Məhkəmə qərarları › İş №2-1(116)-205/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-205/2021

20.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-205/2021 20.04.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X7, İddiaçının nümayəndəsi və vəkili Qanuni nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası X14 Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon şöbəsi tərəfindən X5 adına hazırlanmış JN-1913A saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası X14 Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X5 adına hazırlanmış JN-1913A saylı toprağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0.07 ha həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsindəki evə dair mərhum X6nun adına vahid daşınmaz əmlak obyekti kimi DƏDRX-dən çıxarışın və texniki pasportun hazırlanması öhdəliyi cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçının mərhum X6 xx xxxxx 2005-ci il tarixdə Oğuz Rayon Dövlət Notariat Kontorunda rəsmi alqı-satqı müqaviləsi bağlamaqla ünvan 1 ünvanında yerləşən İznulova Xatiçanın adına olan 0,11107 hektar həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evini satın almışdır (müqavilə № 236703). Alqısatqı müqaviləsi bağlandıqdan dərhal sonra iddiaçının atası Elman Əliyev həmin evə köçmüş və ölənədək həmin evdə yaşamışdır. X15 xx xxxx 2018-ci il tarixdə vəfat etmişdir. İddiaçı vəfatından sonra qeyd edilən ev iddiaçının istifadəsindədir. Bu yaxınlarda iddiaçı Azərbaycan Respublikası X14 Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 Saylı Ərazi İdarəsinə müraciət edərək həmin evin xx xxxxx 2005-ci il tarixli alqı-satqı müqaviləsi əsasında yerləşdiyi həyətyanı torpaq sahəsi ilə birlikdə mərhum X6nun adına qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın hazırlanmasını xahiş etmişdir. Həmin təşkilatdan verilən xx xxxxxx 2020-ci il tarixli **********31 saylı cavab məktubunda ərazi idarəsinin mütəxəssisləri tərəfindən ərazidə texniki inventarlaşdırma işləri aparıldığı, əldə olunan məlumatlar Ərazi İdarəsində mövcud olan elektron kadastr məlumat bazası ilə müqayisə olunduqda mərhum X11 məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 75 saylı qərarı ilə X5 adına JN-1913A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verildiyi, bu səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edildiyi, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi barədə verilmiş JN-1913A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ləğv olunması və həmin toıpaq sahəsinin mərhum Elman Əliyevin adına qeydiyyata alınması barədə məhkəməyə müraciət edə biləcəyi qeyd edilmişdir. İddiaçı bildirir ki, X9 adlı şəxs evi atasına satmış Xatica İznulovanın əri olmuşdur. Qeyd edilən ev əvvəlcə Müsəddin Xətəmovun adına olmuş, onun vəfatından sonra müvafiq qaydada Xatica İznulovanın adına rəsmiləşdirilmiş, sonuncu tərəfindən xx xxxxx 2005-ci il tarixdə mərhum Elman Əliyevə satılmışdır. X3 və İznulova Xatica adlı şəxslərin uzun müddət əvvəl vəfat etmələri barədə iddiaçıda məlumat olsa da onların ölümü barədə rəsmi sənədlər əldə edə bilməmişdir. İddiaçının nümayəndəsi və vəkili Qanuni nümayəndə məhkəmə iclasında ərizə təqdim edərək iddia tələbində dəqiqləşdirmə aparmış və “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon şöbəsi tərəfindən X5 adına hazırlanmış JN-1913A saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdeh orqan məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, **********07 nömrəli iddia tələbinə etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı Oğuz şəhərində yerləşən 0.07 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin adına rəsmiləşdirilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmişdir. İddiaçı qeyd edilən torpaq sahəsinə dair hər hansı bir hüquqmüəyyənedici sənəd təqdim etməmişdir. Eyni zamanda bildirilir ki, Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən ərazidə texniki inventarlaşdırma işləri aparılmış və əldə olunan məlumatlar Ərazi İdarəsində mövcud olan elektron kadastr məlumat bazası ilə müqayisə olunmuşdur. Bu zaman məlum olmuşdur ki, torpaq sahəsi yaşayış məntəqəsi torpaqlarına aiddir. İddia edilən torpaq sahəsinə dair X5 adına Qəbələ rayon AİK-nın qərarı əsasında JN-1913 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” hazırlanmışdır. Torpaq sahəsi sənəd üzrə 0.07 ha olsa da faktiki olaraq 0.1051 hektardır. Qeyd olunan səbəbə görə də müraciətin icrası mümkün olmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan 269 invertar nömrəli, avqust 1987-ci il tarixli ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin texniki pasportunun və 2187 nömrəli, xx.xx.2005ci il tarixli “Qeydiyyat vəsiqəsi”nin surətindən müəyyən edilir ki, qeyd olunan ev X5 mülkiyyətində olmuşdur. M.Xətəmovun xx.xx.2004-cü ildə vəfatından sonra xx.xx.2005-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən mərhumun arvadı İznulova Xatiça vərəsəsi müəyyən edilmişdir. X.İznulova isə xx.xx.2005-ci il tarixli, 236703 nömrəli müqaviləyə əsasən fərdi yaşayış evini iddiaçının mərhum atası X1. İş materiallarında olan JN-1913A nömrəli şəhadətnamənin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Oğuz rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 75 nömrəli qərarı ilə 0.07 ha həyətyanı torpaq sahəsi X5 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Oğuz rayon Qeydiyyat şöbəsinin xx.xx.2021-ci il tarixli, 6/12 nömrəli sənədindən müəyyən edilir ki, İznulova Xatiça xx.xx.2005-ci il tarixdə vəfat etmiş, bu barədə Ölüm haqqında xx.xx.2005-ci il tarixli, 45 nömrəli akt qeydi tərtib edilmişdir. İş materiallarında olan 940931 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən müəyyən edilir ki, X15 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan 384461 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən müəyyən edilir ki, İddiaçı xx.xx.1979-cu il tarixdə doğulmuşdur. X6, anası X4r. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia əsaslıdır. “Azərbaycan Respublikası X14 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə əsasən həmin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək (3.0.8-ci bənd), vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifəsidir. Bu hallar qeydiyyat zamanı aşkar olunacağı təqdirdə isə xidmət vəzifələrini yerinə yetirməli və hüquqların dövlət qeydiyyatını torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına uyğun aparmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında əsasnaməyə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatnın idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Şəhadətnamə verilən zaman qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 saylı fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət ilə istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında" Əsasnamənin 3-cü maddəsində göstərilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin altında olan torpaqlara görə onlara “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilir. Həmin Əsasnamənin 5-ci maddəsində göstərilir ki, “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ailə tərkibi üzrə hər bir şəxsin adı və soyadı göstərilməklə ailə başçısının adına verilir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Torpaq Məcəlləsinin 88.1-ci maddəsinə əsasən tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. Həmin maddənin 3-cü bəndinə əsasən torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya, o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (fərdi yaşayış evini) və ya qurğunu əldə edənə keçir. Torpaq sahəsinin bina (fərdi yaşayış evi) və ya qurğu yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Göründüyü kimi tikiliyə mülkiyyət hüququ başqa şəxsə keçərkən onun yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla keçir, torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən evə mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə evin yerləşdiyi torpaq sahəsinə hüquqlar binanı əldə edənə keçir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən ləğvi tələb edilən şəhadətnamədə qeyd olunan torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evini iddiaçının mərhum atası şəhadətnamədə adı qeyd olunan şəxsin qanun üzrə vərəsəsindən alqı-satqı müqaviləsinə əsasən almışdır. İddiaçı mərhum atasına məxsus fərdi yaşayış yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə dair atasının adına vahid daşınmaz əmlak kimi çıxarış və texniki pasport almaq üçün cavabdeh orqana müraciət etmiş, lakin ona bildirilmişdir ki, elektron kadastr məlumat bazasına əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi iddia tələbində qeyd olunan və ləğvi tələb edilən JN-1913A şəhadətnamə əsasında mərhum M.Xətəmovun mülkiyyətindədir. Odur ki, iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsindəki iddia tələbində dəqiqləşdirmə apararaq şəhadətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının mərhum atası qanunvericiliyin tələblərinə uyğun olaraq daşınmaz əmlakı satın aldığı üçün onun mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmalı, bunun üçün isə ilk öncə JN-1913A nömrəli şəhadətnamə ləğv edilməlidir. İddiaçının qanuni istifadəsində 1051 kv.m torpaq sahəsi olduğu halda məhkəmə hesab edir ki, həmin torpaq sahəsinə Oğuz rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 75 nömrəli qərarına istinadən X5 adına şəhadətnamənin hazırlanması əsassız olmuşdur. Belə ki, iddiaçının atasının qanuni istifadəsinə keçmiş torpaq sahəsi torpaq islahatı haqında qanunun tələbləri baxımından sonuncunun mülkiyətinə verilmişdir. “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2015-ci il tarixli 453 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının X14 Komitəsinə verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdehin üzərinə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon şöbəsi tərəfindən X5 adına hazırlanmış JN-1913A saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ləğv edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası X14 Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon şöbəsi tərəfindən X5 adına hazırlanmış JN-1913A saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ləğv edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar