Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2143/2024 17.12.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə İddiaçı Əliheybət oğlu Cavabdehnə qarşı “X6 adına verilmiş 23.*4.2*23-cü il tarixli təkrar Doğum haqqında Şəhadətnamənin ləğv edilməsi, X3 tərtib edilmiş xx.xx.1977-ci il tarixli 114 nömrəli Doğum haqqında Akt qeydi əsasında ona yeni Doğum haqqında Şəhadətnamənin verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi : Təsviri hissə : İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdeh tərəfindən verilmiş 23.*4.2**3-cü il tarixli AZ-İ, 319945 nömrəli doğum haqqında şəhadətnamənin ləğv edilməsi, Muğangəncəli icra nümayəndəliyinin 47131*114 28121977 nömrəli “Doğum haqqında Akt qeydi” əsasında X9 adına təkrar Şəhadətnamənin verilməsi və bu barədə Əhalinin Reyestr Xidmətində düzəlişlər aparılması vəzifəsinin cavbdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili *8.*8.2*24-cü il tarixli məhkəmə iclasında iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “X6 adına verilmiş 23.*4.2*23-cü il tarixli təkrar Doğum haqqında Şəhadətnamənin ləğv edilməsi, X3 tərtib edilmiş xx.xx.1977-ci il tarixli 114 nömrəli Doğum haqqında Akt qeydi əsasında ona yeni Doğum haqqında Şəhadətnamənin verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.Ərizə məhkəmənin həmin tarixli iclas protokolun qərardadı ilə təmin edilmişdir. İddia ərizəsinin əsaslarına görə, İddiaçı bildirir ki, onun valideynləri Sabirabad rayonunun Pakrovka kəndində yaşamaqla və çobanlıqla məşğul olmaqla köçəri həyat sürmüşlər, o vaxtlar kolxoz quruluşu olduğundan kolxozun fermasında çobanlıq edərək fermanın çoban evində yaşamışlar. Şəxsi evləri olmamışdır. O və qardaş-bacıları da ferma evində doğulmuşlar. X4 1*.*2.1972-ci ildə qeyd edilən yerdə doğulmuşdur. Onun həmin tarixdə doğumunu Sabirabad rayon VVAQ bürosunun vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında 1972-ci İlin aprel ayının 14-də 48 nömrə ilə lazımi qeydlər edidiyini təsdiq edən və adına həmin bürodan həmin tarixdə verilmiş A3B *97884 №-li Doğum haqqında Şəhadətnamə təsdiq edir. 1972-ci ildə doğulmuş Minayə Mənəfovanın adına Sabirabad rayon Qeydiyyat şöbəsindən verilmiş 14 aprel 1972-ci il tarixli 48 nömrəli Doğum haqqında akt qeydində və Əhalinin reyestr xidməti Sistemindən Cavabdeh tərəfindən çıxarılıb təqdim edilən “Doğum haqqında akt qeydində” onun doğumu haqqında bütün məlumatlar eynilik təşkil etməklə barəsində bütün sənədlərin doğruluğu təsdiq edilir. 1972-ci ildə doğulmuş X32 rayon DİŞ-dən adına XXV JQ 676717 nömrəli şəxsiyət vəsiqəsi verilmişdir və o 3*.*9.92-ci ildə X2* ilə nigaha girmiş, nigahları Cavabdehndə bağlanaraq onlara AZ 11562*44 nömrəli “Nigah haqqında şəhadətnamə” verilmişdir. Nigah bağlanarkən həmin Minayə ər soyadı olan “İsmayılova” soyadını qəbul edərək o gündən “X7” olmuşdur. X2* ilə X5 birgə nigahlarından *3.*3.1994-cü ildə Kamran, *3.*1.2***-ci ildə Kamilə və 1*.*5.2*23-cü ildə isə Pünhan adlandırdıqları üç uşaqları doğulmuşdur. Onlar Kamiləni ərə verdiklərindən o da hazırda ər familiyasını daşıyır. X1 Ağsu rayon PŞ-dən verilmiş AZE № ******** şəxsiyyət vəsiqəsinə malikdir. İdidaçı bildirir ki, onun digər bacısı X16 2*.12.1977-ci ildə Sabirabad rayonunun Muğan Gəncəli kəndində doğulmuşdur və uşaqlıqdan psixi xəstədir-əlildir. Həmçinin digər bacısı- 28.1*.1966-cı il təvəllüdlü X13 da uşaqlıqdan əlildir. İddiaçı əlavə göstərmişdir ki, 2**2-ci ildə valideynlərinin yaşadıqları Sabirabar rayonundakı çoban evində yanğın baş vermiş və hər şey yanmışdır. Orada onunla yaşayan bacısı Adilənin doğum haqqında şəhadətnaməsi ya yanmış, ya da itirilmişdir. Yanğından sonra valideynləri hər iki şikəst qızları ilə birgə Ağsu şəhərinə köçüb orada yaşamalı olmuşlar. Həmişə çobanlıqla məşğul olmuş atasının hazırda 89 yaşı vardır və o, yaddaşını itirmişdir, atasının heç bir təhsili olmamış, yazı-pozunu bilməmişdir. Atasıgil Ağsu şəhərinə köçəndən sonra 2**3-cü ildə o, Adilə üçün yeni “Doğum haqqında Şəhadətnamə əldə etmək üçün Cavabdehnə müraciət etmiş və oradan Adilə haqqında 23 aprel 2**3-cü il tarixli AZ - ******* №-li “təkrar” Doğum haqqında Şəhadətnamə” verilmişdir. Lakin həmin şəhadətnamədə Adilənin öz adı deyil, əvəzində Minayə göstərilmişdir. Təkrar Şəhadətnamədə doğum tarixi də bacısı Minayənin doğum tarixi kimi qeyd edilmişdir. Onların heç biri bu dəyişikliyə fikir verməmişlər. Onun hər iki əlil bacıları Ağsu şəhərinə gələn vaxtdan onun yanında qalırlar. Əslində Adilə olan bacısının adına “təkrar Doğum haqqında Şəhadətnamə” əsasında ona Minayə adı ilə və əsl Minayənin doğum tarixi ilə 2*15-ci ildə Ağsu RPŞ-nin Qeydiyyat şöbəsi Seriyası AZE 15922961 №-li Şəxsiyyət vəsiqəsi verilmişdir. Ağsu rayon məhkəməsinin 29 may 2*21-ci il tarixli, 2(*16)-1*5/2*21 saylı qətnaməsi ilə 28.1*.1966-cı il təvəllüdlü X13 və 1*.*2.1972-ci il təvəllüdlü ( əslində 2*.12.1977-ci il təvəllüdlü) Mənəfova (əslində Adilə) Əliheybət qızı “uşaq serebral iflici tetraplegik forma, oliqofreniya kəskin ifadə olunmuş inbesillik dərəcəsi dioqonozu ilə və hər ikisi 1-ci qrup əlil olmaqla fəaliyyət qabiliyyəti olmayan şəxs elan edilmiş və həmin qətnamə əsasında Ağsu rayon İcra Hakimiyyəti başçısının 19 aprel 2*21ci il tarixli 43 saylı Sərəncamı ilə hər iki xəstə bacılar üzərində qardaşları İddiaçı Əliheybət oğlu qəyyum təyin edilmişdir. İddiaçı əlavə olaraq bildirir ki, 2*24-cü ildə Prezidentliyə Namizədlər üçün səsvermə vaxtı Ağsu şəhgərinə ASAN Xidmətin Qeydiyyat Şöbəsindən nümayəndələr gələrək başqaları kimi o və şikəst bacıları da qeydalmaya dəvət edilmiş və bu zaman əslində “Adilə” olan bacısının da Minayə adı ilə şəxsiyyət vəsiqəsini aparıb orada göstərdikdə, baxılıb onun şəxsiyyət vəsiqəsinin müddəti bitdiyindən dəyişdirilməsi məsləhət görülməklə yanaşı, yoxlanıldıqda onun sistemdə nigahda olmasının göstərilməsi haqqında da məlumat verilmiş, o isə bu bacının uşaqlıqdan əlil olaraq heç vaxt nigahda olmadığını bildirmişdir. Bundan sonra əsl adı Adilə olan Mənəfova Minayəni yeni şəxsiyyət vəsiqəsi almaq üçün əlil arabasında Ağsu rayon PŞ-nin Qeydiyyat şöbəsinə aparmış, lakin orada da həmin vəziyyət ona izah edilərək imtina edilmişdir. Daha sonra məsələdən xəbər tutan İsmayılova Minayə (əsl Minayə) Əliheybət qızı Cavabdehnə gedib orada araşdırılaraq ona, sistemdə onun nigahda olmadığı, lakin yuxarıda göstərilən 3 uşaqlarının olması,əri İsmayılov Nizamın isə əslində adı Adilə olan bacısı X1* ilə nigahda olması, lakin onların uşaqlarının olmaması göstərildiyi haqqında məlumat verilmişdir. Odur ki, bundan sonra o müvafiq sənədlər toplayaraq ərizəsi əsasında Ağsu rayon X18 özünə və ərinə aid olan səhvlər üzərində düzəlişlər aparılmışdır. Onların problemləri aradan qaldırılmışdır. X28 (əsl adı Adilə) Əliheybət qızı şəxsiyyət vəsiqəsinin müddəti bitdiyindən ona yeni şəxsiyyət vəsiqəsi alınması tələb olunur, bunu verməkdən Ağsu rayon PŞ-nin Qeydiyyat Şöbəsi imtina etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iddiaçının vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.
1. Cavabdehin 12.*2.2*24-cü il tarixli məktubundan görünür ki,iddiaçı ilkin olaraq inzibati orqana müraciət etmiş, tələbin icrasından imtina edilmişdir.
2. AZ-İ seriyalı 319945 №-li doğum haqqında şəhadətnamədən görünür ki, X1* 1*.*2.1972-ci il tarixdə anadan olmuşdur. Onun valideynləri X8 və X14r.
3. xx.xx.1977-ci il tarixli 114 nömrəli doğum haqqında akt qeydində görünür ki, X15 2*.12.1977-ci il tarixdə anadan olmuşdur.
4. Ağsu rayon İcra Hakimiyyəti başçısının 19.*4.2*21-ci il tarixli 43 nömrəli sərəncamın surəti.
5. AЗБ *97884 X11 1*.*2.1972-ci il tarixdə anadan olmuşdur.
6. 14.*4.1972-ci il tarixli 48 nömrəli doğum haqqında akt qeydində görünür ki, X1* 1*.*2.1972-ci il tarixdə anadan olmuşdur.
7. AZ-İİ 562*44 seriya nömrəli Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X2* ilə X11 arasında 3*.*9.1992-ci il tarixdə nikaha daxil olmuşdurlar.
8. AЗ ******* seriya nömrəli doğum haqqında X2* 19.1*.1968-ci il tarixdə anadan olmuşdur.
9. AZ-İ 35*295 seriya nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 1*.*5.2**3-cü il tarixdə anadan olmuşdur.
10. XX-ЖГ seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, *3.*3.1994-cü il tarixdə anadan olmuşdur.
11. İ-AZ 1*9399 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, *3.*1.2***-ci il tarixdə anadan olmuşdur.
Əsaslandırma hissəsi:
Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur, həmçinin, iddia əsaslıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsi : Maddə 189. Vətəndaşların adı və soyadı, ata adını dəyişdirmək hüququ Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Maddə 191. Adını, ata adını və soyadını dəyişdirmiş şəxslərin uşaqlarının doğulması haqqında qeyddə dəyişikliklər aparılması 191.1. Atanın öz adını dəyişdirməsi qeydə alınarkən onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 191.2. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll edilir. Maddə 192. Adın, ata adının və soyadın dəyişdirilməsi ilə əlaqədar olaraq vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması haqqında yeni şəhadətnamələrin verilməsi Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilmişsə, əvvəllər verilmiş şəhadətnamələr ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilir. Mülki Məcəllənin 26-cı maddəsi ad və soyadın dəyişdirilməsi hüququnun qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsini təsbit edir. Qanunla müəyyənləşdirilmiş həmin “qayda” isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2*11ci il 12 may tarixli, 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının müddəalarında nəzərdə tutulmuşdur. Həmin Qaydalarının 6.1-ci bəndinə görə, Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.2-ci bəndinə görə, adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. 6.3-cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Qaydaların 6.24-cü bəndinə əsasən ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. 6.25-ci bəndinə əsasən atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 6.26-cı bəndinə əsasən hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. 6.27-ci bəndinə əsasən valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. 6.28-ci bəndinə əsasən valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. İddiaçının hüquqi marağı iki hissədən ibarətdir: 1.X6 adına verilmiş 23.*4.2*23-cü il tarixli təkrar Doğum haqqında Şəhadətnamənin ləğv edilməsi;
2. X9 adına tərtib edilmiş xx.xx.1977-ci il tarixli 114 nömrəli Doğum haqqında Akt qeydi əsasında ona yeni Doğum haqqında Şəhadətnamənin verilməsi; Məhkəmə araşdırması əsasında müəyyən edilir ki, X9 adına tərtib edilmiş xx.xx.1977-ci il tarixli 114 nömrəli Doğum haqqında Akt qeydi tərtib edilmişdir. X6 adına isə 14 aprel 1972-ci il tarixli 48 nömrəli Akt qeydi mövcuddur.Həmin Akt qeydinə əsasən Minayə 1*.*2.1972-ci ildə doğulmuşdur.Lakin, cavabdeh tərəfindən 23.*4.2*23-cü il tarixli təkrar Doğum haqqında Şəhadətnamə verilmişdir.Həmin Şəhadətnamə əslində X9 doğum haqqında alt qeydinə uyğun olmalı idi. Odur ki,həmin Şəhadətnamə ləğv edilməli, X9 adına xx.xx.1977-ci il tarixli 114 nömrəli Doğum haqqında Akt qeydi əsasında təkrar Doğum haqqında Şəhadətnamə tərtib edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 1*8.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 1*8.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
X6 adına tərtib edilmiş 23.*4.2*23-cü il tarixli təkrar Doğum haqqında Şəhadətnamənin ləğv edilməsi,2 *.12.1977-ci il təvəllüdlü X9 adına tərtib edilmiş xx.xx.1977-ci il tarixli 114 nömrəli Doğum haqqında Akt qeydi əsasında təkrar Doğum haqqında Şəhadətnamənin verilməsi öhdəliyiCavabdeh üzərinə qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 3* (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 3* (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 3* (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə