Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2008/2025 23.09.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X6 Günel Soltan qızının sədrliyi, məhkəmə iclasının katibi Məmmədağayeva Səidə Nadir qızının katibliyi, İddiaçı, iddiaçının qanuni nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh PHŞ-yə qarşı “2024-cü ildən əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İŞİN HALLARİ: İddiaçı X4 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “oğlu xx.xx.2012ci il təvəllüdlü İddiaçı 2015-ci il tarixdə təyin olunan sosial müavinətinin bərpa edilməsi və 2024-cü il mart ayından dayandırılmış sosial müavinətin hesablanaraq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı, ərizə təqdim edərək iddiaçı qismində oğlu İddiaçı tanınmasını, iddia tələbini isə dəqiqləşdirərək, 2024-cü ildən əlilliyin təyin edilməsi kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı sağ qolunda travma ilə dünyaya gəlmişdir. Bakı Baş Səhiyyə İdarəsi Uşaq Nevroloji Xəstəxanasının xx.xx.2015-ci il tarixli № 1042 nömrəli xəstəlik tarixi epikrizinə əsasən G54.0 Sağ bazu kələfinin doğuş səbəbli travmatik zədələnməsi, G83.2 sağ qolun parezi kliniki diaqnozu təyin edilmiş və əlilliyi müəyyən edilmişdir. Növbəti illərdə müayinələr zamanı uşağın qolunda heç bir müsbət dəyişikliyin olmadığı müəyyən olunmuş və davamlı olaraq əlilliyə görə sosial müavinat təmin edilmişdir. 27 fevral 2024-cü il tarixində aparılan müayinə zamanı əvvəlki diaqnoz təsdiq olunsa da, mart ayından əlilliyə görə sosial müavinat kəsilmişdir. Beləki, xx.xx.2024-cü il tarixli 1250 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan (xəstəlik tarixindən) Çıxarışdan diaqnoz təsdiq olunaraq qeyd olunur: 1. G548 Sinir kanalının və kələfəlinm zədələnməsi (boru kələfələnin zədlənməsi nəticəsində); 2. G832 Sağ yuxarı ətrafın monöparezi. xx.xx.2024-cü il tarixli AR SN “AETT və Oİ” X9 tərəfindən verilən № 20292/6567 nömrəli arayışında uşağın fiziterapiyaya və müalicəvi idmana məsləhət olunduğu qeyd olunur. Bildirilir ki, uşaq uzun müddətli həmin xəstəİik ilə bağlı müalicə almış və fizioterapiya aparılmışdır. Lakin, həkimlərin uzun müddətli müalicəsinə baxmayaraq həmin xəstləlik müalicə olunmamışdır. Həmin qərardan sonra Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Mudafiə Nazirliyinə rəsmi olaraq ünvanına pensiyanın bərpa edilməsi ilə bağlı muraciət etmişdir. xx.xx.2024-cü il tarixli 4392 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadı (xəstəlik tarixindən) Çıxarışdan təkrar diaqnoz təsdiq olunsa da əlillik ilə bağlı sosial müavinət bərpa edilməmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Şamaxı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2024-cü il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, hərəkət funksiyasının pozulması. Bazu kələfinin zədələnməsi, sağ terefli doğuş pleksetinin qalıq əlamətləri. Ətrafların müxtəlif uzunluğu (qazanılma), sağ yuxarı ətrafın 4 sm qısalığı. Yuxarı ətrafların monoplegiyası, sağ yuxarı ətrafın monoparezi. Digər rubrikalarda təsnif olunmayan valqus deformasiya, sağ dirsək oynağının valqus deformasiyası Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir qərarı qəbul edilmişdir” səbəbi ilə imtina verilmişdir. Qeyd edilmişdir ki, İddiaçı (FİN xxxxxxx) əlillik vəziyyəti səhiyyə müəssisəsinin xx.xx.2024-cü ilin S00215756HRİ saylı göndərişi əsasında xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və qeydiyyatda olduğu bölgə üzrə ərazi TSEK-inə yaxınlaşmağı xahiş olunur. Səhiyyə müəssisəsinin göndərişində d.z: Sinir köklərinin və kələflərinin digər zədələnmələri, sinir köklərinin və kələfinin zədələnməsi bazu kələfinin zədələnməsi. Digər rubrikalarda təsnif olunmayan valqus deformasiya, sağ dirsək oynağının valqus deformasiyası. Obyektiv müayinə zamanı xəstədə aşağıdakı əlamətlər aşkar edildi: - Şikayətləri ------- Sağ yuxarı ətrafında hərəkət məhdudluğundan, qısalığından - Dəri və görünən selikli qişaları ------- Adi - Dərialtı piy qat ------- Kafi - Periferik limfa düyünləri ------- Əllənmir - Sümük-əzələ sistemi ------- Sağ tərəfli doğuş pleksetinin qalıq əlamətləri. Sağ bazu oynaqının uzaqlaşdırıcı 40 dərəcə dirsək oynağının açıcı bükücü rotaksion kontrakturası. Sağ yuxarı ətrafın 4 sm qısalığı. Sağ dirsək oynağının valqus deformasiyası. Əzələlərin atrofiyası osteoparez hərəkət funksiyasının pozulması - Tənəffüs sistemi -------- Sərt tənəffüs eşidilir Ürək-qan damar sistemi ------- Cor tonlar karlaşıb alt 90\70 mm.c.st.ps. ritmik 85 vurğu 1 dəq - Həzm sistemi ------- Qaraciyər və dalaq əllənmir - Sidik-cinsiyyət sistemi ------- Pasternatski simptomu hər iki tərəfdə (-) - Sinir sistemi(psixi status) ------- - Statu slokalis -- ------ Başı konfiqurasiyalıdır. Göz yarıqları d=s simmetrik göz bəbəklər d=s işığa qarşı reaksiya müsbət göz almalarının həcmi tam udur çeyniyir eşidir, hərəki sferada sağ yuxarı ətrafın mamalıq iflici qeyd olunur. Əzələ tonusu d kiçik s dən vətər və sümüküstü reflekslər d kiçik s dən əzələ gücü proksimalda 3 bal distalda 3 bal dirsək oynağında məcburi vəziyyət alınır. Sağ yuxarı ətraf soldan qısadır 4 sm. Aşağı ətraflarda parez qeyd olunmur. Əzələ tonusu normal vətər və sümüküstü reflekslər d=s meningial əlamətlər mənfi. Məlumat üçün bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərarın qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iddiaçı və iddiaçının qanuni nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Cavabdeh şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə Cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2024-cü il tarixli məktubu, Tibbi-Sosial Ekspert Komissiyasının müayinə cavabları (Akt nömrələri: O**********, O**********, xxxxxxx0002, xxxxxxx0005, xxxxxxx0008, xxxxxxx0010, xxxxxxx0011), “Respublika Pediatriya Mərkəzi” PHŞ-nin xx.xx.2025-ci il tarixli məktubu, “Ağsu rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2025-ci il tarixli məktubu, Şamaxı Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2025, xx.xx.2025-ci il tarixli məktubları, “Məhkəmə-Tibbi Ekspertiza və X5” PHŞ-nin xx.xx.2025-ci il tarixli məktubu və ona əlavə olunmuş T516/2025 nömrəli ekspert rəyi. İİ. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikası Konstitusiyası: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. (-). 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Bənd 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. (-). 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. (-). 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.5. Məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İİİ. MƏHKƏMƏNİN MÖVQEYİ İddianın növü və mümkünlüyü. İddiaçının nail olmaq istədiyi hüquqi nəticəyə uyğun olaraq hazırki iddia məcburetmə haqqında iddia (İPM-in 2.2.2 və 33.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoyulmasını məhkəmədən tələb tələb edir. İş materiallarından görünür ki, cavabdeh orqan sonuncu dəfə xx.xx.2025-ci il tarixdə iddiaçıya əlilliyin təyin edilməsindən “diaqnoz əlillik əlaməti təyin etmir” əsası ilə imtina etmişdir. Müvafiq imtina qərarı xx.xx.2025-ci il tarixli məktubla iddiaçıya təqdim edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, İPM-nin 38.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla hazırkı iddianın qaldırılması üçün iddia müddəti ötürülməmişdir. İddianın əsaslılığı. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. İddia tələbi əlilliyin təyin edilməsi şəklində ifadə edilsə də, məhkəmə hesab edir ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı cavabdeh orqan tərəfindən orqanizmin funksiyalarının pozulmasının müəyyən edilməsinə nail olmaqdır. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İş materiallarında olan cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq dövlət tibb müəssisəsinin göndərişi əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, əlillik vəziyyətinin qiymətləndirilməsi üçün Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə İddiaçı dair göndəriş daxil olmuşdur. Daha sonra müraciət əsasında İddiaçı xx.xx.2024-cü il tarixində 18 nömrəli ərazi üzrə Tibbi-Sosial Ekspert Komissiyasında əyani müayinə olunmuşdur. Müayinəyə dair akt sənədi qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Aparılan əlavə müayinə və təqdim olunan tibbi sənədlər nəticəsində vətəndaşa dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarl ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq xx.xx.2024-cü il tarixdən “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərarı verilmişdir. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticələrindən görünür ki, iddiaçıya xx.xx.2015-ci il tarixdə “Sağ bazu kəlfinin doğuş səbəbli travmatik zədələnməsi, sağ qolun parezi” diaqnozu ilə (səbəbi: sağlamlıq imkanları məhdud uşaqlar), iki il müddətinə təyin edilmiş, növbəti qiymətləndirmə tarixi xx.xx.2017-ci il qeyd edilmişdir. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticələrindən görünür ki, iddiaçıya xx.xx.2017-ci il tarixdə “Sağ bazu kəlfinin doğuş səbəbli travmatik zədələnməsi, sağ qolun parezi” diaqnozu ilə (səbəbi: sağlamlıq imkanları məhdud uşaqlar), üç il müddətinə təyin edilmiş, növbəti qiymətləndirmə tarixi xx.xx.2020-ci il qeyd edilmişdir. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticələrindən görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixdə müayinə olunmuş, əlavə müalicəyə ehtiyacın olması, uzun müddətdir xəstə olmasına baxmayaraq bərpa müalicələri yoxdur, ətraflı ixtisaslaşmış bərpa müalicələri məsləhət görülür səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticələrindən görünür ki, iddiaçıya xx.xx.2021-ci il tarixdə “Bazu kələfinin zədələnməsi. Sağ bazu kələfinin doğuş travmalı səbəbli pleksopatiyası. Oynaqların kontrakturası, Sağ dirsək oynağının açıcı-bükücü kontrakturası (160-165 dərəcə)” diaqnozu ilə (səbəbi: sağlamlıq imkanları məhdud uşaqlar), üç il müddətinə təyin edilmiş, növbəti qiymətləndirmə tarixi xx.xx.2024-cü il qeyd edilmişdir. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticələrindən görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixdə müayinə olunmuş, göndərişin natamam doldurulması, EMQ müayinə nəticəsi xəstəliyin ağırlaşmasını səviyyəsində açıqlamır səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticələrindən görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixdə müayinə olunmuş, əlavə müalicəyə ehtiyacın olması, ixtisaslaşdırılmış müalicəsi davam etdirilsin səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticələrindən görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixdə müayinə olunmuş, diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. İş materiallarında olan “Respublika Pediatriya Mərkəzi” PHŞ-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.2012-ci il təvəllüdlü İddiaçı xx.xx.2024-cü il və xx.xx.2024cü il tarixlərində Respublika Pediatriya Mərkəzi PHŞ-nin tabeliyində olan X2 müayinə olunmuşdur. Müayinə zamanı G83.2-Yuxarı ətrafların monoplegiyası və G54.8-Sinir köklərinin və kələflərinin digər zədələnməsi diaqnozları təsdiqlənmişdir. İş materiallarında olan “Məhkəmə-Tibbi Ekspertiza və X5” PHŞ-nin xx.xx.2025-ci il tarixli məktubu və ona əlavə olunmuş T516/2025 nömrəli ekspert rəyindən görünür ki, Məhkəmə tibbi müayinə: 03 iyul 2025-ci il tarixdə Şıxalılı X3 Təkrari ekspertizalar şöbəsində TSEK-nın ekspertləri ilə birgə müayinədən keçirildi. Anasının deməsinə görə xəstəliyi anadan gəlmədir, doğuş travmasıdır. 2015-2024-cü illərdə sosial müavinət təyin olunsa da 2024-cü ildə imtina verildiyi üçün İnzibati məhkəməyə müraciət etmişdir. Halhazırda şikayəti sağ qolda hərəkət məhdudluğundandır. Müayinə olunanın boylu yaşına uyğun inkişaf etmişdir, kafi köklükdədir. Reflekslər bir qədər sönükdür. Atrofıya çiyin nahiyəsində cüzi nəzərə çarpır. Sağ yuxarı ətrafın yuxarıya doğru hərəkəti cüzi məhduddur. Tutma funksiyası saxlanılıb. Kobud deformasiyalar qeyd edilmir. Beləliklə, vətəndaş İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən əlillik vəziyyətinin qiymətləndirilməsi ilə əlaqədar müvafiq tibb müəssisəsinin tərtib etdiyi göndərişdə qeyd edilən diaqnoz stasionarda şəxsin müayinə və müalicəsi zamanı anamnestik, klinik və laborator instrumental müayinələrin əsasında müəyyən edilmişdir. Nəticə: azyaşlı İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “Əsas diaqnoz: G54.8 Sinir köklərinin və kələflərinin digər zədələnmələri, sinir köklərinin və kələfinin zədələnməsi bazu kələfinin zədələnməsi. Ağırlaşmalar: M24.5 Oynaqların kontrakturası, sağ bazu oynağının uzaqlaşdırıcı 40 dər dirsək oynağının açıcı bükücü rotaksion kontrakturası. R26.8 Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, hərəkət funksiyasının pozulması. G54.0 Bazu kələfinin zədələnməsi, sağ tərəflli doğuş pleksetinin qalıq əlamətləri. M62.5 Əzələnin başqa rublikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, əzələlərin atrofiyası. M81.2 Hərəkətsizliklə bağlı osteoporoz, osteoparez. M21.7 Ətrafların müxtəlif uzunluğu (qazanılma), sağ yuxarı ətrafın 4 sm qısalığı. G83.2 Yuxarı ətrafların monoplegİyası, sağ yuxarı ətrafın monoparezi. M21.0 Digər rublikalarda təsnif olunmayan valqus deformasiya, sağ dirsək oynağının valqus deformasiyası” diaqnoz xəstənin anamnestik, kliniki, laborator-İnstrumental müayinələri əsasında müəyyən edilsə də, şəxsin əyani müayinəsi zamanı diaqnoz nəzərə alınmaqla hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən olunmadığından, ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 N°-li qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın hər-hansı bir bəndini aid etmək mümkün olmamışdır. “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı qoyulmuş diaqnozların Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyyarları”na Əlavənin hansı bəndində qeyd olunmuş xəstəliklərin əhatəsinə düşməsi barəsində verdiyiniz sorğuya cavab olaraq bildirmək istəyirik ki, vətəndaş İddiaçı qoyulmuş G54.0 XBT kodu Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavəsində qeyd olunan 6.9.1 meyyar koduna və M21.0 isə 13.7 meyar koduna uyğun gəlir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə görə, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı xüsusi biliyə və təcrübəyə malik olduğu haldan gedir. İddiaçıya əlilliyin təyin olunması ilə bağlı məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normanın tələblərini nəzərə almağa borcludur. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Cavabdeh orqan xx.xx.2024-cü il tarixli imtina cavabında iddiaçıya əlilliyin təyin edilməsindən “diaqnozun əlillik təyin etməməsi” səbəbi ilə imtina etmişdir. Məhz həmin imtina cavabını aldıqdan sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı barəsində tərtib edilmiş göndərişdə qeyd edilmiş diaqnoz “G54.8-Sinir köklərinin və kələflərinin digər zədələnmələri, sinir köklərinin və kələfinin zədələnməsi bazu kələfinin zədələnməsi, M24.5- Oynaqların kontrakturası, sağ bazu oynaqının uzaqlaşdırıcı 40 dər dirsək oynaqının açıcı bükücü rotaksion kontrakturası, R26.8- Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, hərəkət funksiyuasının pozulması, G54.0- Bazu kələfinin zədələnməsi, sağ terefli doğuş pleksetinin qalıq əlamətləri, M62.5- Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, əzələlərin atrofiyası, M81.2- Hərəkətsizliklə bağlı osteoporoz, osteoparez, M21.7- Ətrafların müxtəlif uzunluğu (qazanılma), sağ yuxarı ətrafın 4 sm qısalığı, G83.2- Ətrafların müxtəlif uzunluğu (qazanılma), sağ yuxarı ətrafın 4 sm qısalığı, M21.0- Digər rubrikalarda təsnif olunmayan valqus deformasiya, sağ dirsək oynaqının valqus deformasiyası” olmuşdur. Məhkəmə tərəfindən iddiaçıya qoyulan diaqnozun doğruluğunu müəyyən etmək məqsədilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5”nə həvalə edilmişdir. Sonuncunun xx.xx.2025-ci il tarixli 3445 nömrəli məktubuna əlavə olunmuş ekspert rəyində (T516/2025) iddiaçıya qoyulmuş diaqnozda göstərilən xəstəliklərə xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələr əsasında müəyyən edildiyi qeyd edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq iddiaçı barəsində müvafiq göndərişi tərtib etmiş səhiyyə müəssisəsi (Şamaxı rayon Mərkəzi Xəstəxanası PHŞ) iddiaçıya qoyulmuş G54.0 kodlu xəstəliyin “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları” na Əlavənin 6.9.1-ci bəndində qeyd edilən xəstəliklə eyniyyət təşkil etdiyini qeyd etmişdir. Təqdim edilmiş cavab məktubundan M21.0 və 13.7 bəndinin əhatə dairəsinə düşən xəstəliklərin müəyyən edilməsi mümkün olmamışdır. 6.9.1 bənddə qeyd edilmiş xəstəlik isə (imtina cavabının verildiyi zaman qüvvədə olmuşdur) 1 il müddətinə OFP-nın 35-40 faiz müəyyən edilməsini nəzərdə tutur. Həmkinin məhkəmə qeyd edir ki, G54.0 XBT kodu ilə iddiaçıya xx.xx.2015 (2 il müddətinə), xx.xx.2017 (3 il müddətinə) və xx.xx.2021-ci il tarixində (3 il müddətinə) əlillik təyin edilmişdir. Hazırkı iddia tələbində də, iddiaçının tələbi ona məhz həmin diaqnozla əlilliyin təyin edilməsi ilə bağlıdır. Başqa sözlə, iddiaçı ona ən minimum həddə əlilliyin təyin edilməsində maraqlıdır ki, bu da “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”na Əlavənin 6.9.1-ci bəndinin “orqan və sistemlərin mülayim çoxsaylı pozuntuları ilə” aparılan qiymətləndirməsinə uyğundur. Sözügedən bənddə orqan və sistemlərin mülayim çoxsaylı pozuntuları ilə aparılan qiymətləndirməyə uyğun olaraq 1 il müddətinə OFP-nın 35-40 faiz müəyyən edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə, mübahisənin mahiyyəti üzrə toplanmış sübutları və ekspert rəylərini qiymətləndirərək, cavabdeh orqanın inzibati aktının əsassız olduğu qənaətinə gəlir. Cavabdehin “diaqnoz əlillik əlaməti təyin etmir” əsası ilə iddiaçı barəsində qəbul etdiyi imtina qərarı, iş materiallarında mövcud olan obyektiv tibbi göstəricilərlə ziddiyyət təşkil edir. Belə ki, Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” tərəfindən verilmiş ekspert rəyi iddiaçıya qoyulmuş bir sıra xəstəlik diaqnozlarının anamnestik, kliniki və instrumental müayinələr əsasında müəyyən edildiyini təsdiqləyir. Ən əsası, iddiaçının göndərişini tərtib etmiş səhiyyə müəssisəsinin məktubu iddiaçıya qoyulmuş G54.0 XBT kodlu xəstəliyin qüvvədə olan "Əlilliyin müəyyən olunması meyarları"nın Əlavəsinin 6.9.1ci bəndinə (orqan və sistemlərin mülayim çoxsaylı pozuntuları ilə OFP-nın 35-40 faizi) uyğun gəldiyini açıqlamışdır. Nəzərə alınmalıdır ki, inzibati orqan ilkin tibbi göstəricilərin doğruluğunu yoxlamaqda müəyyən sərbəstliyə malik olsa da, məhkəmə tərəfindən təyin edilmiş ekspertiza və Şamaxı Rayon Mərkəzi Xəstəxanasının rəsmi məktubu ilə təsdiqlənən G54.0 XBT kodlu diaqnozun "Əlilliyin müəyyən olunması meyarları"nın 6.9.1-ci bəndinə birbaşa uyğun gəlməsi sübut olunduğu halda, cavabdehin bu məcburi meyarları nəzərə almayaraq iddiaçının müraciətindən imtia etməsi onun düzgün nəticəyə gəlmədiyini göstərir. Məhkəmə hesab edir ki, əlilliyin təyin olunması şərtləri qanunvericiliklə (müvafiq meyarlar əsasında) müəyyən edildiyi halda, cavabdeh orqanın bu şərtlərin mövcudluğunu göstərən obyektiv tibbi məlumatlara baxmayaraq imtina etməsi, onun diskresion səlahiyyətinin hüdudlarını aşması deməkdir. Əgər diaqnoz qanunla müəyyən edilmiş meyarlara uyğundursa, əlilliyin təyin edilməsi artıq inzibati orqanın mütləq (məcburi) öhdəliyidir. İddiaçıya əvvəlki dövrlərdə də məhz eyni diaqnozla əlilliyin təyin edilmiş olması faktı da cavabdehin sonrakı imtinasının qanunauyğunluğuna ciddi şübhələr yaradır. Bütün bu faktiki və hüquqi hallar nəzərə alınaraq, cavabdeh orqanın imtina qərarı əsassız olması müəyyən olunur. Qeyd edilənləri ümumiləşdirərək məhkəmə qeyd edir ki, göründüyü kimi cavabdeh orqan tərəfindən iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsi zamanı təqdim edilmiş tibbi sənədlər, ixtisaslaşdırılmış tibb müəssisələrinin arayışları və məhkəmə-tibbi ekspertizanın nəticələri tam, hərtərəfli və obyektiv şəkildə nəzərə alınmamışdır. Halbuki, inzibati orqan əlilliyin müəyyən edilməsi ilə bağlı qərar qəbul edərkən bütün mövcud tibbi məlumatların və müvafiq normativ meyarların kompleks təhlilini aparmalı, yalnız formal yoxlama ilə kifayətlənməməlidir. Cavabdeh orqan tərəfindən qəbul edilmiş imtina qərarı faktiki tibbi vəziyyətin reallığını əks etdirmədiyi kimi, şəxsin sosial müdafiə hüququnun təmin olunması məqsədinə də zidd olmuşdur. Əlilliyin müəyyən olunması mexanizmi mahiyyət etibarilə sosial ədalətin bərpasına və funksional imkanları məhdud şəxslərin sosial təminatına yönəldiyindən, inzibati orqan bu məqsədləri həyata keçirməkdə daha yüksək məsuliyyət və diqqət nümayiş etdirməlidir. Bu halları nəzərə almadan verilmiş imtina qərarı hüquqi dövlət prinsiplərinə, xüsusən də qanunçuluq, obyektivlik, proporsionallıq və ədalətlilik prinsiplərinə ziddir və inzibati səlahiyyətlərin düzgün həyata keçirilməməsini göstərir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, toplanmış sübutlar, təqdim olunmuş tibbi sənədlər və ekspert rəyləri iddiaçının orqanizminin funksional pozuntularının mövcudluğunu və həmin pozuntuların qüvvədə olan “Əlilliyin müəyyən olunması meyarları”na uyğun gəldiyini tam şəkildə təsdiqləyir. Belə olan halda, cavabdeh orqanın imtina qərarının hüquqi əsasları olmadığı müəyyən edilir. Qanunvericiliyə əsasən, əlilliyin təyin olunması üçün tələb olunan şərtlər mövcud olduqda bu, inzibati orqan üçün diskresion deyil, mütləq səlahiyyət xarakteri daşıyır və icra olunması məcburidir. Bu baxımdan, məhkəmə bu qənaətə gəlir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. İddiaçının hüquqi maraqları və sosial müdafiə hüququ pozulduğundan onun iddia tələbi tam əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh PHŞ-nin üzərinə İddiaçı xx.xx.2024-cü il tarixdən 1 il müddətinə OFP-nin birinci dərəcəli məhdudlaşma halının təyin edilməsi öhdəliyi qoyulsun. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X8 Əsədova.
Məhkəmə qərarları › İş №2-1(116)-2008/2025
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2008/2025
23.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver