Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-206/2020 10.06.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X8 qızının katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “29.06.1988-ci il təvəllüdlü X6, 17.06.1994-cü il təvəllüdlü X7 və 17.06.1997-ci il təvəllüdlü X5 olmaqla üç uşağını 18 yaşınadək tərbiyə etməyi ilə bağlı ona sosial müavinət verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı xx xxxxx 1960-cı il tarixdə Şəki rayonu, Baş Şabalıd kəndində anadan olmuşdur. O, X4 ilə rəsmi nikah bağlamaqla ailə qurmuşdur. Bir ana kimi 29 iyun 1988-ci il təvəllüdlü X6, 17 iyun 1994-cü il təvəllüdlü X7 və 17 iyun 1997-ci il təvəllüdlü X5 olmaqla, üç uşağının qayğılarına qalmaqla, onları nəinki səkkiz yaşınadək, tam böyüyüb boya-başa çatdırması üçün bütün qayğılarına qalmış, onlara təhsil vermişdir. Lakin onun üç uşağa baxıb-böyütməyini Cavabdeh nəzərə almamışdır. Bu hal onun iddiasına əlavə etdiyi sənədlərlə də öz təsdiqini tapır. O, yaşa görə pensiya təyin edilməsi məqsədi ilə müvafiq sənədlərini toplayaraq Cavabdehnə müraciət etmişdir. Həmin şöbə tərəfindən onun tələbindən imtina edilərək ona 25 sentyabr 2019-cu il tarixdə **********9 nömrəli məktub göndərilmişdir. Həmin məktubda qeyd edilmişdir ki, ərizəsində göstərdiyi məsələ ilə bağl sənədlər tam deyildir. Buna görə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının verilməsi mümkün deyildir. Odur ki, məhkəməyə müraciət edərək, “29.06.1988-ci il təvəllüdlü X6, 17.06.1994-cü il təvəllüdlü X7 və 17.06.1997-ci il təvəllüdlü X5 olmaqla üç uşağını 18 yaşınadək tərbiyə etməyinin sığorta stajı kimi hesablanması vəzfəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı 12.03.2020-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək, “29.06.1988-ci il təvəllüdlü X6, 17.06.1994-cü il təvəllüdlü X7 və 17.06.1997-ci il təvəllüdlü X5 olmaqla üç uşağını 18 yaşınadək tərbiyə etməyi ilə bağlı ona sosial müavinət verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 12.03.2020-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. Cavabdehin etirazının dəlilləri: İddiaçı 3 uşaqlı ana kimi sosial müavinət təyini üçün şöbəyə müraciət etmişdir. «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə istinadən 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar işləmədikdə və əmək pensiyası almaq hüququ olmadıqda yaşa görə sosial müavinət almaq hüququna malikdirlər. Təqdim olunmuş sənədlərə əsasən iddiaçı tərəfindən 3 uşaq doğulmamış, biri övladlığa götürülmüşdür. Yuxarıda qeyd olunduğu kimi ən azı üç uşağın ana tərəfindən doğularaq 8 yaşınadək tərbiyə olunması ona sosial müavinət almaq hüququ verir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara DSMF-nin Şəki şəhər şöbəsinin 25.09.2019-cu il tarixli **********9 nömrəli imtina məktubu və 02.12.2019-cu il tarixli **********2 nömrəli məktubu, AZE seriyalı, 07009104 nömrəli, AZE seriyalı 0******* nömrəli Şəxsiyyət Vəsiqələrinin surətiləri, İV-ЖГ seriyalı 290385 nömrəli nikah haqqında şəhadətnamənin təsdiqlənmiş surəti, XX-ЖГ seriyalı 393026 nömrəli doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surəti, XVİİİ-ЖГ seriyalı 404673 nömrəli doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surəti, XVİİİ-ЖГ seriyalı 404748 nömrəli doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surəti, ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surəti, Şəki şəhər İcra Hakimiyyəti Başçısının 26.06.1994-cü il tarixli 1/386 nömrəli sərəncamının təsdiqlənmiş surəti aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia mümkün olsa da, əsassızdır. İşdə olan İV-ЖГ seriyalı 290385 nömrəli nikah haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X4 ilə X1 arasında nikah bağlanmışdır. İşdə olan Şəki şəhər İcra Hakimiyyəti Başçısının 26.06.1994-cü il tarixli 1/386 nömrəli sərəncamından görünür ki, X4 və İddiaçı övladlığa uşaq verilmiş, ad, soyad və ata adı dəyişdirilərək qeydi və doğulduğu yer Şəki şəhəri yazılmaqla yenidən doğum haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 25-ci maddəsinin İ və İİİ hissələrində təsbit olunmuşdur ki, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Həmçinin, həmin maddənin İV hissəsində qeyd olunur ki, heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0–cı maddəsinə əsasən, Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir: 1.0.1. sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti; 1.0.2. əmək qabiliyyəti olmayan şəxslər - əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqları. -7.0-ci maddəsinə əsasən, müavinətlər aşağıdakı hallarda təyin edilir: 7.0.5.1. əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda. Yuxarıda qeyd olunan normaların da tələbindən göründüyü kimi iddiaçıya müavinət təyin edilməsi üçün qanunvericilikdə müəyyən olunmuş şərt, yəni 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmə təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “29.06.1988-ci il təvəllüdlü X6, 17.06.1994-cü il təvəllüdlü X7 və 17.06.1997-ci il təvəllüdlü X5 olmaqla üç uşağını 18 yaşınadək tərbiyə etməyi ilə bağlı ona sosial müavinət verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-206/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-206/2020
10.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver