Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-215/2020 04.02.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) X1 iştirakı ilə İddiaçı cavabdeh DSMF-nin Mingəçevir şəhər şöbəsinə qarşı “Müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadığı üçün 50.000 manatadək məbləğdə cərimə tətbiq edilməsini və Şəki İnzibati-İqtisadi Məhkəməsinin 23.07.2019-cu il tarixli 2-1(84)-976/2019 saylı qanuni qüvvəsini almış qərarının (ona müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməyən, yəni 27.03.2016-cı ildən 27.03.2019-cu ilədək 36 ay fərq məbləğinin tam şəkildə birdəfəlik ödənilməsini DSMF Mingəçevir şəhər şöbəsinin üzərinə öhdəlik qoyulması) məcburi icra edilməsini və ona dəymiş maddi və mənəvi zərərin məhkəmə ekspertizası keçirməklə hesablanaraq ödənilməsini cavabdehə həvalə edilməsi” tələbinə dair işin mümkünlük məsələsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh DSMF-nin Mingəçevir şəhər şöbəsinə qarşı “Müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadığı üçün 50.000 manatadək məbləğdə cərimə tətbiq edilməsini və Şəki İnzibati-İqtisadi Məhkəməsinin 23.07.2019-cu il tarixli 2-1(84)-976/2019 saylı qanuni qüvvəsini almış qərarının (ona müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməyən, yəni 27.03.2016-cı ildən 27.03.2019-cu ilədək 36 ay fərq məbləğinin tam şəkildə birdəfəlik ödənilməsini DSMF Mingəçevir şəhər şöbəsinin üzərinə öhdəlik qoyulması) məcburi icra edilməsini və ona dəymiş maddi və mənəvi zərərin məhkəmə ekspertizası keçirməklə hesablanaraq ödənilməsini cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin mahiyyəti ondan ibarətdir ki, iddiaçı müavinət almaq hüququ yarandığı gündən Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarının 1.3-cü maddəsinə əsasən müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə qanuna müvafiq olaraq 27.03.2016-cı ildən 27.03.2019-cu ilədək fərq məbləğinin tam şəkildə birdəfəlik qanunla ödənilməsi mümkün olduğu üçün və bu barədə DSMF-nin Mingəçevir şəhər şöbəsi etiraz ettiyi üçün Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. DSMF-nin Mingəçevir şəhər şöbəsi qanunsuz olaraq məhkəmə Qərarını düzgün icra etməkdən imtina edir, bu səbəbdən də hal-hazırda onun müraciətinin məhkəmə qaydasında həll olunmasını hesab edərək məhkəməyə müraciət etmək məcburiyyətindədir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddiaçılara real yardım edilməklə iddianın mümkünlüyü məsələsinin müzakirəsi üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçılar tərəfindən məhkəməyə bildirilmiş və məhkəmə tərəfindən müəyyən edilmiş qeydiyyat ünvanlarına rəsmi məlumat göndərilməsinə baxmayaraq, məhkəmə sənədləri “köçüb” qeydi ilə məhkəməyə geri qaytarılmışdır. Məhkəmə, iddiaçılara ünvanlanmış məktubların onlar tərəfindən bildirilən və məhkəmə tərəfindən müəyyən edilmiş qeydiyyat ünvanlarına göndərilməsini nəzərə alıb, məhkəmə sənədlərini iddiaçılara çatdırlmış hesab edərək məhkəmə iclasını iddiaçıların iştirakı olmadan keçirilməsini mümkün hesab etdi. Məhkəmə, iddia ərizəsi və ona əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 116.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları tətbiq olunur. 116.2-ci maddəsinə əsasən, məhkəmə qərarının icrası birinci instansiya məhkəməsi tərəfindən təmin edilir. Göründüyü kimi, məhkəmə qərarlarının icrası birinci instansiya məhkəməsi tərəfindən təmin edilir ki, X3-İqtisadi Məhkəməsinin 23.07.2019-cu il tarixli 2-1(84)- 976/2019 nömrəli qərarının icrasının təmin edilməsi üçün hazırki iddia tələbi ilə deyil, həmin iş üzrə ərizə ilə məhkəməyə müraciət edərək qərarın icra edilməməsi barədə məhkəməyə məlumat verməli və müraciəti əsasında işə baxan məhkəmə tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası istiqamətində müvafiq tədbirlərlə yanaşı zəruri hesab edildiyi təqdirdə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 120-ci maddəsinin tələblərinə müvafiq tədbirlər görülməlidir. Bundan başqa İPM-in 46.1-ci maddəsinə əsasən, iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları və iddiaçının (ərizəçinin) tələbi göstərilməlidir. Bundan başqa iddia tələbində dəymiş maddi və mənəvi zərərin məhkəmə ekspertizası keçirilməklə hesablanaraq ödənilməsi hissəsinə münasibətdə qeyd olunur ki, tələb bu hissədə qeyri-müəyyəndir. Belə ki, İPM-in 46.1-ci maddəsinə əsasən cavabdehə qarşı yönələn tələb dəqiq və aydın ifadə edilməlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci mаddəsində deyilir ki, bu Məcəllədə bаşqа qаydа nəzərdə tutulmаmışdırsа, iddiаçının iddiа ərizəsində inzibаti аktın qəbul edilməsi və yа qəbul edilməsindən imtinа olunmаsı, yаxud inzibаti orqаnın hərəkəti və yа hərəkətsizliyi nəticəsində onun hüquqlаrının və qаnunlа qorunаn mаrаqlаrının pozulduğunu əsаslаndırdığı hаllаrdа mübаhisələndirmə hаqqındа, məcburetmə hаqqındа, öhdəliklərin icrаsı hаqqındа və müəyyən hərəkətləri etməkdən çəkinməyə dаir iddiа mümkün sаyılır. Qeyd edilən maddənin tələbindən göründüyü kimi, iddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. Əks halda inzibati mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmır. Bundan əlavə “tələbin əsaslandırılması” həm predmet baxımından, həm də subyekt baxımından təmin olunmalıdır, başqa sözlə iddianın inzibati məhkəmə icraatında baxılması üçün iddiaçı qaldırmış olduğu iddianı inzibati məhkəmə icraatında baxılmalı olması ilə yanaşı, həmin iddianın cavab verməli olan şəxslərə qarşı irəli sürüldüyünü də əsaslandırmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçılar İddiaçı cavabdeh DSMF-nin Mingəçevir şəhər şöbəsinə qarşı “Müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadığı üçün 50.000 manatadək məbləğdə cərimə tətbiq edilməsini və Şəki İnzibati- İqtisadi Məhkəməsinin 23.07.2019-cu il tarixli 2-1(84)-976/2019 saylı qanuni qüvvəsini almış qərarının (ona müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməyən, yəni 27.03.2016-cı ildən 27.03.2019-cu ilədək 36 ay fərq məbləğinin tam şəkildə birdəfəlik ödənilməsini DSMF Mingəçevir şəhər şöbəsinin üzərinə öhdəlik qoyulması) məcburi icra edilməsini və ona dəymiş maddi və mənəvi zərərin məhkəmə ekspertizası keçirməklə hesablanaraq ödənilməsini cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 1) apelyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-215/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-215/2020
04.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver