Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-208/2020 27.02.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) X1, iddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: İddiaçı 29.07.1985-ci ildən 2000-ci ilə qədər Mingəçevir şəhərində fəaliyyət göstərən “Lalə” və “Nərgiz” uşaq bağçalarında müəllim-tərbiyyəçi, tibb bacısı-patronaj vəzifələrində çalışmış, 01.09.2000-ci il tarixində məlum səbəblərdən iş yerlərin ixtisarı, bağlanması və .s səbəblərdən ixtisara düşmüşdür. Həmin ildən sonra yaşının çoxluğu səbəbindən ixtisasına (tibb bacısı) uyğun iş tapa bilməmişdir. Əmək fəaliyyəti isə bir müddət iaşə xidmət sahələrində əmək müqaviləsi bağlamamaq şərti tələbi ilə formada çalışıb ailəsini dolanışığına qismən köməklik göstərə bilmişdir. Hal-hazırda yaş həddi və sağlamlığı bu formada fəaliyyət göstərməyinə imkan vermir. 2019-cu ilin iyun ayında yaşa görə Əmək Pensiyası almaq hühuqu (61) yaşı yarandığı üçün 14.08.2019-cu il tarixdən “Asan Xidmət” mərkəzi vasitəsilə əmək pensiyası təyin olunması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Cavabdehnə olan müraciətinə isə müraciətindən bir gün sonra 15.08.2019-cu il tarixdə baxılmış və əmək pensiyası təyin olunmasından imtina edilmişdir. Bununla razılaşmayan iddiaçı hazırki iddia tələbini irəli sürərək iddiasını təmin edilməsini xahiş etmişdir. Bundan başqa cavabdehin imtina məktubundan görünür ki, Əmək kitabçasında 15 il 03 ay 02 gün sosial sığorta stajı vardır. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Cavabdeh əmək pensiyası təyin edən komissiyanın 15.08.2019-cu il tarixli 1219 nömrəli qərarı ilə sadalanan səbəbdən yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə tələb olunan 25 il sosial sığorta stajının və ya bu qanunun 21.1.1 maddəsinə əsasən 2019cu il yanvarın 1-dən etibarən sığorta olunan əmək pensiyası avtomatlışdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində qeydə 01.07.2018-ci il tarixinə qeydə alınmış pensiya kapitalının olmadığını görə. İddiaçının nümayəndəsi iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. DSMF-nin 15.08.2019-cu il tarixli **********2 nömrəli və 21.08.2019-cu il tarixli **********35 nömrəli imtina məktubları, AZE seriyalı 0******* nömrəli ş/v təsdiqlənmiş və AZE seriyalı 03428384 nömrəli ş/v surətləri , ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surəti, AR-İ seriyalı 878608 nömrəli etibarnamə, İİ-ЖГ seriyalı 381364 nömrəli şəhadətnamənin təstidlənmiş surəti, DSMF-nin 21.02.2020-ci il tarixli **********7 nömrəli məktubu aiddir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, cavabdehə təqdim olunmuş bildirişdə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-in 62.3-cü maddəsi). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da mahiyyət baxımından əsassızdır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. İddia, mahiyyət etibarı ilə əsassızdır. Belə ki, 01.07.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi iddiaçı xx.xx.1958-ci il tarixdə doğulmuş və onun 60 yaşı 27.06.2018-ci il tarixdə tamam olmuşdur. Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinin qeydinə əsasən 01.07.2017-ci il tarixdən qadınların pensiya yaşı artırıldığından iddiaçının pensiya yaşı onun 60,5 yaşı tamam olduğu 27.01.2019-cu il tarixdə tamam olmuşdur. İddiaçıya 27.01.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı və ya minimum 25 il sosial sığorta stajı tələb olunur. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi iddiaçının cəmi 15 il 3 ay 2 gün sığorta stajı vardır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının tələb olunan 25 sığorta stajına malik olmadığındn ona sığorta stajına görə pensiya təyin edilə bilməz. Bunlardan başqa məhkəmə qeyd edir ki, 01.01.2018-ci il tarixdən 2018-ci ildə pensiya təyin edilməsi üçün tələb olunan pensiya kapitalı 16742,88 manat təşkil etmiş və 2018-ci ildə 01.01.2006-cı il tarixədək qazanılmış iş stajının hər ili üçün 701,48 manat pensiya kapitalı hesablanır. Bu da onu deməyə əsas verir ki, iddiaçının pensiya kapitalının müəyyən edilməsi üçün onun iş stajı 701,48 manata vurulmaqla pensiya kapitalı müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçının cəmi 15 il 3 ay 2 gün sosial sığorta stajı müəyyən olunur ki, iddiaçının həmin illərə görə cəmi 10701,41 manat (15 ilə görə 701,48 x 2 = 10522,2 manat, 3 aya görə 701.48/12x3=175,37 manat, 2 günə görə 701.48 / 365 gün x 2 gün = 3,84 manat) pensiya kapitalı vardır. Bu da tələb olunan 16742,88 manat pensiya kapitalından az olduğundan onun pensiya kapitalına görə də pensiya hüququ yaranmır. Beləliklə yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Şəki İnzibati Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(116)-208/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-208/2020
27.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver