Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2106/2025 17.07.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X31 Günel Soltan qızının sədrliyi, məhkəmə iclasının katibi Məmmədağayeva Səidə Nadir qızının katibliyi, İddiaçı, iddiaçının vəkili (nümayəndəsi) Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı doğum haqqında akt qeydində uşaq qrafasında doğum tarixinin “xx.xx.1959-cu il” kimi və valideyn haqqında məlumatlar qrafasında ata haqqında məlumatda soyadı Qarayev, adı İsrayıl, ata adı Atakişi, milliyətinin azərbaycanlı kimi qeyd olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: I. İŞİN HALLARİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək doğum akt qeydində düzəliş edilərək soyadının “Qarayeva”, adının “Lətafət”, ata adının “İsrayıl”, ana adının “Güllü”, doğum tarixinin “xx.xx.1959-cu il” kimi qeyd edilməsi və ona yeni doğum haqqında şəhadətnamə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini dəqiqləşdirərək, doğum haqqında akt qeydində uşaq qrafasında doğum tarixinin “25.*3.1959-cu il tarixdən xx.xx.1959-cu ilə düzəliş edilməsi və valideyn haqqında məlumatlar qrafasında ata haqqında məlumatda soyadı Qarayev, adı İsrayil, ata adı Atakişi, milliyətinin azərbaycanlı kimi qeyd olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 17.*7.2*25-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi baradə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, o, xx.xx.1959-cu ildə Yevlax rayonu, Havarlı kəndində anadan olmuş, X6, anası X11r. Valideynləri 13 noyabr 1959-cu ildə nikahlarını rəsmiləşdirmiş, həmin nikahdan X16, X2*, X12 və X14 adlı bacıları və X27 adında qardaşı vardır. O, doğum haqqında şəhadətnaməsini itirdiyi və yenisini almaq üçün Cavabdehnə müraciət etmiş, lakin adıçəkilən qurum adına tərtib edilmiş akt qeydində doğum tarixinin şəxsiyyət vəsiqəsində qeyd edilən xx.xx.1959-cu il kimi deyil, 25.*3.1959-cu il kimi göstərildiyini əsas gətirərək bu cür ziddiyyətli vəziyyətdə ona yeni şəhadətnamə verməkdən imtina etmiş, məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh orqan iddia tələbinə münasibətində bildirmişdir ki, iddiaçı əsaslı bir sənəd təqdim edə bilmədiyindən qeydiyyat şöbəsi tərəfindən onun müraciətinə imtina cavabı verilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: İddiaçı və iddiaçının vəkili (nümayəndəsi) iddia tələbinin təmin olunmasını xahiş etdilər. Cavabdeh orqanın nümayəndəsi iddia tələbinin təmin edilməsinə etiraz etmədiklərini bildirdilər. II. TƏTBİQ EDİLƏN HÜQUQ: «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər ttərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsbedən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 2.2.3.İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 68.1. Mməhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2**1-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəalar: Bənd 1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Bənd 4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ... - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. Bənd 5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Bənd 13. Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Bənd 14. İtmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. III. MƏHKƏMƏNİN MÖVQEYİ İddianın növü və mümkünlüyü. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddianın əsaslılığı: Məhkəmə hesab edir ki, iddia əsaslıdır. Belə ki, məhkəmə araşdırmasının predmetini təşkil edən: - cavabdehin 24.12.2*24-cü il tarixli məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən təqdim edilmiş *7.*1.2*25-ci il tarixli arayışdan görünür ki, Qarayev İsrail oğlu və X8 nikahı haqqında xx.xx.1959-cu il tarixdə 33 nömrəli akt qeyd tərtib edilmişdir. Nikah bağlandıqdan sonra ərə Qarayev, arvada İsmayılova soyadı verilmişdir. X1 19.*9.1981-ci ildə ölməsi ilə bağlı xitam verilmiş və ölüm *3.*1.1982-ci ildə Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. - AZ-İ seriyalı, 679952 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X17 ölümü akt qeydləri kitabında 23 nömrəsi ilə 12.*8.2*14-cü ildə qeydə alınmışdır. - АЗ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X2* *7.11.1968-ci il tarixdə doğulmuş, bu barədə xx.xx.1968-ci ildə 1*2 nömrə ilə doğum akt qeydində qeyd aparılmışdır. X4 kimi qeyd edilmişdir. - АЗ seriyalı, 3*6891 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X24 26.*9.1962-ci il tarixdə doğulmuş, bu barədə 11.1*.1962-ci ildə 129 nömrə ilə doğum akt qeydində qeyd aparılmışdır. - АЗ seriyalı, 686598 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X13 1*.1*.1964-cü il tarixdə doğulmuş, bu barədə 15.1*.1964-cü ildə 95 nömrə ilə doğum akt qeydində qeyd aparılmışdır. X4 kimi qeyd edilmişdir. - АZ-İİİ seriyalı, *91*65 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X1* 25.*2.1961-ci il tarixdə doğulmuş, bu barədə 15.*3.1961-ci ildə 39 nömrə ilə doğum akt qeydində qeyd aparılmışdır. X4 kimi qeyd edilmişdir. - АZ-İİ seriyalı, 87*389 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X16 *3.*7.1957-ci il tarixdə doğulmuş, bu barədə 18.*7.1957-ci ildə 6* nömrə ilə doğum akt qeydində qeyd aparılmışdır. X6 kimi qeyd edilmişdir. - AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu il tarixdə doğulmuşdur. - 1*3 nömrəli doğum haqqında akt qeydinin surətindən görünür ki, iddiaçının məlumatları rus dilində olmaqla uşaq haqqında məlumat qrafasında soyadı “Qarayeva”, adı “Lətafət”, ata adı “İsrayıl”, doğum tarixi əvvəlcə 25 mart 1959-cu il, daha sonra mart sözünün üzərində düzəliş edilərək 25 may 1959-cu il kimi qeyd edilmişdir. - Fərdi uçot kartoçkasının Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən təsdiqlənmiş surətindən görünür ki, qeydə alınan şəxs xx.xx.1959-cu il təvəllüdlü İddiaçı olmuş, X4 kimi qeyd edilmişdir. - 129 nömrəli doğum haqqında akt qeydinin surətindən görünür ki, X17 ata haqqında məlumat qrafasında X18 qeyd edilmişdir. - 39 nömrəli doğum haqqında akt qeydinin surətindən görünür ki, X3 ata haqqında məlumat qrafasında X18 qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2**1-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.
4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ... - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər.
5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. İstinad olunan “Əsas Müddəaların“ tələbləri baxımından vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün kifayət qədər əsasların olması və aidiyyəti şəxslər arasında mübahisənin olmaması müəyyən edilmişdir. Hazırkı iş üzrə aidiyyəti şəxslər arasında mübahisənin olması müəyyən edilmir. İddia tələbindən görünür ki, iddiaçının cavabdeh orqana qarşı 31.*8.1959-cu il tarixli 1*3 nömrəli doğum haqqında akt qeydinə düzəliş edilməsi ilə bağlı tələbləri aşağıdakılardan ibarətdir: - doğum tarixinin “xx.xx.1959-cu il”, - ata qrafasında soyadın “Qarayev”, - ata qrafasında adın “İsrayıl”, - ata qrafasında ata adının “Atakişi” -milliyətinin “azərbaycanlı” kimi qeyd edilməsi. Mübahisələndirilən doğum akt qeydində iddiaçının doğum tarixi 25 mart 1959-cu il kimi qeyd edilsə də, - AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir ki, İddiaçı xx.xx.1959-cu il tarixdə doğulmuşdur. Həmçinin fərdi uçot kartoçkasının təsdiqlənmiş surətindən görünür ki, qeydə alınan şəxs İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür. Fərdi uçot kartoçkasından o da müəyyən olunur ki, İddiaçı şəxsiyyət vəsiqəsi əvvəlki vəsiqə əsasında verilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanuna və həmin qanunun tətbiqi barədə 23.1*.2*13-cü il tarixli əsasnaməyə əsasən rəsmiləşdirilir. Qeyd olunan normativ aktlara müvafiq olaraq şəxsiyyət vəsiqəsi müvafiq orqanlar tərəfindən təqdim olunmuş rəsmi və hüquqi qüvvəyə malik sənədlər (o cümlədən doğum haqqında şəhadətnamə, vətəndaşlıq vəziyyəti aktları və digər dövlət qeydiyyat sənədləri) əsasında tərtib edilir. Bu baxımdan məhkəmə hesab edir ki, vətəndaşın şəxsiyyət vəsiqəsində əks olunmuş doğum tarixi aidiyyəti dövlət orqanı tərəfindən təqdim olunmuş və şəxsiyyətin identifikasiyası məqsədi ilə əsas götürülən etibarlı mənbəyə istinadən müəyyən edilib. Əgər doğum akt qeydində bu məlumatla uyğunsuzluq müşahidə edilibsə, məhkəmə hesab edir ki, bu vətəndaşın iradəsindən kənar texniki və ya qeydiyyat xətası ola bilər. Odur ki, şəxsiyyət vəsiqəsindəki doğum tarixi rəsmi əsaslara söykənərək və qanunvericiliyin tələblərinə uyğun surətdə tərtib olunduğuna görə düzgün hesab edilməli və akt qeydindəki məlumat ona uyğunlaşdırılmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş digər hallarından görünür ki, iddiaçının barəsində tərtib edilmiş 1*3 nömrəli akt qeydində ata qrafasında hər hansı məlumat qeyd edilməmişdir. İş materiallarına əlavə edilmiş yuxarıda adları çəkilən sənədlərdə (şəxsiyyət vəsiqəsi, nikah və ölüm haqqında arayış, bacı və qardaş barədə doğum haqqında şəhadətnamələrdə, digər VVAQ sənədlərində) iddiaçının ata adı, soyadı və ata babasının adı X5 ardıcıl və dəyişməz formada göstərilmişdir. İddiaçının hətta özünə aid 1*3 nömrəli doğum akt qeydində ata qrafasında məlumatlar qeyd olunmasa da, uşaq haqqında qrafada ata soyadı “Qarayev”, adı “İsrayıl” kimi qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, istinad olunan sənədlər dövlət qeydiyyatı orqanları tərəfindən tərtib edilmiş və hüquqi qüvvəyə malik sənədlərdir. Qanunvericiliyə əsasən belə sənədlərdə əks olunan məlumatlar düzgün hesab edilir və hüquqi sübut qüvvəsinə malikdir. Doğum akt qeydində iddiaçının ata haqqında məlumatın əks olunmaması texniki və ya prosedur xarakterli səbəblərlə bağlı olsa da, sonrakı dövrlərdə vətəndaşın hüquqi statusu və şəxsi identifikasiyası məhz yuxarıda sadalanan mötəbər sənədlər əsasında formalaşmışdır. Bu səbəbdən şəxsin ata haqqında məlumatları həmin sənədlərdə əks olunmuş formada –hüquqi baxımdan qəbul edilmiş və tanınmış məlumat hesab edilməli, onun hüquqi və vətəndaşlıq münasibətlərində tətbiqi təmin edilməlidir. Başqa sözlə, iddiaçının ata haqqında məlumatları “X18” kimi qəbul edilməlidir. Məhkəmə iddiaçının barəsində tərtib edilmiş 1*3 nömrəli doğum akt qeydində ata qrafasının boş qalmasını valideynlərinin nikahının onun doğumundan (xx.xx.1959) sonra, yəni xx.xx.1959-cu ildə qeydə alınması ilə əlaqədar olduğunu da istisna etmir. Məhkəmə qeyd edir ki, iddiaçının doğulduğu tarixdə valideynləri faktiki ər-arvad münasibətində olmuş, iddiaçının doğumundan qısa müddət sonra münasibətlərini rəsmiləşdirmişlər. Eyni zamanda yuxarıda sadalanan sənədlərə əsasən X9 iddiaçının atası olması istisna olunmur. Bundan əlavə, iş materiallarına əlavə edilmiş iddiaçının bacı və qardaşlarına aid doğum akt qeydlərindən görünür ki, atası haqqında məlumat qrafasında X9 milliyəti azərbaycanlı kimi qeyd edilmişdir. Beləliklə də, mübahisələndirilən doğum akt qeydinin tərtibi zamanı texniki xətalara yol verilmiş və düzəliş edilməsi tələb edilən qeydlərin düzgün olub-olmamasını müəyyən etmək üçün iddiaçı və onun ailə üzvləri barəsində tərtib edilmiş digər akt qeydləri və digər sənədlər mövcud olmuşdur. Müvafiq düzəlişlərin edilməsi üçün kifayət qədər əsaslar olmasına və aidiyyəti şəxslər arasında mübahisə olmamasına baxmayaraq, cavabdeh orqan əsassız olaraq müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə qeyd edir ki, müvafiq qeydiyyatın aparılmasında məqsəd vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sarasında doğumun qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquq müəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 11*.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. İddiaçı barəsində 31.*8.1959-cu il tarixində tərtib edilmiş 1*3 nömrəli doğum akt qeydində uşaq qrafasında doğum tarixi “xx.xx.1959-cu il”, valideynlər haqqında məlumat qrafasında ata haqqında məlumatda “soyadı Qarayev, adı İsrayıl, ata adı Atakişi, milliyəti qrafasında “azərbaycanlı” qeyd edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 3* (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 3* (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 3* (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: X35