Məhkəmə qərarları › İş №2-1(116)-2118/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2118/2025

23.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2118/2025 23.12.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “iddiaçının doğulduğu tarixin 24 fevral 1935-ci il, nikahdan əvvəlki soyadının Əliyeva, adının Gül, atasının adının X4, anasının adının isə X1 göstərilməklə doğum haqqında akt qeydinin tərtib edilməsi və doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : İddiaçı cavabdehin üzərinə iddiaçının doğulduğu tarixin 24 fevral 1935-ci il, nikahdan əvvəlki soyadı Əliyeva, adının Gül, atasının adının X4, anasının adının isə X1 göstərilməklə doğum haqqında akt qeydinin tərtib edilməsi və doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı 17 fevral 1935-ci il tarixdə Qəbələ rayonun Həmzəlli kəndində doğulmuşdur. Hazırda yuxarıda qeyd etdiyi ünvanda pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayır. ünvan 2nda akt qeydi tərtib edilibedilməməsindən məlumatı yoxdur. Lakin Qəbələ rayon Polis şöbəsindən 11 sentyabr 2**5ci il tarixdə Seriya AZE ******** nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. Şəxsiyyət vəsiqəsində soyadı “Ağayeva” (ərinin soyadı olaraq) adı “Gül”, ata adı “Bəkir”, doğum tarixi isə xx.xx.1955-ci il göstərilmişdir. *3.*4.1967-ci il tarixdə X2 ilə rəsmi nikaha daxil olmuşdur. Cavabdeh 14 may 2*24-cü il tarixdə verdiyi AZ-T *62**2 nömrəli “Nikah haqqında şəhadətnamə”də nikah bağlanması haqqında akt qeydləri kitabında *6 nömrəsi ilə qeydə alınmış nikah zamanı iddiaçının doğum tarixi 25 fevral 1935-ci il olaraq qeyd edilmişdir. Şəxsiyyət vəsiqəsində isə qeyd olunan xx.xx.1955-ci il tarixi isə səhv olaraq göstərilmişdir Cavabdeh iddiaçının ərizəsinə münasibət bildirməmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırkı işə iddiaçının iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.

1. Cavabdehin 2*.12.2*24-cü il tarixli məktubundan görünür ki, iddiaçı ilkin olaraq inzibati orqana müraciət etmiş, tələbin icrasından imtina edilmişdir.

2. *62**2 nömrəli nikah haqqında şəhadətnamə;

3. Qəbələ rayon Polis Şöbəsinin *8.1*.2*25-ci il tarixli məktubu;

4. *3.*4.1967-ci il tarixli 6 nömrəli evlənmə aktının qeydi;

Əsaslandırma hissəsi:

Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçının hüquqi marağı İddiaçı doğum tarixinin 24 fevral 1935-ci il, soyadının (nikahdan əvvəlki) Əliyeva, adının Gül, ata adının X4, ana adının isə X1 qeyd edilərək barəsində doğum haqqında akt qeydinin tərtib edilməsi və doğum haqqında şəhadətnamənin verilməsindən ibarətdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki,iddiaçı *3.*4.1967-ci il tarixdə X2 ilə rəsmi nikaha daxil olmuşdur. Bu barədə həmin tarixli 6 saylı evlənmək aktı qeydində iddiaçının doğum tarixi 24.*2.1935-ci il kimi qeyd edilmişdir. İddiaçı doğum tarixinin həmin tarixə uyğun olaraq düzəldilməsini arzu edir. Məhkəmə hazırda iddiaçı barəsində tərtib edilmiş digər akt qeydlərinin mövcud olmamasını müəyyən etməklə bəarabər iddiaçının şəxsiyyət vəsiqəsində xx.xx.1955-ci il kimi göstərilən doğum tarixinin yanlış olması qənaətinə gəlir.Odur ki,iddiaçı barəsində yeganə mövcud olan sənəd nikah haqqında akt qeydidir.Həmin sənəd əsasında doğum haqqında akt qeydinin tərtib edilməsi cavabdehə həvalə edilməlidir. Məhkəmə aşağıdakı normaları işin hallarına tətbiq qedərək hesab edir ki, iddia əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2**3-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydası : Bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri (bundan sonra – müvafiq olaraq "Qeydiyyat şöbəsi", "konsulluq idarəsi, "icra hakimiyyətinin nümayəndəliyi") tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2**1-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.

4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ... - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər.

5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

Cavabdeh Azərbaycan Respublikası Cavabdeh üzərinə İddiaçı barəsində doğum tarixi “24 fevral 1935-ci il”, soyadı “Əliyeva”, adı “Gül”, ata adı “X4”, ana adı “X1” qeyd edilməklə doğum haqqında akt qeydinin tərtib edilməsi və iddiaçıya Doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 3* (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 3* (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 3* (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar