Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2011/2023 28.07.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “17 sentyabr 2002-ci il tarixli, 21 nömrəli akt qeydinə düzəliş edilməsi, qeydin ata haqqında məlumat hissəsində “X12”ndan “X13”na və ana haqqında məlumat hissəsində “X8”ndan “X4”na və atalıq müəyyən edildikdən sonra ata adının “Famil”dən “Azər”ə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “17 sentyabr 2002-ci il tarixli, 21 nömrəli doğum haqqında akt qeydinə düzəliş edilməsi, qeydin ata haqqında məlumat hissəsində X7 X9 və ana haqqında məlumat hissəsində X3 X1 və atalıq müəyyən edildikdən sonra ata adının “Famil”dən “Azər”ə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx.xx.2002-ci il tarixdə Ağsu rayonu Qiyaslı kəndində anadan olmuşdur. X6 , anası Zayıdova (Kərimova) Məlahət Canəhməd qızıdır. Həmin vaxt Ağsu rayon VVADQ Şöbəsində 21 və 25 nömrə ilə xx.xx.2022-ci il tarixli akt qeydləri aparılmaqla iddiaçıya doğum haqqında şəhadətnamə verilmişdir. 21 nömrəli akt qeydində ata haqqında məlumat qrafasında “X12”, ana haqqında məlumat qrafasında “X8” kimi qeyd edilmişdir. 25 nömrəli akt qeydində ata haqqında məlumat qrafasında “X13”, ana haqqında məlumat qrafasında “X5” kimi qeyd edilmişdir. Lakin bu yaxınlarda iddiaçıya məlum olmuşdur ki, həmin vaxt akt qeydləri tərtib edilərkən iddiaçının ata və ana qrafasında ad soyad və ata adları səhv yazılmışdır . Həmçinin 21 saylı akt qeydində soyadı, adı və ata adı İddiaçı Famil qızı kimi qeyd edilmişdir. Göründüyü kimi akt qeydi tərtib edilərkən ata adı, ata haqqında məlumatlar və ana haqqında məlumatlar qrafasında tamamilə valideynlər barədə məlumatlar səhv olaraq digər şəxslərin ad soyadları qeyd edilmişdir. İddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmiş, lakin müraciəti əmin edilməmişdir. buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh orqan iddia tələbinə münasibət bildirməmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - İİİ-ЖГ 308448 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X13 xx.xx.1976-cı il tarixdə doğulmuşdur. - İV- ЖГ 483949 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.1978-ci il tarixdə doğulmuşdur. - xx.xx.2022-ci il tarixli 25 nömrəli doğum haqqında akt qeydindən görünür ki, ata haqqında məlumat qrafasında “X13”, ana haqqında məlumat qrafasında “X5” qeyd edilmişdir. - xx.xx.2002-ci il tarixli 21 nömrəli “Atalığı müəyyən etmək haqqında aktın qeydi”ndən görünür ki, ata haqqında məlumat qrafasında “X12”, ana haqqında məlumat qrafasında “X8” qeyd edilmişdir. - AZ-İ 264612 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı X6, anası X2r. - AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2002ci il tarixdə doğulmuşdur. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə teleqram vuraraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə məktub göndərərək məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.
4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ... - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər.
5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. İddia tələbindən görünür ki, iddiaçının cavabdeh orqana qarşı tələbləri xx.xx.2002-ci il tarixli, 21 nömrəli doğum haqqında akt qeydinə ata haqqında məlumat hissəsində “X12”ndan “X13”na və ana haqqında məlumat hissəsində “X8”ndan “X4”na və atalıq müəyyən edildikdən sonra ata adının “Famil”dən “Azər”ə düzəliş edilməsindən ibarətdir. İddiaçı, düzəliş edilməsini tələb etdiyi akt qeydi olaraq xx.xx.2002-ci il tarixli 21 nömrəli doğum haqqında akt qeydini göstərsə də, iş materialları ilə müəyyən edilir ki, yanlış məlumatların yol verildiyi akt qeydi - xx.xx.2002-ci il tarixli 21 nömrəli “Atalığı müəyyən etmək haqqında aktın qeydi”dir. İddiaçının hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə hüquqi marağı da məhz həmin akt qeydində yol verilmiş səhvlərin aradan qaldırılması ilə bağlıdır. Cavabdeh orqanın imtina cavab da "atalığın müəyyən edilməsi haqqında" akt qeydinə edilməsi tələb edilən düzəlişlərlə bağlıdır. Buna görə də məhkəmə tərəfindən iddiaçının nail olmaq istədiyi hüquqi nəticəyə uyğun olaraq xx.xx.2002-ci il tarixli 21 nömrəli “Atalığı müəyyən etmək haqqında aktın qeydi”ndə ata və ana qrafasında qeyd edilmiş məlumatların düzgünlüyü yoxlanılmışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı, xx.xx.2002-ci il tarixdə doğulmuşdur. İddiaçının doğumu ilə əlaqədar tərtib edilmiş doğum akt qeydində (xx.xx.2022-ci il tarixli 25 nömrəli) atası “X13”, anası “X5” qeyd edilmişdir. İddiaçı barəsində tərtib edilmiş AZ-İ 264612 nömrəli doğum haqqında şəhadətnamədə də müvafiq məlumatlar öz əksini tapmışdır. Belə olan halda xx.xx.2002-ci il tarixli 21 nömrəli “Atalığı müəyyən etmək haqqında aktın qeydi”ndə iddiaçının atası və anası haqqında məlumatların "X12” və "X8” qeyd edilməsinin heç bir hüquqi əsası olmamışdır. Ümumiyyətlə cavabdeh orqan ilkin olaraq doğum akt qeydi tərtib etmədən atalığın müəyyən edilməsi haqqında akt qeydi tərtib etməkdə səhvə yol vermiş, sonradan tərtib etdiyi doğum akt qeydində iddiaçının atası və anası barədə məlumatları düzgün qeyd etsə də, atalığın müəyyən edilməsi haqqında akt qeydində yol verdiyi səhvləri aradan qaldırmamışdır. İş materialları ilə müəyyən edilir ki, hazırda iddiaçının ata adı - “X13”, ana adı isə “X4”-dır. Müvafiq düzəlişlərin edilməsi üçün kifayət qədər əsaslar olmasına və aidiyyəti şəxslər arasında mübahisə olmamasına baxmayaraq, cavabdeh orqan əsassız olaraq müraciətin təmin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə
qərara aldı:
İddia təmin edilir. Cavabdeh üzərinə xx.xx.2002-ci il tarixli 21 nömrəli “Atalığı müəyyən etmək haqqında aktın qeydi”ndə ata haqqında məlumat hissəsində “X12”ndan “X13”na və ana haqqında məlumat hissəsində “X8”ndan “X4”na və atalıq müəyyən edildikdən sonra ata adının “Famil”dən “Azər”ə düzəliş edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.