƏDRX-i tərəfindən qeydiyyata alınmış torpaq sahəsindən həyətyanı məqsədi ilə 0,0394 ha torpaq sahəsinin hər 0,01 ha 330 manat olmaqla cəmi 1300,20 (Bir min üç yüz manat 20 qəpik) manat AZN-ə bilavasitə hərracdan kənar satılması, bələdiyyə ilə ərizəçi arasında 60 gündən gec olmamaqla notarial qaydada alqı-satqı müqaviləsi bağlanılması və torpağın dəyəri bələdiyyənin hesabına ödənilməsi qərarı alınmışdır. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi və digər iddiaçılar inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin və digər iddiaçıların iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İPM-nin 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. 30.4. İnzibati mübahisəyə dair bir vahid (eyni) qərarın bütün prosessual həmiştirakçılar haqqında qəbul edilməli olduğu hallarda və ya prosessual həmiştirakçılığın başqa əsaslara görə zəruri olduğu hallarda, prosessual həmiştirakçılardan hər hansı biri məhkəmə iclasına gəlmədikdə və ya müəyyən olunmuş prosessual müddəti buraxdıqda, məhkəmə iclasında iştirak edən və ya prosessual müddətə əməl edən digər həmiştirakçılar onları təmsil etmiş sayılır. Odur ki, digər iddiaçılar məhkəmə iclasında iştirak etmiş - İddiaçı1 tərəfindən təmsil edilmiş sayılırlar. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Hazırkı iş üzrə cavabdehin iddiaçıya qarşı yönəlmiş tələbi iki hissədən ibarətdir:

1. Balakən bələdiyyəsi tərəfindən 2016-cı ildə Balakən şəhəri S.Gözəlov küçəsində yerləşən 0,03 ha çox torpaq sahəsinin üçüncü şəxsə satılması haqqında qərarın ləğv edilməsi,

2. 0,13 ha kənd təsərrüfatı təyinatlı torpağa gedən gediş-gəliş və nəqliyyat yolunun (bələdiyyə yolu) bərpa edilməsi. İddia tələbinin birinci hissəsi “mübahisələndirmə haqqında” iddia növünə aiddir. Belə ki, iddiaçı, cavabdeh orqanın X3 0,0394 ha torpaq sahəsinin satılması ilə bağlı xx.xx.2016-cı il tarixli, 03 nömrəli qərarını mübahisələndirir. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. Ləğv edilməsi tələb edilən inzibati akt xx.xx.2016-ci il tarixində qəbul edilmişdir. İnzibatı Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibatı aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibatı aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İnzibati aktın təqdim edilməsi və ya elan edilməsi ilə bağlı mübahisə yarandığı halda hər bir halda maraqlı şəxsin hansı qaydada inzibati aktdan məlumatlı olduğu bilinməlidir. İddia ərizəsinə əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, iddiaçı mübahisəli torpaq sahəsinin Sevda Quliyevaya satılması ilə bağlı cavabdeh orqan tərəfindən xx.xx.2022-ci il tarixli məktubla məlumatlandırılmışdır. İddia ərizəsinin məzmununda iddiaçı, xx.xx.2022-ci il tarixdə cavabdeh orqana qərarın ləğvi ilə bağlı müraciət etdiyini bildirdiyindən hər bir halda sözügedən qərarın mövcudluğundan ən geci xx.xx.2022-ci il tarixdə iddiaçının məlumatlı olması işin mübahisəsiz halıdır. Digər tərəfdən işdə olan, iddiaçının Balakən bələdiyyəsinə ünvanladığı xx.xx.2022ci il tarixli ərizəsindən görünür ki, mübahisəli torpaq sahəsinin bələdiyyə sədri Səfərov Əfqan tərəfindən Sevda Quliyevaya 2016-cı ilin fevral ayında satılmasından iddiaçı məlumatlıdır. İddiaçı, həmin ərizədə yolunun bağlandığını bildirərək sözügedən qərarın ləğv edilməsini bələdiyyədən xahiş etmişdir. Nəzərə alınmalıdır ki, məhkəmə iclasında izahat verərkən iddiaçı bildirmişdir ki, mübahisələndirilən qərarın qəbul edilməsindən həmin qərarın qəbul edildiyi vaxtdan 6-7 ay sonra məlumatı olmuşdur. İddiaçı, sözügedən qərarın mübahisələndirilməməsi səbəblərini həmin dövrdə Şəki Apellyasiya Məhkəməsinin icraatında olan işlə bağlı mübahisənin davam etməsi və bələdiyyə ilə aralarında razılaşma olacağını güman etməsi ilə əsaslandırır. Yuxarıda qeyd olunan hallar onu deməyə əsas verir ki, iddiaçının hazırda mübahisələndirdiyi qərardan onun qəbul edilməsindən 6-7 ay sonra məlumatı olmuşdur. İşdə olan, iddiaçının inzibati orqanlara etdiyi müraciətlərinin məzmunu da bir daha onu deməyə əsas verir ki, iddiaçı, mübahisələndirilən qərardan və onun məzmunundan məlumatlı olmasına baxmayaraq, ötən müddət ərzində heç bir üzürlü səbəb olmadan sözügedən qərarı mübahisələndirməmişdir. İnzibati işin məhkəmə araşdırması zamanı həmin qərarın mübahisələndirilməsi ilə bağlı müddətin üzürlü səbəblərdən buraxılmasına dair heç bir sübut təqdim etməmiş, bununla da İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddəti ötürülmüşdür. Qeyd olunan hal iddia iddianın mümkün sayılmaması üçün əsasdır. İddia tələbinin “0,13 ha kənd təsərrüfatı təyinatlı torpağa gedən gediş-gəliş və nəqliyyat yolunun (bələdiyyə yolu) bərpa edilməsi” hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, tələbin həmin hissəsi ilkin tələbdən asılı tələbdir. Belə ki, iddia ərizəsinin məzmunundan da görünür ki, Balakən bələdiyyəsinin xx.xx.2016-cı il tarixli 03 nömrəli qərarının hazırda mübahisələndirilməsinə səbəb mübahisəli torpaq sahəsində Sevda Quliyevanın tikinti işləri aparması və ərazini metal torla hasarlaması olmuşdur. Yəni, iddiaçı 0,13 ha kənd təsərrüfatı təyinatlı torpağa gedən gediş-gəliş və nəqliyyat yolunun (bələdiyyə yolu) bərpa edilməsi üçün həmin torpaq sahəsinin Sevda Quliyevaya satılması ilə bağlı cavabdeh orqanın qərarını mübahisələndirir. Məhkəmə tərəfindən iddiaçının “gediş-gəliş və nəqliyyat yolunun (bələdiyyə yolu) bərpa edilməsini tələb etdiyi torpaq sahəsi” ilə Balakən bələdiyyəsinin xx.xx.2016-cı il tarixli 03№-li iclas protokolu əsasında X4 satılmış torpaq sahəsinin eyni ərazi olubolmamasını müəyyən edilməsi və həmin torpaq sahəsinə, o cümlədən gediş-gəliş yoluna dair məlumatların əldə edilməsi üçün DƏDKR PHŞ-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə sorğu verilmişdir. İnzibati işin şifahi məhkəmə baxışı iclası zamanı iddiaçının izahatı əsasında müəyyən edilmişdir ki, iddiaçının gediş gəliş yolunun, nəqliyyat yolunun bərpa olunmasını tələb etdiyi torpaq sahəsi Balakən şəhəri S.Gözəlov küçəsində yerləşən 0,03 ha torpaq sahəsidir. Həmin torpaq sahəsi Balakən bələdiyyəsinin xx.xx.2016-cı il tarixli 03№-li iclas protokolu əsasında X4 satıldığından, iddiaçı ümumibirgə mülkiyyətində olan, Balakən şəhəri S.Gözəlov küçəsində yerləşən 0.1340 ha torpaq sahəsinə gediş-gəliş yolunun bərpa edilməsini bələdiyyədən tələb edir və bildirir ki, həmin yolunun bağlanması onun 0.1340 ha torpaq sahəsinə giriş-çıxışına, o cümlədən nəqliyyat vasitələrinin sərbəst giriş çıxışına imkan vermir. Beləliklə, iddiaçının gediş-gəliş və nəqliyyat yolunun (bələdiyyə yolu) bərpa edilməsini tələb etdiyi torpaq sahəsi ilə, Balakən bələdiyyəsinin xx.xx.2016-cı il tarixli 03№-li iclas protokolu əsasında X4 satılmış torpaq sahəsinin eyni ərazi olub-olmaması işin hallarından aşkar göründüyündən DƏDKR PHŞ-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə xx.xx.2023-cü il tarixdə verilmiş sorğunun cavabının alınması zərurəti aradan qalxmışdır. Hər bir halda məhkəmə izah edir ki, iddiaçının 0,13 ha kənd təsərrüfatı təyinatlı torpağa gedən gediş-gəliş və nəqliyyat yolunun (bələdiyyə yolu) bərpa edilməsini tələb etdiyi torpaq sahəsi artıq Balakən bələdiyyəsinin xx.xx.2016-cı il tarixli 03№-li iclas protokolu əsasında X4 satıldığından və həmin qərarın mübahisələndirilməsi imkanı artıq itirildiyindən, iddiaçı ümumibirgə mülkiyyətində olan, Balakən şəhəri S.Gözəlov küçəsində yerləşən 0.1340 ha torpaq sahəsinə gediş-gəliş yolunun verilməsi ilə bağlı X1rşı mülki məhkəmə icraatı qaydasında Balakən rayon Məhkəməsində iddia qaldırmalıdır. Yəni, iddiaçı, artıq cavabdeh tərəfindən özgəninkiləşdirilmiş torpaq sahəsinə münasibətdə “gediş-gəliş və nəqliyyat yolunun verilməsi” tələbini cavabdehin özünə yox, torpaq sahəsini əldə edən şəxsə qarşı yönəltməlidir. Hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi məhkəmənin xx.xx.2023-cü il tarixli hüquqi yardım məktubunda iddiaçıya izah edilmiş, həmçinin xx.xx.2023-cü il tarixdə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddia tələbinin digər hissəsinin də mümkünlük şərtlərinə cavab verməməsi bir daha iddiaçıya izah edilərək hüquqi müzakirə aparılmış və iddiaçının dinlənilmə hüququ təmin edilmişdir. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Məhkəmə həmçinin qeyd edir ki, İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli Qərarında aşağıdakı hüquqi mövqe öz əksini tapmışdır: Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Bənd 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Bənd 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəyə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2-ci maddəyə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 58.7-ci maddəyə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlər əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

“Prossesual müddətin bərpası barədə” ərizə təmin edilmir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Hüseyn qızının cavabdeh Balakən bələdiyyəsinə qarşı “Balakən bələdiyyəsi tərəfindən 2016-cı ildə Balakən şəhəri S.Gözəlov küçəsində yerləşən 0,03 ha çox torpaq sahəsinin üçüncü şəxsə satılması haqqında qərarın ləğv edilməsi və 0,13 ha kənd təsərrüfatı təyinatlı torpağa gedən gediş-gəliş və nəqliyyat yolunun (bələdiyyə yolu) bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar