Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-202/2025 20.08.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qəhrəmanzadə Nəzrin Fuad qızının katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “1962-ci il tarixli texniki pasporta uyğun olaraq ünvan 1 ünvanında yerləşən 4,57 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X6 məxsus olması barədə arayışın verilməsi verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, “1962-ci il tarixli texniki pasporta uyğun olaraq ünvan 1 ünvanında yerləşən 4,57 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X6 məxsus olması barədə arayışın verilməsi verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanda yerləşən daşınmaz əmlakı ərizəçi İddiaçı mərhum həyat yoldaşı X8 ilə birgə nikah dövründə inşa etdirmişdir. Həmin daşınmaz əmlak 1971-ci ildə ərizəçi və həyat yoldaşı tərəfindən əldə edilmiş, həmin ünvanda fərdi yaşayış evi onlar tərəfindən inşa edilmişdir. Həmin ünvana dair “Torpaq Qeydi” 1649 nömrəsi ilə X2 adına verilmişdir. Qeyd edilən “Torpaq Qeydi” sənədində torpağın həcmi 225 kv.m. göstərilmişdir. Respublikada torpaq islahatı aparılan zaman Yevlax rayonu Aqrar İslahat Komissiyasının 17 fevral 2006-cı il tarixli 10 nömrəli qərarı ilə yuxarıda qeyd edilən əsaslarla ərizəçinin və həyat yoldaşının qanuni istifadəsində olan həyətyanı torpaq sahəsi X2 mülkiyyətinə verilmişdir. Mülkiyyət hüququ JN 2529 A saylı, 90101002 kodlu torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnaməyə əsasən təsbit edilmişdir. Həmin şəhadətnamədə torpağın həcmi 0.02 ha göstərilmişdir. 0.02 ha həyətyanı torpaq sahəsinin X2 mülkiyyətinə verilməsi ilə bağlı Yevlax rayonu Aqrar İslahat Komissiyasının 17 fevral 2006-cı il tarixli 10 nömrəli qərarı, o cümlədən mülkiyyət hüququnu təsbit edən JN 2529 A saylı 90101002 kodlu torpağın mülkiyyət verilməsinə dair şəhadətnamə ləğv edilməmiş, dəyişdirilməmiş və etibarsız sayılmamışdır. Həmin aktlar hazırdadı da qüvvədədir. X1 adına 19.05.201 1-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəsi olan 02 10984 nömrəli Çıxarışda (ünvan 3 ünvanına dair) torpaq sahəsinin ölçüsü 0.01954 ha olaraq qeyd edilmişdir. Yəni torpaq sahəsinin ölçüsü qanuni ölçüsündən əskik qeyd edilmişdir. Belə ki, ərizəçiyə həyat yoldaşı ilə birlikdə mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsinin bir hissəsi qanunsuz şəkildə zəbt edilmişdir. Daşınmaz əmlaka mülkiyyət hüququ haqqında Çıxarış verilərkən səlahiyyətli orqanların nümayəndələri həmin zəbt olunmuş hissəsini nəzərə almadan qanuni mülkiyyətdə olan həyətyanı torpaq sahəsini mövcud ölçülərdən əskik qeydə almışlar (1 m eni x 5 m uzunu və ya 10 m uzunu x 50 sm eni ölçüdə). Faktiki olaraq mülkiyyət hüququ ciddi formada pozulmuş, gerçək qanuni ölçülərlə Çıxarışdakı ölçülər arasında kəskin fərq yaranmışdır. X8 vəfal etdikdən sonra həyal yoldaşı İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında 2V-891 nömrəli, İ X. 10.2019-cıı il tarixli Şəhadətnamə ilə həmin daşınmaz əmlaka tam hissədə paya sahib olmuşdur. ünvan 2 ünvanda yerləşən həyətyanı torpaq sahəsinin 1962- ci il tarixdə verilmiş ev kitabı və texniki pasporta uyğun olaraq yenidən ölçülməsini, daşınmaz əmlakın dövlət reyestrində həmin torpaq sahəsinin əskik ölçüləri bərpa edilərək reyestrdə müvafiq düzəlişin edilməsini və buna uyğun yeni Çıxarış verilməsi barədə AR DƏDKR publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət edilmişdir. Lakin 17 saylı Yevlax Ərazi İdarəsi müraciətə xx.xx.2023-cü il tarixində imtina cavabı vermiş, qanuni əsaslar olmadan vətəndaşın xahişi rədd edilmiş, məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, iddiaçı ünvan 4 ünvanında yerləşən həyətyanı torpaq sahəsinin 1962-ci il tarixdə verilmiş texniki pasporta uyğun olaraq yenidən ölçülərək, əksik ölçüləri bərpa edilərək və buna uyğun çıxarış və texniki pasportun verilməsinə köməklik göstərilməsi barədə ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişdir. Məlumat olaraq bildiririk ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi üzərində X3 mülkiyyət hüququ ləğv edilmiş DTXK-nin Yevlax rayon şöbəsi tərəfindən verilmiş JN-2529A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında aparılmışdır. Həmin şəhadətnaməyə əsasən torpaq sahəsi 0.02 ha qeyd edilmişdir. X3 mülkiyyət hüququ qeydiyyata alınan zaman Ərazi İdarəsinin mühəndisi tərəfindən fərdi yaşayış evində inventarlaşdırma işləri mövcud olan canlı hasar daxilində aparılmışdır. Mövcud olan canlı hasar daxilində torpaq sahəsinin ölçüsü 0.01954 ha qeyd edilmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinin məzmuna uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraza uyğun məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: • Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur. • 398 inventar nömrəli Pasportun surəti. • xx.xx.2011-ci il tarixli 617 inventar nömrəli Fərdi Yaşayış evinə məxsus Texniki Pasportun surəti. • MA seriyalı ******* nömrəli çıxarışın surəti. • 1649 nömrəli Torpaq qeydi sənədinin surəti. • 05.03.2020-ci il tarixli 2(039)-135/2020-ci il tarixli Yevlax rayon Məhkəməsinin qətnaməsinin surəti. • JN-2529A kod 90101002 saylı Şəhadətnamənin surətindən görünür ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-ci il tarixli 10 saylı qərarına əsasən 0.02 ha torpaq sahəsi X4 mülkiyyətinə verilmişdir. • xx.xx.2019-cu il tarixli, 2V-891 nömrəli iddiaçının adına tərtib edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”. • Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-35/2-2955/2024 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, iddia olunan torpaq sahəsinin yerləşmə vəziyyəti 1962-ci il tarixli texniki pasportda və JN-2529A nömrəli Şəhadətnamədə qeyd edilmiş torpaq sahəsinin yerləşmə vəziyyəti ilə uyğundur.İddiaçının faktiki istifadəsində olan (qapalı həyət daxilində olan) torpaq sahəsinin faktiki ölçüsü 0.019543 ha olmaqla xx.xx.2011 -ci il tarixli, 617 invertar nömrəli texniki pasportla uyğun gəlir. İstifadəçinin faktiki istifadəsindəki (qapalı həyət daxilində olan) torpaq sahəsi 0.019543 ha olmaqla torpaq sahəsinin azalmasına səbəb olmuşdur. İddiaçının özünə məxsus olduğunu iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatları və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Elektron məlumat bazasında mövcud olan Yevlax rayonu, Yevlax Bələdiyyəsinin “X7 X9”dəki xəritəsinə əsasəsn iddiaçının naturada göstərdiyi və özünə məxsus olduğunu iddia etdiyi 6.0 kv. m torpaq sahəsinin mülkiyyətçisi - Yevlax Bələdiyyəsidir. Sözügedən torpaq sahəsinin təyinatı (kateqoriyası) - yaşayış məntəqələrinin torpaqları daxilndə yerləşir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır.Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, iddiaçıya 0.02 ha torpaq sahəsi Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-ci il tarixli 10 saylı qərarı ilə verilmişdir. Torpaq sahəsinin verilməsinə dair JN-2529A kod 90101002 saylı Şəhadətnamə tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, aqrar islahat zamanı JN-2529A kod 90101002 saylı Şəhadətnamyə əsasən iddiaçının mülkiyyətinə 0,02 ha torpaq sahəsi verilmişdir. Həmin Şəhadətnamənin və qərarın ləğvinə dair hər hansı sübut mövcud deyildir. İş üzrə tələb olunan mütəxəssis rəyinə əsasən bildirilmişdir ki, iddia olunan torpaq sahəsinin yerləşmə vəziyyəti 1962- ci il tarixli texniki pasportda və JN-2529A nömrəli Şəhadətnamədə qeyd edilmiş torpaq sahəsinin yerləşmə vəziyyəti ilə uyğundur. İddiaçının faktiki istifadəsində olan (qapalı həyət daxilində olan) torpaq sahəsinin faktiki ölçüsü 0.019543 ha olmaqla xx.xx.2011 -ci il tarixli, 617 invertar nömrəli texniki pasportla uyğun gəlir. İstifadəçinin faktiki istifadəsindəki (qapalı həyət daxilində olan) torpaq sahəsi 0.019543 ha olmaqla torpaq sahəsinin azalmasına səbəb olmuşdur. İddiaçının özünə məxsus olduğunu iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatları və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Elektron məlumat bazasında mövcud olan Yevlax rayonu, Yevlax Bələdiyyəsinin “X7 X9”dəki xəritəsinə əsasəsn iddiaçının naturada göstərdiyi və özünə məxsus olduğunu iddia etdiyi 6.0 kv. m torpaq sahəsinin mülkiyyətçisi - Yevlax Bələdiyyəsidir. Sözügedən torpaq sahəsinin təyinatı (kateqoriyası) - yaşayış məntəqələrinin torpaqları daxilndə yerləşir. “Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə əsasən islahatın məqsədi aqrar bölməni böhrandan çıxarmaq, iqtisadiyyatı sabitləşdirmək, əhalinin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaqdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən torpaq islahatı aparılarkən ərazinin təbii-coğrafi şəraitinin, əhalinin sıxlığının, torpaqdan istifadənin yerli xüsusiyyətlərinin, torpaqların keyfiyyətinin nəzərə alınmasına, torpaqlardan təyinatı üzrə istifadə edilməsinə, ətraf mühitin mühafizəsinin təyin edilməsinə və torpaq islahatının yerquruluşu layihələri əsasında aparılmasına əməl edilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında” Əsasnamənin 1-ci maddəsinə əsasən sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin (bundan sonra — sovxoz və kolxoz) özəlləşdiriləcək torpaqlarında kompleks yerquruluşu layihələrinin hazırlanması “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci və 21-ci maddələrinin “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci və 19-cu maddələrinin müddəaları əsas götürülməklə rayon aqrar islahatı komissiyasının təsdiq etdiyi baş sxemə əsasən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerquruluşu Layihə İnstitutu tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında” Əsasnamənin 1-ci maddəsinə əsasən bu Əsasnamə “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq sovxoz və kolxozların özəlləşdirilən torpaq sahələrindən pay almaq hüququ olan hər bir subyektə düşən torpaq payının ölçüsünü müəyyən edir. Cavabdehin imtinasına münasibətdə məhkəmə aşağıdakıları qeyd edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. İddiaçının qeyd olunan normanın dispozisiya şərtləri çərçivəsində hazırkı tələblə çıxış etməsi üçün qanunla müəyyən edilmiş hər hansı məhdudiyyətin olması iş üzrə müəyən edilmir. Belə ki, JN-2529A kod 90101002 saylı Şəhadətnamənin surətindən görünür ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-ci il tarixli 10 saylı qərarına əsasən 0.02 ha torpaq sahəsi X4 mülkiyyətinə verilmiş, xx.xx.2019-cu il tarixli, 2V-891 nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”dən görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixində ölmüş X5 vərəsəsidir. Belə olan halda olan canlı hasar daxilində torpaq sahəsinin ölçüsünün 0.01954 ha. olması səbəbi ilə iddiaçının müraciətindən imtina edilməsi qanuni hesab edilə bilməz. Məhkəmə onu da qeyd edir ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsində göstərilmişdir. Həmin maddənin: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda; 15.1.7. bu Qanunun 9.2-1-ci maddəsində nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə. Göründüyü kimi qanunda hüquqların dövlət qeydiyyatına alınmasından imtina əsaslarının dairəsi dəqiq müəyyən edilmiş və burada cavabehin istinad etdiyi hallar mövcud deyil. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının “1962-ci il tarixli texniki pasporta uyğun olaraq ünvan 1 ünvanında yerləşən 4,57 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X6 məxsus olması barədə arayışın verilməsi verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi qanunidir və təmin edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X14 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə 1962-ci il tarixli texniki pasporta uyğun olaraq ünvan 1 ünvanında yerləşən 4,57 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X6 məxsus olması barədə arayışın verilməsi verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Etibar Mustafayev