Məhkəmə qərarları › İş №2-1(116)-215/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-215/2023

23.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-215/2023 23.08.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “ünvan 1 ünvanında yerləşən 1030.1 kv.metr həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnu qeydiyyata alaraq adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “ünvan 1 ünvanında yerləşən 1030.1 kv.metr həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnu qeydiyyata alaraq adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Oğuz rayon Dövlət Notariat Kontorunda təsdiq olunmuş 22 iyun 1995-ci il tarixli ev alqı-satqısı müqaviləsinə əsasən aldığı ev dağıldığına görə yerində 2015-ci ildə inşa etdirdiyi evə və həmin evin yerləşdiyi 1030,1 kv. metr həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnu vahid daşınmaz əmlak kimi qeydiyyata alaraq adına Dövlət reyestrindən çıxarış verilməsini Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsini 9 saylı Qəbələ Ərazi İdarəsinin Oğuz rayon Şöbəsindən xahiş etmişdir. DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi müraciətinə imtina məktubu vermişdir. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, İddiaçı Şöhrət oğlunun təqdim etdiyi səndlər tərəfimizdən araşdırılan zaman məlum olmuşdur ki, ünvan 1 ünvanında yerləşən 1030.1 kv.m torpaq sahəsinin 330 kv. metr hissəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsas olan hüquqmüəyyənedici sənədləri təqdim etməmişdir. Qeyd olunan səbəbə görə də müraciətinin icrası tərəfimizdən mümkün olmamışdır. Eyni zamanda bildirmək istəyirik ki, ünvan 1 ünvanında yerləşən faktiki torpaq sahəsi 1075 kv metr təşkil edir. Torpaq sahəsinin yaşayış məntəqələri torpaqları, uqodiyası çox illik əkmələrdir. 1075 kv metr torpaq sahəsinnin 566 kv.metr hissəsi JN-1611 A saylı Şəhadətnamə ilə İddiaçı Şöhrət oğlunun adına verilmiş torpaq sahəsi ilə, 477 kv metr hissəsi JN-813 A saylı Şəhadətnamə ilə X5 və ailə üzvlərinin adına verilmiş torpaq sahəsi ilə, 32 kv. metr hissəsi isə bələdiyyə mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. Məhkəmə iclasında iddiaçının vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz məktubuna uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: -Oğuz rayon texniki inventarlaşdırma bürosu tərəfindən xx.xx.1995-ci il tarixdə verilmiş fərdi yaşayış evinin qeydiyyat sənədi və texniki pasportu. - iddiaçı ilə Oğuz RİHB arasında bağlanmış r xx.xx.1995-ci il tarixli alğı-satqı müqaviləsi; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli **********06 nömrəli etiraz məktubuna əlavə edilmiş JN-1611A kod 40501004 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Oğuz Rayon Aqrar İslahat Komissiyasının 05 noyabr 1998-ci il tarixli 75 nömrəli qərarı ilə İddiaçı 0.07 ha torpaq sahəsi ayrılmışdır. - 20 iyun 1995-ci il tarixli ev alqı-satqısı müqaviləsindən görünür ki, X2 məxsus ünvan 2 ünvanında yerləşən 600 kv. metr torpaq sahəsində yerləşən tikili İddiaçı satılmışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-42/2-2016/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, araşdırma zamanı məlum olmuşdur ki, iddiaçı tərəfindən göstərilmiş faktiki naturada ölçülmüş 0,1075 hektar torpaq sahəsi, Oğuz şəhərinin inzibati sərhədləri daxilində yaşayış məntəqəsi torpaqları olmaqla uqodiyası çoxillik əkmələrdir. Faktiki ölçülmüş torpaq sahəsinin 0,0477 hektar hissəsi JN-813A nömrəli şəhadətnaməyə əsasən xüsusi mülkiyyətə verilmiş torpaq sahəsi ilə, 0,0566 hektar hissəsi JN-1611A nömrəli şəhadətnamə ilə İddiaçı və ailə üzvlərinin birgə xüsusi mülkiyyətinə mülkiyyətə verilmiş torpaq sahəsi ilə və 0,0032 hektar hissəsi isə bələdiyyə mülkiyyəti ilə üst-üstə düşür. Torpaq sahəsi hal-hazırda İddiaçı istifadəsindədir. - Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-206/2014 saylı 27 fevral 2014-cü il tarixli qərarından görünür ki, iddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon şöbəsinə qarşı “xx.xx.2006-cı il tarixli JN 813A saylı şəhadətnamənin ləğv edilməsi və 0,06 ha həyətyanı torpaq sahəsinə torpaq sahəsinin planı və ölçüsünün hazırlanması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası təmin edilərək sözügedən Şəhadətnamə ləğv edilmiş,iddiaçının adına torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanıb verilməsi öhdəliyi qoyulmuşdur. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır.Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. İPM-nin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Oğuz Rayon Aqrar İslahat Komissiyasının 05 noyabr 1998-ci il tarixli 75 nömrəli qərarı ilə İddiaçı 0.07 ha torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsi onun istifadəsində və sahibliyindədir. Həmçinin 20 iyun 1995-ci il tarixli ev alqı-satqısı müqaviləsindən görünür ki, X2 məxsus ünvan 2 ünvanında yerləşən 600 kv. metr torpaq sahəsində yerləşən tikili İddiaçı satılmışdır. Mübahisələndirilən torpaq sahəsinin iddiaçıya satılması barədə qərar 20 iyun 1995-ci il tarixli ev alqı-satqısı müqaviləsi ilə də təsdiq edilir. Məhkəməyə təqdim olunan xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində 0,1075 hektar torpaq sahəsi, Oğuz şəhərinin inzibati sərhədləri daxilində yaşayış məntəqəsi torpaqları olmaqla uqodiyası çoxillik əkmələrdir. Faktiki ölçülmüş torpaq sahəsinin 0,0477 hektar hissəsi JN-813A nömrəli şəhadətnaməyə əsasən xüsusi mülkiyyətə verilmiş torpaq sahəsi ilə, 0,0566 hektar hissəsi JN-1611A nömrəli şəhadətnamə ilə İddiaçı xüsusi mülkiyyətinə mülkiyyətə verilmiş torpaq sahəsi və 0,0032 hektar hissəsi isə bələdiyyə mülkiyyəti ilə üstüstə düşdüyü qeyd edilmişdir. Belə ki,iddiaçının müraciəti faktiki istifadəsində olan torpaq sahəsinin 1030.1 kv.m hissəsi üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlıdır.Həmin torpaq sahəsinin 0,0566 hektar hissəsi JN-1611A nömrəli şəhadətnamə ilə onun mülkiyyətinə verilmişdir.Alqı-satqı əsasında əldə olunan mənzilin texniki sənədində yerləşdiyi torpaq sahəsinin ölçüsü 1030,1 kv.m olaraq qeyd edilmişdir.Cavabdehin imtinasının əsasının həmin torpaq sahəsinin 0,0477 hektar hissəsi JN-813A nömrəli şəhadətnaməyə əsasən xüsusi mülkiyyətə verilmiş torpaq sahəsi ilə, 0,0032 hektar hissəsi isə bələdiyyə mülkiyyəti ilə üst-üstə düşməsi təşkil edir.Hazırkı iddia tələbinə görə iddiaçı bələdiyyə mülkiyyətində olan torpaq sahəsinə iddia etmədiyindən həmin hissəyə hüquqi qiymət verilməsi zərurəti yoxdur. Xüsusi mülkiyyətə verilmiş torpaq sahəsi ilə üst-üstə düşmə halına qiymət verən məhkəmə qeyd edir ki, JN-813A nömrəli şəhadətnamə məhkəmə qərarına əsasən ləğv olunmuş, X4 xx.xx.2020-ci il tarixdə faktiki isrtifadəsinə uyğun çıxarış və texniki pasport verilmişdir.Həmin torpaq sahəsi ilə iddiaçının istifadəsində olan torpaq sahəsinin faktiki üst-üstə düşmə halı yoxdur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında (bənd 2.3) kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış - daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd olaraq qeyd edilmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin Qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. … Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin Qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. … Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Yuxarıda qeyd olunanlara və işin hallarına əsasən məhkəmə hesab edir ki,iddiaçının alqı-satqı yolu ilə əldə etdiyi və faktiki istifadəində olan 1030.1 kv.m torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqularının qeydə alınmasından imtina etməkdə cavabdeh haqlı olmamışdır. Odur ki, iddia təmin edilməli, ünvan 3 ünvanında yerləşən 1030,1 kv.metr həyətyanı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə ünvan 3 ünvanında yerləşən 1030,1 kv.metr həyətyanı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnu qeydiyyata alaraq çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar