Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2/2021 15.02.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X9, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X19rşı “mülkiyyət hüququ əsasında ona və mərhum əri X16 məxsus olan torpaq sahəsi və üzərində yerləşən yaşayış binasına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X19rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “ona və mərhum əri X16 məxsus olan torpaq sahəsi və üzərində yerləşən yaşayış binasına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 0.20 ha torpaq sahəsi Qəbələ rayon AİK-nın xx.xx.2002-ci il tarixli 17 nömrəli qərarı ilə iddiaçı və mərhum əri Səttar Rasulovun mülkiyyətinə verilmiş və bu barədə JN- 177A kod 40616028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. Torpaq sahəsinin üzərində ümumi sahəsi 280.86 kv.m olan fərdi yaşayış evi tikilmişdir. İddiaçı cavabdeh orqana müraciət edərək, həmin torpaq sahəsi və üzərində olan fərdi yaşayış evinin reyestrdə qeydiyyata alınaraq onlara dair çıxarışın verilməsini xahiş etmişdir. Lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan məhkəməyə ünvanladığı xx.xx.2018-ci il tarixli **********16 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında verilmiş 0.20 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin adına vahid daşınmaz əmlak kimi rəsmiləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Vətəndaşın müraciətinə əsasən Ərazi İdarəsinin əməkdaşları qeyd olunan ünvanda xidməti vəzifələrinin icrası ilə əlaqədar olmuşdular. X27 mühəndislərinə müvafiq texniki inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamış, qeyd olunan daşınmaz əmlak obyekti üzərində ciddi mübahisə var. Eyni zamanda bildirilir ki, Qəbələ Rayon Məhkəməsinin 02 oktyabr 2017-ci il tarixli, 2(025)-2011/2017 saylı torpaq sahəsinin üzərinə həbsin qoyulmasına dair qərardadı qüvvədədir. Qeyd olunan səbəblərə görə iddiaçının müraciətinin icrası mümkün olmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan JN-177A nömrəli şəhadətnamənin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Qəbələ rayonu, AİK-nın xx.xx.2002-ci il tarixli 17 saylı qərarı ilə 0.20 ha həyətyanı torpaq sahəsi iddiaçı və mərhum əri X10 mülkiyyətinə verilmiş və kitabda 14654 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan 1/4 nömrəli, xx.xx.2003-cü il tarixli Qeydiyyat vəsiqəsi və inventar nömrəsi 45 olan Texniki pasportun təsdiq edilmiş surətindən müəyyən edilir ki, Qəbələ rayon, Nohurqışlaq kəndində yerləşən ümumi sahəsi 280.86 kv.m olan fərdi yaşayış evi X11 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnmənin təsdiq edilmiş surətindən müəyyən edilir ki, X12 vərəsəsi İddiaçıdır. İş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin 2(025)-2011/17 nömrəli xx.xx.2017-ci il tarixli qərardadı ilə iddiaçı X17 cavabdeh Qəbələ Rayon İcra Hakimiyyətinə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X4, X3, X6 və İddiaçı qarşı “JN-177A, kod 40616028 və JN-178A, kod 40616028 saylı Torpağın mülkiyyətə verilməsinə dair” xx xxxxxx 2002-ci il tarixli şəhadətnamələrin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə işə mahiyyəti üzrə baxılıb həll edilənədək, Qəbələ rayon AİK-nın xx.xx.2002-ci il tarixli, 17 saylı qərarı ilə “Torpağın mülkiyyətinə verilməsinə dair” JN-178A saylı, kod 40616028 olan şəhadətnaməyə əsasən X4, X3, X5 ümumi birgə mülkiyyətinə verilmiş 0.20 ha torpaq sahəsinin, eləcə də Qəbələ rayon AİK-nın xx.xx.2002ci il tarixli, 17 saylı qərarı ilə “Torpağın mülkiyyətinə verilməsinə dair” JN-178A saylı, kod 40616028 olan şəhadətnaməyə əsasən X13 və X8 ümumi birgə mülkiyyətinə verilmiş 0.20 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Həmin iş üzrə üçüncü şəxsin nümayəndəsi X23 tərəfindən verilən apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsi MKnın 2(107)-2610/2017 nömrəli xx.xx.2017-ci il tarixli qərardadı ilə təmin edilməmişdir. İş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin 2(025)-46/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsi ilə həmin iş üzrə iddiaçı X17 cavabdeh Qəbələ Rayon İcra Hakimiyyətinə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X4, X3, X6 və İddiaçı qarşı “JN-177A, kod 40616028 və JN-178A, kod 40616028 saylı Torpağın mülkiyyətə verilməsinə dair” xx xxxxxx 2002-ci il tarixli şəhadətnamələrin etibarsız hesab edilməsi” barədə iddia tələbi təmin edilməmişdir. İddiaçı tərəfindən verilən apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)-1508/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. X2 və vəkili Mənsur Məlikov tərəfindən verilən kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın 2(102)-7893/18 nömrəli xx.xx.2018-ci il tarixli qərarı ilə qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)-1508/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsi MK-nın 2(107)-960/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Qəbələ Rayon Məhkəməsinin 2(025)-46/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan məhkəmənin 2-1(84)-742/2018 nömrəli xx.xx.2018-ci il tarixli qərardadı ilə hazırkı işin icraatı iddiaçı X17 cavabdeh Qəbələ Rayon İcra Hakimiyyətinə qarşı “JN-177A, kod 40616028 və JN-178A, kod 40616028 saylı Torpağın mülkiyyətə verilməsinə dair” xx xxxxxx 2002-ci il tarixli şəhadətnamələrin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə qəbul edilmiş yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır. Məhkəmənin 2-1(116)-7/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. İş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin 2(025)-46/2018 nömrəli xx.xx.2020-ci il tarixli qərardadından müəyyən edilir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 ərizə ilə məhkəməyə müraciət edərək, X20 və X8 ümumi birgə mülkiyyətinə verilmiş 0.20 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Qeyd edilən qərardadla Qəbələ Rayon Məhkəməsinin 2(025)-2011/17 nömrəli xx.xx.2017-ci il tarixli qərardadı ləğv edilmiş, torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülmüşdür. Əsaslandırma hissəsi: İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsaslıdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasında göstərilmişdir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Şəhadətnamə verilən zaman qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 saylı fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət ilə istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında" Əsasnamənin 3-cü maddəsində göstərilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin altında olan torpaqlara görə onlara “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilir. Həmin Əsasnamənin 5-ci maddəsində göstərilir ki, “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ailə tərkibi üzrə hər bir şəxsin adı və soyadı göstərilməklə ailə başçısının adına verilir. “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə əsasən həmin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək (3.0.8-ci bənd), vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifəsidir. Bu hallar qeydiyyat zamanı aşkar olunacağı təqdirdə isə xidmət vəzifələrini yerinə yetirməli və hüquqların dövlət qeydiyyatını torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına uyğun aparmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əmlak üzərində hüquqların qeydiyyatı üçün əsasdır. Аzərbаycаn Rеspublikаsının Kоnstitusiyаsının 148-ci mаddəsinə və «Nоrmаtiv hüquqi aktlаr hаqqındа» Аzərbаycаn Rеspublikаsısının Konstitusiya Qаnununun 23.1-ci mаddəsinə əsаsən bеynəlхаlq müqаvilələr Аzərbаycаn Rеspublikаsı qаnunvеricilik sisteminin tərkib hissəsidir. Ədаlət mühаkiməsinin həyаtа kеçirilməsi zаmаnı «İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа» Аvrоpа Kоnvеnsiyаsı müddəаlаrının və İnsаn Hüquqlаrı Üzrə Аvrоpа Məhkəməsi prеsеdеntlərinin tətbiqi hаqqnıdа Аzərbаycаn Rеspublikаsı Аli Məhkəməsi Plеnumunun 30 mаrt 2006-cı il tаriхli qərаrındа göstərilir ki, Аzərbаycаn Rеspublikаsı «İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа» Аvrоpа Kоnvеnsiyаsının iştirаkçısı və оnu rаtifikаsiyа еtmiş dövlət kimi 2002-ci il аprеl аyının 15dən Kоnvеnisyа və оnun prоtоkоllаrının təfsiri və tətbiqi məsələlri üzrə İnsаn hüquqlаrı Üzrə Аvrоpа Məhkəməsinin yurisdiksiyаsının məcburiliyini tаnıyır. Аzərbаycаn Rеspublikаsı Kоnvеnsiyаnı rаtifikаsiyа еtdiyi dövrdən sоnrа yurisdiksiyаsı аltındа оlаn insаnlаrın Kоnvеnsiyаdа nəzərdə tutulаn hüquqlаrını təmin еtməlidir. İnsаn Hüquqlаrının və Əsаs Аzаdllıqlаrın Müdаfiəsi Hаqqındа Kоnvеnsiyаsının 46cı mаddəsinə əsаsən Аvrоpа Məhkəməsinin qərаrlаrı bu Kоnvеnsiyаnı rаtifikаsiyа еtmiş dövlətlər üçün məcburidir. İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа Kоnvеnsiyаnın (Аvrоpа Kоnvеnsiyаsı) 1 sаylı prоtоkоlunun 1-ci mаddəsində dеyilir ki, hər kəs öz əmlаkınа mülkiyyət hüququnu mаnеəsiz həyаtа kеçirmək hüququnа mаlikdir. 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin mənаsı bахımındаn «mülkiyyət» və «əmlаk» аnlаyışı kifаyət qədər gеnişdir. İqtisаdi mаrаqlаrın gеniş spеktri, о cümlədən dаşınаr və dаşınmаz əmlаk, mаddi və qеyri-mаddi mаrаqlаr mülkiyyət hüququnun təsir dаirəsinə düşür. Bu mаddə üzrə məhkəmə prеsеdеntlərinə görə mülkiyyət hüququ təkcə dövlət qеydiyyаtınа аlınmış hüquqlаrın dеyil, еyni zаmаndа əmlаkа fаktiki mülkiyyət hüququnu, tоrpаğа icаrə, istifаdə hüququnu dа mülkiyyət kimi qəbul еdir. «Pаyn Vеlli dеvеlоpmеnts Ltd» şirkəti İrlаndiyаyа qаrşı işdə Аvrоpа İnsаn hüquqlаrı Məhkəməsi qərаrа аlmışdır ki, müəyyən hаllаrın bаş vеrəcəyini hüquqа uyğun gözləmə 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin müdаfiə еtdiyi hüquq, yəni mülkiyyət hüququ sаyılа bilər. Həmin işdə ərizəçi tоrpаq sаhəsi аlmış və оrаdа tikinti həyаtа kеçirməyi plаnlаşdırmışdı. Аvrоpа Məhkəməsi tikintini həyаtа kеçirilməsinə mаnеəni 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin pоzuntusu kimi qiymətləndirmişdir. Qeyd olunanlara əsasən iddia təmin edilməli, cavabdehin üzərinə Qəbələ rayon AİK-nın xx.xx.2002-ci il tarixli 17 nömrəli qərarı ilə iddiaçı və mərhum əri Səttar Rasulovun mülkiyyətinə verilmiş Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 0.20 ha torpaq sahəsi və üzərində ümumi sahəsi 280.86 kv.m olan fərdi yaşayış evinin reyestrdə qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X25 üzərinə Qəbələ rayon AİK-nın xx.xx.2002-ci il tarixli 17 nömrəli qərarı ilə İddiaçı və mərhum əri X12 mülkiyyətinə verilmiş Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 0.20 ha torpaq sahəsi və üzərində ümumi sahəsi 280.86 kv.m olan fərdi yaşayış evinin reyestrdə qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-2/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2/2021
15.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver