Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2049/2025 25.06.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 Lətif oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adı və vəsiqəsinin verilməsi» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Şəki şəhəri, S.Mümtaz küçəsi 3N8) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : İddiaçı N993-cü il təvəllüdlüdür. 28 aprel 20N7-ci il tarixdən 6 dekabr NN-ci il tarixədək Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində maddi-texniki təminat bölüyünün manevr avtomobilləri tağımının sürücüsü vəzifəsində xidmət etmiş və hərbi hissə komandirinin müvafiq əmri ilə 27 sentyabr N0-ci il tarixdən N0 noyabr N0-ci il tarixədək İİ Qarabağ müharibəsində döyüş əməliyyatlarına cəlb olunmuşdur. İddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş, lakin cavabdeh N6 dekabr N4-cü il tarixli məktubla məsələnin həllindən imtina etmişdir. İddiaçı cavabdehin imtinasını mübahisələndirir və ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi tələbini irəli sürərək Şəki İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddiaçı tələbini belə əsaslandırır ki, N0-ci ilin sentyabr – noyabr aylarında əks hücum əməliyyatları aparan Kəlbəcər, Gəncə, Şəmkir, Ağstafa, Göygöl istiqamətlərində yerləşən mühüm obyektlərin hava hücumundan müdafiəsini təmin edən və döyüş əməliyyatları aparan ordu hissələrinin düşmən atəş zərbələrinin qorunmasında iştirak etmişdir. Bundan əlavə N saylı h/h komandirinin N oktyabr N0-ci il tarixli 687 nömrəli əmrindən çıxarışdan görünür ki, həmin əmrdə sözügedən hərbi hissənin hərbi qulluqçusu kimi onun döyüş əməliyyatlarına cəlb olunması və tapşırıqların icrasına hazır olması əksini tapmışdır. O, həmin vaxt öz xidmətini nümunəvi aparmış, heç bir cinayət məsuliyyətinə cəlb olunmamışdır. Lakin müvafiq məktubun məzmununa görə qaldırılan məsələ üzrə iri artilleriya (raket) qurğusunun idarə olunması ilə bağlı hərəkətlər aparılan şəxs olmalı idi. Nəzərə alınmalıdır ki, iri silahların həmin əraziyə gətirilməsi, döyüş şəraitinə uyğun sazlanması, təchizatı, əmrin lazımi vaxtda verilməsi və icrası cəm formada olmalıdır. Bunlar bir-birini tamamlamalı və cəmdə qiymətləndirilməlidir. Onun atası (X2) Birinci Qarabağ müharibəsində döyüşmüşdür və ikinci qrup müharibə əlilidir. Göstərilənlərə və «Veteranlar haqqında» Qanunun 3, 7-ci maddələrinə, Nazirlər Kabinetinin 2N6 nömrəli 22 sentyabr N995-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin müddəalarına əsaslanaraq, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh inzibati orqan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi məhkəməyə iddia ilə bağlı vəsatət təqdim edərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılır ki, Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiya”nın 26 aprel N5-ci il tarixli məktubuna əsasən İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün göndərilən sənədlərə Komissiyanın iclasında baxılaraq müsbət qərar qəbul edilmişdir. Sənədlər razılaşdırılması üçün Nazirlər Kabinetinə göndəriləcəkdir. Beləliklə də, hazırkı inzibati iş üzrə iddiaçının tələbi cavabdeh inzibati orqan tərəfindən təmin edildiyindən və hazırda mübahisə olmadığından hesab olunur ki, iş üzrə icraata xitam verilməlidir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və bu barədə tərəflərə bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 62.3-cüi maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi və iddianın təmin olunmasını xahiş etdi. Əsaslandırma hissəsi : Məhkəmə İPM-in 68.N-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmənin qənaətinə görə iddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. İddianın mümkünlüyü: İddiaçının “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası mümkün iddiadır. Belə ki, İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.N-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Qanunun 4.N-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən İddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Qeyd olunmalıdır ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq hərbi hissəsində hərbi qulluqçu kimi xidmət etdiyindən, ona münasibətdə müvafiq səlahiyyətli qurum qismində həmin Nazirlik çıxış etməlidir. Məhkəmə qeyd edir ki, imtina barədə məktub N6 dekabr N4-cü il tarixə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin məhkəməyə verilməsi üçün müvafiq poçt xidmətinə (zərfdəki qeydlərə əsasən) təqdim edilməsi N4 yanvar N5-ci il tarixə, yəni imtina tarixindən 29 gün müddət keçdiyi vaxta təsadüf etdiyindən, hazırkı iş üzrə məcburetmə haqqında iddia ilə bağlı iddia müddəti buraxılmamışdır. Məhkəmə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iddia mümkün sayılmalıdır. Məhkəmə həmçinin cavabdeh tərəfin “iş üzrə icraata xitam verilməsi barədə” vəsatətinə münasibətdə qeyd edir ki, vəsatət əsaslı sayıla və təmin oluna bilməz. Belə ki, iddiaçının inzibati icraat üzrə cavabdeh inzibati orqana müraciətində, eləcə də hazırkı iddianı qaldırmaqda məqsədi, hüquqi marağı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsidir. Lakin hazırda ona həmin ad və vəsiqə verilməmişdir, cavabdehin apardığı hərəkət həyata keçirdiyi inzibati icraat çərçivəsində bir mərhələni əhatə edir və icraat başa çatdırılmamışdır. İddiaçı isə, inzibati icraatın bu mərhələsində məqsədinə nail olmamışdır. Odur ki, İPM-in 67-ci maddəsi üzrə iş üzrə icraata xitam verilməsi üçün əsas mövcud deyil. İnzibati mübahisənin ərazi aidiyyəti: İPM-in 8.N.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.N.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının N4 noyabr 20N9-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Mingəçevir şəhəri Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İş materiallarına əsasən iddiaçı XN yaşayış yeri ünvan N ünvanıdır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddia tələbi “məcburetmə haqqında” iddiaya aid olmaqla cavabdeh inzibati orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyindən, mübahisəyə iddiaçının yaşayış yeri üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına (8.N.2-ci maddəsinə) uyğundur. İddianın əsaslılığı: İddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. Məhkəmənin qənaətinə görə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtinası qanuna zidd sayılmalı və iddiaçının hüququnun pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun N5.N-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 24.N-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. «Veteranlar haqqında» Qanunun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin ikinci hissəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilir. Həmin maddənin “Qeyd” hissəsində göstərilmişdir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Sözügedən Qanunun 7-ci maddəsinin birinci hissəsinə görə Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin üçüncü hissəsinə görə veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2N6 nömrəli 22 sentyabr N995-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin N-ci hissəsinin Nci bəndinin 9, N0-cu yarımbəndlərinə görə müharibə veteranı adı aşağıdakı qaydada verilir: - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N0-ci il sentyabrın 27-dən noyabrın N0-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının N0-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; - N0-ci il sentyabrın 27-dən noyabrın N0-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin N-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. İş materiallarından görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandiri N may 20N4-cü il tarixdə aşağıdakı məzmunda N nömrəli əmr vermişdir: - Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini – Hərbi Hava Qüvvələri Komandanının 23 aprel 20N4-cü il tarixli 036 əç nömrəli əmri ilə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin N2-ci və 33-cü maddələrinin “b” bəndinə müvafiq olaraq aşağıda adları göstərilən hərbi vəzifələrə bağlama əsasında 3 il müddətinə müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edildikləri üçün müvafiq vəzifələrə təyin edildiklərinə görə N may 20N4-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilsinlər, bütün növ təminata qoyulsunlar və vəzifələrinin icrasına başlasınlar: Əsgər İddiaçı – S- 75 texniki batareyasının doldurma avadanlıqları bölməsinin sürücüsü – doldurucusu (yanacaq komponentləri). Vəzifə maaşı 270 manat məbləğində təyin edilsin. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi İddiaçı onun müraciətinə cavab olaraq aşağıdakı məzmunda N6 dekabr N4-cü il tarixli Q-N2287 nömrəli məktub ünvanlamışdır: - Sizə müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiya”nın N6 yanvar N4-cü il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilməmişdir. Barənizdə təqdim edilmiş arayış məlumatın 8-ci bəndində olan qeydlərə 27 sentyabr N0-ci ildən N0 noyabr N0-ci il tarixədək xidmət etdiyiniz hərbi hissənin yerləşdiyi ərazilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2N6 nömrəli 22 sentyabr N995-ci il tarixli qərarında göstərilən ərazi meyarlarına uyğun gəlmədiyinə görə Sizə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün sənədlərin Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. «Vətəndaşların müraciətləri haqqında» Qanunun N4.0.8-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında 30 gün müddətinə şikayət vermək hüququna malikdir. İş materiallarından görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi üçün təqdim edilən hava hücumundan müdafiə tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş hərbi qulluqçular barədə arayış məlumatda aşağıdakılar qeyd olunmuşdur: - N nömrəli hərbi hissə Azərbaycan Respublikası Müdafiə nazirinin 4 mart NN-ci il tarixli 062 nömrəli HHQ komandirinin 26 sentyabr N0-ci il tarixli N nömrəli, N nömrəli hərbi hissə komandirinin N sentyabr N0-ci il tarixli 0N nömrəli əmrləri ilə döyüş əməliyyatlarına cəlb olunmuşdur, N nömrəli hərbi hissə komandirinin N sentyabr N0-ci il tarixli 0N09 nömrəli əmri ilə bütün bölmələr ehtiyat mövqelərə manevr edərək 0NN0 nömrəli əmrlə döyüş növbəsinə cəlb edilmiş, divizionların düşmənin atəş zərbələrindən çıxarılmasında iştirak etmişdir. Əsgər, nəqliyyat taqımının sürücüsü İddiaçı N nömrəli hərbi hissə komandirinin N may 20N4-cü il tarixli N nömrəli əmri ilə hərbi hissəyə daxil olmuşdur. Həmin dövrdə şəxsin cəlb olunduğu hava hücumundan müdafiə bölmələrinin tərkibində atış həyata keçirilməmişdir. O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı Kəlbəcər – Ömər Aşırımı istiqamətində əks hücum əməliyyatları aparan qoşun qruplaşmasının və Kəlbəcər, Gəncə, Göygöl, Şəmkir, Ağstafa, Samux, Tovuz istiqamətində yerləşən mühüm obyektlərin hava hücumundan müdafiəsinin təşkili zamanı hərbi hissənin divizionlarının barak və buk zenit raket komplekslərinin ehtiyat mövqelərə köçürülməsi, atəş altından çıxarılması, döyüşə hazır vəziyyətə gətirilməsinə və həmin bölmələrin təminatının dəqiq yerinə yetirilməsində iştirak etmişdir. İş materiallarında olan Müdafiə Nazirliyi N nömrəli hərbi hissə komandirinin N iyul N4-cü il tarixli 244 nömrəli arayışında aşağıdakılar qeyd olunmuşdur: - Əsgər İddiaçı 28 aprel 20N7-ci il tarixdən 6 dekabr NN-ci il tarixədək N nömrəli hərbi hissənin maddi-texniki təminat bölüyünün manevr avtomobilləri tağımının sürücüsü vəzifəsində xidmət etmiş və N nömrəli hərbi hissə komandirinin N sentyabr N0-ci il tarixli 0N nömrəli döyüş əmri ilə 27 sentyabr N0-ci il tarixdən N0 noyabr N0-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarına cəlb olunmuşdur və əks hücum əməliyyatları aparan Kəlbəcər, Gəncə, Şəmkir, Ağstafa, Samux, Tovuz, Göygöl istiqamətində yerləşən mühüm obyektlərin hava hücumundan müdafiəsini təmin edən və döyüş əməliyyatlarını aparan briqadanın və divizionların düşmənin atəş zərbələrinin altından çıxarılmasında iştirak etmişdir. İş materiallarından görünür ki, Müdafiə Nazirliyi N nömrəli hərbi hissə komandiri N dekabr N0-ci il tarixdə aşağıdakı məzmunda 687 nömrəli əmr vermişdir: - N) N nömrəli hərbi hissə tərkibində MK – Gəncə, N-ci divizion – Zəlimxan, 2-ci divizion – Təzəkənd, 3-cü divizion – Könüllü, 4-cü divizion – Səməd Vurğun, əməliyyat tərkibinə verilmiş 4-cü divizionun 42-ci batareyası Əlimərdanlı və 4N-ci batareyası Pirili olmaqla qırıcı aviasiya N nömrəli hərbi hissənin N-ci divizionu, N nömrəli hərbi hissənin əməliyyat tabeliyində olan divizionlar qrupu, 2 OK qoşun birləşmələrinin HHM vasitələri ilə qarşılıqlı əlaqədə, Gəncə şəhərini və X3 Limanını, Dəllər Aerodromunu, Şəmkir və X6 Stansiyalarını, cəmləşmə rayonlarını, hərəkət marşrutlarında, əks-hücum əməliyyatlarında və fəaliyyət hüdudlarında 3-cü OK və səfərbərliklə yaradılan 6-cı OK qoşun qruplaşmalarını, 2009-cu xüsusi sərhəd diviziasının kamendaturalarını düşmən aviasiyasının zərbələrindən müdafiə etsin, ölkə dərinliklərinə irəliləməsinə yol verməsin, onun taktiki hava desantlarını havada məhv etsin, əsas səylərini İcevan – Qazax – Şəmkir, Berd – Tovuz – Şəmkir, Vardenis – Gədəbəy – Şəmkir, Vardenis – Daşkəsən – Gəncə istiqamətlərində briqadanın atəş sistemi çərçivəsində düşmən aviasiyasının zərbələrinin dəf edilməsinə cəmləşdirsin. Döyüş əməliyyatları zamanı düşmənin hava hücumu vasitələri bütün növ atəş vasitələri ilə məhv edilməsi üçün bütün döyüş, madditexniki, mənəvi-psixoloji, tibbi təminat üzrə tədbirlər tam həyata keçirilsin. - 2) Maddi-texniki təminat bölüyü Göygöl – Gəncə - Şəmkir – Qapanlı – Miskinli – Köbər – Səməd Vurğun – Ağstafa – Zəlimxan marşrutu ilə hərəkət edən bölmələrin daşınmasını, marşrut boyunca hərəkətinin təhlükəsizliyini və komendant xidmətini təmin etsin, AKM-dən verilən tapşırıqlara əsasən bölmələrin maddi vasitələr ilə təmin olunmasına hazır olsun. İPM-in N4.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Göründüyü kimi, qanunvericilik normaları N0-ci il sentyabrın 27-dən noyabrın N0dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə hərbi hissə (bölmə) və ya orqanların tərkibində iştirak etmiş hərbi qulluqçularla yanaşı, həmin döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əkskəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş şəxsləri də müharibə veteranı sayır və onlara müharibə veteranı adı və vəsiqəsinin verilməsini nəzərdə tutur. Hazırkı işin hallarına görə, iddiaçının N0-ci ilin sentyabr ayının 27-dən noyabr ayının NN-dək müvafiq marşrut üzrə hərəkət edən bölmələrin daşınmasını, marşrut boyunca hərəkətinin təhlükəsizliyini və komendant xidmətini təmin edən bölüyün əsgəri kimi döyüş təminatını yerinə yetirdiyi cavabdeh inzibati orqanın özünün verdiyi sənədlərdə (əmr, arayış-məlumat) öz təsdiqini tapır. Məhkəmə xüsusilə diqqətə çəkir ki, cavabdeh inzibati orqan apardığı inzibati icraatda qaldırılan məsələnin həllindən imtina etsə də, məhkəmə icraatının gedişində imtina ilə bağlı dəlil gətirməmiş, həyata keçirməli olduğu hərəkətlərin bir qismini, yəni Nazirlər Kabinetinə razılaşdırma ilə bağlı göndərilən müvafiq siyahıya iddiaçının adını daxil etməklə kifayətlənmiş, bununla da inzibati icraatı tam başa çatdırmamışdır. Bununla da, məhkəmə icraatında müəyyən edilir ki, İddiaçı N0-ci ilin 27 sentyabr tarixindən N0 noyabr N0-ci il tarixinədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərlə bağlı müvafiq marşrut ilə hərəkət edən bölmələrin daşınmasını, marşrut boyunca hərəkətinin təhlükəsizliyinə xidmət edən təminat üzrə tapşırıqları yerinə yetirmişdir. Cavabdehin imtina üzrə dəlilinə, yəni iddiaçının həyata keçirdiyi təminatın olduğu hərbi hissə və ya marşrutun yerləşdiyi yerin ərazi meyarlarına uyğunsuzluğuna gəldikdə isə, məhkəmə vurğulayır ki, Nazirlər Kabinetinin 2N6 nömrəli 22 sentyabr N995-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin N-ci hissəsinin N0-cu abzası ərazi meyarları ilə şərtləndirilmir. Bundan başqa, məhkəmə qeyd edir ki, Şəki Şəhər-Rayon Polis Şöbəsinə ünvanlanmış sorğuya (tələbnaməyə) həmin qurumdan alınmış cavabdan xx xxxxxx N993cü tarixdə Mingəçevir şəhərində doğulmuş İddiaçı məhkumluğuna, eləcə də barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi və ya onun amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsinə dair DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsində heç bir məlumatın olmadığı bildirilmişdir. Bu isə, belə nəticə yaradır ki, İddiaçı «Veteranlar haqqında» Qanunun 3-cü maddəsinin “Qeyd” hissəsində göstərilən şəxslərin dairəsinə aid edilmir. Odur ki, məhkəmə tərəflərin dəlil və sübutlarına mövcud qanunvericiliyin tələbləri baxımından qiymət verərək cavabdehin imtinası ilə razılaşmır və iddiaçının dəlillərini əsaslı sayır. İPM-in 68.N-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsaslanaraq, İPM-in 69, 73.N, 8N.N, 85.N-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulur. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 4legiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi, 3N8) şikayət verilə bilər. X7
Məhkəmə qərarları › İş №2-1(116)-2049/2025
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2049/2025
25.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver