Məhkəmə qərarları › İş №2-1(116)-2123/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2123/2022

21.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2123/2022 21.11.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1970-ci ildən xx.xx.1974-cü il tarixədək X7 Kombinatında, həmçinin 1997-ci ildən 1998-ci ilə kimi Duzdaq Aqroservis İdarəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “xx.xx.1970-ci ildən xx.xx.1974-cü il tarixədək X7 Kombinatında, həmçinin 1997-ci ildən 1998-ci ilə kimi Duzdaq Aqroservis İdarəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, əmək kitabçasında qeyd edilmiş sosial sığorta stajını nəzərə almaqla, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan, iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı ildən xx.xx.2018-ci il tarixədək pensiya kapitalının qeydə alınmamasını, X4 filialının xx.xx.2022-ci il tarixli arxiv arayışına əsasən 1978-1998-illər ərzində əmək fəaliyyəti zamanı 1990-cı ildə 2 ay, 1991-ci ildə 5 ay, 1992-ci ildə 2 ay, 1993cü ildə 5 ay, 1994-cü ildə 3 ay, 1995-ci ildə 3 ay, 1996-cı ildə 7 ay, 1997-ci ildə 12 ay və 1998-ci ildə 7 ay sizə əməkhaqqı ödənilmədiyindən, ümumi sığorta stajının qanunla nəzərdə tutulan 25 il müddətdən az olmasını bildirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh orqan iddia tələbinə etirazını ilkin imtina məktubunun dəlillərinə uyğun əsaslandırmışdır. İddiaçı, məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi, məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********8 nömrəli məktubundan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixində pensiya yaşına çatmışdır. İddiaçının təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1970-ci il tarixindən xx.xx.1973-cü il tarixinədək, xx.xx.1973-cü il tarixindən xx.xx.1974-cü il tarixinədək, Azərbaycan Respublikası X4 filialının xx.xx.2022-cil il tarixli arxiv arayışına əsasən xx.xx.1978-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək, xx.xx.1993cü il tarixindən xx.xx.1994-cü il tarixinədək, xx.xx.1994-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək, xx.xx.1994-cü il tarixindən xx.xx.1995-ci il tarixinədək, xx.xx.1995-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək, xx.xx.1995-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək, xx.xx.1996-cı il tarixindən xx.xx.1996-cı il tarixinədək, 01,08.1998-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək əmək fəaliyyəti dövrləri olmaqla 23 il 7 ay 14 gün mübahisələndirilməyən sığorta stajı hesablanmışdır. Eyni zamanda sözügedən şəxsin xx.xx.2006-cı il tarixinədək 23 il 7 ay 14 gün sığorta stajına uyğun olaraq 19176,31 manat pensiya kapitalı pensiya yaşına çatdığı tarixdə qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır. İddiaçı xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Azərbaycan Respublikası X4 filialının xx.xx.2022-ci il tarixli arxiv arayışına əsasən İddiaçı işlədiyi sovxozun və Duzdaq Aqroservis İdarəsində xx.xx.1992-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək, xx.xx.1994-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək, xx.xx.1994-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək, xx.xx.1995-ci il tarixindən xx.xx.1995-ci il tarixədək, xx.xx.1995-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək, xx.xx.1996-cı il tarixindən xx.xx.1996-cı il tarixinədək, xx.xx.1996-cı il tarixindən xx.xx.1998-ci il tarixinədək, xx.xx.1998-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək adına əməkhaqqı hesablanmışdır. Qeyd edilən səbəbdən sözügedən dövrlər üzrə 3 il 3 ay mübahisələndirilən dövr kimi sığorta stajına daxil edilməmişdir. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası X4 filialının xx.xx.2022-ci il tarixli arxiv arayışından görünür ki: X7 kombinatının 23 fevral 1970-ci il tarixli 31 saylı əmrinə əsasən kombinatın toxucu sexinə şagird qəbul olunub. X7 kombinatının 07 sentyabr 1973-cü il tarixli 144 saylı əmrinə əsasən işdən azad olunub. Yevlax rayon 8 №-li Pambıqçılıq Sovxozunun 05 yanvar 1978-ci il tarixli 11 saylı əmri ilə sovxozun avtomaşın qarajına sürücü vəzifəsinə təyin olunub. Yevlax rayon 8 №-li Pambıqçılıq Sovxozunun 17 mart 1979-cu il tarixli 134 saylı əmri ilə növbəti məzuniyyətə buraxılıb. Yevlax rayon 8 №-X3 05 may 1980-ci il tarixli 217 saylı əmrinə əsasən 60 günlük hərbi xidmətdən qayıtdığı üçün 05 may 1980-cı il tarixdən öz işində hesab olunub. Yevlax rayon 8 №-li Pambıqçılıq Sovxozunun 08 avqust 1981-cu il tarixli 363 saylı əmri ilə növbəti məzuniyyətə buraxılıb. Yevlax rayon 8 №-li Pambıqçılıq Sovxozunun 24 sentyabr 1983-ci il tarixli 480 saylı əmri ilə sovxozun avtomaşınına sürücü keçirilib. Yevlax rayon 8 №-li Pambıqçılıq Sovxozunun 17 avqust 1985-ci il tarixli 353 saylı əmrinə əsasən pambıq yığımına kömək məqsədi ilə maşınlara mexanik təyin olunub. Yevlax rayon 8 №-li Pambıqçılıq Sovxozunun 28 may 1986-cı il tarixli 93 saylı əmrin 9-cu paraqrafına əsasən senaj daşıyan traktora traktorçu təyin olunub. Yevlax rayon 8 №-li Pambıqçılıq Sovxozunun 09 iyun 1986-cı il tarixli 99 saylı əmrin 5-ci paraqrafına əsasən taxıl biçimi ilə əlaqədar taxıl kombaynına kombaynçı keçirilib. Yevlax rayon 8 №-li Pambıqçılıq Sovxozunun 27 avqust 1987-ci il tarixli 125 saylı əmrilə pambıq yığan maşınlara sürücü mexanik keçirilib. Yevlax rayon 8 №-li Pambıqçılıq Sovxozunun 13 aprel 1988-ci il tarixli 68 saylı əmrinin 2-ci paraqrafına əsasən növbəti əmək məzuniyyətinə buraxılıb. Yevlax rayon 8 №-li Pambıqçılıq Sovxozunun 10 may 1988-ci il tarixli 86 saylı əmrinin 6-cı paraqrafına əsasən sovxozun yem biçən traktora traktorçu təyin olunmub. Yevlax rayon 8 №-li Pambıqçılıq Sovxozunun 14 oktyabr 1989-cu il tarixli 160 saylı əmri ilə növbətiəti əmək məzuniyyətinə buraxılıb. (3 №-li şöbə) Sovxozunun 02 yanvar 1990-cı il tarixli əmr 01 8№-li Pambıqçılıq Sovxozunun bazasında Səmədabad Pambıqçılıq sovxozuna sürücü keçirilib. Səmədabad Pambıqçılıq sovxozunun 30 may 1991-ci il tarixli 105 saylı əmrin 6-cı paraqrafına əsasən taxıl biçən kombayna kombaynçı təyin olunub. Səmədabad Pambıqçılıq sovxozunun 21 may 1992 -ci il tarixli 55 saylı əmrinə əsasən Səmədabad Pambıqçılıq sovxozundan azad olunub. X1 köçürülmə yolu ilə köçürülüb. Duzdaq Aqroservis idarəsinin 11 aprel 1997-ci il tarixli 9 saylı əmrinə əsasən servisə traktorçu qəbul olunub. Duzdaq Aqroservis idarəsinin 01 iyun 1997-ci il tarixli 14 saylı əmrinə əsasən taxıl biçini ilə əlaqədar kombaynçı keçirilib. Duzdaq Aqroservis idarəsinin 07 avqust 1998-ci il tarixli 34 saylı əmri ilə emalatxana müdiri təyin olunub. Duzdaq Aqroservis idarəsinin 01 noyabr 1998-ci il tarixli 12 saylı əmri ilə işdən azad olunmub. - xx.xx.1970-ci il tarixdə tərtib edilmiş əmək kitabçasına əsasən iddiaçının əmək fəaliyyəti müddəti aşağıdakı kimi olmuşdur: xx.xx.1970-xx.xx.1973, xx.xx.1973-xx.xx.1974, - H3 ******* nömrəli hərbi biletdən görünür ki, iddiaçı, xx.xx.1975-xx.xx.1977-ci illərdə hərbi xidmətdə olmuşdur. - 454739 Б №-li diplomdan görünür ki, xx.xx.1987- xx.xx.1987-ci illərdə texniki peşə təhsili almışdır. - AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı xx.xx.1957-ci ildə doğulmuşdur. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. İş materiallarından görünür ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı - sosial sığorta stajı nəzərə alınmaqla ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı ilin 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ qanunvericilikdə nəzərdə tutulmuş şərtlər ödənildiyi halda “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə müvafiq olaraq 65 yaşda, yəni xx.xx.2022-ci il tarixdə yaranır (iddiaçı xx.xx.1957-ci ildə doğulub). Məhkəmə qeyd edir ki, iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri olan pensiya kapitalına malik olmasa da, onun 25 ildən çox sosial sığorta stajı mövcuddur. Belə ki, iddiaçının Azərbaycan Respublikası X4 filialının xx.xx.2022-ci il tarixli arxiv arayışı, xx.xx.1970-ci il tarixdə tərtib edilmiş əmək kitabçası, H3 ******* nömrəli hərbi bileti və 454739 Б №-li diplomla 25 ildən artıq sosial sığorta stajının olması müəyyən edilir. Cavabdeh orqan iddiaçının sosial sığorta stajının 23 il 7 ay 14 gün müddətini mübahisələndirilməyən sığorta stajı olaraq qəbul edir. Mübahisələndirilən dövr 3 il 3 ay olmaqla iddiaçının işlədiyi sovxoz və Duzdaq Aqroservis İdarəsində xx.xx.1992-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək, xx.xx.1994-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək, xx.xx.1994-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək, xx.xx.1995-ci il tarixindən xx.xx.1995-ci il tarixədək, xx.xx.1995-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək, xx.xx.1996-cı il tarixindən xx.xx.1996-cı il tarixinədək, xx.xx.1996-cı il tarixindən xx.xx.1998-ci il tarixinədək, xx.xx.1998-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək olan müddətdir. Cavabdeh orqan sözgedən müddəti qəbul etməməsini həmin dövrdə iddiaçıya əmək haqqının ödənilməməsi ilə əsaslandırır. Məhkəmə cavabdeh orqanın həmin dəlilini əsassız hesab edir. Belə ki, xx.xx.2002ci ilədək olan dövrdə işçilər dövlət tərəfindən mütləq qaydada sosial sığorta ilə əhatə olunmalı olduqlarına görə həmin dövr üzrə işçilərin əmək fəaliyyəti ümumi iş stajına daxil edilməlidir. Yəni, iddiaçının həmin dövrə münasibətdə işə qəbul edildikdən sonra əmək haqqı alıb-almaması və ondan müvafiq qaydada sosial sığorta haqlarının ödənilibödənilməməsinin müəyyən edilməsi zərurəti yoxdur. İddiaçının mübahisələndirilən dövrdə sözügedən müəssisələrdə faktiki olaraq işləməsi işdə olan arxiv arayışı ilə birbaşa sübuta yetirildiyindən və bunun əksini sübut edən hər hansı mötəbər dəlillər cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilmədiyindən, məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı:

İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin Sosial Ödənişlərin X6 Filialının üzərinə İddiaçı xx.xx.1970-ci ildən xx.xx.1974-cü il tarixədək X7 Kombinatında, həmçinin 1997-ci ildən 1998-ci ilə kimi Duzdaq Aqroservis İdarəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar