Məhkəmə qərarları › İş №2-1(116)-2059/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2059/2025

18.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2059/2025 18.09.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qəhrəmanzadə Nəzrin Fuad qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə işilə, İddiaçı Cavabdehnə qarşı, X3 üçüncü şəxs qismində cəlb edilməklə, “cavabdehin xx.xx.2001-ci il tarixli 205 nömrəli nikah haqqında akt qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi : Təsviri hissə : İddiaçı Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Cavabdeh xx.xx.2001-ci il tarixli 205 nömrəli nikah haqqında akt qeydinin ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə iddiaçı, X2 ilə 2001-ci ildə nişanlanmış, bundan sonra Cavabdehnə nikaha daxil olmaq üçün ərizə versə də, xasiyyətləri uyğun olmadığına görə nişan pozulmuş, nikahın dövlət qeydiyyatına alınması günü Cavabdehnə getməmişdir. Lakin, hazırda ona nikahın bağlanması məlum olmuşdur. İddiaçı, xx.xx.2006cı ildə başqa şəxslə ailə qurmuşdur. Hesab edir ki, nikahı var idisə yeni nikah bağalana bilməzdi. O, nikaha daxil olmaq üçün Cavabdehnə ərizə versə də, sonradan ailə qurmaq niyyəti olmamışdır. Bu nikahın dövlət qeydiyyatına alınması zamanı iştirak etməmişdir. Həmin nikahın necə bağlandığını bilmir və hesab edir ki, sözügedən nikah akt qeydi ləğv edilməlidir. Cavabdeh orqan imtina cavabında qeyd etmişdir ki, “Cavabdehndə xx.xx.2001-ci il tarixdə xx.xx.1972-ci il təvəllüdlü X2 ilə nikaha daxil olması barədə 205 nömrəli nikah haqqında ilkin akt qeydi tərtib olunmuş, lakin, şöbənin arxivində həmin nikahın pozulması və ya ləğv edilməsi barədə məlumat aşkar edilməmişdir. Odur ki, nikah haqqında ilkin akt qeydinin ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olması iddiaçıya izah edilmişdir.” Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.

1. Cavabdehin xx.xx.2024-ci il tarixli məktubundan görünür ki,iddiaçı ilkin olaraq inzibati orqana müraciət etmiş, tələbin icrasından imtina edilmişdir.

2. AZ-İ 131866 seriya nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X4 və İddiaçı nikahı xx.xx.2011-ci il tarixində pozulmuşdur.

3. AZ-İ 197088 seriya nömrəli nikah haqqında Şəhadətnamənin surətindən görünür ki, X4 və İddiaçı xx.xx.2006-cı il tarixində nikahları bağlanmışdır.

4. Cavabdehndə saxlanılan xx.xx.2001-ci il tarixdə tərtib edilmiş 205 №-li nikah haqqında aktı qeydinin surəti.

5. Cavabdehndə saxlanılan xx.xx.2006-cı il tarixdə tərtib edilmiş 40 №-li nikah haqqında aktı qeydinin surəti.

6. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 14 noyabr 2024-cü il tarixli 2- 1(116)-2807/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

7. İŞəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-148/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş və Şəki İnzibati Məhkəməsinin 14 noyabr 2024-cü il tarixli 2-1(116)- 2807/2024 nömrəli qərardadı ləğv edilməsi üçün yenidən qaytarılmışdır.

Əsaslandırma hissəsi:

Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur, həmçinin, iddia əsaslıdır. İşə mahiyyəti üzrə xx.xx.2025-ci il tarixdə baxılmış və Şəki İnzibat Məhkəməsinin həmin tarixli 2-1(116)-2059/2025 saylı qərarı ilə iddia rədd edilərək, cavabdehin xx.xx.2001-ci il tarixli 205 nömrəli nikah haqqında akt qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməmişdir. İş üzrə tərəflər apellyasiya şikayəti verməmişdir. Şəki İnzibati Məhkəməsinə xx.xx.2025-ci il tarixdə X1 “yeni açılmış hallarla bağlı icraat barədə” ərizəsi daxil olmuşdur. X7 Məhkəməsinin 2- 1(116)-2059/2025 saylı iş üzrə qərarın ləğv edilməsi, icraatın təzələnməsi və ərizəçinin üçüncü şəxs qismində işə cəlb olunmasını xahiş etmişlər. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X3 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb olunaraq, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-2059/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ləğv olunmuş və iş üzrə icraat təzələnmişdir. İddiaçı xx.xx.2001-ci il tarixli 205 nömrəli nikah haqqında akt qeydinin qanunsuz olduğuna əsaslanaraq hazırkı tələblə çıxış edir. Cavabdeh inzibati orqan imtinasını yuxarıda qeyd olunduğu kimi əsaslandırmışdır. Məhkəmə cavabdehin dəlilləri ilə aşağıdakıalar görə razılaşmır. Belə ki, iş üzrə mübahisəsiz qaydada təsdiq edilir ki, iddiaçının adına hazırda xx.xx.2001-ci il tarixdə tərtib edilmiş 205 nömrəli və Cavabdehndə tərtib edilmiş xx.xx.2006-cı il tarixli 40 nömrəli nikah haqqında aktı qeydləri mövcuddur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: Maddə 171.1. Nikaha daxil olmağı arzu edənlər nikaha daxil olanlardan və ya onların valideynlərindən birinin seçdiyi hər hansı bir müvafiq icra hakimiyyəti orqanına bu barədə ərizə ilə müraciət edirlər. Ərizədə nikaha daxil olmaq üçün bu Məcəllənin 12-ci maddəsində nəzərdə tutulmuş maneələrin olmadığı təsdiq edilməli, habelə hərənin neçənci nikaha daxil olduğu və neçə uşağı olduğu göstərilməlidir. Maddə 172.1. Ərizəni qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı nikaha daxil olanları nikahın qeyd olunması şərtləri və qaydası ilə tanış etməyə, bu şəxslərin bir-birinin səhhəti və ailə vəziyyəti haqqında xəbərdar olduqlarını yəqin etməyə, habelə gələcək ərarvad və valideyn kimi onlara hüquqlarını və vəzifələrini izah etməyə, eləcə də nikaha daxil olmaqla maneələrin gizlədilməsi üçün məsuliyyət daşıdıqları haqqında onları xəbərdar etməyə borcludur. Maddə 172.2. Nikahın qeydiyyatının günü və saatı nikaha daxil olan şəxslərlə razılaşdırılaraq bu Məcəllənin 9-cu maddəsi ilə nəzərdə tutulmuş müddətlərə əməl etməklə ərizə verilən gündən 1 ay tez olmayaraq təyin edilir. Nikahın qeydiyyatı günü təyin edilərkən nikaha daxil olanlar nikahı təntənəli şəraitdə bağlamaq arzusunda olubolmadıqlarını bildirirlər. Maddə 173. Nikahı qeyd etmək üçün təyin olunmuş günədək nikahın qeyd edilməsinə qanuni maneələr olduğu haqqında müvafiq icra hakimiyyəti orqanına ərizə daxil olarsa, qeydiyyat təxirə salınır, ərizə verənə isə ərizəni təsdiq edən sənədli sübutlar təqdim olunması üçün 1 aydan çox olmayaraq vaxt verilir. Müəyyən edilmiş müddətdə əsaslı sübutlar təqdim olunmazsa, nikah haqqında qeydiyyat aparıla bilər. Maddə 174. Nikahın qeydə alınması müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikaha daxil olan şəxslərin iştirakı ilə aparılır. Qeyd olunan normalardan göründüyü kimi nikaha daxil olmağı arzu edənlər müvafiq icra hakimiyyəti orqanına bu barədə ərizə ilə müraciət edirlər, müvafiq icra hakimiyyəti orqanı nikaha daxil olanları nikahın qeyd olunması şərtləri və qaydası ilə tanış edir, onlara hüquqlarını və vəzifələrini izah edir, 1 ay tez olmayaraq nikahın qeydiyyat gününü və saatını təyin edir. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, iddiaçı X2 ilə 2001-ci ildə Cavabdehnə nikaha daxil olmaq üçün ərizə versə də, nikah baş tutmamış, nikahın dövlət qeydiyyatına alınması üçün təkrarən Cavabdehnə getməmişdir. Lakin, buna baxmayaraq onun adına xx.xx.2001-ci il tarixli 205 nömrəli nikah haqqında akt qeydi tərtib edilmişdir. Həmçinin xx.xx.2001-ci il tarixli 205 nömrəli nikah haqqında akt qeydinin 13-cü bölməsində iddiaçının imzası mövcud deyil, onun yalnız soyadı qeyd olunub. Bu isə ona dəlalət edir ki, iddiaçının bu nikaha daxil olmasında iradə ifadəsi mövcud olmayıb. Lakin buna baxmayaraq qeydiyyat şöbəsi tərəflərin nikahlarını rəsmiləşdirərk bu barədə akt qeydi tərtib etmiş, üstəlik bu qeyd ləğv edilmədən xx.xx.2006-cı idə 40 nömrəli nikah haqqında aktı qeydi ilə iddiaçının digər nikahını qeydə almışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin xx.xx.2001-ci il tarixli 205 nömrəli nikah haqqında akt qeydinin tərtibi zamanı pozuntuya yol verildiyindən həm akt qeydi qanuni sayıla bilməz. Odur ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktınqəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.5. Məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Maddə 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçınınhüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Maddə 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

Qərara aldı:

İddia təmin edilir. Cavabdeh üzərinə xx.xx.2001-ci il tarixli 205 nömrəli nikah haqqında akt qeydinin ləğv edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar