Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-21/2024 20.11.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı ərazi idarəsinə qarşı “Azərbaycan Respublikası Ağsu rayonu N.Nərimanov adına kolxozun aqrar islahat komissiyası tərəfindən İddiaçı satılan 1972-ci ildə tikilmiş anbar binası və 1988-ci ildə tikilmiş 200 başlıq mal tövləsinə iddiaçının mülkiyyət hüququnun tanınması və mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Azərbaycan Respublikası Ağsu rayonu N.Nərimanov adına kolxozun aqrar islahat komissiyası tərəfindən İddiaçı satılan 1972-ci ildə tikilmiş anbar binası və 1988-ci ildə tikilmiş 200 başlıq mal tövləsinə iddiaçının mülkiyyət hüququnun tanınması və mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-236/2023 nömrəli qərardadı ilə Ağsu rayonu Ərəbmehdibəy Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-236/2023 nömrəli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. İddiaçı iddiasının onunla əsaslandırmışdır ki, Ağsu rayonu, Ərəbmehdibəy kəndi ərazisində yerləşən və Azərbaycan Respublikası Ağsu rayonu N.Nərimanov adına kolxozun aqrar islahat komissiyasının balansında olan 1972-ci ildə tikilmiş anbar binasının və 1988-ci ildə tikilmiş 200 başlıq mal tövləsinin komissiya tərəfindən İddiaçı satılmışdır. İddiaçı həmin tövlə binaların mülkiyyətçisi kimi tanınmaq üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə (bundan sonra Cavabdeh) müraciət etsə də, cavabdeh iddiaçının mülkiyyət hüququnu tanımaqdan imtina etmişdir. Cavabdeh iddiaya qarşı münasibətində bildirməmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:
1. cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir.
2. xx.xx.1999-cu il tarixli 14 nömrəli ödəniş qəbzinin təsdiq edilmiş surəti;
3. xx.xx.1999-cu il tarixli 17 nömrəli ödəniş qəbzinin təsdiq edilmiş surəti;
4. Ərəbmehdibəy yerli Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 11 nömrəli protokolunun surəti.
5. Ərəbmehdibəy kənd yerli Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 12 nömrəli protokolunun surəti.
6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli **********42 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, İddiaçı iddia etdiyi qeyri-yaşayış binaları naturada mövcuddur və qeyri-yaşayış sahələrinin koordinatları müəyyən edilmişdir. İddiaçı naturada göstərdiyi qeyri-yaşayış tikililəri (anbar binası və ferma tikililəri) köhnə tikintiləridir və bərpa-rekonstruksiya işlərinin aparılması müşahidə olunmadı. İddiaçı naturada göstərdiyi qeyri-yaşayış tikililəri iki ərazidə yerləşir ki, bunlardan biri anbar tikintisi, digəri isə ferma tikintisidir. Hər iki qeyri- yaşayış tikilisi Ərəbmehdibəy bələdiyyəsinin mülkiyyəti olmaqla faktiki istifadəçisi İddiaçıdur. Elektron baza məlumatlarına əsasən qeyri-yaşayış tikilisi olan anbar binası yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olmaqla ictimai tikinti altı torpaqlarıdır və kəndin hüdudları daxilində yerləşir. Elektron baza məlumatlarına əsasən qeyri-yaşayış tikilisi olan ferma binaları kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasında yerləşməklə örüş (şoran) torpaqlarıdır və iddia olunan anbar binasından 2350 m aralı məsafədə verləsir. Naturada aparılmış çöl-ölçmə işləri və kameral araşdırma nəticəsində tərtib olunmuş plan-sxem əlavə olunur.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/2807 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı iddia etdiyi qeyri-yaşayış binaları naturada mövcuddur və qeyri-yaşayış sahələrinin koordinatları müəyyən edilmişdir.İddiaçı naturada göstərdiyi qeyri-yaşayış tikililəri (anbar binası və ferma tikililəri) köhnə tikintiləridir və bərpa-rekonstruksiya işlərinin aparılması müşahidə olunmadı. İddiaçı naturada göstərdiyi qeyri-yaşayış tikililəri iki ərazidə yerləşir ki, bunlardan biri anbar tikintisi, digəri isə ferma tikintisidir. Hər iki qeyri- yaşayış tikilisi Ərəbmehdibəy bələdiyyəsinin mülkiyyəti olmaqla faktiki istifadəçisi İddiaçıdur. Elektron baza məlumatlarına əsasən qeyri-yaşayış tikintisi olan anbar binası yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olmaqla ictimai tikinti altı torpaqlarıdır və kəndin hüdudları daxilində yerləşir. Elektron baza məlumatlarına əsasən qeyri-yaşayış tikilisi olan ferma binaları kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasında yerləşməklə örüş (şoran) torpaqlarıdır və iddia olunan anbar binasından 2350 m aralı məsafədə yerləşir. Eyni zamanda Ağsu rayonu, Ərəbmehdibəyli kəndi ərazisində yerləşən tövlə və Ağsu rayonu N.Nərimanov adlna kolxozun aqrar islahat komisiyasının balasında olan 1972-ci ildə tikilmiş anbar binası və 1988-ci ildə tikilmiş 200 başılıq mal tövləsinin komissiyası tərəfindən İddiaçı satılmışdır. Baxış zamanı aparılmış ölçü işlərinə əsasən, təqdim olunmuş anbar tikilisinin eni 12.3 metr, uzunluğu 34.5 metr divarların hündürlüyü 3.4 metr, tövlə binasının eni 21 metr, uzunluğu 72 metr divarların hündürlüyü 3.4 metr təşkil etdiyi müəyyən olunmuşdur. Anbar binasının divarları mişar daşı ilə hörülmüş, damın altı taxta konstruksiya ilə yığılmış, üzərinə asbest şifer vurulmuşdur. Tövlə binasının dəmir beton konstrukruksiya ilə yığılaraq aralrı mişar daşı ilə hörülmüş, damın altı taxta reyka ilə yığılmış, üzərinə asbest şifer vurulmuşdur. Qərardadın birinci və ikinci suallarında iddia olunan tikililər 1972-ci ildə tikilmiş anbar binası və 1988-ci ildə tikilmiş 200 başlıq mal tövləsi naturada mövcud olubolmamasını və iddia olunan qeyri-yaşayış binalarının faktiki vəziyyətdə ölçüləri nədən ibarət olmasını müəyyən etmək tələb olunmuşdur. Bununla əlaqədar olaraq qeyd olunur ki, Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin tərtib etdiyi mütəxəssis rəyinə və baxış zamanı əldə olunmuş məlumatlara əsasən. Ağsu rayonu, Ərəbmehdibəyli kəndi ərazisində yerləşən 12.3metr enində, 34.5metr uzunluğunda anbar binası, 21 metr enində, 72 metr uzunluğunda tövlə binası naturada mövcuddur. Qərardadın 3-cü və 4-cü sualları ilə bağlı qeyd olunur ki, cavabdehin mütəxəssis rəyinə əsasən iddia olunan qeyriyaşayış binalarının, yəni iddiaçının naturada göstərdiyi qeyri-yaşayış tikililəri köhnə tikililəridir və bərpa-rekonstruksiya işlərinin aparılması müşahidə olunmadı. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin tərtib etdiyi mütəxəssis rəyinə və baxış zamanı əldə olunmuş məlumatlara əsasən. Ağsu rayonu. Ərəbmehdibəyli kəndi ərazisində yerləşən 12.3 metr enində, 34.5 metr uzunluğunda anbar binası 21 metr enində, 72.0 metr uzunluğunda tövlə binası naturada mövcuddur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin tərtib etdiyi mütəxəssis rəyinə əsasən, iddia olunan qeyri-yaşayış binalarının, yəni iddiaçının naturada göstərdiyi qeyri- yaşayış tikililəri (anbar binası və ferma tikililəri köhnə tikililəridir və bərpa rekonstruksiya işlərinin aparılması müşahidə olunmadı.
Əsaslandırma hissəsi:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır.Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən islahatın obyektləri sovxoz və kolxozların istifadəsində (balansında) olan torpaqlar və əmlakdır. Sovxoz və kolxozların daimi işçiləri və üzvləri, sovxoz və kolxozdan pensiyaya çıxmış şəxslər, müddətli hərbi xidmətə çağırılmış və seçkili dövlət orqanlarının tərkibinə seçilmiş sovxoz və kolxozda işləmiş şəxslər sovxoz və ya kolxozun əmlakından pay almaq hüququ olan subyektlərdir. Sovxoz və kolxozların əmlakından tələbi olan fiziki və hüquqi şəxslərin, digər subyektlərin dairəsi, hüquq və vəzifələri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tənzimlənir. Torpaq islahatının aparılması Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə tənzimlənir. Həmin Qanunun 9-cu maddəsinin 3, 4, 5-ci bəndlərinə əsasən əmlakın xüsusi mülkiyyətə verilməsi üçün fərdi əmlak payları müəyyənləşdirilir. Pay almaq hüququ olan şəxslərin qərarı ilə əmlak payı naturada fərdi və ya birgə sahibkarlığa əsaslanan xüsusi mülkiyyətə verilir. Əmlak payının naturada verilməsi mümkün olmadıqda onun dəyəri ödənilir. Həmin Qanunun 11-ci maddəsinə əsasən sovxozlarda və digər dövlət kənd təsərrüfatı istehsalı müəssisələrində əmlak payı aşağıdakı qaydada Müəyyənləşdirilir: əmlak inventarlaşdırılır və qiymətləndirilir; müəssisənin debitor və kreditorlarla haqq-hesabı aparılır və əmək haqqı üzrə borclar. ödənilir; əmlakdan pay almaq hüququ olan şəxslərin siyahısı müəyyənləşdirilir; müəssisənin əmlakında bölünməyən və bölünən hissələr müəyyənləşdirilir. Ümumi istifadəsi zəruri hesab edilən əmlak bölünməyən, yerdə qalan əmlak bölünən əmlaka aiddir; əmlak payları əmək fəaliyyəti nəzərə alınmaqla müəyyənləşdirilir və mülkiyyətçilərə verilir. Əmlakın bölünməsi, satılması və bələdiyyə mülkiyyətinə verilməsi qaydalarını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası hazırlayır və Azərbaycan Respublikası Prezidenti təsdiq edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Cavabdeh tərəfindən imtinanın dəlili olaraq protokollara əsasən mülkiyyətə verilmiş qeyri-yaşayış binalarının qiymətləndirilməsi və inventarlaşdırılmasının aparılmaması qeyd edilmişdir. Həmin dəlilə münasibətdə məhkəmə qeyd edir ki,iddia olunan əmlakların əmlak inventarlaşdırılır və qiymətləndirilməsinin hansı qaydada həyat keçirilməsi iş materiallarına əsasən müəyyən edilməsə də Ərəbmehdibəy yerli Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 11 nömrəli protokolunun surətindən görünür ki,tövlənin dəyəri ******* manat qeyd edilmişdir.İddiaçı tərəfindən təqdim edilən xx.xx.1999-cu il tarixli 14 nömrəli ödəniş qəbzin surətindən görünür ki,həmin məbləğ ödənilmişdir. Eyni qaydada Ərəbmehdibəy kənd yerli Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 12 nömrəli protokoluna əsasən anbar binasının ******* manat qiymətləndirilmiş dəyəri xx.xx.1999-cu il tarixli təsdiq edilmiş qəbzə əsasən ödənilmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İddiaçı ərizə verərək, məhkəmə xərcinin ona aid edilməsini xahiş etdiyi üçün mütəxəssis rəyinin verilməsinə çəkilən xərc ona aid edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinin üzərinə iddiaçıya Ağsu rayon Ərəbmehdibəy yerli Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 11 nömrəli protokolunun qərarına əsasən satılan 1988-ci ildə tikilmiş iki yüz başlıq mal tövləsi və Ağsu rayon Ərəbmehdibəy kənd yerli Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 12 nömrəli protokolunun qərarına əsasən satılan 1972-ci ildə tikilmiş anbar binası üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə