Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-2056/2022 14.10.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Şəki İnzibati Məhkəməsinin hakimi Qasımov Vidadi Kamal oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 1 saylı Şəki- Zaqatala regional filialına qarşı "xx.xx.2011-ci ildən xx.xx.2014-cü ilədək olan müddət üçün müharibə veteranları üçün nəzərdə tutulan müavinətin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiasına dair işə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 1 saylı Şəki- Zaqatala regional filialına qarşı "xx.xx.2011-ci ildən xx.xx.2014-cü ilədək olan müddət üçün müharibə veteranları üçün nəzərdə tutulan müavinətin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Məhkəmə aşağıdakı hallara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 20ci maddələri üzrə təyin edilən əmək pensiyaları, habelə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər istisna olmaqla, əhaliyə digər əmək pensiyalarının təyinatı, yenidən hesablanması və bir növdən başqa növə keçirilməsi, sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təsis etdiyi təqaüdlərin, həmçinin kompensasiyaların təyinatının həyata keçirilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının səlahiyyətinə aiddir. Belə olan halda, İddiaçı hazırkı iddiası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı yönəlməli və o, öz iddia ərizəsində cavabdeh kimi həmin orqanı göstərməlidir. Lakin İddiaçı cavabdeh kimi səhvən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 1 saylı Şəki-Zaqatala regional filialını göstərmiş və müavinətin ödənilməsi öhdəliyinin həmin orqanın üzərinə qoyulmasını xahiş etmişdir. Ona görə də hazırkı iddia mümkün sayıla bilməz. Məhkəmənin xx.xx.2022-ci il tarixli yardım məktubu ilə yuxarıda sadalanan hallar ətraflı şəkildə İddiaçı diqqətinə çatdırılmış və ona yeni iddia ərizəsi tərtib edərək, cavabdeh kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialını göstərməsi, öhdəliyin də məhz həmin orqanın üzərinə qoyulmasını xahiş etməsi təklif edilmiş, göstərilən çatışmazlığın aradan qaldırılması, bu təkliflə razılaşmadığı halda isə, fikrini yazılı şəkildə məhkəməyə bildirməsi üçün 10 gün müddət təyin edilmiş və əks təqdirdə, iddianın mümkün sayılmaması məsələsinin müzakirə ediləcəyi bildirilmişdir. Məhkəmənin məktubu İddiaçı poçt vasitəsilə göndərilmiş və xx.xx.2022-ci ildə ona imza etdirilməklə çatdırılmışdır. Lakin təyin edilmiş müddət ərzində və ondan sonra ötən günlərdə İddiaçı məhkəmənin yardım məktubuna cavab verməmişdir. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, hazırkı iddianın mümkün sayılması üçün əsas yoxdur. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 1 saylı Şəki- Zaqatala regional filialına qarşı "xx.xx.2011-ci ildən xx.xx.2014-cü ilədək olan müddət üçün müharibə veteranları üçün nəzərdə tutulan müavinətin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-2056/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-2056/2022
14.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver