Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-213/2022 17.11.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı prosessual hüquq varisi X20 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “Göyçay rayon notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2012-ci il tarixli 4Ə-510 nömrə ilə qeydiyyatdan keçmiş alğı-satqı müqaviləsi əsasında İddiaçı aldığı 0,52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Şəki İnzibati Məhkəməsinin binasında açıq və şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, Göyçay rayon notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2012-ci il tarixli 4Ə-510 nömrə ilə qeydiyyatdan keçmiş alqı-satqı müqaviləsi əsasında aldığı 0,52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı X4, X5, X10, X6, X3, X16, X11 və X7 ümümi birgə mülkiyyətində olan və Göyçay rayonu Qarayazı kəndində yerləşən 1,17 ha torpaq sahəsinin 0,52 ha hissəsini 11 sentyabr 2012-ci il tarixli 4Ə-510 reyestr nömrəsi ilə qeydiyyata alınmış alqı-satqı müqaviləsi əsasında almışdır. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması üçün cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********00 nömrəli imtina məktubunda qeyd etmişdir ki, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işləri aparılmış və istifadədə olan torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları yerində müəyyən edilmişdir. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin təqdim etdiyi elektron baza məlumatları ilə iddiaçının istifadəsində olan torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları başqa şəxsə məxsus **********24 reyestr nömrəli torpaq sahəsi ilə üst-üstə düşür. Bu səbəbdən də ərizənin icası mümkün olmamışdır. Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********27 nömrəli məktubunda qeyd etmişdir ki, X8 və ailə üzvlərinə Göyçay DNK-nın xx.xx.2006-cı il tarixli 4Ə-254 nömrəli alqı-satqı müqaviləsi əsasında xx.xx.2006-cı il tarixdə ləğv edilmiş DTXKnin Göyçay rayon şöbəsi tərəfindən 1,1672 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə JN-643 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Göyçay DNK-nın xx.xx.2012-ci tarixli 2V-708 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında X9 və ailə üzvlərinə paylı mülkiyyət hüququ əsasında 1,167 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə xx.xx.2012-ci il tarixdə **********96 reyestr nömrəli çıxarış və torpaq sahəsinin planı və ölçüsü verilmişdir. X13 və ailə üzvləri Göyçay DNK-nın xx.xx.2012-ci tarixli 4Ə-510 nömrəli alqı-satqı müqaviləsi əsasında həmin torpaq sahəsinin 0,52 hektar hissəsini İddiaçı satmışdır. İddiaçı həmin müqavilə əsasında əldə etdiyi 0,52 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı 16 saylı Ucar Ərazi İdarəsinin Göyçay rayon şöbəsinə müraciət etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, X13 və ailə üzvlərinə məxsus 1,1672 ha torpaq sahəsi X17 məxsus JN 0632 nömrəli dövlət aktındakı 210.19 ha torpaq sahəsinin daxilində yerləşir. X13 və ailə üzvlərinə məxsus JN-643 nömrəli dövlət aktının verilməsinə əsas olmuş 4Ə-254 nömrəli alqı-satqı müqaviləsi, X17 məxsus JN 0632 nömrəli dövlət aktının verilməsinə əsas olmuş alqı satqı müqavilələri sırasında öz əksini tapmışdır. X21 notariat qaydada əldə etdiyi 210,19 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə ləğv edilmiş DTXK tərəfindən JN-0632 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı almışdır. X21 həmin torpaq sahəsini Göyçay DNK-nın xx.xx.2006-cı il tarixli 4Ə-822 nömrəli alqı-satqı müqaviləsi əsasında X1. X12 mülkiyyət hüququ xx.xx.2016-cı il tarixdə rəsmiləşdirilərək çıxarış və torpaq sahəsinin planı və ölçüsü verilmişdir. X18 həmin torpaq sahəsinin 1,167 hektar hissəsini Göyçay DNK-nın xx.xx.2016-cı il tarixli 4Ə-149 nömrəli müqaviləsi əsasında hüquqi şəxsə satmışdır. Həmin torpaq sahəsinə xx.xx.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsü verilmişdir. İddiaçı Göyçay DNK-nın xx.xx.2012-ci il tarixli 4Ə-510 nömrəli alqı-satqı müqaviləsi əsasında əldə etdiyi Göyçay rayonu Qarayazı kəndində yerləşən 0,52 hektar kənd təssərüfatı təyinatlı torpaq sahəsi Ərazi İdarəsinin elektron baza məlumatlarında mövcud DWG xəritələrinə əsasən təmamilə hüquqi şəxsə məxsus **********24 reyestr nömrəli kənd təssərüfatı təyinatlı torpaq sahəsinin üzərinə düşür. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixdə hazırlıq icraatı çərçivəsində keçirilmiş iclasında iştirak edən X31 məhkəməyə Göyçay rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 852 nömrəli arayışı təqdim etmişdir. Arayışdan müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Ölüm haqqında xx.xx.2021-ci il tarixdə Göyçay rayon Qeydiyyat şöbəsi tərəfindən tərtib edilən 749 nömrəli akt qeydi var. Bu səbəblə məhkəmənin iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı prosessual hüquq varisi X31 ilə əvəz edilmişdir. İddiaçının prosessual hüquq varisinə xx.xx.2022-ci il tarixdə hüquqi yardım məktubu ünvanlanaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələblərinə müvafiq olaraq nəzərinə çatdırılmışdır ki, hazırkı iddia tələbinin mümkünlüyü məsələsinə hüquqi qiymət verilməsi zərurəti yaranmışdır. Belə ki, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı reyestrdə 4Ə-510 nömrə ilə qeydiyyata alınmış, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi əsasında əldə etdiyi, ******* nömrəli çıxarışla X13 və ailə üzvlərinin adına rəsmiləşdirilmiş AA 005617 nömrəli plan ölçüdə göstərilən 1,167 ha torpaq sahəsi daxilində yerləşən 0,52 ha torpaq sahəsi, faktiki olaraq "xxxx" MMC-yə məxsus **********24 reyestr nömrəli kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daxilində yerləşməkdədir. Həmin torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Odur ki, həmin çıxarış və plan-ölçü sənədi və onların verilməsinə əsas olmuş sənədlər (qərar, müqavilə və s.) ləğv edilmədən hazırkı iddiaya mahiyyəti üzrə baxıla bilməməsi səbəbindən iddianın mümkünlüyü məsələsinə qiymət verilməlidir. Yardım məktubunda iddiaçının prosessual hüquq varisinə məhkəmənin hüquqi mövqeyinə münasibət bildirməsi təklif olunsa da, münasibət bildirilməmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının prosessual hüquq varisi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, X8 və ailə üzvlərinə DTXK-nin Göyçay rayon şöbəsi tərəfindən 1,1672 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə JN-643 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Göyçay DNK-nın xx.xx.2012-ci il tarixli 2V-708 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında X9 və ailə üzvlərinə paylı mülkiyyət hüququ əsasında 1,167 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə xx.xx.2012-ci il tarixdə **********96 reyestr nömrəli çıxarış və torpaq sahəsinin planı və ölçüsü verilmişdir. X13 və ailə üzvləri Göyçay DNK-nın xx.xx.2012-ci il tarixli 4Ə-510 nömrə ilə reyestrdə qeydə alınmış alqı-satqı müqaviləsi əsasında həmin torpaq sahəsinin 0,52 hektar hissəsini İddiaçı satmışdır. İddiaçı həmin müqavilə əsasında əldə etdiyi 0,52 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı 16 saylı Ucar ərazi idarəsinin Göyçay rayon şöbəsinə müraciət etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, X13 və ailə üzvlərinə məxsus 1,1672 ha torpaq sahəsi X17 məxsus JN-0632 nömrəli dövlət aktındakı 210,19 ha torpaq sahəsinin daxilində yerləşir. X21 notarial qaydada əldə etdiyi 210,19 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə ləğv edilmiş DTXK tərəfindən JN-0632 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı almışdır. X21 həmin torpaq sahəsini Göyçay DNK-nın xx.xx.2006-cı il tarixli 4Ə-822 nömrəli alqı-satqı müqaviləsi əsasında X2. X12 mülkiyyət hüququ xx.xx.2016-cı il tarixdə rəsmiləşdirilərək çıxarış və torpaq sahəsinin planı və ölçüsü verilmişdir. X18 həmin torpaq sahəsinin 1,167 hektar hissəsini Göyçay DNK-nın xx.xx.2016-cı il tarixli 4Ə-149 nömrəli müqaviləsi əsasında hüquqi şəxsə satmışdır. Həmin torpaq sahəsinə 04 03.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsü verilmişdir. İddiaçı Göyçay DNK-nın xx.xx.2012-ci il tarixli 4Ə-510 nömrəli alqı-satqı müqaviləsi əsasında əldə etdiyi Göyçay rayonu Qarayazı kəndində yerləşən 0,52 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Ərazi İdarəsinin elektron baza məlumatlarında mövcud DWG xəritələrinə əsasən təmamilə hüquqi şəxsə məxsus **********24 reyestr nömrəli kənd təssərüfatı təyinatlı torpaq sahəsinin üzərinə düşür. İş üzrə xx.xx.2022-ci il tarixli **********32 nömrəli məktubla məhkəməyə təqdim edilmiş və xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, Göyçay rayonu Qarayazı kəndində yerləşən 1,17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cüzi fərqlə AA seriyalı 005617 nömrəli torpaq sahəsinin plan-ölçü sənədində qeyd olunmuş koordinatlar çərçivəsində yerləşir və eyni zamanda 16 saylı Ucar ərazi idarəsinin elektron baza məlumatlarında mövcud DWG xəritələrinə əsasən tamamilə "xxxx" MMC-yə məxsus **********24 reyestr nömrəli kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə düşür. Qeyd olunan çıxarış hazırda qüvvədədir və ləğv edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Həmin Qərarın: 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir; 3.2-ci bəndinə görə, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir; 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir; 3.4-cü bəndinə görə, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər; 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir; 8.2-ci bəndinə görə bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir; 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbində qeyd etdiyi xx.xx.2012-ci il tarixli 4Ə-510 nömrə ilə qeydiyyatdan keçmiş alqı-satqı müqaviləsi əsasında İddiaçı aldığı 0,52 ha torpaq sahəsi faktiki olaraq "xxxx" MMC-yə məxsus olan və mülkiyyət hüququ dövlət reyestrində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmış 1,167 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin daxilində yerləşdiyindən həmin çıxarış və onun verilməsinə əsas olmuş sənədlər ləğv edilmədən hazırkı tələbə baxıla bilməz. Odur ki, həmin çıxarış və plan-ölçü sənədi və onların verilməsinə əsas olmuş sənədlər (qərar, müqavilə və s.) ləğv edilmədən hazırkı iddiaya mahiyyəti üzrə baxıla bilməməsi səbəbindən iddianın mümkünlüyü məsələsinə qiymət verilməlidir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı iddia mümkün sayılmamalıdır. İddiaçının prosessual hüquq varisinin diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə məhkəmədə iddia qaldırmaq imkanını istisna etmir. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “Göyçay rayon notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2012-ci il tarixli 4Ə-510 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş alğısatqı müqaviləsi əsasında İddiaçı aldığı 0,52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə.
Məhkəmə qərarları › İş №2-1(116)-213/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-213/2022
17.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver