Məhkəmə qərarları › İş №2-1(116)-2111/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2111/2023

24.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2111/2023 24.10.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi iddiaçının vəkili (nümayəndəsi) Vəkil, cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “iddiaçıya məxsus JN-818 KOD 40103018 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0.10 ha həyətyanı torpaq sahəsinin faktiki istifadəyə uyğun koordinatlarına düzəliş edilərək daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı “ünvan 1ində yerləşən İddiaçı məxsus JN-818 KOD 40103018 olan “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının 8148A planşet nömrəsində göstərilən hissəsinin JN-818 KOD 40103018 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə də göstərilən 0.10 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən hissələrdə ləğv edilməsi, JN-818 KOD 40103018 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə göstərilən 0.10 ha həyətyanı torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyetsrində qeydiyyata alınması və çıxarışın və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili (nümayəndəsi) xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “iddiaçıya məxsus JN-818 KOD 40103018 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0.10 ha həyətyanı torpaq sahəsinin faktiki istifadəyə uyğun koordinatlarına düzəliş edilərək daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolu ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiçdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sarıyev X3 rayonu Qazma kəndində yaşayır. Balakən rayonu Qazma kəndi keçmiş Moskva kolxozunun 16 aprel 1990-cı il tarixli 2 nömrəli ümumi iclas protokoluna əsasən İddiaçı 0.12 ha həyətyanı torpaq sahəsi verilmişdir. Balakən rayonu Qazma kəndində aparılan torpaq islahatı nəticəsində İddiaçı Balakən rayonu Aqrar İslahat komissiyasının 08 may 1998-ci il tarixli 06 saylı qərarı ilə 0.10 ha həyətyanı torpaq sahəsi, 0.28 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. Qeyd edilən 0.10 ha həyətyanı torpaq sahəsinə JN-818A KOD 40103018 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə, 0.28 ha torpaq sahəsinə JN-818 KOD 40103018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı hazırlanmış və verilmişdir. İddiaçı məxsus ünvan 1i ünvanında yerləşən 0,0999 ha həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarış və plan-ölçü sənədi ilə rəsmiləşdirilməsi barədə ərizə ilə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla bundan imtina emişdir. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, ərizəsinin icrası ilə bağlı aparılmış texniki inventarlaşdırma işləri, kadastr ekspertizası və daşınmaz əmlaka yerində baxış keçirilən zaman məlum olmuşdur ki, qeydiyyata alınması nəzərdə tutulan 0,0999 ha həyətyanı torpaq sahəsinin cizgiləri DWG xəritələrinə əsasən JN-818 nömrəli iddiaçıya məxsus “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” sənədinin cizgiləri ilə üst-üstə düşür. Bundan başqa, sözügedən torpaq sahəsi ərazi idarəsinin xidməti istifadəsində olan “Torpaqların elektron kadastr uçotu informasiya sistemi”ndə kənd təsərrüfatlı təyinatlı torpaqlar kimi qeyd olunmuşdur. Bu səbəbdən onun ərizəsinin icrası mümkün olmamış və bu barədə ona xx.xx.2023-cü il tarixli, 3-21-3-47/2-1267/2023 (**********67) nömrəli məktub göndərilmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Məhkəmə iclasında iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsi və iş materiallarına uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Respublika X6 filialının xx.xx.2022-ci il tarixli 923 nömrəli Arayışından görünür ki, Balakən rayonu Qazma kənd “Bakı” (Moskva) kolxozunun 1982-ci ilin “Qaytanlanmış torpaq” kitabına əsasən 1288-cı sırada X1 cəmi torpağı 010 olması qeyd edilmişdir. - JN-818 KOD 40103018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının təsdiqlənmiş surətindən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 08 may tarixli 06 nömrəli qərarı ilə X2 0.28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmışdır. - JN-818 KOD 40103018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 08 may tarixli 06 nömrəli qərarı ilə X2 0.10 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, iddiaçının naturada istifadə etdiyi torpaq sahəsi 0.28 ha olmaqla JN-818 KOD 40103018 olan “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” nın cizgisində göstərilən 0.12 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı əkin, JN-818A KOD 40103018 olan “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” yə əsasən verilmiş 0.10 torpaq sahəsi isə həyətyanı məqsədi üçün nəzərdə tutulmuşdur. İddiaçı JN-818 KOD 40103018 olan “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı"na və JN-818A KOD 40103018 olan “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə’’nin cizgisində olan torpaq sahələrinin mülkiyyətçisi və naturada istifadəçisi İddiaçıdur iddiaçının naturada istifadə etdiyi ərazinin yerləşmə vəziyyəti, JN-818 KOD 40103018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın cizgisində göstərilən 0.12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerləşmə vəziyyəti, JN-818A KOD 40103018 olan Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən verilmiş 0.10 həyətyanı məqsədi üçün nəzərdə tutulmuş torpaq sahəsinin yerləşmə vəziyyəti, ölçüləri, koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Faktiki istifadə olunan torpaq sahəsi JN-818 KOD 40103018 olan “Torpağa mülkiyyət huququna dair Dövlət Aktı" na və JN-818 KOD 40103018 olan “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” yə əsasən verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. JN-818 KOD 40103018 olan “ Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” na və JN- 818 KOD 40103018 olan "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” yə əsasən verilmiş torpaq sahəsi və faktiki istifadə olunan torpaq sahəsi başqa şəxslərin torpaq sahəsi ilə üst-üstə düşmür. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. İddia tələbi əsaslıdır. İPM-in 14.2-ci maddəsinə görə, inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasında göstərilmişdir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə əsasən həmin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək (3.0.8-ci bənd), vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifəsidir. Bu hallar qeydiyyat zamanı aşkar olunacağı təqdirdə isə xidmət vəzifələrini yerinə yetirməli və hüquqların dövlət qeydiyyatını torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına uyğun aparmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əmlak üzərində hüquqların qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əmlak üzərində hüquqların qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 05 fevral 2015-ci il tarixli 453 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydalarına əsasən torpaq sahələrinə dair sənədlərdəki məkan göstəriciləri ilə torpağın faktiki yerləşdiyi məkan göstəriciləri arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələrin işlənməsi nəzərdə tutulmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 13.11-ci maddəsində deyilir ki, dövlət reyestri kağız üzərində və elektron daşıyıcılarında aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron daşıyıcısındakı yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 5-ci bəndinə əsasən, torpaq üzərində mülkiyyət hüququna dair şəhadətnamə vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında mülkiyyət hüququnun qeydiyyatını həyata keçirən dövlət orqanı tərəfindən verilir. Həmin Qanunun 21-ci maddəsinin 4-cü abzasına əsasən, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər (nümunələri əlavə olunur) hazırlanır və 10 gün müddətində səlahiyyətli dövlət orqanlarında qeydiyyatdan keçirilir və həmin sənədlər müvafiq şəxslərə verilir. Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2010-cü il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması Qaydaları»təsdiq edilmiş və həmin Qaydaların 2.1-ci bəndində müəyyən olunmuşdur ki, daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsinin və aparılmasının prinsipləri aşağıdakılardır: 2.1.5. daşınmaz əmlakın vahid dövlət kadastrının kağız və elektron daşıyıcılarda aparılması. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. İddiaçının hüquqi marağı ona məxsus JN-818 KOD 40103018 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0.10 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq Çıxarış verilməsindən ibarətdir. İşin hallarına əsasən müəyyən edilir ki,aqrar islahat zamanı iddiaçının faktiki istifadəsində olan 0,10 ha torpaq sahəsi JN-818 KOD 40103018 “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” yə əsasən onun mülkiyyətinə verilmişdir. Həmçinin, JN- 818 KOD 40103018 olan “Torpağa mülkiyyət huququna dair Dövlət Aktı"na əsasən isə 0,28 ha pay torpağı iddiaçının mülkiyyətinə verilmişdir.Faktiki vəziyyətdə iddiaçının naturada istifadəsində 0,28 ha torpaq sahəsi vardır ki,Şəhadətnamədə göstərilə torpaq sahəsi ilə Dövlət Aktında göstərilən torpaq sahəsi eyni əraziyə işlənmişdir.Təqdim olunan mütəxəssis rəyindən göründüyü kimi Şəhadətnamənin koordinatları olan ərazidə fərdi yaşayış evi mövcuddur. Qeyd olunanlara əsasən iddia təmin edilməli, JN-818 KOD 40103018 saylı Dövlət Aktının JN-818 KOD 40103018 saylı Şəhadətnamə ilə üst-üstə düşən hissədə koordinatlarına düzəliş edilməklə iddiaçının faktiki istifadəsində olan 0,10 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə iddiaçıya məxsus JN-818 KOD 40103018 saylı Dövlət Aktının koordinatlarına düzəliş edilərək JN-818 KOD 40103018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə iddiaçının mülkiyyətinə verilmiş 0.10 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun faktiki istifadəyə uyğun qeydə alınaraq Çıxarış verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar