Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2085/2023 21.12.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “X12 adlı şəxsin adı qeyd olunmadan ünvan 1 ünvanında yerləşən 0,03 ha həyətyanı torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “X12 adlı şəxsin adı qeyd olunmadan ünvan 1 ünvanında yerləşən 0.03 ha həyətyanı torpaq sahəsini qeydiyyata almaq və iddiaçıya müvafiq çıxarış vermək öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı, tələbini dəqiqləşdirərək “X12 adlı şəxsin adı qeyd olunmadan ünvan 1 ünvanında yerləşən 0,03 ha həyətyanı torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçının mərhum anası X2 adına Ucar rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 20 saylı qərarına əsasən 0,03 ha torpaq sahəsinə xx.xx.2007-ci il tarixli AN- 014810 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədilə mülkiyyətini dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmişdir. Lakin, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsi 10 aprel 2023-cü il tarixli 3-21-3- 36/2-1270/2023 nömrəli məktubunda mülkiyyətin dövlət reyestrində qeydiyyata alınmasından imtina etmişdir. İmtinada göstərilmişdir ki, həmin sənədə dair arxiv əsaslarında və elektron baza məlumatlarında təqdim edilmiş adlı siyahı üzrə ailə üzvü kimi X3 adı ümumi birgə mülkiyyət hüququ ilə payçı olaraq qeydiyyata alınmışdır, sözügedən şəxsin adının mülkiyyətçilərin siyahısından çıxarmaq ərazi idarəsinin səlahiyyətləri xaricindədir. Cavabdeh orqan iddia tələbinə münasibətində qeyd etmişdir ki, İddiaçı ünvan 2 ünvanında yerləşən 19 nömrəli fərdi yaşayış evi və 0.03 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli ərizə ilə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X42 16 saylı Ucar Ərazi idarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, ləğv edilmiş DTXK-si tərəfindən mərhum X1 adına Ucar rayon Agrar İslahat Komissiyasının 07.04.200-ci il tarixli , 20 saylı qərarına əsasən 0.03 ha torpaq sahəsinə xx.xx.2007-ci il tarixli xx.xx.2000-ci il tarixli AN- 014810 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. Həmin sənədə dair arxiv əsaslarında və elektron baza məlumatlarında təqdim edilmiş adlı siyahı üzrə ailə üzvü kimi X3 adı ümumi birgə mülkiyyət hüququ ilə payçı olaraq qeydiyyata alınmışdır. Sözügedən şəxsin adının mülkiyyətçilərin siyahısından çıxarmaq ərazi idarəsinin səlahiyyətləri xaricindədir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədləri (həmkarlr ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi, hüquq əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər Məhkəmə tərəfindən müəyyən edilir. Ucar rayon Aqarar İslahatı Komissiyasının qərarı əsasında tərtib edilmiş subyektlər siyahısında X9 adı X5 yazılmışdır. Bu səbəbdən də, ərizənin icrası mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək iddia ələbinin təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçı, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, analoji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - Ucar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 384 nömrəli arayışından görünür ki, ünvan 3 ünvanında İddiaçı ilə yaşamış atası- X15 1997-ci il tarixə vəfat edərkən (bu barədə ölüm haqqında akt qeydləri kitabında 1997 ilin 09 ayının 25 günündə 106 № ilə qeyd edilmişdir) Ucar şəhərində faktiki olaraq hal-hazırda aşağıdakı tərkibindən ibarət vərəsələri qalmışdır:
1. Həyat yoldaşı: X10-vəfat edib,
2. oğlu- X27- 1957,
3. oğlu- İddiaçı- 1961,
4. oğlu- X23- vəfat edib,
5. qızı- X18- 1952,
6. qızı- X19- 1965. - Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli 3-21-3-60/2-1871/2023 nömrəli məktubuna əlavə olunmuş, Ucar rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 20 saylı qərarı ilə təsdiq edilmiş Ucar rayonunun Ucar kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən görünür ki, X1 və ailə üzvlərinin (X27, X11, X20, X12, X22 və X13) adlarının qarşısında “qanuni istifadəsində olan həyətyanı sahə” 0,03 ha qeyd olunmuşdur. - Ucar Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş X3 şəxsiyyətini təsdiq edən sənəd İAMAS WEB Consultation proqramından çıxarışın təsdiq olunmuş surətindən görünür ki, X3 (xx.xx.1955-ci il təvəllüdlü) yaşadığı ünvan ünvan 4ı və ölçüsü sənədindən görünür ki, sözügedən sənəd Ucar rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 20 saylı qərarına əsasən Ucar şəhərində yerləşən 300 kv.m torpaq sahəsi ilə bağlı X1 adına tərtib edilmişdir. - Ucar rayon Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş X14 uşaqlarının doğum haqqında akt qeydlərindən görünür ki, X16 xx.xx.1995-ci il tarixdə, X21 xx.xx.1992-ci il tarixdə, X20xx.xx.1988-ci il tarixdə doğulmuşdur. - cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-36/2-4034/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, iddiaçının naturada göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi, üzərində fərdi yaşayış evi və yardımçı tikililər mövcud olan 0.03 ha torpaq sahəsi elektron baza məlumatlarında təqdim olunan Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarına əsasən yaşayış məntəqələrinin torpaqları kateqoriyalı olmaqla tikinti altında olan torpaqlar uqodıyalı (həyətyanı sahələr) bələdiyyə mülkiyyətinə aid torpaqlar kimi göstərilmişdir. Baxış zamanı iddiaçının naturada göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi, üzərində fərdi yaşayış evi və yardımçı tikililər mövcud olan 0,03 ha torpaq sahəsi elektron baza məlumatlarında təqdim olunan "Ucar rayonu Ucar yaşayış məntəqəsi ərazisində aparılan xüsusi, bələdiyyə və dövlət mülkiyyətinə verilən torpaqların planında JN-1462A nömrəli kontur kimi göstərilmiş ərazi olmaqla, yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaqlara aiddir. Ucar rayonu Ucar yaşayış məntəqəsi ərazisində aparılan xüsusi, bələdiyyə və dövlət mülkiyyətinə verilən torpaqların planında göstərilən torpaq sahələri ilə bağlı adlı siyahıda 1462 nömrə İddiaçı və ailə üzvlərinin adı qarşısında qeyd edilmişdir. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X1 adına tərtib edilən **********1328 kadastr nömrəli 'Torpaq sahəsinin planı və ölçüsü" (blank nömrəsi 014810) sənədində göstərilən 0,03 ha torpaq sahəsinin koordinatları fərqli əraziyə düşsədə, konfiqurasiya və yerləşmə sxeminə görə baxış zamanı iddiaçının naturada göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi, üzərində fərdi yaşayış evi və yardımçı tikililər mövcud olan 0.03 ha torpaq sahəsi eyni torpaq sahəsidir.
Əsaslandırma hissəsi:
İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. “Torpaq islahatı haqqında” haqqında Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göründüyü kimi qanunvericilik torpaq islahatı aparılan zaman vətəndaşların qanuni istifadəsindəki torpaq sahələrinin əvəzsiz olaraq onların mülkiyyətinə verilməsini, həm də qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilməsini birmənalı olaraq müəyyən etmişdir. Həmin Qanunun 12-ci maddəsinə əsasən sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər; 3) sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər; 4) sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş şəxslər; 5) bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər.
2. Torpaq payı almaq hüququ olanların siyahısı təsdiq edilənədək özbaşına zəbt etdikləri torpaqları geri qaytarmayan şəxslər həmin siyahıya daxil edilmirlər. Zəbt edilmiş torpaqlar qanunvericiliklə müəyyən edilən qaydada geri qaytarılır. Torpaq islahatı aparılan zamanı qüvvədə olmuş, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilən “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin torpaqlarının özəlləşdirilməsi (xüsusi hallar nəzərə alınmaqla) haqqında” Əsasnamə: ...
2. Yerli aqrar islahatı komissiyası dövlət yerquruluşu xidməti ilə birlikdə təsərrüfatın ərazisində dövlət mülkiyyətində saxlanılacaq, bələdiyyə mülkiyyətinə veriləcək və özəlləşdiriləcək torpaqları yer üzərində (naturada) müəyyənləşdirir.
3. Yerli aqrar islahatı komissiyası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin orqanları ilə birlikdə təsərrüfat üzrə torpaq payı almaq hüququ olan subyektlərin sayını və hər bir subyektə düşən orta torpaq payının ölçüsünü müəyyən edir.
4. Torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir.
5. Bu Əsasnamənin 2-ci və 3-cü bəndlərində göstərilən işlər başa çatdırıldıqdan sonra qanunvericiliyə müvafiq təsdiq edilmiş kompleks yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları yer üzərində (naturada) torpaq sahələrini ayırır, püşkatma yolu ilə vətəndaşlar arasında müəyyənləşdirir və torpağa mülkiyyət və istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər hazırlayır və vətəndaşlara verir. Bu sənədlər Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsində qeydiyyatdan keçirilir və vətəndaşlara təqdim olunur. Yuxarıda qeyd olunmuş normaların məzmunundan göründüyü kimi, yerli aqrar islahatı komissiyası dövlət yerquruluşu xidməti ilə birlikdə ilk öncə təsərrüfat üzrə torpaq payı almaq hüququ olan subyektlərin sayını və hər bir subyektə düşən orta torpaq payının ölçüsünü müəyyən etmişdir. Məhz həmin siyahı tərtib edildikdən sonra, kompleks yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları yer üzərində (naturada) torpaq sahələrinin ayrılmasını, torpağa mülkiyyət və istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər hazırlanmasını həyata keçirmiş, hazırlanmış sənədləri vətəndaşlara təqdim etmişlər. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı X3 adı qeyd olunmadan ünvan 1 ünvanında yerləşən 0,03 ha həyətyanı torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun (X4, X27, X11, X20, X22 və X13 ilə birlikdə) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına, çıxarışın və plan-ölçü sənədinin verilməsinə nail olmaqdır. Sözügedən torpaq sahəsinə dair X1 adına tərtib edilən **********1328 kadastr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü" sənədi tərtib edilmiş və əsas olaraq Ucar rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 20 saylı qərarına istinad edilmişdir. Bununla belə torpaq sahəsinin ayrılması nəzərdə tutulan subyektlər siyahısında iddiaçının ailə üzvlərinə aid olmayan “X28” qızının adı qeyd edilmişdir. Sözügedən şəxs subyektlər siyahısında qeyd olmasına baxmayaraq, əslində iddiaçının belə bir ailə üzvü olmamışdır. İş materialları ilə müəyyən edilir ki, Kifayət Məmmədova xx.xx.1955-ci il təvəllüdlü olmaqla Qəbələ şəhəri İ.Qayıbov küçəsi ev 51 ünvanında qeydiyyatda olmuşdur. X23 və X7 övladları X16, X21 və X8 ibarət olmaqla 1988-1995-ci illərdə doğulmuşlar. Göründüyü kimi xx.xx.1963-cü il təvəllüdlü X23 və xx.xx.1963-cü il təvəllüdlü X7 “Kifayət” adlı övladı olmamış və təqdim edilən “X28” qızı barəsində məlumatlar xx.xx.1955-ci il təvəllüdlü şəxsə aiddir. Hazırkı işdə şəxsiyyətinin müəyyən edilməsi mümkün olmayan “X28” qızının adının subyektlər siyahısında olması iddiaçının sözügedən torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına mane olmamalıdır. Məhkəmə tərəfindən iddia olunan torpaq sahəsinə dair cavabdeh orqandan mütəxəssis əldə edilmiş, müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarına əsasən yaşayış məntəqələrinin torpaqlarına aiddir. Ucar rayonu Ucar yaşayış məntəqəsi ərazisində aparılan xüsusi, bələdiyyə və dövlət mülkiyyətinə verilən torpaqların planında göstərilən torpaq sahələri ilə bağlı adlı siyahıda 1462 nömrə İddiaçı və ailə üzvlərinin adı qarşısında qeyd edilmişdir. X1 adına tərtib edilən **********1328 kadastr nömrəli 'Torpaq sahəsinin planı və ölçüsü" (blank nömrəsi 014810) sənədində göstərilən 0,03 ha torpaq sahəsinin koordinatları fərqli əraziyə düşsədə, konfiqurasiya və yerləşmə sxeminə görə baxış zamanı iddiaçının naturada göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi, üzərində fərdi yaşayış evi və yardımçı tikililər mövcud olan 0.03 ha torpaq sahəsi eyni torpaq sahəsidir. Odur ki, məhkəmə Kifayət Məmmədovanın adının subyektlər siyahısına texniki səhv nəticəsində daxil edilməsi və həmin şəxsin adı qeyd olunmadan iddiaçının sözügedən torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı tələbinin əsaslı olması qənaətinə gəlir. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə araşdırması zamanı iddiaçının torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan əsaslardan heç biri müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X42 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə X3 adı qeyd olunmadan ünvan 1 ünvanında yerləşən 0,03 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı ümumibirgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.