Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2159/2025 12.08.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qəhrəmanzadə Nəzrin Fuad qızının katibliyi, İddiaçı iştirakı ilə, iddiaçının vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Şəki Şəhər-Rayon Polis Şöbəsi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı “ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə pasport qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə pasport qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə X10, X8, X9, X17, X18 və X6 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. (zəruri cəlbetmə). İddia ərizəsinin əsaslarına görə, İddiaçı xx.xx.1985-ci il tarixdə X10 ilə rəsmi qaydada nikaha daxil olmuşdur. Əvvəllər iddiaçı və ərinin qeydiyyat ünvanı Şəki şəhəri Bağbanlar küçəsi 59S mənzil 13 olmuşdur. Sonradan qeyd edilən evi əri X1. Bundan sonra X25 şəhəri Abbas Əmbala küçəsi ev 8 ünvanında yerləşən fərdi yaşayış evini almış, özü qeyd edilən mənzilə qeydiyyata düşmüş və hazırda biz həmin evdə yaşayırlar. İddiaçı isə Şəki şəhəri Bağbanlar küçəsi 59S mənzil 13 ünvanında qeydiyyata qalmışdır. Bununla bağlı iddiaçı ərizə ilə Şəki şəhər rayon polis şöbəsinə müraciət etmişdir. Şəki ŞRPŞ- nin xx.xx.2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, bununla bağlı X26 Ximdət Mərkəzinə müraciət olunmalıdır. Bundan sonra iddiaçı sənədlərdə X26 Ximdət Mərkəzinə müraciət etdi. Müraciət əsasındamheç bir köməklik edilməmişdir. Bundan əlavə iddiaçı müraciət ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə müraciət göndərmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli məktubları ilə bildirilmişdir ki, zəruri sənədlər təqdim ediləndən sonra Sizin yaşayış yeri üzrə qeydiyyata alınma məsələsinə baxıla bilər. Bununla bağlı təkrarən ərizə ilə Şəki şəhər rayon polis şöbəsinə müraciət edərək, İddiaçı ərim X4 qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə qeydiyyata alınmasına köməklik edilməsini xahiş etmişdir. Şəki şəhər rayon polis şöbəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə bildirilmişdir ki, bununla bağlı Şəki Asan Xidmət mərkəzinə müraciət etməyim tövsiyyə edilmişdir. Bundan sonra ərizə ilə Şəki Asan Xidmət Mərkəzinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə müraciət edərək İddiaçı əri X4 qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə qeydiyyata alınmasına köməklik edilməsini xahiş etmişdi. Ərizəyə qeydiyyat ilə bağlı bütün sənədləri təqdim etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixlil8/2-B-23044 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, zəruri sənədlər təqdim ediləndən sonra yaşayış yeri üzrə qeydiyyata alınma məsələsinə baxıla bilər. Bundan sonra təkrarən Şəki ŞRPN-nə müraciət etdi və bununla bağlı Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X22 Regional Asan Xidmət Mərkəzinə müraciət etməyi tövsiyyə edilmişdir. Bundan sonra təkrar olaraq Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X22 Regional Asan Xidmət Mərkəzinə müraciət etdi. Müraciəti əsasında heç bir araşdırma aparılmadı, bu məsələnin onların səlahiyyətinə aid olmadğı bildirildi. Müraciətində İddiaçı əri X4 paylı mülkiyyətində olan və onun qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə qeydiyyata alınmasına köməklik etməyinizi və ya bununla bağlı məhkəməyə müraciət etməyim üçün rəsmi qaydada imtina məktubu verilməsini xahiş etmişdi. İddiaçı X11 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəki şəhər rayon Polis Şöbəsi və üçüncü şəxs İddiaçı qızma qarşı iddia ərizəsi ilə Şəki inzibati məhkəməsinə müraciət edərək ünvan 4 nömrəli mənzildə qeydiyyatda olan, faktiki olaraq ayrı ünvanda yaşayan üçüncü şəxs İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanından qeydiyyatdan çıxarmaq öhdəliyinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəki şəhər rayon Polis Şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 2-l(116)-1082/2024 nömrəli 12 mart 2024-cü il tarixli qərarı ilə iddiaçı X5 iddia tələbi təmin edilərək ünvan 4 nömrəli mənzildə qeydiyyatda olan, faktiki olaraq ayrı ünvanda yaşayan üçüncü şəxs İddiaçı ünvan 4 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəki şəhər rayon Polis Şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Bununla bağlı qərar icra olunmuş və İddiaçı ünvan 4 ünvanından qeydiyyatdan çıxarılmış və hazırda qeydiyyatsız qalmışdır. İddiaçı Azərbaycan Respublikasının vətəndaşı olaraq hazırda qeydiyyatsız qalmışdır. Dövlət orqanları iddiaçını əri X4 qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə qeydiyyata alınmasına köməklik göstərmir. Artıq 2024-cü ilin mart ayından qeydiyytasız qalmışdır. Bu hal da bir çox problemlər yaşadır. Dövlət orqanları müraciətlər əsasında heç bir araşdırma aparmadan və təqdim etdiyim sənədlər baxmadan əsassız olaraq imtina məktubları verdiklərindən məcbur qalıb hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət edir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İş materiallarında olan aşağıdaki sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:
1. cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir.
2. 16.03.2023-cü il tarixli, ******* nömrəli “yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, İddiaçı X5 mülkiyyətində olan mənzildə qeydiyyatdadır.
3. DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin məktubları.
4. Şəki Şəhər-Rayon Polis Şöbəsinin məktubları.
5. 40401300043410301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evin X10 və digərlərinin ümumi birgə mülkiyyətindədir.
6. 27.05.2021-ci il tarixli alqı-satqı müqaviləsinin surəti. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən ona cavab verilmədiyindən, müraciət etməsini təsdiq edən sənədləri əlavə etməklə məhkəmədə iddia qaldırmışdır. İddia ərizəsinə əlavə edilmiş poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə əsasən müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehə ünvanlanmış müraciət xx.xx.2020ci il tarixdə imza edilməklə qəbul edilmişdir. Həmçinin, iddiaçı tərəfindən poçt göndərişinin göndərilməsini təsdiq edən qəbz iddia ərizəsinə əlavə olunmuşdur. İş materiallarında olan Şəki rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı məxsus ünvan 5 ünvana qeydiyyata alınmasına əsas olan sənədlər Azərbaycan Respublikası DİN-nin müvafiq təlimatına əsasən saxlama müddəti bitmiş, öz qanuni qüvvəsini itirdiyi, 5 (beş) ildən sonra şöbə rəhbərliyinin iştirakı ilə akt tərtib edilərək ləğv edilir. İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsaslıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd dedikdə, eyni zamanda qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri nəzərdə tutulur. Hazırkı iş üzrə məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 7 nəfər fiziki şəxsin paylı mülkiyyətində olmaqla, payçılardan X4 (iddiaçının əri), X2, X3, X13 iddiaçının sözügedən evə qeydiyyata düşməsinə yazılı razılıqları mövcuddur. Cavabdehin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 215-ci maddəsinə istinad edərək iddiaçının ərizəsindən imtinasını məhkəmə əsaslı hesab etmir. Həmin maddə paylı mülkiyyətdə olan əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi qaydalarını müəyyən edir. Qeyd olunmalıdır ki, şəxsin yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınması onun həmin əmlak üzərində hər hansı əşya hüququn yaranmasına əsas vermir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İddiaçının sözügedən evə yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınması onun yuxarıda qeyd olunan hüquqlardan birinin əldə edilməsinə dəlalət edə bilməz. Bununla yanaşı “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublİkasının Qanununun 8-ci maddəsində paylı mülkiyyətdə olan evə dair yaşayış yeri üzrə qeydiyyata almaqdan imtina edilməsinin əsaslarından biri kimi müəyyən edilməyib Buna görədə məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı deyil. Odur ki, iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyi cavabdeh Şəki Şəhər Rayon Polis Şöbəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 7legiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar təqdim olunduğu gündən 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Etibar Mustafayev.