Məhkəmə qərarları › İş №2-1(116)-2/2020

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-2/2020

27.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-2/2020 27.02.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) X1 iştirakı ilə İddiaçı Qəhraman qızının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı “ünvan 1 ünvanında yerləşən 0,08 ha torpaq sahəsinə JN seriyalı 1817A nömrəli (kod 9020002) torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamənin əsasən X4, X5 ilə birgə ümumi mülkiyyət hüququna dair məhdudiyyət (yüklülük) arayışının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işəməhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Qəhraman qızı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı «ünvan 1 ünvanında yerləşən 0,08 ha torpaq sahəsinə JN seriyalı 1817A nömrəli (kod9020002) torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamənin əsasən X4, X5 ilə birgə ümumi mülkiyyət hüququna dair məhdudiyyət (yüklülük) arayışının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o X7 ilə 08.05.1999-cu ildə nikaha girməklə evlənmişdir. Birgə evlilikdən onların 2005-ci il təvəllüdlü Fidan, 2006-cı il təvəllüdlü Türkan adlı qızları olmuşdur. Ondan öncə olan evliliyində isə Sehrab Tağıyevin 2 oğlu Qaflan və Nurlan Tağıyev vardır. O, uşaqlarını və Qaflan, Sehrab onun anası, qaynanası XatınTağıyeva ilə birgə ünvan 1 saylı fərdi yaşayış evində yaşamışlar. X3 və onun anası, qaynanası X5 qeydiyyatda olmuşlar. Qaflan Tağıyev isə sonradan evə qeydiyyata düşmüşdür. Yaşadığı ev X2 adına olmuşdur. Həyətyanı torpaq sahəsi isə JN seriyalı 1717 A nömrəli (Kod 9020002) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X6 ilə X4 ümumi mülkiyyətində olmuşdur. 14.02.2015-ci il ildə Xatın Tağıyeva, 09.07.2015-ci ildə həyat yoldaşı Sehrab Tağıyev vəfat etmişdir. Mirasın qəbulu ilə əlaqədar notariat kontoruna rəsmi müraciət etmişdir. Vərəsəlik şəhadətnaməsi almaq üçün şəhadətnaməyə əsasən DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə məhdudiyyət (yüklülük) arayışının verilməəsi üçün müraciət etmişdir. Lakin oradan ona Şəki İnzibati-İqtisadi Məhkəməsinin 27.05.2015ci il tarixli 2-1(84)-64/2015 saylı qərardadı qüvvədə olduğundan məsələnin həll edilməsi mümkün olmadığını bildirilmişdir. Halbu ki, həmin qərardad tamam başqa bir məsələ və orada onun həyat yoldaşı həmin torpağa mülkiyyət hüququnun olub olmaması araşdırılmadığından imtinası qanunsuzdur. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflərə təqdim olunmuş bildirişdə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının hüquqi marağını nəzərə alan məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı “ünvan 1 ünvanında yerləşən 0,08 ha torpaq sahəsinə JN seriyalı 1817A nömrəli (kod9020002) torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamənin əsasən X4, X5 ilə birgə ümumi mülkiyyət hüququna dair məhdudiyyət (yüklülük) arayışının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işin təzələnməyinə ehtiyac duyulmur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-2-ci maddəsinə əsasən daşınmaz əmlak obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələrin notariat qaydasında təstiqlənməsi üçün sərəncam verən tərəfin dövlət reyestrinə əsasən bu hüquqa malik olmasının yoxlanılması məqsədi ilə daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış sərəncam verənin və ya onun tərəfindən vəkil edilmiş şəxsin, hüquq sahibinin əmlakına qanun və ya onun tərəfindən vəkil edilmiş şəxsin, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərin ərazisi və dövlət reyestrindən çıxarış olduğu hallarda notarius və ya qanunla müəyyən edilmiş hallarda bucür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən elektron informasiya sistemləri vasitəsilə real vaxt rejimində əldə edilir. Elektron qaydada tərtib olunmuş çıxarış notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən elektron informasiya sistemləri vasitəsilə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq real vaxt rejimində əldə edilir”.. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (bənd - 5.1, 5.2, 5.3, 5.4, 6.1, 6.2, 7). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlər əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Qəhraman qızının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı “ünvan 1 ünvanında yerləşən 0,08 ha torpaq sahəsinə JN seriyalı 1817A nömrəli (kod 9020002) torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamənin əsasən X4, X5 ilə birgə ümumi mülkiyyət hüququna dair məhdudiyyət (yüklülük) arayışının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 3giyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar