Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-199/2021 03.09.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, Cavabdehin nümayəndəsi Hacı-X5 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin 26.08.2020-ci il tarixli 2143 nömrəli imtinasının qanunsuz hesab edilməsi və JN- 791 saylı Torpağa mülkiyyət X69 aktı ilə ona və ailə üzvlərinə verilmiş Şəki rayonu Kiçik Dəhnə kəndində yerləşən 1,59 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin 26.08.2020-ci il tarixli 2143 nömrəli imtinasının qanunsuz hesab edilməsi və JN-791 saylı Torpağa mülkiyyət X69 aktı ilə ona və ailə üzvlərinə verilmiş Şəki rayonu Kiçik Dəhnə kəndində yerləşən 1,59 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi Şəki İnzibati Məhkəməsinə 04.09.2020-ci il tarixdə daxil olmuş və həmin tarixdən icraata qəbul edilmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı Şəki rayonu Böyük Dəhnə kəndində yaşayır. Azərbaycan Respublikasında torpaq islahatı gedən zaman Aqrar İslahat Komissiyasının qərarı ilə iddiaçı və ailə üzvlərinə 1.23 hektar sulaq sahə, 0.36 hektar dəmyə olmaqla cəmi 1.59 ha torpaq sahəsi verilmiş, torpaq sahəsi naturada iddiaçıya təqdim olunmuş, onun gizgiləri iddiaçıya göstərilmişdir. Hal-hazıradək həmin torpaq sahəsini iddiaçı istifadə edir. Lakin həmin torpaq sahəsinə dair ona məxsus JN-791 saylı dövlət aktı verilməmişdir. İddiaçı cavabdeh orqana bununla bağlı müraciət etmiş, lakin onun müraciəti təmin edilməmiş, Cavabdeh orqan 26.08.2020-ci il tarixli, 2143 nömrəli imtina məktubunda qeyd etmişdir ki, İddiaçı və ailə üzvlərinə məxsus JN-791 saylı torpağa mülkiyyət X69 aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Xidmətin 12 saylı Şəki Ərazi İdarəsinə təhvil verilməmişdir. Cavabdeh orqan məhkəməyə ünvanladığı 13.10.2020-ci il tarixli etiraz məktubunda qeyd etmişdir ki, ərazi idarəsinin arxiv materiallarında X38 və ailə üzvlərinin adlarına kod 40400018, JN-791 saylı torpağa mülkiyyət X69 aktı verilməsi barədə məlumat aşkar edilməmişdir. Sözügedən ailəyə 0.0988 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə A№ 448463 saylı, 0.1109 ha həyətyanı torpaq sahəsinə A№ 447345 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi barədə məlumatlar mövcuddur. Elektron baza məlumatlarında - xəritə materiallarında 791 nömrəsi ilə iki konturda - 1.23 ha və 0.41 ha olmaqla cəmi 1.46 ha torpaq sahəsinin olduğu göstərilmişdir. Qeyd olunan ailəyə aid məlumatlar ləğv edilmiş DTXK-nın Şəki rayon şöbəsi tərəfindən təhvil verilmiş aqrar islahat zamanı pay torpaq sahəsi alacaq subyektlərin siyahısında 791-ci sıradadır, pay torpağından çıxılmış 0.03 ha zəbt torpaq sahəsinin olduğu, həmçinin həyətyanı torpaq sahəsi alacaq subyektlərin siyahısında 544-cü sıradadır, pay torpağından çıxılmış 0.12 ha zəbt torpaq sahəsinin olduğu göstərilmişdir. Sözügedən təsərrüfatda torpaq islahatı zamanı vətəndaşlara adambaşına verilməli pay torpaq sahəsinin norması, zəbt torpaq sahələrinin hansı əmsalla pay torpağından çıxılması barədə ərazi idarəsində məlumat olmadığından və müraciətə təsdiqləyici sənədlər əlavə edilmədiyindən həmin 3 nəfərdən ibarət ailəyə aqrar islahat zamanı verilməli olan pay torpaq sahəsinin ölçüsünü müəyyənləşdirmək mümkün olmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan “Şəki rayonunun Böyük Dəhnə kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid” cədvəlin təsdiq edilmiş surətindən görünür ki, cədvəldə 401-ci sırada X19, İddiaçı İbrahim qızının və X8 adı qeyd edilmiş, “dövlət aktının nömrəsi” qrafasında 791, “qanuni istifadəsində olan həyətyanı sahə” qrafasında 0.09 ha göstərilmişdir. İş materiallarında olan “Böyük Dəhnə YAİK-nın 27.10.1998-ci il tarixli, 09 saylı protokolundan çıxarışın təsdiq edilmiş surətində qeyd edilir ki, Böyük Dəhnə kəndində aparılan torpaq islahatı ilə əlaqədar təsərrüfatın İpək bağlarının bir hissəsinin torpaq payı bölgü xəritəsi tərtib edilərkən baş sxemdə texniki səhv olaraq boş əkin sahəsi kimi göstərilməsinə bir qrup kənd sakinlərinin, yəni İpək bağlarından torpaq payı düşmüş subyektlərin bir qisminin etiraz ərizələri və Böyük Dəhnə YAİK-nın 14 saylı 1998-ci il tarixli kooperativ üzvləri ilə birgə keçirdiyi 02 saylı ümumi yığıncağının qərarı nəzərə alınaraq, təsərrüfatın İpək bağlarının müəyyən hissəsinin torpaq payı bölgü xəritəsi kimi tərtib edilərkən boş əkin sahəsi kimi göstərilərək ümumi torpaq bölgüsünə əkin sahəsi kimi daxil edilməsinin əsassız hesab edilməsi qərara alınmışdır. İclasda həmçinin adları qeyd edilmiş 14 ailə təsərrüfatlarının əkin üçün torpaq paylarının bir hissəsinin səhv olaraq təsərrüfatın İpək bağlarına düşdüyündən onların torpaq paylarının yeni sahə ilə əvəz edilərək, kəndin ehtiyata saxlanmış “Malya” adlı torpaq sahəsindən ayrılaraq verilməsi məsləhət bilinmişdir (791. X39 – 1.23). İş materiallarında olan “Böyük Dəhnə” kolxozunun torpaq islahatı ilə əlaqədar Böyük Dəhnə kəndində 2 avqust 1996-cı il tarixədək yaşayan, pasport qeydiyyatında olan və torpaq payı almaq hüququ olan vətəndaşların siyahısı”nın təsdiq edilmiş surətindən görünür ki, siyahıda X39 ailə başçısı olmaqla İddiaçı və X8 adı qeyd edilmiş, təsərrüfatbaşı kitabı üzrə 0.09 ha torpaq sahəsinin olması göstərilmişdir. İş materiallarında olan X33 04.03.2021-ci il tarixli arayışında qeyd edilir ki, kənd sakini X1 və onun ailə üzvlərinə X33 əhatə etdiyi ərazidən 25 Mart 1998-ci il tarixli 48 saylı Şəki rayonu islahat komisiyasının qərarına əsasən JN-791 akt ilə 1.64 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilən A seriyalı 448463 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən görünür ki, Şəki rayon AİK-nın 25.03.1998-ci il tarixli, 48 nömrəli qərarı ilə Şəki rayonu, Böyük Dəhnə kəndi ərazisində yerləşən 988 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X24 verilmişdir. İş materiallarında olan JN-847 (kod ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının təsdiq edilmiş surətindən görünür ki, Şəki rayon AİK-nın 25.03.1998-ci il tarixli, 48 nömrəli qərarı ilə 4.69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X6, X9, X7, X14, X15, X10, X16, X2 verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilən A seriyalı 447345 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən görünür ki, Şəki rayon AİK-nın 25.03.1998-ci il tarixli, 48 nömrəli qərarı ilə Şəki rayonu, Böyük Dəhnə kəndi ərazisində yerləşən 1109.92 kv.m həyətyanı torpaq sahəsi X24 verilmişdir. İş materiallarında olan JN-792 (kod ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının təsdiq edilmiş surətindən görünür ki, Şəki rayon AİK-nın 26.12.2000-ci il tarixli, 12 nömrəli qərarı ilə 2.46 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X20, X21, X25, X22, X3 verilmişdir. İş materiallarında olan JN-790 (kod ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının təsdiq edilmiş surətindən görünür ki, Şəki rayon AİK-nın 26.12.2000-ci il tarixli, 12 nömrəli qərarı ilə 1.58 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X30, X4, X26 verilmişdir. İş materiallarında olan JN-847 (kod ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının təsdiq edilmiş surətindən görünür ki, Şəki rayon AİK-nın 24.02.1999-cu il tarixli, 03 nömrəli qərarı ilə 1.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X40, X11, X48, X12, X41, X42 verilmişdir. İş materiallarında olan JN-792 (kod ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının təsdiq edilmiş surətindən görünür ki, Şəki rayon AİK-nın 24.02.1999-cu il tarixli, 03 nömrəli qərarı ilə 1.76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X43, X17, X49, X31, X32 verilmişdir. İş materiallarında olan JN-790 (kod ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının təsdiq edilmiş surətindən görünür ki, Şəki rayon AİK-nın 24.02.1999-cu il tarixli, 03 nömrəli qərarı ilə 0.84 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X44, X23, X50, X51 verilmişdir. İş materiallarında olan mütəxəssis rəyinin təsdiq edilmiş surətində qeyd edilir ki, Şəki rayonu, Kiçik Dəhnə kəndində yerləşən 1.59 ha torpaq sahəsi JN-791 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı "xxxx" MMC-nin Sənədlərlə iş və arxiv şöbəsinə verilmiş sorğuya əsasən aşkar edilmədiyindən sualın cavablandırılması mümkün olmamışdır. Böyük Dəhnə YAİK-nın 27.10.1998-ci il tarixli 09 saylı qərarını təsdiq edən Şəki rayon AİK-nın qərarının təsdiq olunmuş surəti təqdim olunmuşdur. İş materiallarında olan Şəki rayon AİK-nın 26.12.2000-ci il tarixli, 12 saylı iclas protokolundan çıxarışın təsdiq edilmiş surətindən görünür ki, həmin iclasda keçmiş “Böyük Dəhnə” kolxozunun istifadəsində olan torpaqların islahatı zamanı vətəndaşlara tut bağı kimi nəzərdə tutulan sahədən təkrarən əkin torpağı kimi pay torpağı verilmiş 14 ailəyə bələdiyyə torpağından yer ayrılması barədə “Böyük Dəhnə” kolxozu YAİK-nın 27.10.1998ci il tarixli, 09 saylı iclasının qərarı təsdiq edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin Şəki Layihə-Tədqiqat İdarəsinin arayışının təsdiq edilmiş surətində qeyd edilir ki, mütəxəssis Şəki rayon Böyük Dəhnə kənd ərazisində yerləşən məhkəmə predmeti olan ərazidə olan zaman məlum olmuşdur ki, məhkəmə tərəfindən İddiaçı və onun ailə üzvlərinin faktiki istifadəsində olan kimi göstərilən torpaq sahəsindən hal-hazırda naturada iddiaçı faktiki olaraq istifadə etmir. Həmin torpaq sahəsinin naturada sərhədlərini iddiaçının nəvəsi Abdullayev Tahir göstərə bilməmişdir. Bu səbəbdən həmin torpaq sahəsinin döngə nöqtələrinin GPS aləti vasitəsilə ölçülərək faktiki koordinatlarının götürülməsi mümkün olmamışdır. Eyni zamanda Şəki rayonu Böyük Dəhnə kəndində yerləşən 1.59 torpaq sahəsi JN 791 nömrəli Torpağa mülkiyyət X69 Aktı "xxxx" MMC-nin Sənədlərlə iş və Arxiv şöbəsinə verilmiş sorğuya əsasən aşkar edilməmişdir. İddiaçının və ailə üzvlərinin faktiki istifadəsində iddiasında qeyd etdiyi torpaq sahəsi olmadığından, həmçinin məhkəmə tərəfindən təqdim edilən digər torpaq mülkiyyətçilərinin JN-847, JN-0792, JN-0790 Torpağa Mülkiyyət Hüququna X61 göstərilən torpaq sahələrinin koordinatları ilə mülkiyyətçilərin naturada istifadə etdikləri torpaq sahələri arasında kəskin fərq olduğundan tələb edilən rəyin verilməsi mümkün olmamışdır. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsassızdır, ona görə də təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İddia ərizəsi və iş materiallarına əsasən müəyyən edilir ki, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsində hüquqiq marağı JN-791 nömrəli dövlət aktı ilə ona və ailə üzvlərinə verilən 1.59 ha pay torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsindən ibarətdir. Cavabdeh orqan isə müraciəti təmin etmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmışdır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, cavabdeh orqanın iddiaçının müraciətindən imtinası qanunamüvafiq olmuşdur. Belə ki, iddia ərizəsində iddiaçı 1.59 ha torpaq sahəsinin ona naturada tanıdıldığını, gizgilərinin ona göstərildiyini və hal-hazırda torpaq sahəsinin onun tərəfindən istifadə edildiyini qeyd etməsinə baxmayaraq, iş materiallarında olan "xxxx" MMC-nin Şəki Layihə-Tədqiqat İdarəsinin arayışına əsasən müəyyən edilir ki, İddiaçı və onun ailə üzvlərinin faktiki istifadəsində olan kimi göstərilən torpaq sahəsindən hal-hazırda naturada iddiaçı faktiki olaraq istifadə etmir. Bu hal həmçinin onunla müəyyən edilmişdir ki, MMC-nin mütəxəssislərinə torpaq sahəsinin naturada sərhədləri göstərilə bilməmişdir. İddia tələbindən göründüyü kimi iddiaçı 1.59 ha pay torpaq sahəsinin ona və ailə üzvlərinə JN-791 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı verildiyini əsas gətirsə də, iş materiallarında olan Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi” MMCnin Şəki Layihə-Tədqiqat İdarəsinin arayışından görünür ki, MMC-nin Sənədlər iş və Arxiv şöbəsində tələbdə qeyd olunan JN-791 saylı dövlət aktı aşkar edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı ona 1.59 ha pay torpağının verilməsini təsdiq edən hüquqmüəyyənedici sənədlərə malik olmadığından və həmçinin məhkəmə araşdırması ilə JN-791 saylı dövlət aktı ilə 1.59 ha pay torpaq sahəsinin iddiaçıya verilməsi aşkarlanmadığından hazırkı iddia tələbi təmin edilməməlidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun: 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə vəvaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, habelə həmin torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmadığından iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin 26.08.2020-ci il tarixli 2143 nömrəli imtinasının qanunsuz hesab edilməsi və JN-791 saylı Torpağa mülkiyyət X69 aktı ilə ona və ailə üzvlərinə verilmiş Şəki rayonu Kiçik Dəhnə kəndində yerləşən 1,59 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-199/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-199/2021
03.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver