Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-2148/2024 07.08.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “Göyçay rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 41 saylı qərarı ilə mərhum X1 və ailə üzvlərinə ayrılmış 2 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsinə dair verilmiş JN-1418 saylı KOD 40814058 olan torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” barədə iddia tələbinə və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. müəyyən etdi: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Göyçay rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 41 saylı qərarı ilə mərhum X1 və ailə üzvlərinə ayrılmış 2 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsinə dair verilmiş JN-1418 saylı KOD 40814058 olan torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan ********** (**********56 reyestr nömrəli) və ********** qeydiyyat nömrəli (**********18 reyestr nömrəli) çıxarışlara əsasən müəyyən edilir ki, Göyçay rayonu Mirzəhüseynli kəndində 0.87 ha və 1,13 ha torpaq sahələri, cəmi 2 ha torpaq sahəsi üzərində İddiaçı ümumibirgə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Hazırki iddia ərizəsi üzrə qəbul ediləcək qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyindən, məhkəmə İPM-nin 16.3-cü maddəsini rəhbər tutaraq şifahi məhkəmə baxışı keçirilmədən də cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış məktuba hüquqi qiymət verilməsini mümkün hesab edir. Beləliklə, iş materiallarından görünür ki, iddiaçının hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə hüquqi marağı – Göyçay rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 41 saylı qərarı ilə mərhum X1 və ailə üzvlərinə ayrılmış 2 ha (1,13 ha+0,87 ha) kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsinə dair verilmiş JN-1418 saylı KOD 40814058 olan torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə nail olmaqdır. Cavabdeh orqan, artıq həmin tələbi təmin etdiyindən işin mahiyyəti üzrə mübahisə aradan qalxmışdır. Odur ki, iş üzrə icraata xitam verilməlidir. İnzibati Prossesual Məcəllənin: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. İPM-in 81.2-ci və 90.2-ci maddələrinə əsasən, inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 78, 80 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “Göyçay rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 41 saylı qərarı ilə mərhum X1 və ailə üzvlərinə ayrılmış 2 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsinə dair verilmiş JN-1418 saylı KOD 40814058 olan torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə icraata xitam verilir. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-2148/2024
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-2148/2024
07.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver