Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-2100/2023 26.07.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsində onun ƏDV məqsədləri üçün qeydiyyatının qüvvəyə minmə tarixinin xx.xx.2023-cü il tarixdən müəyyən edilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq və şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsində onun ƏDV məqsədləri üçün qeydiyyatının qüvvəyə minmə tarixinin xx.xx.2023-cü il tarixdən müəyyən edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx.xx.2023-cü il tarixdə könüllü qaydada əlavə dəyər vergisi (ƏDV) uçotuna alınma barədə ərizə ilə 11 saylı Ərazi Vergiİər Baş İdarəsinə elektron ərizə ilə müraciət etmişdir. Ərizəsində texniki səhvə yol verərək, “xx.xx.2023-cü il əvəzinə xx.xx.2023-cü il tarixdən" qeyd etmişdir. Lakin elə həmin anda, həmin tarixdə, yəni bir gün belə keçmədən iddiaçı məktubla rəsmi qaydada müraciət etmişdir ki, həmin ərizəsini baxılmamış saxlasınlar. Lakin vergi orqanından cavab gəlmədiyi üçün bir gün sonra, yəni xx.xx.2023-cü ildə yenidən məktub yazıb ərizəsində texniki səhvə yol verdiyini və ƏDV qeydiyyatının xx.xx.2023-cü ildən hesablanmasını xahiş etmişdir. Cavabdeh isə bildirmişdir ki, Vergi Məcəlləsində ƏDV-nin məqsədləri üçün qeydiyyatın qüvvəyə minmə tarixinin sonrakı tarixə dəyişdirilməsi ilə bağlı hər hansı bir müddəa nəzərdə tutulmamışdır. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı, iddiaçının nümayəndəsi və vəkili və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə tərəflərin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2023-cü il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq qeyd etmişdir ki, cavabdehin xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbindəki mübahisə öz həllini tapmış, bununla da iddia tələbi təmin olunmuş və işin mahiyyəti üzrə mübahisə artıq mövcud deyil. Vəkil qeyd olunanlara əsasən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin təqdim etdiyi ərizəni iş materialları ilə birgə araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğu və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığı üçün iş üzrə icraata xitam verilməlidir. Belə ki, mübahisə predmeti ortadan qalxmış, cavabdeh iddiaçının tələbinə uyğun hərəkət etmiş və müvafiq tədbirlər görmüşdür. İş materiallarında olan iddiaçının nümayəndəsi və vəkilinin məhkəməyə təqdim etdiyi ərizədən də göründüyü kimi iddia tələbi cavabdeh tərəfindən təmin edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Məcəllənin 67.3-cü maddəsinə görə, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsində onun ƏDV məqsədləri üçün qeydiyyatının qüvvəyə minmə tarixinin xx.xx.2023-cü il tarixdən müəyyən edilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə.
Məhkəmə qərarları › İş №2-1(116)-2100/2023
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-2100/2023
26.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver