Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-203/2024 25.07.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi X2, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “JN-582A, KOD 40719018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 06 fevral 1999-cu il tarixli 66 saylı qərarı ilə mülkiyyətinə verilmiş 0,11 ha həyətyanı torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi, Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 9 saylı Qəbələ ərazi idarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “JN-582A, KOD 40719018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 06 fevral 1999-cu il tarixli 66 saylı qərarı ilə mülkiyyətinə verilmiş 0,11 ha həyətyanı torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-203/2024 nömrəli qərardadı ilə İsmayıllı bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmşdır: - JN-582A, Kod 40719018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İsmayıllı rayon Mican kənd sakini İddiaçı İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 06 fevral 1999-cu il tarixli 66 saylı qərarı ilə 0,11 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi ona verildiyi gündən bu günə kimi onun mülkiyyətində olmuş və ondan həmişə istifadə etmişdir. Həmin torpaq sahəsinin kənarlarını kol hasarla bağlamışdır. Həmin torpaq sahəsi islahat aparılan dövrdən bu günə kimi onun mülkiyyətində olmuşdur. Başqa bir şəxs həmin torpaq sahəsindən istifadə etməmişdir. Belə ki, İsmayıllı rayonu Mican kəndində yerləşən 0,11 ha torpaq sahəsinə daşınmaz əmlakın dövlət resyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi ilə bağlı o, xx.xx.2022-ci il tarixdə aidiyyəti üzrə cavabdeh orqana müraciət etmişdir. Həmin idarənin xx.xx.2022-ci il tarixli **********11 nömrəli cavab məktubu ilə ona bildirilmişdir ki, ərazi idarəsinin mütəxəssisləri tərəfindən ərazidə texniki invertarlaşdırma işləri aparılmış və əldə olunan məlumatlar ərazi idarəsində mövcud olan elektron kadastr məlumat bazası ilə müqayisə olunduqda məlum olmuşdur ki, faktiki torpaq sahəsi ilə sənəd üzrə verilmiş torpaq sahəsinin həndəsi ölçüləri, forması və məkan göstəriciləri ciddi fərqlidir. Həmçinin faktiki torpaq sahəsinin bir hissəsi başqa vətəndaşa məxsus dövlət aktı ilə üst-üstə düşür. Sənəd üzrə yer naturada başqa vətəndaşın istifadəsindədir. Buna görə də hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. Hesab edir ki, cavabdeh orqanın 28 sentyabr 2022-ci il tarixli imtinası qanunsuz və əsassız olmuşdur. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı JN-582A nömrəli Torpağa Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə əsasında İsmayıllı Rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 66 saylı qərarına əsasən mülkiyyətinə verildiyim iddia etdiyi İsmayıllı rayonu Mican kəndində yerləşən 0,11 ha torpaq sahəsinə Çıxarış və plan Ölçü sənədlərinin verilməsi ilə bağlı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X6 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmişdir. İddiaçının müraciəti ilə əlaqədar müvafiq araşdırma aparılmışdır. Ərazi İdarəsinin əməkdaşları tərəfindən ərazidə texniki inventarlaşdırma işləri aparılmış və əldə olunan məlumatlar Ərazi İdarəsində mövcud olan elektron baza məlumatları ilə müqayisə olunduqda məlum olmuşdur kı. torpaq sahəsinin sənəd üzrə məkan göstəriciləri ilə faktiki torpaq sahəsinin məkan göstəriciləri ilə müqayisədə uyğunsuzluqlar mövcuddur. Belə ki, iddiaçının iddia etdiyi faktiki torpaq sahəsi elektron baza məlumatlarına əsasən 1277BB nömrəli bələdiyyəyə aid torpaq sahəsi ilə üst üstə düşür. Eyni zamanda, iddiaçının iddia etdiyi faktiki torpaq sahəsinin başqa vətəndaş istifadə edir. Qeyd olunan səbəblərə görə müraciətinin icrası mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubu, İsmayıllı Rayon Dövlət Arxivinin xx.xx.2018-ci il tarixli 14 nömrəli arxiv arayışı və ona əlavə olunmuş 1690 nömrəli şəxsi hesab vərəqi, JN-582A nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli məktubu və ona əlavə olunmuş İsmayıllı rayonu Mican kəndi üzrə həyətyanı və pay torpaq sahələrinə dair subyektlər siyahısından İddiaçı adı qeyd olunmuş hissədən çıxarış, cavabdehin xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə olunmuş mütəxəssis rəyi, İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə olunmuş sənədlər. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmiş, xx.xx.2024-cü il tarixdə məktub göndərərək məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. “Torpaq islahatı haqqında” haqqında Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göründüyü kimi qanunvericilik torpaq islahatı aparılan zaman vətəndaşların qanuni istifadəsindəki torpaq sahələrinin əvəzsiz olaraq onların mülkiyyətinə verilməsini, həm də qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilməsini birmənalı olaraq müəyyən etmişdir. Həmin Qanunun 12-ci maddəsinə əsasən sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər; 3) sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər; 4) sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş şəxslər; 5) bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər.
2. Torpaq payı almaq hüququ olanların siyahısı təsdiq edilənədək özbaşına zəbt etdikləri torpaqları geri qaytarmayan şəxslər həmin siyahıya daxil edilmirlər. Zəbt edilmiş torpaqlar qanunvericiliklə müəyyən edilən qaydada geri qaytarılır. Torpaq islahatı aparılan zamanı qüvvədə olmuş, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamə: Bu Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:
1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. ...
2. Göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinə və Xəritəçəkmə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir.https://e-qanun.az/framework/12151 ... 21 aprel 2006-cı il tarixli 100-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 478) ilə 12-ci maddədə, beşinci hissədə "torpaq üzərində mülkiyyət və torpaqdan daimi istifadə hüququna dair dövlət aktlarının ... sözləri "torpaq üzərində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ...” sözləri ilə əvəz edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 4.1-ci maddəsinə müvafiq olaraq, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0.5-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İş materiallarından görünür ki, iddiaçı, JN-582A KOD 40719018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə istinad edərək 0,11 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını, çıxarışın və plan-ölçü sənədinin verilməsini cavabdeh orqandan tələb edir. Cavabdeh orqan tərəfindən təqdim edilmiş mütəxəssis rəyi ilə müəyyən edilir ki, iddiaçı tərəfindən göstərilmiş faktiki naturada ölçülmüş 0,1292 hektar torpaq sahəsi, torpaq islahatına dair yerquruluşu xəritəsinə (DVG) və X4 Uçotu informasiya Sisteminə (TEKUİS) əsasən ismayıllı şəhər inzibati ərazi sərhəddi daxilində yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, uqodiyası həyətyanı sahə olmaqla bələdiyyə mülkiyyətində yerləşir. JN-582 A Kod 40719018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında İddiaçı mülkiyyətinə verilmiş 0,11 hektar torpaq sahəsi ilə iddiaçı tərəfindən iddia olunan 0,1292 hektar torpaq sahəsi arasında coğrafi yerləşmə (ən yaxın məsafədən 135 metr olmaqla) fərqi mövcuddur. X4 uçotu informasiya sisteminə (TEKUİS) əsasən JN-582 A Kod 40719018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında İddiaçı mülkiyyətinə verilmiş 0,11 hektar torpaq sahəsi başqa şəxslərin istifadəsində olan həyətyanı torpaq sahəsinin sərhədləri daxilində yerləşir. İddiaçı, həmin torpaq sahəsinin verildiyi gündən bu günə kimi istifadəsində olmasını bildirsə də, torpaq islahatı aparıldıqdan sonra sözügedən ərazinin iddiaçı tərəfindən istifadəsini sübut edən hər hansı sübut (fərdi yaşayış evi, kəndli təsərrüfatı və s.) mövcud deyil. Nəzərə alınmalıdır ki, iddiaçının istinad etdiyi Şəhadətnamə iddia olunan torpaq sahəsinə yox, ondan 135 metr məsafədə yerləşən digər torpaq sahəsinə aiddir. Həmçinin iddiaçının istinad etdiyi Şəhadətnamənin qaimə sertifikatından görünür ki, torpaq sahəsi üzərində 45.1 kv.m sahəsi olan tikili mövcuddur. İddia olunan torpaq sahəsinin ortofoto xəritəsindən çıxarışdan görünür ki, həmin torpaq sahəsi boş ərazi olmaqla üzərində hər hansı tikili mövcud deyil. JN-582 A Kod 40719018 nömrəli Şəhadətnamənin ortofoto xəritəsindən çıxarışdan isə həmin torpaq sahəsi üzərində tikilinin mövcudluğu aydın görünür. İddiaçı, torpaq sahəsinin yerləşmə vəziyyətinə dair 1996-cı ildə tərtib edildiyi qeyd olunan və İsmayıllı rayon Torpaq şöbəsinin möhürü ilə təsdiq edilmiş aktı təqdim etmişdir. Sözügedən aktda iddiaçıya İsmayıllı rayon XDS Rəyasət Heyətinin 1995-ci il tarixli qərarına əsasən yeni yaşayış evi tikmək üçün 0.06 ha həyətyanı torpaq sahəsinin verilməsi qeyd olunub. Bununla belə həmin akt əsasında da, torpaq sahəsinin naturada yerləşmə vəziyyətini müəyyən etmək mümkün deyil. Belə ki, düzbucaqlı formasında göstərilən torpaq sahəsinin qonşuluqları və hər hansı oriyentr sxemdə öz əksini tapmamışdır. Bundan başqa məhkəmə tərəfindən iddiaçıya müvafiq torpaq sahəsinin ayrılmasının yoxlanılması məqsədilə X5 filialına sorğu verilmiş, təqdim edilmiş cavabda XDS İcraiyyə Komitəsinin 1995-ci ilə dair protokollarında iddiaçıya həyəttyanı torpaq sahəsinin ayrılması ilə bağlı qeydin olmaması bildirilmişdir. Odur ki, “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.5-ci maddəsinə əsasən hüququ qeydə alınması üçün əsas olsa da, istinad olunan sənədin məhz iddia olunan torpaq sahəsinə aid olması sübuta yetirilmədiyindən cavabdeh orqan haqlı olaraq müraciətin təmin edilməsindən imtina etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “JN-582A, KOD 40719018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 06 fevral 1999-cu il tarixli 66 saylı qərarı ilə mülkiyyətinə verilmiş 0,11 ha həyətyanı torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.