Məhkəmə qərarları › İş №2-1(116)-206/2025

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-206/2025

30.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-206/2025 30.01.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-ya qarşı “xx.xx.2023-cü il tarixli tam reabiltasiya olunma haqqında qərarın ona aid hissədə ləğv edilməsi və xx.xx.2018-ci ildə təyin edilmiş müddətsiz 3-cü dərəcəli əlilliyin dayandırıldığı vaxtdan bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-ya qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “xx.xx.2018-ci il tarixdə təyin olunmuş 3-cü dərəcəli əlilliyin etibarsız hesab edildiyi tarixdən bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşməsi barədə ərizə verərək, xx.xx.2023-cü il tarixli tam reabiltasiya olunma haqqında qərarın ona aid hissədə ləğv edilməsi və xx.xx.2018-ci ildə təyin edilmiş müddətsiz 3-cü dərəcəli əlilliyin dayandırıldığı vaxtdan bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşməsi barədə ərizə icraata qəbul edilmişdir. İş materiallarından görünür ki, iddiaçın hazırki tələblə məhkəməyə müraciət etməkdə hüquqi marağı – xx.xx.2023-cü il tarixli tam reabiltasiya olunma haqqında qərarın ona aid hissədə ləğv edilməsi və xx.xx.2018-ci ildə təyin edilmiş müddətsiz 3-cü dərəcəli əlilliyin dayandırıldığı vaxtdan bərpa edilməsinə nail olmaqdır. İş materiallarında olan Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosisal ekspert komissiyasının xx.xx.2024-cü il tarixli qərarından görünür ki, cavabdeh orqan xx.xx.2023cü il tarixli tam reabiltasiya olunma haqqında qərara əsasən təyin edilmiş “Tam reabiltasiya olunması” barədə qərarını iddiaçının tələbinə uyğun olaraq ona aid hissədə ləğv edilmiş, 2 xx.xx.2018-ci il tarixdən ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərarı bərpa edilmişdir. Beləliklə, cavabdeh orqan, artıq iddiaçının tələbini təmin etdiyindən işin mahiyyəti üzrə mübahisə aradan qalxmışdır. Odur ki, iş üzrə icraata xitam verilməlidir. İnzibati Prossesual Məcəllənin: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. İPM-in 81.2-ci və 90.2-ci maddələrinə əsasən, inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 78, 80 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-ya qarşı “xx.xx.2023-cü il tarixli tam reabiltasiya olunma haqqında qərarın ona aid hissədə ləğv edilməsi və xx.xx.2018-ci ildə təyin edilmiş müddətsiz 3-cü dərəcəli əlilliyin dayandırıldığı vaxtdan bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə icraata xitam verilir. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar