Məhkəmə qərarları › İş №2-1(116)-2130/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-2130/2022

14.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-2130/2022 14.10.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlu, İddiaçı Cavabdehnə qarşı “üçüncü şəxs X1 ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılmasına” tələbinə dair inzibati işə məhkəmənin binasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “üçüncü şəxs X1 ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzilə dair mülkiyyət hüquqları xx.xx.2019-cu ildə müvafiq qaydada qeydiyyata alınmışdır. Həmin ev hazırda ona məxsus olmasına baxmayaraq, hazırkı iş üzrə üçüncü şəxs X1 həmin mənzilə qeydiyyatdadır.Bu isə onun mülkiyyət hüquqlarını pozur. Ona görə də o, hazırda həmin şəxsin onun mülkiyətində olan mənzildən qeydiyyatdan çıxarılmalarını xahiş edir. Bununla bağlı cavabdehə müraciət etsə də şöbənin 11 iyun 2022-ci il tarixli məktubu ilə bundan imtina edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddia tələbi mümkün sayılmamalıdır. İddia ərizəsi və əlavə edilən sənədlərin məhkəməyə göndərildiyi zərf xx.xx.2022-ci il tarixdə Zaqatala MXŞ-nə təhvil verilmişdir.AZEMİS elektron məhkəmə portalı vasitəsilə müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə X2 Aeroportundan ölkə sərhədindən çıxmışdır (Çıxış MOSKVA DSBM).Sonrakı tarixlərdə İddiaçı ölkəyə qayıtması ilə bağlı məlumat yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım göndərilmiş, iddia ərizəsinin İddiaçı tərəfindən imzalanması ilə bağlı yaranmış şübhənin aradan qaldırılması üçün İddiaçı həqiqiliyi notariat qaydada təsdiq olunmuş imzasının məhkəməyə təqdim olunması tələb olunması tələb edilmişdir,yardım məktubu xx.xx.2022-ci il tarixdə iddiaçının oğluna təhvil verilmişdir.İddiaçı tərəfindən yardım məktubuna münasibət bildirilməmişdir. İddia ərizəsinə əlavə edilmiş iddiaçıya məxsus AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətində əks olunan iddiaçıya məxsus imza ilə iddia ərizəsində icra edilən imzalar bir birindən kəskin fərqlənir. İPM-in 46-cı maddəsində iddia ərizəsinin tərtibi ilə bağlı qeyd edilmiş göstərişlərdə ərizənin imzalanması ilə bağlı birbaşa tənzimləmə olmasa da, Məcəllənin 1.2-ci maddəsindən göndərişlə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən qeyd olunmalıdır ki, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Prosessual qanunvericilikdə iddia ərizəsinin imzalanması ilə bağlı tələbin müəyyən edilməsi iddiaçının iradə ifadəsinin müəyyən edilməsi baxımından zəruridir. Odur ki, iddia ərizəsindəki imzanın iddiaçıya aid olub-olmamasının müəyyən edilməsi hazırkı iddia tələbinə baxılmasında iddiaçının hüquqi marağının mövcudluğunun müəyyən edilməsi baxımından vacib əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İşdən göründüyü kimi iddia ərizəsinin iddiaçı tərəfindən icra edilməsi müəyyən edilməmişdir. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə məhkəmədə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə İPM-in 16.3-cü maddəsinə əsasən şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16,35, 80, 83 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “üçüncü şəxs X1 ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılmasına” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar