Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-206/2021 19.02.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi ilə İddiaçı cavabdeh Ucar rayonu, Qaradağlı bələdiyyəsinə qarşı “Ucar rayonu, Qaradağlı kənd bələdiyyəsinin mülkiyyətində olan “Laçın kirdəsi” adlanan sahədən akt əsasında ona ayrılmış 1 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Ucar rayonu, Qaradağlı kənd bələdiyyəsi tərəfindən ona təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Ucar rayonu, Qaradağlı bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Ucar rayonu, Qaradağlı kənd bələdiyyəsinin mülkiyyətində olan “Laçın kirdəsi” adlanan sahədən akt əsasında ona ayrılmış 1.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Ucar rayonu, Qaradağlı kənd bələdiyyəsi tərəfindən ona təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Ucar rayon AİK-nın xx.xx.1998-ci il tarixli 11 nömrəli qərarı ilə 0.13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Əslində adambaşına düşən norma hesabına iddiaçının ailə üzvlərinin mülkiyyətinə 0.99 ha torpaq sahəsi verilməli idi. Bu səbəblə Ucar rayon Qaradağlı bələdiyyəsi tərəfindən xx.xx.2004-cü ildə bələdiyyənin mülkiyyətindən “Laçın kirdəsi” adlanan sahənin ayaq hissəsindən 0.86 ha torpaq sahəsi müəyyənləşdirilərək torpaq payı kimi iddiaçının atası X2 verilmiş, akt tərtib edilmiş və torpaq sahəsi M.Xəlilova təhvil verilmişdir. İddiaçının atasının vəfatından sonra həmin torpaq sahəsi cavabdeh tərəfindən digər şəxslərin istifadəsinə verilmişdir. İddiaçı cavabdehə müraciət edərək torpaq sahəsinin ona təhvil verilməsini tələb etmiş, bundan sonra mərhum atası ilə bağlanmış akta uyğun olaraq akt tərtib edilmiş, lakin torpaq sahəsi iddiaçıya yerində təhvil verilməmiş və hal-hazırda da başqa şəxslərin istifadəsindədir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1143/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərardadı ilə inzibati iş baxılması üçün aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. xx.xx.2020-ci il tarixdə göndərilən iş məhkəmənin dəftərxanasına xx.xx.2020-ci il tarixdə daxil olmuş və həmin gündən inzibati icraata qəbul edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İş üzrə cavabdeh orqan Ucar rayonu, Qaradağlı bələdiyyəsi məhkəməyə xx.xx.2020-ci il tarixli 91 nömrəli məktub ünvanlayaraq qeyd etmişdir ki, Cavabdeh tərəfindən bələdiyyənin mülkiyyətində olan “Laçın kirdəsi” adlanan ərazidən 1,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi aktlaşdırılaraq İddiaçı verilmişdir. Bu əvvəllki bələdiyyə X8 tərəfindən həyata keçirilmişdir. Lakin İddiaçı kənddə yaşamadığı üçün həmin yerdən istifadə edilməmiş və yerin istifadəsiz olduğunu görən kənd sakini X9 tərəfindən 2019-cu ildə səhvən əkilmişdir. X1 yaşamadığı üçün onun kənddə yaşayan qardaşı X4 ilə birlikdə həmin əraziyə bələdiyyə tərəfindən baxış keçirilmiş, hal-hazırda istifadəsiz olduğu müəyyən edilmiş və İddiaçı qardaşı Hidayət Xəlilova təhvil verilmişdir. Bununla əlaqədar keçən il həmin ərazini bilmədən əkmiş kənd sakini Kamil Əhmədovla söhbət aparılmış, ona qanunvericilik izah olunmuş və bir daha həmin ərazini əkməməsi tövsiyə edilmişdir. Bir daha qeyd edilir ki, İddiaçı ayrılmış 1,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi hal-hazırda onun istifadəsindədir və istədiyi zaman həmin ərazini əkib-becərməsi üçün heç bir maneə yoxdur. Məhkəmə, cavabdehin məktubunu iş materialları ilə birgə araşdırıb hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, cavabdehin ərizəsindən görünür ki, onun tərəfindən iddiaçının tələbi təmin edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3-ci maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 67, 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Ucar rayonu, Qaradağlı bələdiyyəsinə qarşı “Ucar rayonu, Qaradağlı kənd bələdiyyəsinin mülkiyyətində olan “Laçın kirdəsi” adlanan sahədən akt əsasında ona ayrılmış 1.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Ucar rayonu, Qaradağlı kənd bələdiyyəsi tərəfindən ona təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə cavabdeh tərəfindən iddiaçının tələbi təmin edildiyi üçün iş üzrə icraata xitam verilsin. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-206/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-206/2021
19.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver