Məhkəmə qərarları › İş №2-1(116)-2131/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2131/2023

19.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2131/2023 19.12.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Hacı-X1, üçüncü şəxsin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X20 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “cavabdehin üzərinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsi tərəfindən A125922 nömrəli xx.xx.2009-cu il tarixli plan və ölçü sənədində göstərilən 0.14 ha torpaq sahəsinin koordinatlarının əvəz olunmuş torpaq sahəsinə uyğunlaşdıraraq plan və ölçü sənədinin hazırlanıb verilməsi, həmin torpq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X20 12 saylı Şəki Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “cavabdehin üzərinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsi tərəfindən A125922 nömrəli xx.xx.2009-cu il tarixli plan və ölçü sənədində göstərilən 0.14 ha torpaq sahəsinin koordinatlarının əvəz olunmuş torpaq sahəsinə uyğunlaşdıraraq plan və ölçü sənədinin hazırlanıb verilməsi, həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-2131/2023 saylı qərardadı ilə Qax rayonu Qaxbaş bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçının qaytanlanmış torpaq kitabına əsasən 0,14 ha torpaq sahəsi var. xx.xx.2008-ci il tarixli 538 nömrəli Qax rayon dövlət arxivinin qaytanlanmış torpaq kitabının arxiv çıxarışında da bu öz əksini tapmışdır. Qax rayon dövlət arxivinin xx.xx.2008-ci il tarixli 538 saylı arayışına əsasən adına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsi tərəfindən AN: 125922 nömrəli xx.xx.2009-cu il tarixli plan və ölçü sənədi işlənmişdir. X15 və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsi tərəfindən mülkiyyətində olan torpaq sahəsinə dair rəy də verilmişdir. Mülkiyyətinə verilmiş torpaq sahəsində dövlət əhəmiyyətli obyekt (helikopter meydançası) inşa edilmiş və həmin yer başqa 0,14 ha torpaq sahəsi ilə əvəz olunmuşdur. Hal-hazırda istifadəsində olan 0,14 ha torpaq sahəsi ilə əvvəllər mülkiyyətinə verilmiş torpaq sahəsi arasında konfiqurasiya fərqi mövcuddur. Qeyd olunan məsələ ilə bağlı xx.xx.2022-ci il tarixdə cavabdeh orqana müraciət edərək, qaytanlanmış torpaq kitabına əsasən mülkiyyətinə verilmiş 0,14 ha torpaq sahəsinə torpaq sahəsinin planı və ölçüsü sənədinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsinə köməklik göstərilməsi xahiş edilmişdir. Cavabdeh orqan 12 oktyabr 2022-ci il tarixli **********42 nömrəli məktubu ilə bildirmişdir ki, təqdim olunan sənədlərə əsasən aparılmış araşdırma zamanı torpaq sahəsinin sənəd üzrə yeri ilə faktiki yerinin tamamilə fərqli ərazidə olduğu, həmçinin sənəd üzrə təyinatının “yaşayış məntəqələri torpaqları (həyətyanı)” qeyd olunmasına baxmayaraq ərazi idarəsində mövcud olan elektron baza məlumatlarında isə təyinatının “kənd təsərrüfatlı təyinatlar (örüş)” olduğu məlum olmuşdur. Bu səbəbdən ərizənizin icrasından imtina olunmuşdur. Cavabdehin bu mövqeyini qanunsuz və əsassız hesab etdiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam. Beləki həmin ərazi Qaxbaş Bələdiyyəsinin elektron xəritəsində yaşayış məntəqələrinin torpaqlarına aiddir. Cavabdeh iddia tələbinə etirazında qeyd etmişdir ki, vətəndaş İddiaçı oğlu 21 sentyabr 2022-ci il tarixdə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı haqqında ərizə ilə (daxilolma №-si **********) DƏDKR PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinin Qax rayon şöbəsinə müraciət edərək, Qax rayonunun Qaxbaş kəndində yerləşən 0,14 ha həyətyanı torpaq sahəsinə dövlət reyestrindən çıxarış və plan ölçü sənədi verilməsini xahiş etmişdir. Lakin, ərizəyə baxılması zamanı torpaq sahəsinin sənəd üzrə yeri ilə faktiki yerinin tamamilə fərqli ərazidə olduğu, həmçinin sənəd üzrə təyinatının “yaşayış məntəqələrinin torpaqları (həyətyanı)” qeyd olunmasına baxmayaraq, ərazi idarəsində mövcud olan elektron baza məlumatlarında təyinatının “kənd təsərrüfatı təyinatlı örüş” olduğundan ərizəçiyə 12 oktyabr 2022-ci il tarixli **********42 N°-li imtina məktubu verilmişdir. Bundan başqa, vətəndaş İddiaçı etibarnamə üzrə nümayəndəsi X10 “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X17 İdarə Heyətinin sədri tərəfindən xx.xx.2023-cü il tarixdə Şəki şəhərində keçirilmiş qəbul zamanı Qax rayonunun Qaxingiloy kəndində yerləşən 0,14 ha torpaq sahəsinin sənədləşdirilməsi barədə müraciət etmiş və həmin müraciətə baxılması barədə DƏDKR PHŞ-nin 28 aprel 2023-cü il tarixli 3-21-3-02/2-T- 0013-8/2023 nömrəli cavab məktubunda göstərilmişdir ki, İddiaçı məxsus 0,14 ha torpaq sahəsi 900 metr aralıda yerləşən eyniölçülü torpaq sahəsi ilə əvəzləşdirilmişdir. Lakin əvəzləşdirilimiş 0,14 ha torpaq sahəsinin yerləşdiyi ərazinin elektron kadastr məlumatlarında kənd təsərrüfatı təyinatlı örüş ərazisi olduğu müəyyən edildiyindən ərizənin icrası mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 12.3-cü maddəsində kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilmişdir. 07 avqust 2023-cü il tarixli, 2-1(116)-2131 /2023 nömrəli sərəncamda iddia olunan torpaq sahəsinin qonşuluğunda yerləşən mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış ən azı 3 torpaq sahəsinə dair hüquqmüəyyənedlci və texniki sənədlərin təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim edilməsi barədə sorğunuza əsasən Qax rayonunun Qaxbaş kəndində iddia olunan torpaq sahəsinin qonşuluğundan X6 mülkiyyətinə verilmiş, kateqoriyası yaşayış məntəqələrinin torpaqları olan 0,12 ha torpaq sahəsinə dair xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********57 reyestr nömrəli; X2 mülkiyyətinə verilmiş kateqoriyası yaşayış məntəqələri torpaqları olan 0,03 ha torpaq sahəsinə dair xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********27 reyestr nömrəli; X4 mülkiyyətinə verilmiş kateqoriyası yaşayış məntəqələri torpaqları olan 0,03 ha torpaq sahəsinə dair xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********28 reyestr nömrəli çıxarışlar və plan ölçü sənədlərinin təsdiq edilmiş surətləri təqdim edilmişdir. Bundan başqa sərəncamda “iddia olunan 0,14 ha torpaq sahəsinin DWJ və yeni elektron uçot bazasına istinad olunmaqla xüsusiyyətləri - mülkiyyətçisi, təyinatı (kənd təsərrüfatı təyinatlı olduqda kənd təsərrüfatına yararlı, yararsız və ya az yararlı olması qeyd edilməklə), uqodiyası, döngə nöqtələri, yerləşmə vəziyyəti, digər subyektlərlə üstüstə düşüb-düşməməsi (üst-üstə düşdüyü halda müvafiq subyektlərə məxsus sənədlər əlavə edilməklə) və.s.” barədə suallara cavab olaraq bildiririk ki, iddia olunan 0,14 ha torpaq sahəsinin “DWJ" elektron yerquruluşu xəritəsində örüş olan ərazidə yerləşdiyi, X8 X11 yəni, “TEKUİS” məlumatlarına əsasən isə həmin torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikinti altında olan torpaqlardır. Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 2023-cü il 31 iyul tarixli, 5 nömrəli qərarı ilə təsdiq edilmiş daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastrı xidmətlərinin tariflərinin tənzimlənməsi ilə bağlı göstərilən xidmətlərin tarifləri cədvəlinə uyğun xidmət haqqı ödənildikdən sonra iddia olunan 0,14 ha torpaq sahəsinin döngə nöqtələri, yerləşmə vəziyyəti, digər subyektlərlə üst-üstə düşüb-düşməməsi barədə məlumatların əks olunduğu mütəxəssis rəyinin verilməsi təmin ediləcəkdir. xx.xx.2022-ci il tarixdə DƏDKR PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinin Qax rayon şöbəsinin yerquruluşu üzrə mühəndisi X7, Qaxbaş bələdiyyəsinin sədri X9, ərizəçi İddiaçı iştirakları ilə tərtib və imzaları ilə təsdiq edilmiş aktda qeyd edilmiş koordinatlarda göstərilən torpaq sahəsi ilə cavabdeh orqan tərəfindən iddiaçıya verilmiş xx.xx.2022 və xx.xx.2023-cü il tarixli imtina məktublarında istinad olunan torpaq sahəsi eynidir. Həmçinin xx.xx.2022-ci il tarixli aktda qeyd edilmiş koordinatlarda göstərilən torpaq sahəsi ilə iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi eynidir və sözügedən aktda qeyd edilmiş torpaq sahəsinin koordinatları, mülkiyyətçisi, təyinatı, uqodiyası və yerləşmə vəziyyəti barədə məlumatlar “X8 X11"nə uyğundur. Torpaq sahəsinin təyinatı “DWJ” elektron yerquruluşu xəritəsində kənd təsərrüfatı təyinatlı örüş, “TEKUİS" elektron məlumat bazasında isə yaşayış məntəqələrinin torpaqları kimi göstərilmiş və həmin elektron baza məlumatlarında xx.xx.2022-ci il tarixədək və ya sözügedən tarixdən sonra hər hansı dəyişiklik olmamışdır. DƏDKR PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinin Qax rayon şöbəsinin yerquruluşu üzrə mühəndisi X7 mübahisə predmeti olan torpaq sahəsinin koordinatları, təyinatı, uqodiyası və yerləşmə vəziyyəti barədə müayinə (baxış) aktında qeyd etdiyi məlumatlar “X8 X11”ndə əks olunmuş məlumatlara uyğundur. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Üçüncü şəxs məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli imtina məktublarından görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - Qax rayon Dövlət Arxivinin xx.xx.2008-ci il tarixli 538 nömrəli arxiv çıxarışından görünür ki, Qax rayonu Qaxbaş kənd S.Rustaveli adına kolxozun qaytanlanmış torpaq kitabında adı qeyd olunan İddiaçı adının qarşısında 0, 14 ha torpaq sahəsi qeyd edilmişdir. - A 125922 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, sözügedən sənəd Qax rayon Dövlət Arxivinin xx.xx.2008-ci il tarixli 538 saylı çıxarışı əsasında 1400 kv.m torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. - Qax rayonu Qaxbaş bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 2/108 nömrəli məktubundan görünür ki, vətəndaş İddiaçı iddia etdiyi əvəz etmə yolu ilə ayrılmış 0,14 lıa torpaq sahəsi hal-hazırda taktiki istifadə etdiyi torpaq sahəsi ilə eyni ərazidədir. - Həmin məktuba əlavə olunmuş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Ş.Rustaveli adına kolxozun xx.xx.1996-cı il tarixli 02 №-li qərarına əsasən Qaxbaş kənd sakini İddiaçı Qaxbaş kəndi ərazisində fərdi yaşayış evi tikmək üçün 0,14 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Ayrılan torpaq sahəsinə xx.xx.2009-cu il tarixində DTXK tərəfindən A№125922 saylı plan-ölçü sənədi işlənmişdir. 2011-ci ildə həmin torpaq sahəsində dövlət əhəmiyyətli obyekt tikilmişdir. Həmin torpaq sahəsinin vətəndaşa Qaxbaş bələdiyyəsi ərazisində əvəzetmə yolu ilə verilməsi tövsiyyə olunmuşdur. Qaxbaş bələdiyyəsi Qaxbaş kəndi ərazisində vətəndaş İddiaçı əvəzetmə yolu ilə fərdi yaşayış evi tikmək üçün bələdiyyəyə məxsus 0,14 ha həyətyanı torpaq sahəsi ayırmışdır. - Həmin məktuba əlavə olunmuş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, İddiaçı müraciəti əsasında Qax rayonu, Qaxbaş kəndində yerləşən 0,14 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması məqsədilə vətəndaşın faktiki istifadəsində olan torpaq sahəsinə yerində baxış keçirilmiş və torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir: X=664939.2227 Y=4589835.9459 X=664949.4053 Y=4589776,4385 X=664969.3706 Y=4589777.6049 X-664965.8713 Y=4589837,5027 Kameral yoxlama apararkən məlum olmuşdur ki, torpaq sahəsinin DTXK tərəfindən verilmış **********0072 saylı "Torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilən koordinatlarda sürüşmə var. Konfiqurasiya və situasiya planı sənəd üzrə olandan fərqlidir vətəndaşa verilən torpaq sahəsində dövlət əhəmiyyətli obyekt tikildiyindən, ona əvəzetmə üsuluyla bələdiyyəyə məxsus ərazidən həyətyanı məqsədilə 0,14 ha torpaq sahəsi ayrılmışdır. Qeyd olunanları nəzərə alaraq yuxarıda göstərilən koordinatlar daxilində Qax rayonu, Qaxbaş kəndində yerləşən 0,14ha torpaq sahəsi üzərində, İddiaçı mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi məqsədəuyğun hesab edilmişdir. - qonşu torpaq sahələrinə dair xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli (**********57 reyestr nömrəli), xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli (**********28 reyestr nömrəli) və xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli (**********27 reyestr nömrəli) çıxarışlardan görünür ki, Qax rayonu Qaxbaş kəndində yerləşən sözügedən torpaq sahələri yaşayış məntəqələrinin torpaqlarına aiddir. Əsaslandırma hissəsi: İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair ... həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarışların (2.5) hüquqların dövlət qeydiyyatına alınması üçün əsas olduğu qeyd edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İş materiallarından görünür ki, Qax rayonu Qaxbaş kənd S.Rustaveli adına kolxozun qaytanlanmış torpaq kitabında adı qeyd olunan İddiaçı adının qarşısında 0, 14 ha torpaq sahəsi qeyd edilmişdir. Sözügedən qeyd Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.5-ci bəndinin və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.8-ci maddəsinin tələbləri baxımından 0.14 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün birbaşa əsasdır. İddiaçıya məxsus torpaq sahəsində helikopter meydançası salındığından həmin torpaq sahəsi Qaxbaş bələdiyyəsi tərəfindən xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli aktlar tərtib edilərək eyni ölçüdə digər sahədən əvəzləşdirilmişdir. Cavabdeh orqan əvəzləşdirilmiş torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı, örüş uqodiyalı torpaq sahələlərinə aid olduğunu bildirsə də, iddia tələbinə etirazda sözügedən torpaq sahəsinin TEKUİS-də yaşayış məntəqələri təyinatlı torpaq sahəsi olduğunu qeyd etmişdir. Həmçinin işdə olan qonşu torpaq sahələrinə dair mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış digər subyektlərə məxsus çıxarışlardan da, həmin torpaq sahəsinin yaşayış məntəqələri torpaqlarına aid olması aşkar görünür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X17 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsi tərəfindən A125922 nömrəli xx.xx.2009-cu il tarixli plan və ölçü sənədində göstərilən 0.14 ha torpaq sahəsinin koordinatlarını Qax rayonu Qaxbaş bələdiyyəsi tərəfindən əvəz olunmuş torpaq sahəsinə uyğunlaşdırmaqla, həmin torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar