Məhkəmə qərarları › İş №2-1(116)-2005/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2005/2025

06.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2005/2025 06.08.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qəhrəmanzadə Nəzrin Fuad qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “Cavabdeh başçısının 19.04..2022-ci il tarixli 44 nömrəli sərəncamının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Cavabdeh başçısı 19.04..2022-ci il tarixli 44 nömrəli sərəncamının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əsasən Azərbaycan Respulikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsi tərəfindən 2022-cilin mart-may aylarında Cavabdehndə aparılan istintaq tədbirləri çərçivəsində 16 aprel 2022-ci il tarixdə həmin idarə tərəfindən şübhəli şəxs qismində saxlanılmışam və daha sonra təqsirli şəxs qismində cəlb edilmişdir, məhkəmənin müvafiq qərarı ilə barəmdə “həbs” qətimkan tədbiri seçilmişdir. Binəqədi rayon Məhkəməsinin 28 may 2022-ci tarixli qərarına əsasən ev dustaqlığına buraxılmışdır. Şəki Ağır Cinayətlər Məhkəməsinin 06 fevral 2023-cil tarixli 1 (091 )-14/2023 nömrəii hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə təqsirli bilinib 46.2-ci maddəsi tətbiq olunmaqla 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə həmin cəza iddiaçıya 3 (üç) il sınaq müddəti ilə şərti olaraq tətbiq edilmiş, üzərimə sınaq müddətində davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmuşdur. Eyni zamanda, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(091)- 14/2023 saylı qərarı ilə barəsində CM-nin 178.2.2, 78.2.3 və 178.2.4-cü maddələri ilə başlanılmış cinayət təqibinə CM-nin 73-1.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla xitam verilmiş və iddiaçı CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad olunmuşdur. Şəki Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 24 oktyabr 2023-cü il tarixli 1(107)-270/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 06 fevral 2023-cü il tarixli 1 (091 )-14/2023 saylı hökmü və Şəki Ağır Cinayətiər Məhkəməsinin 06 fevral 2023-cü il tarixli 1 (091 )-14/2023 saylı qərarı ləğv edilmiş, CM-nin 178.2.2, 178.2.3, 178.2.4, 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilməyimə dair cinayət işi üzrə CM-nin 32.4, 312.2-ci maddələri mənə verilmiş ittihamdan xaric edilmiş, CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü rnaddəıəri ilə təqsirli bilinmiş və barəmdə CM-nin 73-1.2-ci maddəsi tətbiq olunmaqla cinayət məsuliyyətindən azad olunmuş, CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməyimə dair cinayət işi üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli 1 (102)- 811/2024 sayıı qərarı ilə müdafiəçim tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əıavə təmin edilməmiş, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 24 oktyabr 2023-cü il tarixli 1(107)-270/2023 nömrəli qərarı həmin kassasiya şikayətinə və əlavəyə münasibətdə dəyişiklik edilmədən saxıanılmışdır. Cavabdeh Başçısının 19 aprel 2022-ci il tarixli 44 saylı sərəncamı ilə RİHB-nin Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsindən azad edilmiş və bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Sadalananlardan göründüyü kimi, Göyçay rayon İcra Hakimiyyət tərəfindən 19 aprel 2022-ci il tarixli 44 saylı sərəncam qəbuı edilərkən Konstitusiyada təsbit olunmuş əmək hüquqları, eləcə də təqsirsizlik prezumpsiyası hüququm kobud şəkildə pozulmuş, işdən kənarlaşdırılmaq əvəzinə işdən azad edilərək, bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Nəzərinizə çatdırılır ki, iddiaçıya Cavabdeh Başçısının 19 aprel 2022-ci İİ tarixli 44 saylı sərəncamı nə poçt, nə də elektron poçt vasitəsi ilə göndərilməmiş, surəti şəxsən təqdim edilməmişdir. İddiaçı sözügedən sərəncamın mövcudluğundan 2024-cü ilin dekabr ayının əvvəllərində məlumat almışdır. Belə ki, istintaq orqanı tərəfindən şübhəli şəxs qismində saxlandığı andan hesab etmişdir cavabdeh inzibati orqan istintaq müddəti cövründə, eləcə də, barəsin burılacaq yexun məhkəmə aktı qanuni qüvvəyə minənədək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin "c” bəndinə əsasən işdən kənarlaşdırmışdır. Özünə gəldikdən sonra, işimin başına qayıtmaq üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Müraciət etdiyi zaman iddiaçıya bəlli olmuşdur ki cavabdeh inzibati orqan tərəfindən işdən kənarlaşdırılmaq əvəzinə işdən azad edilmişdir. Bundan dərhal sonra rəsmi şəkiidə müraciət etməklə, sərəncamın surətini 12 cekabr 2024-cü li tarixdə müvafiq məktubla birlikdə almişdir. Göründüyü kimi, işdən azad olunmağından, eləcə də, hazırda mübahisələndirildiyi sərəncamın mövcudluğundan yalnız 12 dekabr 2024-cü il tarixdə xəbər tutmuşdur. Cavabdeh Başçısının 19 apre! 2022-ci il tarixli 44 say ı sərəncamı 12 dekabr 2024-cü il tarixdə rəsmi şəkildə təqdim edildiyinə görə, 30 günlük iddia müddəti tərəfindən ötürülməmişdir. Göstərilənlərə əsasən, Cavabdeh Başçısının 19 aprel 2022-ci i! tarixli 44 saylı sərəncamının ləğv edilməsini xahiş edir. Cavabdehdən daxil olmuş xx.xx.2025-ci il tarixli məktubda qeyd olunur ki, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğunun internet saytında yerləşdirilmiş rəsmi məlumata əsasən müəyyən edilmişdir ki, həmin dövrdə rayon icra hakimiyyəti başçısının Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2, 311.3.1 və 311.3.4cü maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş korrupsiya və qulluq mənafeyi əleyhinə olan cinayətlərdə ittiham olunduğundan və barəsində həbs qətimkan tədbiri seçildiyi üçün rayon icra hakimiyyəti başçısının 44 nömrəli, 19 aprel 2022-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.6-cı maddəsinə əsasən Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsindən azad edilmişdir Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıdakı sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. • Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli 1(102)-811/2024 nömrəli qərarı. • Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli 1(107)-270/2023 nömrəli qərarı • Cavabdeh Başçısının xx.xx.2022-ci il tarixli 44 nömrəli sərəncamından görünür ki, İddiaçı rayon icra hakimiyyəti başçısının Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsindən azad edilərək dövlət qulluğuna xitam verilmiş və İddiaçıla rayon icra hakimiyyəti arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Tətbiq edilən hüquq: “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1. Bu Qanun dövlət orqanlarının struktur qurumlarında qulluq keçən dövlət qulluqçularına şamil edilir. Maddə 18.0. Dövlət qulluqçuları vəzifədə olaraq aşağıdakıları etməlidirlər: 18.0.1. qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirməli; 18.0.2. rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməli; 18.0.3. dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməli; 18.0.4. başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli;[65] 18.0.5. vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etməli; 18.0.6. lazım gəldikdə öz ixtisası hüdudunda rəhbərin göstərişi ilə əlavə iş görməli; 18.0.7. dövlət sirrini və qanunla mühafizə edilən digər sirri həmişə, o cümlədən dövlət qulluğuna xitam verildikdən sonra da saxlamalı;[66] 18.0.8. vəzifə borcunun yerinə yetirilməsi vaxtı daxil olan və vətəndaşların şəxsi və ailə həyatı, şərəfi və ləyaqəti ilə bağlı məlumatları gizli saxlamalı və qanunla nəzərdə tutulmuş hallar istisna edilməklə, belə məlumatların verilməsini tələb etməməli; 18.0.9. qulluq keçdiyi orqanın rəhbərinə hər il öz gəlirləri və əmlak vəziyyəti haqqında maliyyə hesabatı verməli, orada əlavə gəlirlərin mənbəyini, növünü və məbləğini göstərməli; 18.0.10. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada müvəqqəti olaraq başqa yaşayış yerinə keçməli, başqa yerdə qulluq keçməli və ya başqa vəzifələri icra etməli; 18.0.11. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada öz fiziki və əqli qabiliyyətinin və ya tapşırılan funksiyaların icrasına yararlı olmasının müəyyən edilməsi üçün tibbi komissiyalarda müayinə keçməli; 18.0.12. etik davranış qaydalarına əməl etməlidir. Maddə Maddə 25.1. Dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. 25.2. Dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: 25.2.1. töhmət; 25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; 25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; 25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması; 25.2.6. dövlət qulluğundan azad edilməsi. Maddə 25.3. Bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur. Maddə 25.4. Xidməti yoxlamanın aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 25.5. Dövlət qulluqçularına intizam tənbehi bu Qanunun 25.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Dövlət qulluqçusunun məzuniyyətdə, ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə barəsində xidməti yoxlama və ya cinayət işinin istintaqı aparıldığı vaxt həmin müddətə daxil edilmir. Maddə 25.6. Bu Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər. Maddə 25.7. Bu Qanunun 25.2.1-25.2.6-cı maddələrində nəzərdə tutulmuş intizam tənbeh tədbirləri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən, 25.2.1-ci maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri isə, habelə dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən səlahiyyət verilmiş vəzifəli şəxs (şəxslər) tərəfindən tətbiq oluna bilər. Maddə 25.8. İntizam tənbeh tədbirinin tətbiq edilməsi barədə əmrdən, onun imzalandığı gündən 7 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına şikayət vermək olar. Bu zaman həmin orqan tərəfindən intizam tənbeh tədbiri 10 iş günü müddətində ləğv olunmalı və ya qüvvədə saxlanılmalıdır. Tətbiq olunmuş intizam tənbeh tədbirindən şikayət verilməsi qaydası Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir. Maddə 25.9. Dövlət qulluqçusu qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada inzibati və cinayət məsuliyyətinə cəlb oluna bilər. Maddə 25.10. Dövlət qulluqçusu onun təqsiri üzündən dəymiş zərər üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maddi məsuliyyət daşıyır. Dövlət qulluqçusunun qanuna uyğun hərəkətləri nəticəsində dəymiş zərərin əvəzi tam həcmdə Azərbaycan Respublikasının dövlət büdcəsinin və Naxçıvan Muxtar Respublikasının büdcəsinin vəsaiti hesabına ödənilir. Maddə 25.11. Dövlət qulluqçusu “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) intizam məsuliyyətinə cəlb olunur. Maddə 33.1. Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: 33.1.1. dövlət qulluqçusunun öz arzusu ilə; 33.1.2. dövlət orqanı ləğv edildikdə; 33.1.3. dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə; 33.1.4. qanunvericiliyin tələbləri pozularaq işə qəbul edildikdə; 33.1.5. dövlət qulluqçusunun aldığı sertifikatın qüvvədəolma müddəti bitdikdə və dövlət qulluqçusu növbəti sertifikat ala bilmədikdə; 33.1.6. Bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə; 33.1.7. Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə; 33.1.8. qanunvericilik və ya yerli özünüidarə orqanlarına seçildikdə, habelə hakim təyin edildikdə, əgər onlar həmin vəzifələrdən imtina etmədikdə; 33.1.9. qanunvericilikdə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar dövlət qulluqçusu əmək funksiyasını yerinə yetirə bilmədikdə; 33.1.10. məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qanuni qüvvəyə minmiş qərarı olduqda; 33.1.11. dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə; 33.1.12. dövlət qulluğunda olmanın yaş həddinə çatdıqda. 33.2. Dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilir və bu məbləğdən vergi tutulmur. 33.3. Dövlət orqanı rəhbərinin dövlət qulluğunu davam etdirmək barədə qərarı olarsa, dövlət qulluqçusu öz arzusu ilə dövlət qulluğundan çıxmaq barədə ərizəni verdiyi gündən 1 ay ərzində dövlət qulluğunu davam etdirməlidir. Zərurət olduqda, həmin müddət dövlət orqanının rəhbəri tərəfindən əlavə olaraq 1 ay müddətinədək uzadıla bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 5.

2. Bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquqmühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. Maddə 62.

1. İşəgötürən aşağıdakı hallarda mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər: c) iş vaxtı ərzində işçi bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikdə; Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 22.1. İnzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 8.1. İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: 8.1.3. inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır; Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 32.2. Aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). 32.3. İlkin inzibati aktla müqayisədə inzibati aktın ünvanlandığı şəxs üçün əlavə öhdəliklər yaratdığı və ya əlavə məhdudiyyətlər nəzərdə tutduğu hallarda da şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş qərar iddianın yeganə predmeti ola bilər. Prosessual normanın şikayətlə bağlı qərara ciddi təsir göstərəcək şəkildə pozulması da əlavə məhdudiyyət kimi qiymətləndirilməlidir.

Əsaslandırma hissəsi:

Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır.” Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da mahiyyət etibarilə də əsassızdır. İddiaçının əsas dəlili ondan ibarətdir ki, Cavabdeh Başçısının 19 aprel 2022-ci il tarixli 44 saylı sərəncamı qəbul edilərkən onun barəsində Əmək Məcəlləsinin 70 –ci maddəsinin “ç” bəndi tətbiq edilə bilməzdi, çünki onun barəsində həmin dövrdə qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcud olmamışdır. Onunla bağlı istintaq aparılan zaman o işdən azad deyi, işdən kənarlaşdırılmalı idi. Məhkəmə iddiaçının dəlilləri ilə razılaşmır. Belə ki işin müəyyən edilən hallarına görə iddiaçı Azərbaycan Respulikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsi tərəfindən 2022-cilin martmay aylarında Cavabdehndə aparılan istintaq tədbirləri çərçivəsində 16 aprel 2022-ci il tarixdə həmin idarə tərəfindən şübhəli şəxs qismində saxlanılaraq təqsirli şəxs qismində cəlb edilmişdir, məhkəmənin müvafiq qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Bununla əlaqədar Cavabdeh başçısının 19.04..2022-ci il tarixli 44 nömrəli sərəncamı ilə iddiaçı işdən azad edilərək dövlət qulluğuna xitam verilmişdir. Daha sonra Şəki Ağır Cinayətlər Məhkəməsinin 06 fevral 2023-cil tarixli 1 (091 )- 14/2023 nömrəii hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə təqsirli bilinib 46.2-ci maddəsi tətbiq olunmaqla 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə həmin cəza iddiaçıya 3 (üç) il sınaq müddəti ilə şərti olaraq tətbiq edilmiş, üzərimə sınaq müddətində davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmuşdur. Eyni zamanda, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(091)- 14/2023 saylı qərarı ilə barəsində CM-nin 178.2.2, 78.2.3 və 178.2.4-cü maddələri ilə başlanılmış cinayət təqibinə CM-nin 73-1.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla xitam verilmiş və iddiaçı CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad olunmuşdur. Şəki Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 24 oktyabr 2023-cü il tarixli 1(107)-270/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 06 fevral 2023-cü il tarixli 1 (091 )-14/2023 saylı hökmü və Şəki Ağır Cinayətiər Məhkəməsinin 06 fevral 2023-cü il tarixli 1 (091 )-14/2023 saylı qərarı ləğv edilmiş, CM-nin 178.2.2, 178.2.3, 178.2.4, 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilməyimə dair cinayət işi üzrə CM-nin 32.4, 312.2-ci maddələri mənə verilmiş ittihamdan xaric edilmiş, CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü rnaddəıəri ilə təqsirli bilinmiş və barəmdə CM-nin 73-1.2-ci maddəsi tətbiq olunmaqla cinayət məsuliyyətindən azad olunmuş, CMnin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməyimə dair cinayət işi üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli 1 (102)-811/2024 sayıı qərarı ilə müdafiəçim tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əıavə təmin edilməmiş, iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 oktyabr 2023-cü il tarixli 1(107)-270/2023 nömrəli qərarı həmin kassasiya şikayətinə və əlavəyə münasibətdə dəyişiklik edilmədən saxıanılmışdır. Məhkəmə qeyd edir ki, həmin dövrdə iddiaçı barəsində qəbul edilmiş mübahisəli aktta cavabdeh tərəfindən maddi hüquq normaları səhf tətbiq edilsə də, hazırkı vəziyyət həmin aktın qanunsuz olmasını deməyə əsas vermir. Belə ki, mübahisələndirilən sərəncamın qəbul edilməsinə əsas iddiaçı barəsində cinayət işinin başlanılması olmuş və artıq iddiaçı barəsində Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 32.4, 312.2-ci maddələri ilə təqsirli bilnməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur. Bu isə öz növbəsində ona münasibətdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1.10-cu maddəsinin dispozisiya şərtlərinin mövcudluğu ilə nəticələnir ki, həmin şərt dövlət qulluğuna xitam verilməsi üçün əsasdır. Yəni hazırkı vəziyyətdə mübahisələndirilən sərəncamın qəbul olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu tam sübuta yetirilir. Qeyd olunmalıdır ki, “dövlət qulluğundan azad edilmə” intizam tənbehinin tətbiqi həm “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsinin və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbləri baxımından mütənasib addım kimi qiymətləndirilməlidir. Nəzərə alınmalıdır ki, dövlət qulluğuna qəbul edilmiş vətəndaş kimi o, vəzifəsinin icrasına başlamamışdan əvvəl ...”dövlət qulluğunun ona verdiyi hüquqları və üzərinə qoyduğu vəzifələri qərəzsiz, vicdanla, ancaq qanunauyğun surətdə, var gücü ilə və vətənin mənafeyi naminə həyata keçirəcəyinə” and içmişdir. X2 Məhkəməsi Cinayət Kollegiyasının 24 oktyabr 2023-cü il tarixli 1(107)-270/2023 nömrəli qərarı iddiaçıya münasibətdə həmin müddəaların uzlaşmadığını deməyə əsas verir. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh başçısının 19.04..2022-ci il tarixli 44 nömrəli sərəncamının ləğv edilməsi üçün əsas mövcud olmadığından iddia təmin edilə bilməz.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı:

qərara aldı:

İddiaçı Cavabdehnə qarşı “Cavabdeh başçısının 19.04..2022-ci il tarixli 44 nömrəli sərəncamının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar