Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-207/2020 07.05.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X6 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “Şəki şəhəri statistika idarəsində işlədiyi müddətin Dövlət qulluçularının iş stajı kimi hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İşin halları: İddiaçı İddiaçı 1959-cu ildə Şəki rayonunun Oxud kəndində anadan olmuşdur. Həmin tarixdən bu ünvanda yaşayır. 1981-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirmişdir. xx.xx.1982-ci il tarixdən Şəki şəhər Statistika İdarəsində xx.xx.1999-cu il tarixədək mühəndis, büro müdiri, mühəndis, şöbə müdiri vəzifələrində çalışmışdır. Bildirir ki, işlədiyi “Statistik məlumatların işlənməsi” şöbəsində elekton hesablama maşınlarının (M 5000) vasitəsi ilə uçotun mexanikləşdirilməsi, statistik bülletenlərin hazırlanması və sair işlər görülmüşdür. İdarə 1984-cü ilə qədər Şəki rayon məlumat-hesablama stansiyası, 1984-cü ildən 1987-ci ilə qədər Şəki rayon (şəhər) məlumat hesablama mərkəzi, 1988-ci ildən Şəki şəhər statistika idarəsi adlandırılmışdır. İşlədiyi müddətdə gözlərində yaranmış xəstəliklər səbəbindən ona xx.xx.2007-ci il tarixindən 3-cü qrup ömürlük əlillik dərəcəsi təyin edilmişdir. Həmin tarixdən lazımı sənədləri təqdim etdikdən sonra Şəki Sosial müdafiə fondunda ona dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2019-cu ildə iddiaçını DSMF-nin Şəki şəhər şöbəsinə çağırdılar və 12 il sonra əlilliyə görə əmək pensiyasının səhv təyin edildiyini bildirdilər və 12 il 2 ay ərzində artıq verilmiş 25040 manat əlavə ödənişin geri qaytarmalı olduğunu söylədilər. DSMF-nin Şəki şəhər şöbəsindən xx.xx.2019-cu il tarixində verilmiş bildirişi ərizəsinə əlavə etmişdir. Bildirir ki, o, Şəki şəhər şöbəsinin bu qərarını düzgün hesab etmir. Cavabdeh imtinasında bildirmişdir ki, iddiaçıya xx.xx.2007-ci il tarixdən İİİ qrup əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. Şəki şəhər statistika idarəsində olan iş stajınız 16 il 6 ay Dövlət qulluğu stajı kimi nəzərə alınaraq həmin tarixdən Dövlət qulluqçusu kimi qulluq stajına görə əlavə hesablanmış və ödənilmişdir. 2019-cu ilin aprel ayında şöbədə aparılmış növbəti audit araşdırması zamanı Şəki şəhər statistika idarəsində işlədiyiniz vəzifələr dövlət büdcəsindən maliyyələşdirilmədiyi üçün Dövlət qulluğuna daxil edilmədiyi aşkar olunmuşdur. Nəticədə ona xx.xx.2007-ci il tarixdən xx.xx.2019-cu il tarixədə əsassız olaraq 25040 manat qulluq stajına görə əlavə ödənişi həyata keçirilmişdir. Məhkəmə iclasında iddiaçı iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın rədd olunmasını xahiş etdi. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti, DSMF-nin Şəki şəhər şöbəsinin xx.xx.2019-cu il tarixli **********2 nömrəli imtina məktubu, xx.xx.2019-cu il tarixli **********5 nömrəli, xx.xx.2020-ci il tarixli **********0 nömrəli məktubları, ИТ seriyalı 1353094 nömrəli əmək kitabçasının təsdiqlənmiş surəti, Azərbaycan Respublikası X4 04/xx-xx/0454 nömrəli xx.xx.2020-ci il tarixli məktubu aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da mahiyyət baxımından əsassızdır. İşdə olan 09 nömrəli arayışdan görünür ki, iddiaçı xx.xx.1982-ci il tarixli 36 nömrəli əmrlə Şəki şəhər Statistika İdarəsinə mühəndis vəzifə qəbul edilmiş, xx.xx.1993-cü il tarixli 12 nömrəli əmrlə şöbə müdiri vəzifəsinə keçirilmiş, xx.xx.1999-cu il tarixli 13 nömrəli əmrlə işdən azad edilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli 04/xx-xx/0454 nömrəli X4 məktubundan görünür ki, Azərbaycan SSR Nazirlər Soveti yanında Mərkəzi Statistika İdarəsi və Naxçıvan MSSRdə, DQMV-də, Azərbaycan SSR şəhər və rayonlarında dövlət statistika orqanları haqqında Əsasnamənin təsdiq edilməsi barəsində” Azərbaycan SSR Nazirlər Sovetinin 5 noyabr 1973-cü tarixli 360 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnamənin 28-ci hissəsinə əsasən dövlət statistikasının rayon və şəhər məlumat hesablama stansiyaları (mərkəzləri) təsərrüfat hesabı əsasında işləmişdir. Dövlət statistikası rayon və şəhər məlumat hesablama stansiyalarının (mərkəzlərinin) bütün xərcləri təsdiq edilmiş istehsal-maliyyə planlarına və xərclər smetalarına uyğun olaraq onların təsərrüfat fəaliyyəti nəticəsində əldə etdiyi vəsait hesabına ödənilmişdir. Qeyd edilən Əsasnamə “Azərbaycan SSR Dövlət Statistika Komitəsi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında“ Azərbaycan SSR Nazirlər Sovetinin 30 mart 1988-ci il arixli 114 nömrəli qərarına əsasən qüvvədən düşmüşdür. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə asasən dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən, sosial təminatı və nüdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının və işsizlikdən sığorta fondunun büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycar Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Qeyd edilənlərə əsasən təsərrüfat fəaliyyəti hesabına maliyyələşdirildiyi üçün İddiaçı 1982-1988-ci illərdə Şəki məlumat hesablama stansiyasında (mərkəzində) işlədiyi müddət dövlət qulluğu stajına daxil edilmir. İddiaçı 1988-1994-cü il tarixlərdə işlədiyi müddətlə bağlı bildiririk ki “Ölkədə statistika işlərinin əsaslı surətdə yaxşılaşdırılması tədbirləri haqqında” X2 Mərkəzi Komitəsi və Azərbaycan SSR Nazirlər Sovetinin 17 avqust 1987 ci il tarixli 294 nömrəli qərarı ilə bağlı Azərbaycan SSR Dövlət Statistika Komitəsinin 31 avqust 1987-ci il tarixli 3 nömrəli əmrinin 2-ci bəndinə əsasən, rayon məlumat hesablama mərkəzləri (stansiyaları) rayon statistika idarələrinə çevrilmişdir və statistika idarələrinin fəaliyyəti “Dövlət müəssisəsi (birliyi) haqqında” Qanuna uyğun olaraq təsərrüfat hesabı əsasında həyata keçirilmişdir. “X5 Partiyası Mərkəzi Komitəsi və SSRİ Nazirlər Sovetinin 17 iyul 1987-ci il tarixli 822 nömrəli “Ölkədə statistika işinin əsaslı surətdə yaxşılaşdırılması tədbirlər barədə” qərarı haqqında” Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi və Azərbaycan SSR Nazirlər Sovetinin 17 avqust 1987-ci il tarixli 294 nömrəli qərarı “Azərbaycan Respublikas hökumətinin bəzi qərarlarının qüvvəsinin itirilmiş hesab edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 dekabr 1994-cü il tarixli 414 nömrəli qərarına əsasən qüvvədən düşmüşdür. Qeyd edilənlərə əsasən 1988-1994-cü il tarixədək Şəki şəhər statistika idarəsi təsərrüfa hesabı əsasında fəaliyyət göstərdiyi üçün İddiaçı həmin illərdə işlədiyi müddət dövlətqulluğu stajına daxil edilmir. İddiaçı 1995-1999-cu il tarixlərdə işlədiyi müddətlə bağlı bildiririk ki, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 28 noyabr 1995-ci il tarixli 234/T nömrə əmrinə əsasən, şəhər, rayon statistika idarələri və şöbələrinin saxlanması xərcləri respublika büdcəsində mərkəzi dövlət idarəetmə orqanlarının saxlanması üçün ayrılan vəsait hesabına ödənilmişdir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Kollegiyasının 17 yanvar 1996-cı tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası rayon, şəhər statistika idarələri şöbələri haqqında Əsasnamə”nin 1-ci hissəsinə əsasən yerli statistika orqanları ərazidə statistika və uçot işinə rəhbərlik edən yerli iqtisadi dövlət idarəetmə orqanı olmuşdur və Dövlət Statistika Komitəsi sistəmində fəaliyyət göstərmiş, bilavasitə yuxarı dövlət statistika orqanına tabe olmuşdur. Həmin Əsasnamənin 7-ci hissəsində göstərilmişdir ki, yerli statistika orqanlarının və Dövlət Statistika Komitəsinin inkişafı üçün mərkəzləşdirilmiş qaydada nəzərdə tutulan respublika büdcə vəsaiti hesabına yaranmışdır. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 saylı Fərman təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarının aparatlarında çalışmış dövlət qulluqçularının vəzifələri “İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələr uyğunlaşdırılması Siyahısının 2-ci bəndində 1991-ci il oktyabrın 18-dən İnzibati və yardırçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin “İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstəri dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. Həmin Siyahının 2.12-ci yarımbəndində Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının tabeliyində olan regional orqanların, ikili tabelikdə olan yerli bölmələrin aparatında şöbə müdiri (rəisi) vəzifəsi “İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının tabeliyində olan orqanların, yerli bölmələrin aparatında sektor müdiri vəzifəsinə uyğunlaşdırılmışdır. Müvafiq uyğunlaşdırma aparıldığı üçün İddiaçı 1995-1999-cu il tarixlər işlədiyi müddət dövlət qulluğu stajı hesablanarkən nəzərə alınır. “Əmək Pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsinə əsasən, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququna malikdirlər. “Dövlət qulluğu haqqında” Qanunun 23.1, 23.2 və 23.4-cü maddələrində təsbit edilmişdir ki, dövlət qulluqçularının pensiya təminatı üçün əsas və onun qaydası bu maddənin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən edilir. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğunda xidmət illərindən və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət pensiyası verilməsi üçün lazım olan xidmət illərinin minimum həddi iddiaçıya pensiya təyin edilərkən 5 il olmuşdur. Dövlət qulluqçusunun pensiyasının və müavinətinin məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq, müvafiq icra hakimiyyət orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır. Azərbaycan Respublikası Prezidentinin 01 sentyabr 2005-ci il tarixli 290 nömrəli fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə xx.xx.1991-ci il tarixədək dövlət, sovet və partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələr Təsnifatı Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısında qeyd olunan vəzifələrdə xidmət etmiş şəxslər dövlət qulluqçusu kimi pensiya təminatı hüquqlarına malikdirlər. Qanunvericiliyin istinad olunan müddəalarından göründüyü kimi şəxsin dövlət qulluqçusu kimi pensiya hüququnun olması üçün onun 5 il daimi dövlət qulluğunda xidmət etməsi kifayətdir. İddiaçı xx.xx.1982-ci il tarixindən xx.xx.1999-cu il tarixinədək Şəki şəhər Statistika İdarəsində işləsə də onun xx.xx.1982-ci il tarixdən 1995-ci il tarixdək işlədiyi müddət qüvvədə olan qanunvericiliklə dövlət qulluqçusu stajına aid edilməmişdir. xx.xx.1995-ci il tarixdən xx.xx.1994-cü il tarixədək olan dövr üzrə isə iddiaçının dövlət qulluqçusu olaraq pensiya alması üçün qanunla nəzərədə tutulmuş müddət tamamlanmamışdır. Beləliklə yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının dövlət qulluqçusu olaraq pensiya alması üçün qanunla nəzərədə tutulmuş xidmət illəri tamamlanmadığından iddia rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “Şəki şəhəri statistika idarəsində işlədiyi müddətin Dövlət qulluçularının iş stajı kimi hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-207/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-207/2020
07.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver