Məhkəmə qərarları › İş №2-1(116)-212/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-212/2021

23.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-212/2021 23.02.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Hacı-X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X9rşı “Şəki rayonu, Oxud kəndində yerləşən fərdi yaşayış evinin 0.12 ha torpaq sahəsi ilə birgə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X9rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Şəki rayonu, Oxud kəndində yerləşən fərdi yaşayış evinin 0.12 ha torpaq sahəsi ilə birgə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Dövlət Arxivinin Şəki filialı tərəfindən verilən arxiv arayışına əsasən mərhum anası X4 məxsus Oxud kəndi ərazisində yerləşən həyətyanı torpaq sahəsinə çıxarış verilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin araşdırma zamanı məlum olmuşdur ki, aqrar islahat aparılan zaman iddiaçının mərhum anasının dediklərinə əsasən səhvən həm Nabat Yusifovanın, həm də iddiaçının mərhum qardaşı X5 adına torpaq sahəsinə dair plan və ölçü sənədi tərtib edilmişdir. Bu səbəblə iddiaçının müraciəti təmin edilməmişdir. Cavabdeh inzibati orqan məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli **********41 nömrəli məktubda qeyd edir ki, xx xxxx 2020-ci il tarixdə İddiaçı mərhum anası X3 adına olan təsərrüfatbaşına kitabdan çıxarış və qeydiyyata alınmalı torpaq sahəsinin bələdiyyə tərəfindən təsdiqlənmiş sxemini təqdim etməklə Şəki rayonu, Oxud kəndində yerləşən fərdi yaşayış evinin qeydiyyata alınması üçün ərazi idarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2015-ci il tarixli, 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın fərdi yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair 2.3-cü bəndində kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış əsas olsa da, təqdim edilən sənədlərə əsasən aparılan araşdırma zamanı qeydiyyata alınmalı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə DTXK-nın Şəki rayon şöbəsi tərəfindən X6 adına verilmiş A № 342168 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin işləndiyi məlum olduğundan vətəndaşın ərizəsinin icrasında imtina edilmişdir. Məhkəmə iclasında iddiaçı özünün ayrıca torpaq sahəsinin olduğunu, mərhum qardaşı Şahinin ailəsinin Bakıda yaşadığını, torpaq sahəsinin plan-ölçü sənədində qeyd olunandan 6 sota yaxın artıq olduğunu bildirib iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə aşağıdakı hallara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan Dövlət Arxivinin Şəki filialının iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli 418 nömrəli arxiv arayışından müəyyən edilir ki, Şəki İHB-nın Oxud kəndi üzrə icra nümayəndəliyinin 1996-2000-ci illərin təsərrüfatbaşına kitabına əsasən X3 təsərrüfatında ailə başçısı olduğu, təsərrüfatda tək yaşaması, xx.xx.1999-cu ildə vəfat etməsi, təsərrüfatında adının üstündən xətt çəkilməsi və torpağın cəmi 1998-2000-ci illərdə 0.17, tikili altında isə 1998-2000-ci illərdə 0.01 olması qeyd edilmişdir. İş materiallarında olan 326352 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, X7 xx.xx.1999-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan A seriyalı 342168 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən müəyyən edilir ki, Şəki rayon AİK-nın xx.xx.1998-ci il tarixli 46 nömrəli qərarı ilə Şəki rayonu, Oxud kəndi ərazisində yerləşən 1698.61 kv.m həyətyanı torpaq sahəsi X6 mülkiyyətinə verilmişdir. İş materiallarında müəyyən olunur ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələb olunan torpaq sahəsinə Şəki rayonu AİK-nın xx xxxx 1998-ci il tarixli 46 saylı qərarı əsasında X6 adına A seriyalı 342168 nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuşdur. Nə qədər ki, qeyd olunan qərar və onun əsasında verilmiş sənəd qüvvədədir hazırki qeydiyyatın aparılması tələbinə baxılması mümkün deyil. Bundan başqa işdən görünür ki, iddiaçı A seriyalı 342168 nömrəli torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi ilə bağlı cavabdeh orqana müraciət etməmiş və cavabdeh orqan rəsmi olaraq imtina etməmişdir. Belə ki, iddianın xüsusi mümkünlük şərtlərindən biri ondan ibarətdir ki, iddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etsin, inzibati orqan onun müraciətinin təmin edilməsindən imtina etsin və ya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində onun müraciətini cavablandırmasın. İş üzrə iddiaçının torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi barədə cavabdeh inzibati orqana müraciət etməsi və sonuncunun bundan imtina etməsi barədə sübutlar iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X9rşı “Şəki rayonu, Oxud kəndində yerləşən fərdi yaşayış evinin 0.12 ha torpaq sahəsi ilə birgə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar