Məhkəmə qərarları › İş №2-1(116)-216/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-216/2021

12.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-216/2021 12.02.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu İddiaçılar İddiaçı1, İddiaçı2, X2, İddiaçı4 və X1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X7 qarşı (üçüncü şəxs: Şəki rayon Baş Zəyzid bələdiyyəsi) “istifadələrinə verilən Şəki rayon Baş Zəyzid kəndində yerləşən 1.45 ha torpaq sahəsinin reyestrdə qeydə alınaraq adlarına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, X2, İddiaçı4 və X3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadələrinə verilən Şəki rayon Baş Zəyzid kəndində yerləşən 1.45 ha torpaq sahəsinin reyestrdə qeydə alınaraq adlarına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Şəki rayonu, AİK-nın xx.xx.1998-ci il tarixli 49 saylı qərarı ilə iddiaçılara Baş Zəyzid kəndində adambaşına 0.29 ha olmaqla torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinə dair iddiaçılara verilən JN-574 nömrəli Dövlət Aktında torpaq sahəsi 0.50 ha olaraq qeyd edilmişdir. İddiaçı1 tərəfindən cavabdeh orqana islahat zamanı sənədləşdirilməyən 0.95 ha pay torpaq sahəsinin reyestrdə qeydiyyata alınması üçün edilən müraciəti cavabdeh orqan təmin etməmişdir. Beləki, iddiaçının adına 4 nəfər ailə üzvü ilə birlikdə 0.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və buna dair JN-574 nömrəli Şəhadətnamə tərtib edilmiş, bundan başqa həmin ailənin adına həmçinin 0.14 ha həyətyanı torpaq sahəsi verilərək JN-625 nömrəli Şəhadətnamə tərtib edilmişdir. Sözügedən təsərrüfatda torpaq islahatı zamanı vətəndaşlara adambaşına verilməli pay torpaq sahəsinin norması barədə ərazi idarəsində məlumat olmadığındanvə müraciətə təsdiqləyici sənədlər əlavə edilmədiyindən həmin ailəyə aqrar islahat zamanı verilmiş olan pay torpaq sahəsinin ölçüsünü müəyyən etmək mümkün olmamış, həmçinin qeydiyyata alınmalı torpaq sahəsinin təsdiqlənmiş yerləşmə sxemi təqdim edilmədiyindən həmin torpaq sahəsinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. xx xxxxxx 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı4 iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri götürəcəklərini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. İddiaçının xahişi nəzərə alınaraq iş üzrə məhkəmə iclası qeyd olunan ərizə təqdim edilənədək təxirə salınmışdır. Məhkəmənin dəftərxanasına xx.xx.2021-ci il tarixdə daxil olan ərizədə iş üzrə iddiaçılar iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişlər. Məhkəmə ərizəni iş materialları ilə birgə araşdırıb hesab edir ki, iddia geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçıların məhkəməyə ünvanladığı ərizədən görünür ki, onlar iddia tələbinə baxılmasını arzu etmirlər. Məhkəmə qeyd edir ki, iddiaçı öz aktiv hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə də o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə iddianın geri qaytarılması barədə qərardad qəbul etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 16.3, 55, 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, X2, İddiaçı4 və X1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X7 qarşı (üçüncü şəxs: Şəki rayon Baş Zəyzid bələdiyyəsi) “istifadələrinə verilən Şəki rayon Baş Zəyzid kəndində yerləşən 1.45 ha torpaq sahəsinin reyestrdə qeydə alınaraq adlarına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar