Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2014/2022 15.11.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı "mərhum əri X2 doğum haqqında akt qeydinə düzəliş edilərək, onun atasının adının "Süleyman" kimi qeyd olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiasına dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: X6 xx.xx.1951-ci ildə X9 ilə nikaha daxil olmuş, həmin vaxt sonuncuya Eyvazova soyadı verilmiş və bu barədə xx.xx.1951-ci il tarixli AZ-İ seriyalı 141218 nömrəli "Nikah haqqında şəhadətnamə" tərtib edilmişdir. Həmin nikahdan onların 3 övladı olmuşdur. Onların övladları Ramiz Eyvazovun adına Mingəçevir Şəhər VVAQ bürosu tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında qeyd aparılmış, lakin onun atasının adı qrafası boş saxlanmışdır. Digər övladları Aydın Eyvazov və Telman Eyvazovun adına da vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında qeydlər aparılmış, həmin akt qeydlərində onların ata adı Süleyman kimi qeyd edilmişdir. İddiaçının mərhum əri X7 isə xx.xx.1953-cü ildə Mingəçevir şəhərində anadan olmuşdur. Bununla əlaqədar Mingəçevir Şəhər VVAQ bürosu tərəfindən 1953-cü ildə vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında 85 nömrəli qeyd aparılmışdır. Həmin akt qeydinə əsasən, onun soyadı Eyvazov, adı isə Alim kimi qeyd edilmişdir. Bundan sonra X7 xx.xx.1980-cı ildə X8 ilə nikaha daxil olmuş, həmin vaxt sonuncuya Eyvazova soyadı verilmiş və bu barədə xx.xx.1980-cı il tarixli 10 nömrəli nikah haqqında şəhadətnamə tərtib edilmişdir. X4 xx.xx.2005-ci ildə verilmiş AZE seriyalı ******* nömrəli "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi"ndə də adı "X7" kimi yazılmışdır. Lakin müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən tərtib edilmiş 85 nömrəli "Doğum akt qeydi"ndə iddiaçının mərhum ərinin atanın soyadı qrafasında "Eyvazov", atasının adı "Sultan" kimi yazılmışdır. X7 xx.xx.2021-ci ildə vəfat etmişdir. İddiaçı doğum haqqında arayışın alınması üçün cavabdehə ərizə ilə müraciət etmiş, lakin sonuncu özünün xx.xx.2022-ci il tarixli 05/Q-41/15 nömrəli məktubu ilə bundan imtina etmiş, doğum akt qeydi ilə ölüm haqqında şəhadətnamədə ziddiyyət olduğundan məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Bundan sonra iddiaçı "xx.xx.2021-ci ildə vəfat etmiş əri X2 doğum haqqında akt qeydinə düzəliş edilərək, onun ata adının "Süleyman" kimi qeyd olunması və bu barədə ona doğum haqqında arayışın və yeni doğum haqqında şəhadətnamə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, cavabdehin imtinası əsassızdır. Mərhum ərinin adına olan bütün sənədlərdə atasının adı "Süleyman" kimi qeyd olunmuşdur. O, mərhum ərinin doğum haqqında akt qeydində düzəliş etdirə bilmədiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Həmçinin, iddiaçı ilə övladları arasında da akt qeydində düzəliş ilə bağlı heç bir mübahisə yoxdur. Cavabdehin nümayəndəsi X5 şifahi məhkəmə baxışı zamanı imtinanın məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdehin iddiaçının mərhum ərinin doğum haqqında akt qeydində düzəliş etmək səlahiyyəti yoxdur. Şifahi məhkəmə baxışı zamanı iddiaçı məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbini "mərhum əri X2 doğum haqqında akt qeydinə düzəliş edilərək, onun atasının adının "Süleyman" kimi qeyd olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması" kimi ifadə etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, X2 adına olan 1953-cü il tarixli 85 nömrəli doğum haqqında akt qeydinin surətindən görünür ki, iddiaçının mərhum ərinin soyadı "Eyvazov", adı "Alim" kimi yazılmışdır. Eyni zamanda, "Doğum akt qeydi"ndə atanın soyadı qrafasında "Eyvazov", adı "Sultan" kimi yazılmışdır. - İşdə olan, xx.xx.1980-cı il tarixli İİ-ЖГ seriyalı 332210 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.1980-cı ildə X8 ilə nikaha daxil olmuş, həmin vaxt sonuncuya Eyvazova soyadı verilmişdir. - İşdə olan, iddiaçının mərhum ərinin adına xx.xx.2005-ci ildə verilmiş AZE seriyalı ******* nömrəli "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi"ndən görünür ki, onun adı "X7" kimi yazılmışdır. - İşdə olan, AZ-İİ seriyalı 218455 nömrəli xx.xx.2021-ci il tarixli "Ölüm haqqında şəhadətnamə"dən görünür ki, X7 xx.xx.2021-ci ildə vəfat etmişdir. - İşdə olan, cavabdehin xx.xx.2022-ci il tarixli 05/Q-41/15 nömrəli imtina məktubundan görünür ki, doğum akt qeydi ilə ölüm haqqında şəhadətnamədə ziddiyyət olduğundan məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. - İşdə olan, **********6071959 nömrəli doğum haqqında akt qeydinin surətindən görünür ki, X2 qardaşı Telman Eyvazovunda atasının adı "Süleyman" kimi yazılmışdır. - İşdə olan, **********4061957 nömrəli doğum haqqında akt qeydinin surətindən görünür ki, X2 qardaşı Aydın Eyvazovunda atasının adı "Süleyman" kimi yazılmışdır. - İşdə olan, **********1091951 nömrəli X2 valideynlərinin nikah haqqında akt qeydindən görünür ki, onun atasının soyadı qrafasında "Eyvazov", adı "Süleyman" kimi yazılmışdır. - İşdə olan, **********1032008 nömrəli ölüm haqqında akt qeydindən görünür ki, X2 atasının soyadı qrafasında "Eyvazov", adı "Süleyman" kimi yazılmışdır. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Aşağıdakı hallara görə iddia əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar"ın 1-ci bəndində deyilir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Əsas Müddəaların 3-cü bəndində deyilir ki, vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə, vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər edilir. Əsas Müddəaların 4-cü bəndinə görə, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qətnaməsi, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün əsas hesab edilirlər. Sadalanan normalardan göründüyü kimi, vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən sənədlər mövcud olduqda, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldilməli və ona dəyişikliklər edilməlidir. Müəyyən edildi ki, iddiaçının mərhum ərinin atası X6 olmuşdur. X6 xx.xx.1926-cı ildə Goranboy rayonunda anadan olmuş, xx.xx.1951-ci ildə X9 ilə nikah bağlamış, onların nikahından xx.xx.1953-cü ildə Alim, xx.xx.1957-ci ildə Aydın, xx.xx.1959-cu ildə Telman adlı övladları doğulmuş, hər üç uşağın doğum haqqında akt qeydində soyadları Eyvazov yazılmışdır. Sonuncuların doğum haqqında akt qeydində ata adı Süleyman və "Atası" qrafasında X6 yazılsa da, Alimin ata adı Sultan, "Atası" qrafasında isə X10 yazılmışdır. Göründüyü kimi, iddiaçının mərhum əri Eyvazov Alimin atasının adı Süleyman olduğu halda, doğum haqqında akt qeydində atasının adının Sultan kimi yazılması yanlış olmuşdur. Cavabdeh həmin sənəddə düzəliş etməli olduğu halda, bunu etməmişdir. Ona görə də həmin düzəlişin aparılması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı mərhum əri X2 adına olan doğum haqqında akt qeydinə düzəliş edilərək, onun atasının adının "Süleyman" kimi qeyd olunması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-2014/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2014/2022
15.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver