Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-201/2023 19.07.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlu İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “Balakən rayon Aqrar İslahat Komissiyasının 12 may 1999-cu il tarixli 05 nömrəli qərarı ilə verilmiş “Torpağa mülkiyyət hüququna dair” JN-505 (kod ********) nömrəli Dövlət Aktına əsasən 6227,59 ha olan hissəyə və A 166507 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi üzrə 2500 kv.m həyətyanı torpaq sahəsinin cizgiləri daxilində hüquqların dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə ərizə ilə müraciət edərək, Balakən rayon Aqrar İslahat Komissiyasının 12 may 1999-cu il tarixli 05 nömrəli qərarı ilə verilmiş “Torpağa mülkiyyət hüququna dair” JN-505 (kod ********) nömrəli Dövlət Aktına əsasən 6227,59 ha olan hissəyə və A 166507 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi üzrə 2500 kv.m həyətyanı torpaq sahəsinin cizgiləri daxilində hüquqların dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra - “İPM”) 13-cü maddəsinə müvafiq olaraq, iddiaçıya xx.xx.2023-cü il tarixli hüquqi yardım məktubu ünvanlanaraq bildirilmişdir ki, iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət verilməsi zərurəti yaranmışdır. Belə ki, iş materiallarında olan cavabdehin **********49 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyinə əsasən, iddiada qeyd olunan 6227,59 kv.m torpaq sahəsinin X9, X5, X6 və X1 adına JN-505 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının 505A cizgisində ümumi birgə mülkiyyətlərinə işlənildiyi və 2500 kv.m torpaq sahəsinin isə X7 və X2 adına fərdi yaşayış evinin tikintisi üçün həyətyanı məqsədilə mülkiyyətlərinə işlənildiyi müəyyən olunmuşdur. Həmçinin iddia ərizəsinə əlavə olunmuş xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamədən görünür ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi qardaşı İddiaçıdur və şəhadətnamə verilən miras əmlak Balakən rayon Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2000-ci il tarixdə X4 verilmiş JN-505, KOD 40112018 nömrəli Dövlət Aktına əsasən Balakən rayonu, Sarıbulaq kəndində yerləşən, ümumi sahəsi 1,26 ha olan torpaq sahəsinin mərhuma çatacaq hissəsindən ibarətdir. Yardım məktubunda həmçinin qeyd olunmuşdur ki, iddiaçı ilk öncə mübahisəli torpaq sahələrinin onların mülkiyyətçilərinin adına dövlət reyestrində qeydiyyata alınmasını cavabdeh orqana müraciət etməklə tələb etməlidir. Müraciəti cavabsız saxlanıldığı halda ərizənin göndərilməsini təsdiq edən müvafiq poçt qəbzini, müraciəti təmin olunmadığı halda isə imtina məktubunun əslini İPM-in tələblərinə uyğun tərtib olunmuş iddia ərizəsinə əlavə etməklə məhkəmədə iddia qaldıra bilər. Həmin iddia tələbinə məhkəmə tərəfindən hüquqi qiymət verilərək iddia təmin olunduğu halda, qərar qanuni qüvvəyə mindikdən sonra əldə etmək istədiyi hüquqi nəticəni vərəsəlik qaydasında həll edə bilər. Yardım məktubunda göstərilənlərə münasibət bildirməsi üçün iddiaçıya müddət verilmişdir. Poçt xidmətindən verilən şifahi məlumata görə məhkəmənin hüquqi yardım məktubu iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul olunmuşdur (poçt izləmə nömrəsi: SS846675201AZ). Lakin bu günədək məktubda qeyd olunanlarla bağlı məhkəmənin hüquqi mövqeyinə iddiaçı tərəfindən münasibət bildirilməmişdir. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 1.1, 1.2, 1.3, 1.4, 2.1, 6.1, 6.2 və 7-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddianın mümkünlüyü ilə bağlı məsələyə hüquqi qiymət verilməli və iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı ərizə iddianın mümkünlüyü ilə bağlı qanunvericiliyin tələblərinə cavab vermədiyi üçün mümkün sayıla bilməz. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə İPM-in 16.3-cü maddəsinə əsasən, şifahi məhkəmə baxışı keçirilmədən qəbul edildi. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 46, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “Balakən rayon Aqrar İslahat Komissiyasının 12 may 1999-cu il tarixli 05 nömrəli qərarı ilə verilmiş “Torpağa mülkiyyət hüququna dair” JN-505 (kod ********) nömrəli Dövlət Aktına əsasən 6227,59 ha olan hissəyə və A 166507 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi üzrə 2500 kv.m həyətyanı torpaq sahəsinin cizgiləri daxilində hüquqların dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə.
Məhkəmə qərarları › İş №2-1(116)-201/2023
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-201/2023
19.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver