Məhkəmə qərarları › İş №2-1(116)-212/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-212/2024

10.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-212/2024 10.12.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Şirinova Rasimə Telman qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Kiçik Müəssisəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Qəbələ rayon XDS-in 03 sentyabr 1993-cü il tarixli 9 saylı qərarı əsasında Qəbələ rayonu Bum kəndi (Qaş üzümçülük sovxozu) ərazisindən ayrılmış, B seriyalı 000266 nömrəli torpağa mülkiyyət, sahiblik və daim istifadə hüququna dair Dövlət Aktında göstərilən 15 ha kənd təsərüfatı təyinatllı torpaq sahəsi üzərində İddiaçı KM-nın hüquqlarının qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayon XDS-in 03 sentyabr 1993-cü il tarixli 9 saylı qərarı əsasında Qəbələ rayonu Bum kəndi (Qaş üzümçülük sovxozu) ərazisindən ayrılmış, B seriyalı 000266 nömrəli torpağa mülkiyyət, sahiblik və daim istifadə hüququna dair Dövlət Aktında göstərilən 15 ha kənd təsərüfatı təyinatllı torpaq sahəsi üzərində İddiaçı KM-nın hüquqlarının qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Qəbələ rayon XDS-in 03 sentyabr 1993-cü il tarixli 9 saylı qərarı əsasında Qəbələ rayonu Bum kəndi (Qaş üzümçülük sovxozu) ərazisindən 15 hektar kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə İddiaçı KM-yə torpaq sahəsi ayrılmışdır. Sözügedən torpaq sahəsinə dair İddiaçı KM-nin adına B seriyalı 000266 nömrəli torpağa mülkiyyət, sahiblik və daimi istifadə huququna dair Dövlət aktı, eləcə də, torpaq sahəsinin yerquruluşu Planı verilmişdir. 16 avqust 1993-cu il tarixdə tərtib edilmiş və Qəbələ rayon XD Sovetinin sədri tərəfindən 20 avqust 1993-cü il tarixdə təsdiq edilmiş torpaq sahəsinin seçilməsi barədə aktdan görünür ki, rayon təsərrüfatlararası üzümçülük müəssisəsinin 15 hektar torpaq sahəsinin ayrılması barədə 01 iyun 1993-cü il tarixli 2 nömrəli qərarına əsasən müəssisənin ərazisinə baxış keçirilmiş və bir variantda «Qaş» sahəsində Qaraağac yanı sahəsində olan su anbarının Şimali-Qərbindən 480x315=15 hektar torpaq sahəsi ayrılmışdır. Ayrılmış sahənin relyefi düz olub dəmyə əkin sahəsidir. Sahədə kəsiləsi ağac və söküləsi tikili olmamışdır. Həmin torpaq sahəsi İddiaçı KM-yə ayrıldıqdan sonra, yəni 03 sentyabr 1993- cü il tarixdən hazırki vaxtadək sözügedən müəssisənin istifadəsində olmaqla, təyinatı uzrə istifadə edilir. Eyni zamanda, həmin torpaq sahəsinə görə vergilər vaxtında və tam şəkildə ödənilir. İddiaçı KM sözügedən torpaq sahəsi üzərində hüquqlarının dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, həmin müraciət araşdırılaraq 21 dekabr 2021-ci il tarixdə müraciətin təmin edilməsindən imtina olunmuşdur. İmtina onunla əsaslandırılmışdır ki, sənədlərin kadastr ekspertizası zamanı məlum olmuşdur ki, İddiaçı KM-yə verilmiş Torpağa mülkiyyət hüququna dair Dövlət aktı Ərazi İdarəsində mövcud olan elektron kadastr məlumat bazasında öz əksini tapmamış, Dövlət aktı Ərazi İdarəsinin arxivində və Dövlət aktlarının qeydiyyat kitablarında mövcud deyildir. Buna görə də, torpaq sahəsinin qeydiyyata alınmasının mümkün olmadığı bildirilmişdir. Göstərilən əsaslara görə cavabdeh orqanın imtinasını qanuni və əsaslı hesab etmirəm. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmuna uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz məktubunun məzmuna uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:

1. Cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir.

2. Qəbələ rayon XDS-nin 03 sentyabr 1993-cu il tarixli 9 saylı qərarının surəti.

3. B seriyalı 000266 nömrəli torpağa mülkiyyət, sahiblik və daimi istifadə huququna dair Dövlət aktının surəti.

4. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 21/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarının surəti.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 670/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarının surəti.

6. Torpaq sahəsinin seçilməsi barədə aktın surəti

7. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki,"xxxx" kiçik müəssisəsi (VÖEN **********) Qəbələ rayon İcra Hakimiyyətinin 25 may 1993-cü il tarixli 284 mömrəli sərəncamı dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 11 avqust 1995-ci il tarixdə 24852 nömrəli şəhadətnamə ilə təkrar qeydiyyatı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə X11 tərəfindən 27 may 2003-cü il tarixdə kiçik müəssisənin nizamnaməsinə edilmiş dəyişiklik dövlət qeydiyyatına alınmışdır. "TƏRLAN-3" KİÇİK MÜƏSSİSƏSİ (VÖEN **********) 21 aprel 2006-cı il tarixdə ********** nömrəli VÖEN-lə 10 saylı Ərazi Vergilər İdarəsində vergi uçotuna alınmışdır.

8. "xxxx" Kiçik Müəssisəsi firmasının Nizamnaməsindən 24852 nömrəli Dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti.

9. Qəbələ rayon Bum Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, "xxxx" Kiçik Müəssisəsinə əbələ rayon XDS-nin 03 sentyabr 1993-cu il tarixli 9 saylı qərarı ilə 15 ha torpaq sahəsi ayrılması barədə məlumat vardır. İddia olunan ərazidə Dövlət fondu torpaqları var. Qaş adlanan ərazidə "xxxx" Kiçik Müəssisəsi əkin biçin işləri ilə məşğuldur

10. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-42/2-6798/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, B seriyalı 000266 nömrəli “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Dövlət Aktı barədə DWG və TEKUİS bazasında məlumat mövcüd olmadığına görə yerləşmə vəziyyətinin müəyyən etmək mümkün deyildir. İddia olunan, faktiki naturada ölçülmüş 15,0 hektar torpaq sahəsinin TEKUİS bazasına əsasən kateqoriyası X6maqla mülkiyyəti növü Dövlət, uqodiyası əkindir. İddiaçı faktiki ölçülmüş torpaq sahəsindən istifadə etmir. B seriyalı 000266 nömrəli “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Dövlət Aktında göstərilən torpaq sahəsi barədə torpaq islahatına dair yerquruluşu xəritəsində (DWG) və X3 X4 (TEKUİS) məlumat mövcüd olmadığına görə iddia olunan torpaq sahəsi ilə üst-üstə düşməsini təyin etmək mümkün deyildir. İddia olunan, faktiki naturada ölçülmüş 15,0 hektar torpaq sahəsi digər subyektlərinin mülkiyyətinə verilmiş torpaq sahələri ilə üst-üstə düşmür.

11. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-42/2-6282/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyinə əlavədən görünür ki, B seriyalı 000266 nömrəli torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Dövlət Aktında 15 hektar torpaq sahəsinin koordinatlarını qeyd edilmədiyinə görə naturada yerini müəyyən etmək mümkün deyil. Naturada göstərilən torpaq sahəsinin TEKUİS bazasında yerləşmə vəziyyəti barədə yerquruluşu planı təqdim edilir. İddia olunan faktiki naturada ölçülmüş 15,0 hektar torpaq sahəsi X3 X5 (TEKUİS) əsasən Dövlət mülkiyyətində X6maqla uqodiyası əkindir. Naturada ölçülmüş 15,0 hektar torpaq sahəsinin koordinatları yerquruluşu planlanında göstərilmişdir. B seriyalı 000266 nömrəli “Torpağa mülkiyyət, sahiblik və daim istifadə hüququna dair Dövlət Aktında göstərilən 15,0 hektar torpaq sahəsi barədə elektron bazada məlumat olmadığına görə təyin edilmiş koordinatlarla üst-üstə düşməsini müəyyən etmək mümkün deyil. İddiaçının iddia etdiyi, faktiki naturada ölçülmüş torpaq sahəsi başqa şəxslərin mülkiyyətinə verilmiş torpaq sahələri ilə üst-üstə düşmür. İddia olunan torpaq sahəsinin yerləşmə vəziyyətinə dair izahlı ortofoto xəritəsindən çıxarış təqdim olunur.

Əsaslandırma hissəsi:

Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. Belə ki, iddiaçı cavabdeh orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsi və iddianın tələbə cavab verməli olan inzibati orqana yönəldilməsidir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunidir. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsassızdır. Bu səbəbdən də iddia təmin edilməməlidir. Hazırkı iddia ərizəsinə əsasən iddiaçının hüquqi marağı Qəbələ rayon XDS-in 03 sentyabr 1993-cü il tarixli 9 saylı qərarı əsasında Qəbələ rayonu Bum kəndi (Qaş üzümçülük sovxozu) ərazisindən ayrılmış, B seriyalı 000266 nömrəli torpağa mülkiyyət, sahiblik və daim istifadə hüququna dair Dövlət Aktında göstərilən 15 ha kənd təsərüfatı təyinatllı torpaq sahəsi üzərində İddiaçı kiçik müəssisəsinin daimi istifadə hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə nail olmaqdan ibarətdir. Məhkəmə tərəfindən tərəfindən iddia tələbi əsasında aşağıdakı məqamlar araşdırılmışdır. 1.İddia olunan torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədin mövcudluğu ; 2.iddia olunan torpaq sahəsi ilə ayrılan torpaq sahəsinin eyni olub-olmaması; Verilmiş sorğu əsasında iddia olunan torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd araşdırılmış,Dövlət Aktının arxiv nüsxəsi əldə edilmişdir.Həmin sənədlərə əlavə olunmuş sxemdən görünür ki,iddiaçının daimi istifadəsinə verilmiş torpaq sahəsinin ölçüsü 15 ha olmaqla müvafiq sxemlə ölçüləri göstərilmişdir.Daimi istifadəyə verilən torpaq sahəsi 300x500 ölçüdə olmaq 15 ha ərazini əhatə edir. Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-42/2- 6282/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyinə əlavədən görünür ki, B seriyalı 000266 nömrəli torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Dövlət Aktında 15 hektar torpaq sahəsinin koordinatlarını qeyd edilmədiyinə görə naturada yerini müəyyən etmək mümkün deyil. Naturada göstərilən torpaq sahəsinin TEKUİS bazasında yerləşmə vəziyyəti barədə yerquruluşu planı təqdim edilir. İddia olunan faktiki naturada ölçülmüş 15,0 hektar torpaq sahəsi X3 X5 (TEKUİS) əsasən Dövlət mülkiyyətində X6maqla uqodiyası əkindir. Naturada ölçülmüş 15,0 hektar torpaq sahəsinin koordinatları yerquruluşu planlanında göstərilmişdir. B seriyalı 000266 nömrəli “Torpağa mülkiyyət, sahiblik və daim istifadə hüququna dair Dövlət Aktında göstərilən 15,0 hektar torpaq sahəsi barədə elektron bazada məlumat olmadığına görə təyin edilmiş koordinatlarla üstüstə düşməsini müəyyən etmək mümkün deyil. İddiaçının iddia etdiyi, faktiki naturada ölçülmüş torpaq sahəsi başqa şəxslərin mülkiyyətinə verilmiş torpaq sahələri ilə üst-üstə düşmür. İddia olunan torpaq sahəsinin yerləşmə vəziyyətinə dair izahlı ortofoto xəritəsindən çıxarış təqdim olunur. Həmin rəyə əlavə edilən İddiaçı kiçik müəssisəsinə ayrılan torpaq sahəsinin Planından görünür ki,faktiki istifadə edilən torpaq sahəsinin ölçüsü və konfiqurasiyası ilkin sənəddə göstərilən tamamilə fərqlidir.Digər tərəfdən B seriyalı 000266 nömrəli Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Dövlət Aktında 15 hektar torpaq sahəsinin koordinatlarını qeyd edilmədiyi üçün naturada yerini müəyyən etmək mümkün olmamışdır. Hazırki iş üzrə mübahisəli torpaq sahəsinə hüquq 1993-cü ildə yarandığından məhkəmə hesab edir ki, hazırki mübahisəyə həmin vaxt qüvvədə olan Torpaq Məcəlləsinin müddəaları şamil edilməlidir. Belə ki, həmin Torpaq Məcəlləsinin 13-cü maddəsinə əsasən, torpaq sahələrinin istifadəyə verilməsi torpaq ayırma qaydası ilə həyata keçirilirdi. Həmin Məcəllənin 20-ci maddəsinə əsasən, rayon və şəhər X8 İcraiyyə Komitələrinin torpaq sahələrini istifadəyə vermək səlahiyyətləri var idi, 66-cı maddəsinə əsasən, həmin kənd təsərrüfatı təyinatlı torpaqları müddətsiz kənd təsərrüfatı üçün kolxozlara, sovxozlara, digər kənd təsərrüfatlarına verilirdi. Həmin Məcəllənin 23, 24 və 25-ci maddələrinə əsasən, torpaq sahələri naturada sahənin hüdudları müəyyən edilməklə verilirdi və torpaq istifadəçisinin hüquqları XDS İK tərəfindən verilmiş dövlət aktı ilə rəsmiləşdirilirdi. İddiaçıya məxsus hüquqmüəyyənedici sənəd mövcud olsa da üzərində daimi istifadə hüququnun qeydə alınması iddia olunan torpaq sahəsi ilkin sənəd əsasında ayrılan torpaq sahəsi ilə eyni deyildir.İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında hazırkı torpaq sahəsinin ona ayrıldığı vaxtdan sonra uzun müddət istifadə etdiyi torpaq sahəsi olmadığını,ərazidə baş vermiş dəyişiklik nəticəsində bir neçə ildir ki,hazırda istifadəsində olan torpaq sahəsindən istifadə etməli olduğunu bildirdi. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 4. Əvvəllər yaranmış hüquqların tanınması 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; (-). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında qeyd edilmişdir: “1) Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. 2) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə yuxarıda qeyd olunanlara yekun vuraraq qeyd edir ki,iddia olunan torpaq sahəsi ilə ilkin torpaqayrıma sənədində göstərilən torpaq sahəsi eynilik təşkil etmədyindən faktiki naturada göstərilən və iddia olunan torpaq sahəsi üzərində iddiaçının istifadə hüququnun qeydə alınmasından imtina etməkdə cavabdeh inzibati orqan haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı Kiçik Müəssisəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Qəbələ rayon XDS-in 03 sentyabr 1993-cü il tarixli 9 saylı qərarı əsasında Qəbələ rayonu Bum kəndi (Qaş üzümçülük sovxozu) ərazisindən ayrılmış, B seriyalı 000266 nömrəli torpağa mülkiyyət, sahiblik və daim istifadə hüququna dair Dövlət Aktında göstərilən 15 ha kənd təsərüfatı təyinatllı torpaq sahəsi üzərində İddiaçı KM-in hüquqlarının qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar