Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2129/2025 30.05.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X7 Günel Soltan qızının sədrliyi, Məmmədağayeva Səidə Nadir qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: - o, 01 avqust 1986-cı il tarixdə Şəki şəhərində anadan olmuşdur. 2016-cı ildən etibarən “Şəki rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin təcili tibbi yardım şöbəsində sürücü vəzifəsində çalışır. 2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq müxtəlif silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutmuşdur. Bu hərbi təxribat nəticəsində mülki şəxslər və hərbçilər arasında ölən və yaralananlar olmuşdur. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin qorunması məqsədilə Silahlı Qüvvələr əks-hücum əməliyyatlarına başlamışdır. Buna əsasən, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X8 Ərazi Bölmələrini İdarəetmə Birliyinin "Şəki Rayon Mərkəzi Xəstəxanası"nın direktoru tərəfindən xx.xx.2020-ci il tarixli, 2623 nömrəli əmrlə o, xx.xx.2020-dən xx.xx.2020-dək Ağdam Rayon Mərkəzi Xəstəxanasına ezam olunmuşdur. O, qeyd olunan müddət ərzində ikinci Vətən müharibəsi zamanı Ağdam və Füzuli ərazilərində gedən döyüşlərdə iştirak edən əsgər, zabit və şəhidlərin Ağdam Rayon Mərkəzi Xəstəxanasına və X6 Mərkəzinə daşınmasında fəal iştirak etmişdir. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X8 Ərazi Bölmələrini İdarəetmə Birliyinin "Ağdam Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin xx.xx.2021-ci il tarixli, 24 nömrəli arayışında qeyd olunur ki, o, ikinci Vətən müharibəsi zamanı Ağdam ərazilərində gedən döyüşlərdə iştirak edən əsgər, zabit və şəhidlərin Ağdam Rayon Mərkəzi Xəstəxanasına daşınmasında iştirak edib. Beləliklə, iddiaçı döyüş bölgələrinə ezam olunaraq yaralı əsgərləri və şəhidləri döyüş bölgələrindən daşımaqla döyüş əməliyyatlarının təminatı ilə bağlı müvafiq tapşırıqları yerinə yetirmişdir. Ona məxsus AO ******* nömrəli Hərbi Bilet və digər sənədlərdən görünür ki, o, döyüş bölgələrinə ezam olunaraq yaralı əsgərlərin və şəhidlərin daşınmasında iştirak edib və döyüş əməliyyatlarının təminatı ilə bağlı müvafiq tapşırıqları yerinə yetirmiş, Hərbi əməliyyatlarda iştirakına görə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və X9 Birliyi tərəfindən Mİ №010229 nömrəli vəsiqə verilmişdir. Bütün göstərilənlər işin mübahisəsiz faktı olmaqla, təqdim edilən bütün sənədlərlə tam təsdiqlənmişdir. Daha sonra o, “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə ərizə ilə müraciət etmişdir. Lakin, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən ona göndərilmiş 24 may 2022ci il tarixli, ***-**** nömrəli məktubda bildirilmişdir ki, o, Müdafiə Nazirliyinin döyüş əməliyyatları aparan hərbi hissələrinin tərkibində xidmət etmədiyindən və Müdafiə Nazirliyində çalışmadığından, “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina olunmuşdur. O bu imtina ilə razılaşmır, və bildirir ki, təqdim etdiyi bütün sənədlər onun müharibə zamanı döyüş əməliyyatlarında iştirakını tam şəkildə təsdiqləyir. Cavabdeh inzibati orqan iddia tələbinə münasibətini aşağıdakı kimi bildirmişdir: - “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Müharibə veteranı adı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi bu inzibati işdə cavabdeh kimi göstərilə bilməz. Çünki, İddiaçı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi arasında hərhansı rəsmi əmək (xidməti) münasibəti olmadığına görə Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçıya Müharibə veteranı adı və müvafiq veteran vəsiqəsinin verilməsi üçün sənədləri Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş edilmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh orqanın nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Məhkəmə iclasında iddiaçı və onun vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - Mİ 010229 nömrəli xx.xx.2021-ci il tarixli Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri bilriyinin vəsiqəsindən görünür ki, iddiaçı müharibə iştirakçısıdır. - Şəki Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin xx.xx.2020-ci il tarixli 2623 nömrəli əmrindən çıxarışdan və xx.xx.2020-ci il tarixli ezamiyyə vərəqəsindən görünür ki, Ağdam Rayon Mərkəzi Xəstəxanasına xəstə daşımaq məqsədi ilə Şəki Rayon Mərkəzi Xəstəxanası Təcili və X4 X2 Əhməd Tahir oğlu xx.xx.2020 il tarixdən xx.xx.2020 il tarixədək Ağdam şəhərinə ezam edilmişdir. - AO0678395 nömrəli hərbi biletdən və Ağdam rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 279 nömrəli arayışlarından görünür ki, iddiaçı ikinci vətən müharibəsi uğrunda xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi Ağdam ərazilərində gedən döyüşlərdə əsgər, zabit və şəhidlərin daşınmasında iştirak etmişdir. - xx.xx.2020-ci il tarixli avtomobil üçün yol vərəqəsindən görünür ki, gediləcək yerin ünvanı Şəki-Ağdam-Şəki göstərilmişdir. - “Ağdam rayon Mərkəzi Xəstəxanası” publik huqiq şəxsin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xəstəxananın 2021-ci il iş ili üzrə arayışların qeydiyyat kitabında İddiaçı xx.xx.2021-ci il tarixdə arayış verilmişdir, çıxış nömrəsi №24 saylı. Qeyd: №24 saylı İddiaçı 44 günlük Vətən Müharibəsində xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixləri əhatə edən dövr ərzində Ağdam ərazisində gedən döyüşlərdə xidməti ilə bağlı. “Ağdam Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsində tərtib edilmiş 2020-ci ildəki 44 günlük Vətən Müharibəsi keçirilmiş geniş miqyaslı əks hücüm əməlliyatında həyata keçirilməsi zamanı xəsarət alanlara xidmət göstərən müvafiq tibb müəssələrində tibb və qeyri tibb işçilərinin qidalanmasını təmin edilməsi haqqında tərtib olunmuş adlı siyahıda sürücü İddiaçı adı qeyd edilmişdir. İİ. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.5. Məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Aşağıdakılar müharibə veteranları sayılırlar: .... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; ... Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə:
1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27- dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1- ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında.
2. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur.
İİİ. MƏHKƏMƏNİN MÖVQEYİ İddianın növü və mümkünlüyü. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddianın əsaslılığı. Həmçinin iddia əsaslıdır. Məhkəmə iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyi qoyulmalıdır. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı ona "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsinə nail olmaqdır. Cavabdeh orqan ilkin imtina məktubunda və məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli iddiaya münasibətində iddiaçının Müdafiə Nazirliyinin döyüş əməliyyatları aparan hərbi hissələrinin tərkibində xidmət etmədiyinə və Müdafiə Nazirliyində işləmədiyinə görə müraciətin təmin edilməsindən imtina etmişdir. Oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-3069/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeni nəzərə alaraq məhkəmə qeyd edir ki, "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə"nin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu yarımbəndinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Müvafiq Əsasnaməyə əsasən mülki şəxslərə hərbi hissə (bölmə) və ya orqanların tərkibində olmadan da döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunaraq müharibə veteranı adı verilir. Həmçinin müvafiq Əsasnamədə qeyd edilmişdir ki, bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Hazırkı iş üzrə işin halları ondan ibarətdir ki, iddiaçı Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X8 Ərazi Bölmələrini İdarəetmə Birliyinin "Şəki Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin Təcili və X4 Stansiyasının sürücüsü vəzifəsində işləyir. "Şəki Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin direktorunun xx.xx.2020-ci il tarixli, 2623 nömrəli əmri ilə iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək X5 – Ağdam şəhərinə ezam olunmuşdur. “Ağdam rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2021-ci il tarixli 50 saylı və xx.xx.2021-ci il tarixli, 24 saylı Arayışlarında qeyd edilmişdir ki, İddiaçı geniş miqyaslı əks hücum əməliyyatlarının həyata keçirilməsi zamanı xəsarət alanlara xidmət göstərmək məqsədilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi iş fəaliyyətini “Ağdam rayon Mərkəzi Xəstəxanası” PHŞ-də yerinə yetirmişdir və ikinci vətən müharibəsi uğrunda Ağdam ərazilərində gedən döyüşlərdə əsgər, zabit və şəhidlərin daşınmasında iştirak etmişdir. Eyni zamanda “Ağdam rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilir ki, “Ağdam rayon Mərkəzi Xəstəxanası” PHŞ-də tərtib edilmiş 2020-ci ildəki 44 günlük Vətən Müharibəsi keçirilmiş geniş miqyaslı əks hücum əməliyyatında həyata keçirilməsi zamanı xəsarət alanlara xidmət göstərən müvafiq tibb müəssisələrində tibb və qeyri tibb işçilərinin qidalanmasını təmin edilməsi haqqında tərtib edilmiş adlı siyahıda sürücü İddiaçı adı qeyd edilmişdir. Beləliklə, iddiaçı döyüş bölgələrinə ezam olunaraq, yaralı əsgərlərin və şəhidlərin döyüş bölgələrindən təxliyyə edərək döyüş əməliyyatlarının təminatı ilə bağlı müvafiq tapşırıqları yerinə yetirmişdir. Sadalanan hallar iş materiallarında olan ezamiyyə vərəqəsi, həmçinin yol vərəqəsində qeyd edilmiş məlumatlarla sübuta yetirilir. Məhkəmə nəzərə alır ki, hərbi əməliyyatların uğurla icrası və daha az itki ilə başa çatması üçün döyüş təminatı, tibbi təminat, maddi-texniki təminat və mənəvi-psixoloji təminat sahələrində çalışan şəxslər də mühüm rol oynayır. İddiaçının döyüş bölgəsinə ezam olunaraq yaralı hərbi qulluqçuların və şəhidlərin daşınması prosesində iştirak etməsi, qanunvericilikdə nəzərdə tutulan tibbi təminat funksiyalarına uyğun gəlir. Bu baxımdan, onun fəaliyyətini müharibə veteranı statusu ilə tanımamaq, yalnız Müdafiə Nazirliyinin tərkibində olmaması ilə əsaslandırmaq qanunun mahiyyətinə və ədalət prinsipinə uyğun deyil. Vətənin müdafiəsi ilə bağlı məsələlərdə hər bir vətəndaşın üzərinə düşən vəzifələri vicdanla yerinə yetirməsi, bu prosesin vahid mexanizm kimi işləməsini təmin edir. Odur ki, iddiaçının xidməti fəaliyyəti döyüş əməliyyatlarının tərkib hissəsi kimi dəyərləndirilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin imtinası Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsində (Vətəni müdafiə) nəzərdə tutulmuş vəzifə borcunu layiqincə yerinə yetirən iddiaçının hüquqlarının kobud şəkildə pozulması fonunda, sosial ədalətin pozulmasına səbəb olmuşdur. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri rəhbər tutaraq
QƏRARA ALDİ:
İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyi qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 4 təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. X10 Əsədova